Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                 

HANSI MƏMUR NƏYİN KOLLEKSİYASINI YIĞIR?
Tarix: 23-07-2013, 13:56 | Çap et
HANSI MƏMUR NƏYİN KOLLEKSİYASINI YIĞIR?
Azərbaycanda bəzi məmurların, müxtəlif postlar tutan və sərvətləri ilə aldıqları maaş arasında dərin uçurum olan müəyyən vəzifəli şəxslərin hansı dəbdəbə içərisində üzdüyü, nə dərəcədə bahalı həyat tərzi keçirdiyi çoxdan bəllidir. Bir çox məmurların və onların övladlarının təmtəraqlı həyat tərzinə dair az qala hər gün yeni hadisə və ya xəbər eşitmək mümkündür.
Artıq iş o yerə çatıb ki, bu barədə ölkə rəhbərliyi də sərt şəkildə tənqidlər səsləndirərək belə məmurlara xəbərdarlıq etməkdədir. Haqqında danışılan vəzifəli şəxslərin həmin tənqid və xəbərdarlıqlardan hansı nəticə çıxarıb özlərinə necə çəki-düzən verdikləri isə başqa bir söhbətin mövzusudur.
Bu gün sizə bəzi məmurlarımızın önəmli aludəçiliklərindən birindən bəhs edəcəyik. Söhbət müəyyən vəzifə tutan şəxslərin müxtəlif əşyalara hədsiz marağından, onlardan olduqca bahalı kolleksiyalar düzəltməsindən gedir.
Müşahidələr onu deməyə əsas verir ki, bəzi məmurların ən sevimli kolleksiyası avtomobillərdəndir. Azərbaycanda qarajlarında ən azı 8-10 xarici markalı, yüksək qiyməti olan avtomobili olan məmurların varlığından danışılır. Bildirilir ki, bizdə elə vəzifəli şəxs var ki, onların müxtəlif markalı və Avropa istehsalı olan avtomobillərinin dəyəri milyonlarla dollarla ölçülür. Son vaxtlar Azərbaycanda rastlanmağa başlayan "Rolls Royce Phantom 6,7 AT" markalı avtomobili xatırlayaq. Onun qiyməti 1 milyon dollara yaxındır.
Məmurların daha bir önəm verdiyi kolleksiya saatlardan hazırlanır. Bizim vəzifəli şəxslərin bəzilərinin müxtəlif ölkələrə səfərləri zamanı oradan ən bahalı brendləri təmsil edən saatlar aldıqları deyilir. "Digər tərəfdən, bir maraqlı faktı xatırlatmaq yerinə düşər. Məlum olduğu kimi, Azərbaycana bahalı qol saatları əsasən İsveçrədən gətirilir. 2009-cu ildə belə məlum olmuşdu ki, bu ölkədən ölkəmizə satış məqsədilə 52 ədəd qiymətli metaldan hazırlanmış korpusu olan 52 ədəd, ümumi dəyəri isə 176 min dollar kimi yüksək rəqəmlə qiymətləndirilən qol saatları gətirilib. Orta qiyməti 3,4 min dollar bəyan edilən bu saatlar, təbii ki, daha baha qiymətlə satışa çıxarılıb. Nəzərə alsaq ki, Azərbaycanda bu qədər pulu qol saatına vermək hər vətəndaşın cibinə uyğun deyil, o zaman onların məmurların qollarını, ən əsası, kolleksiyalarını bəzədiyinə heç bir şübhə yeri qalmır" - bu mövzu ilə bağlı qəzetimizə danışan adının çəkilməsini istəməyən mənbə deyib.
Bizdə bəzi məmurların özünəməxsus kolleksiyalarından birini isə cins atlar bəzəyir. "Bakıdakı dövlət və özəl atçılıq təsərrüfatlarının əksəriyyətində bəzi vəzifəli şəxslərin ən azı bir neçə atının bəsləndiyi heç kimə sirr deyil. Mətbuatın bu istiqamətdə araşdırmalarından belə məlum olur ki, onların atlarının qiyməti 50 min manatdan başlayıb hətta 200 min manatadək çatır. Bu atların bəslənməsinə isə məmurlarımız əksər sıravi vətəndaşımızın qibtə edəcəyi, aylıq qazancından qat-qat yüksək məbləğdə pul xərcləyirlər. Məsələn, təkcə onu demək kifayətdir ki, müəyyən məmurlar kolleksiyalarındakı atları arpa, qoz, günəbaxan, qarğıdalı kimi yem məhsulları ilə qidalandırır, üstəlik, atlara hər gün alma da verilir. Bundan başqa, atlar dırnaq, əzələ üçün vitaminlərlə də təmin olunur. Təlimçilər bildirirlər ki, bir gün ərzində at 8-10 kiloqram otla, 5-6 kiloqram qüvvəli yemlə qidalandırılır. Tərkibində qoz və vitaminlərin olduğu qüvvəli yemlər isə xaricdən gətirilir. Ümumilikdə ay ərzində hər at bir kisə vitaminli yem yeyir. Təkcə bu yemin qiyməti 120 manatdır. Atların təlimçilərinə isə ən azı 300 manatlıq aylıq maaş verilir".
Müşahidələr onu da deməyə əsas verir ki, bəzi məmurlarımız ingilis atlar sürətli olduğu üçün onlara üstünlük verirlər. Amma ərəb atı olanlar da var. Onlar daha çox "Pinti" adlı atları seçirlər. Bu atlar hazırda bizim bəzi məmurlar arasında geniş yayılıb.
Məmurlarımızın maraq göstərdiyi kolleksiyalardan birini isə ətriyyatlar təşkil edir. Onlar bu ətriyyatları əsasən Avropa ölkələrinə səfərləri zamanı əldə edirlər. Bundan başqa, Azərbaycan məmurlarından bəzilərinin gün eynəklərinə həddən artıq aludə olduğu, belə eynəklər üçün yetərincə pul saydıqları da bildirilir.
Bir sözlə, bəzi məmurlarımız maaşları ilə müqayisədə necə əldə etdikləri şübhəli qalan sərvətlərini ən müxtəlif bahalı əyləncələrlə bərabər, həm də çeşidli kolleksiyalara xərcləyirlər. Xərcləsinlər, buna bir sözümüz yoxdur, necə deyərlər, varlığa nə darlıq?!
Amma onu da unutmamaq lazımdır ki, bu kolleksiyaların hər birinin özündə ehtiva etdiyi məbləğlə ölkəmizdə onlarla, bəlkə yüzlərlə ailə bir il ərzində qayğısız həyata keçirə bilərdi. \ unikal \










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru