Nəcibə Nəsibova erası bitdi? .....                     “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” .....                     Peşə Təhsili Agentliyində kadr xaosu .....                     Vüsal Nəsirli də belə narazılıq yaradır .....                     Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb .....                     Azərbaycanda yağ və ət problemi yaşanır .....                     "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" .....                     “Tramp marşrutu”na qarşı “qara piar” .....                     Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? .....                     Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası .....                     Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? .....                     Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma .....                     Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb .....                     ABŞ Dövlət Departamentinin nümayəndələri .....                     ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib .....                     Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                 

VAQİF AXUNDOVUN "ŞPİON" OVU
Tarix: 26-12-2011, 16:14 | Çap et
VAQİF AXUNDOVUN "ŞPİON" OVU

"SİZ RƏİSƏ XƏYANƏT ETMİSİNİZ, SİZƏ BU ÖLKƏDƏ YER YOXDUR"

DİA.AZ: - Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) sabiq əməkdaşları - baş leytenant Asif Lətifov və çavuş Seymur Əlicanov işdən qanunsuz olaraq uzaqlaşdırılmaları ilə bağlı uzun müddət müxtəlif dövlət instansiyalarına, o cümlədən XDMX-nin rəisi Vaqif Axundova müraciət etsələr də, onların müraciətləri cavabsız qalıb. Bu səbəbdən XTMD-nın sabiq əməkdaşları öz hüquqlarını məhkəmədə bərpa etmək niyyətindədirlər. Artıq onlardan biri - baş leytenant Asif Lətifov işə bərpa olunmaq və buraxılmış aylara görə əmək haqqının ödənilməsi tələbi ilə Səbayel rayon Məhkəməsində XDMX-nin rəisi Vaqif Axundova qarşı iddia qaldırıb. Dekabrın 28-də Səbayel rayon Məhkəməsində qaldırılmış iddia üzrə məhkəmə prosesi keçiriləcək.

Bu arada isə Asif Lətifov və Seymur Əlicanovun XDMX-dən işdən uzaqlaşdırılmalarının əsl səbəbi bəlli olub. Belə ki, bir müddət əvvəl XDMX rəisinin qəbuluna düşməyə çalışan Seymur Əlicanov müraciətləri nəticəsiz qaldıqda Milli Təhlükəsizlik naziri Eldar Mahmudova ərizə ilə müraciət edib. Onun şikayəti MTN rəhbərliyi tərəfindən XDMX-nin rəisi Vaqif Axundova göndərilib. V.Axundov isə XDMX-nın kadrlar şöbəsinin rəisi, qaynı Hüseyn Əhmədova şikayətçini qəbul etməyi tapşırıb.

Seymur Əlicanov deyir ki, MTN-ə yazdığı məktubdan sonra Hüseyn Əhmədov onu qəbuluna çağırtdırıb: "Hüseyn Əhmədov məni qəbul etdi və ünvanıma təhqiredici ifadələr işlətdi. Qaynatamın və qaynımın məhkumluğunu əsas gətirib dedi ki, Allahına şükür et ki, səni Asif Lətifov kimi 157e maddəsi ilə işdən çıxarmamışıq. Bildiyiniz kimi, 157e maddəsi (xidməti uyğunsuzluğa görə) ilə işdən çıxarılanlar sonradan dövlət strukturlarında işə qəbul edilmirlər. Hüseyn Əhmədov mənimlə söhbəti zamanı "Asif Lətifov MTN-in şpionudur, səni də o öyrədib ki, MTN-ə ərizə yazasan. Sən də ona qulaq asıb MTN-ə ərizə yazmısan".

Seymur Əlicanov MTN-lə heç bir əlaqəsi olmadığını bildirdikdə isə Hüseyn Əhmədov onu "müxalifətə qoşulmaqda" ittiham edib: "Mən heç vaxt siyasi partiyalara qoşulmamışam, qoşulmayacağam da".

Beləliklə, XDMX rəisi Vaqif Axundovun Asif Lətifov və Seymur Əlicanovun MTN-lə əlaqələri olduğunu ehtimal etdiyi üçün onları işdən çıxardığı qənaəti yaranır. Hüseyn Əhmədovun Seymur Əlicanova dedikləri də bunu təsdiq edir. Digər tərəfdən, son günlər mətbuatda yayılan xəbərlərə görə, MTN şefi Eldar Mahmudovla XDMX rəisi Vaqif Axundov arasında narazılıqlar var. Bunun Eldar Mahmudovun XDMX-ni MTN-nin tabeliyinə keçirmək istəyi ilə bağlı olduğu bildirilir. Bu səbəbdən iki general arasında mübarizə getdiyi, Vaqif Axundovun rəhbərlik etdiyi qurumda nəzarəti gücləndirməyə çalışdığı bildirilir.

Seymur Əlicanov onu da deyir ki, sonuncu dəfə XDMX-da olarkən, Vaqif Axundovun köməkçisi ona "zəhmət çəkib, prezidentə yazmayın, onsuz da şikayətləriniz bizə göndərilir" deyib: "Bununla demək istəyirlər ki, özünüzü yormayın, onsuz da sizin şikayətinizə baxılmayacaq. Təəssüf ki, bizim müxtəlif dövlət qurumlarına müraciətlərimiz şikayətçi olduğumuz XDMX rəhbərliyinə göndərilir. Əlbəttə ki, bu qurum bizim şikayətlərimizin obyektiv araşdırılmasında maraqlı ola bilməz".

Seymur Əlicanov XDMX rəhbərliyini daha bir məsələdə ittiham edir: "Mənə deyirlər ki, qaynatanın məhkumluğu var, səni ona görə işdən çıxarmışıq, yaxın qohumu məhkum olunan şəxs XDMX-da işləyə bilməz. Hal-hazırda XDMX-də polkovnik rütbəli bir nəfər işləyir, o, üç dəfə məhkum olunub. Ancaq heç buna fikir verən yoxdur. Üç dəfə məhkum olunan həmin şəxsin qardaşı isə XDMX-da şöbə rəisinin müavinidir. Hal-hazırda qardaşı və atası ölüm üstündə türmədə yatan, eləcə də özü məhkum olunmuş insanlar var ki, XDMX-da işləyirlər. Amma buna göz yumulur. Mənim qaynatam 80-cı illərdə bir il icbari iş aldığına görə ona qatı cinayətkar adı verirlər. Qohumu və ya özü məhkum olunan şəxs XDMX-da işləyə bilməzsə, onda niyə belə adamların hələ də orada işləməsinə göz yumurlar? Qanundan danışırlar, qanunun həmin adamlara niə şamil olunmur? Qanun yalnız bizim üçündür? Bu onu göstərir ki, idarədə kadrlara münasibətdə ayrı-seçkilik siyasəti aparılır".

Seymur Əlicanov XDMX rəisi Vaqif Axundovun dəfələrlə idarədə hər ailədən bir nəfərin işləməsinin mümkün olduğunu dediyini, ancaq bu qaydanı elə onun özünün pozduğunu da bildirdi: "Vaqif Axundovun qaynı, Kadrlar şöbəsinin rəisi Hüseyn Əhmədovun oğlu qvardiyadan təxris olunandan bir gün sonra ona leytenant rütbəsi verilib və XDMX-də işə götürülüb. Hüseyn Əhmədovun qardaşı isə BTC boru kəmərinin Sumqayıt tikinti sahəsinin rəisidir. Onun XDMX-da işləyən başqa qohumları da var. Bundan başqa birinci şöbənin rəisi Yusif Babayev oğlunu və qardaşı oğlunu, eləcə də dostluq etdiyi bir şəxsin oğlunu XDMX-da işə düzəldib. Vaxt var idi, Hacı Məmmədov Prezident Aparatına (indiki Prezident Adminstrasiyası- red.) gələndə Yusif Babayev onun qabağında mil dayanırdı. Aparatın liftinə kimi onu müşayiət edirdi. Hacı Məmmədovun axtarışa verilən Mersedes 600 markalı avtomobili də bizim idarədən çıxdı. Bütün bunlar niyə araşdırılmır?"

Seymur Əlicanov Kadrlar şöbəsinin rəisi Hüseyn Əhmədovun onu hədələdiyini də bildirdi: "Hüseyn Əhmədov mənə dedi ki, "gedib mətbuat konfransı keçirirsiniz, qorxmursunuz, başınıza bir iş gətirərlər? Siz rəisə xəyanət etmisiniz. Sizə bu cəmiyyətdə yer yoxdur. Çıxın gedin bu ölkədən". Biz bu barədə MTN-də Anar adlı zabitə məlumat verdik və bildirdik ki, həyatımıza təhlükə olduğu üçün Norveç səfirliyinə müraciət edəcəyik.

Azərbaycanda "JEK" müdirindən Prezidentə qədər hamının qəbul günü var. Amma 4 il yarımdır ki, Vaqif Axundovun qəbuluna düşə bilmirik. İşdən çıxarılandan sonra Niyazi Hacıyevdən xahiş etdim ki, məni generalın qəbuluna sal. Ona dedim ki, cənab general, mən həmin adamam ki, prezidentə həmişə sadiq olmuşam, 55 gün Gəncə türməsində işgəncələrə və təhqirlərə məruz qalmışam, amma Heydər Əliyevin əleyhinə izahat yazmamışam. Bu gün də prezidentə sadiqəm. O isə mənə dedi ki, "sən o vaxt lazım idin, indi lazım deyilsən, get qollarını çırmala, başqa işdən yapış, get, fəhlə işlə. Bu da prezidenti mühafizə edən generalın öz əsgərinə cavabı.

Mənim evimdə 5 yaşlı oğlum böyüyür. Sabah mən onun suallarına nə cavab verəcəyəm? İşdən nəyə görə çıxarıldığımı necə izah edəcəyəm?"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Dünən, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Dünən, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru