Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar atmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                     “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” .....                     Peşə Təhsili Agentliyində kadr xaosu .....                     Vüsal Nəsirli də belə narazılıq yaradır .....                     Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb .....                     Azərbaycanda yağ və ət problemi yaşanır .....                     "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" .....                     “Tramp marşrutu”na qarşı “qara piar” .....                     Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? .....                     Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası .....                     Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? .....                     Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma .....                     Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb .....                     ABŞ Dövlət Departamentinin nümayəndələri .....                     ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib .....                     Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                 

OLİQARXLARIN QARA GÜNLƏRİ YAXINDADIR
Tarix: 14-01-2012, 11:24 | Çap et
OLİQARXLARIN QARA GÜNLƏRİ YAXINDADIR

ÇİRKLİ PULLARLA BAĞLI BEYNƏLXALQ ARAŞDIRMAYA START VERİLDİ

DİA.AZ: - Ölkəmizdə bir sıra məmurların maaşları 1500-1900 manat arasında dəyişsə də, bəzi məmurların sahib olduğu evlər, daha doğrusu, villalar, malikanələr özlərinin və ailə üzvlərinin idarə etdiyi avtomobillər, xaricdəki bank hesabları, saysız-hesabsız sərvətləri, qanunsuz biznes obyektləri aldıqları məvaciblə heç də uyğun gəlmir.

Bütün bu sərvətlərin sadə məmur maaşı ilə əldə olunmadığı hamıya aydındır. Məsələ burasındadır ki, 1500-1900 manat maaş alan hər hansı şəxsin 500 min-1 milyon manatlıq mülkə sahib olması, külli miqdarda sərvət toplaması qaranlıq məqamlardan xəbər verir. Sirr deyil ki, bizneslə məşğul olmaq inzibati qurumlarda çalışan şəxslərə qanun tərəfindən yasaq edilsə də, onlar müxtəlif səviyyələrdə alqı-satqı işləri ilə məşğul olurlar. Bu azmış kimi, vergidən də yayınır, külli miqdarda maxinasiyalara yol verir, var-dövlətlərin miqyasını daha da artırmaq üçün ən ağlasığmaz vasitələrdən istifadə edirlər. Qeyri-qanuni yollarla varidata sahib olmuş şəxslər çox zaman bunu məharətlə gizlədə bilirlər. Baxmayaraq ki, hökumətdə yüksək postlar tutan bəzi şəxslərin ölkə iqtisadiyyatının müəyyən sahələrini ələ keçirməsi və həmin sahələrdə inhisarçı mövqedə durduğu əhali arasında tez-tez müzakirə edilən mövzulardandır.

Lakin belə faktlar təkcə əhalinin sadə hissəsini düşündürmür. Ötən gün etibarlı mənbədən qəzetimizə daxil olan ən son məlumatlara görə, bu məsələ artıq yuxarı dairələrdə də ciddi müzakirə olunmağa başlayıb. Belə ki, yaxın günlərdə məmurların əmlaklarının araşdırılacağı gözlənilir. Əldə etdiyimiz informasiyaya əsasən bu işə ilk növbədə, məmurların Bakıətrafı ərazilərdə olan mülklərinin təftişi ilə başlanılacaq. Nardaran, Şıx, Mərdəkan, Şüvəlan qəsəbələrində xüsusi reydlər aparılacağı güman olunur. Məhz bu reydlər nəticəsində üzə çıxan mülklərin kimlərin adına olduğu sonradan geniş ictimaiyyətə də təqdim ediləcək. Sözügedən işin heç də asan olmayacağı indidən bəllidir. Çünki əksər hallarda məmurlar mülkləri öz adlarına deyil, qohumlarının, bəzi hallarda isə onlarla heç bir bağlılığı olmayan qaçqın, məcburi köçkün ailələrinin adına rəsmiləşdirirlər. Reydlər zamanı üzə çıxarılacaq hər bir bu cür şübhə doğuran fakt nəzarətə alınacaq, daha sonra isə xüsusi olaraq araşdırılacaq.

Bundan başqa, məmur ailələrinin övladları da nəzarət altına alınacaq. Gənc yaşlarında saysız-hesabsız varidata sahib olan övladlara xərclənən pulların da məmur maaşından qaynaqlanmadığı aydındır. Əsasən xaricdə öz lüks həyatlarını təmin etmiş varlı tələbələr də öz sahibləndiklərinə görə cavab verməli olacaqlar.

Həmçinin, xarici hesablar da xüsusi yollarla nəzarətə götürüləcək. Bu işin də asan olmayacağı məlumdur. Lakin məlumatı bizə ötürən mənbə bu istiqamətdə xüsusi tədbirlər planının hazırlandığını bildirib.

Bir sözlə, yaxın zamanlarda bizi xeyli yeniliklər gözləyir. Dövlətçiliyimizin mənafeyinə hesablanmış və çoxdan atılması gözlənilən bu cür addımlar yəqin ki, hər birimizi çox sevindirəcək.

Amma məsələ tək bununla bitmir. Son bir neçə ay ərzində Avropa və ABŞ-da banklarda ciddi araşdırmalara start verilib. Qeyd edək ki, banklarda öncə ərəb inqilabına görə başlanan yoxlamalar, daha sonra İrana qarşı tətbiq olunan sanksiyalarla əlaqədar davam etdirildi.

Həmin vaxt Azərbaycanda iş adamı kimi tanınan QMİ rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qohumu Əli Evsen həbs edildi və aydın oldu ki, o, Hüsni Mübarəkə məxsus olan çirkli pulların yuyulması ilə məşğul olub. Məhz bundan sonra bank yoxlamalarının əhatəsi böyüdüldü və əsasən postsovet məkanından olan oliqarxların hesabatları nəzarətə götürüldü. Bir müddət sonra isə aydın oldu ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qızlarının da hesabları dondurulub. Çünki onlara məxsus hesablardakı pulların çirkli pullar olması ilə bağlı ortada ciddi faktlar olub. Bunu nəzərə alan ABŞ və Avropa hüquq-mühafizə orqanları əsasən İsveçrə banklarındakı hesablamaların yoxlanılması razılığına gəliblər. Öncə banklar bundan imtina etsələr də, sonra razılaşmalar əldə edilib. İndi isə aydın olub ki, İsveçrə banklarında diqqəti cəlb edən hesablardan bir neçəsi Azərbaycanda yaşayan bəzi oliqarxlara məxsusdur. Başqa sözlə, Şərqi Avropa ölkələri vasitəsilə çirkli pulları yuyaraq İsveçrə banklarına yerləşdirən oliqarxların əməlləri aşkarlanıb. Qeyd edilir ki, çox yaxın günlərdə bu hesablar açıqlanacaq və oliqarxlardan izahatlar istəniləcək. Əgər tutarlı əsaslar olmasa, bütün hesablara həbs qoyulacaq.

Bunu da qeyd edək ki, diqqət mərkəzinə düşən həmin hesablardan pul çıxarmaq artıq yasaq edilib. Yəni artıq azərbaycanlı oliqarxlar həmin pullardan əllərini çəkmək üzrədilər. Bunu da qeyd edək ki, aparılan araşdırmalar nəticəsində iki azərbaycanlı oliqarxla yanaşı, rusiyadan olan bir neçə oliqarx da eyni durumdadır. Bildirilir ki, bu hələ başlanığıcdır və nəzərdə tutulan plana uyğun olaraq Avropa banklarında yoxlamalar davam etdirilərsə, həbsə məruz qalacaq hesabların sayı yüzü keçəcək.

Bunu da qeyd edək ki, hələlik hesabların yoxlanılmasına icazə verməyən İsrail banklarıdır. Yeri gəlmişkən, bəzi azərbaycanlı məmurların İsraildə də bank hesabları var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar atmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru