Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                 

Cənab Əmrullayev Texniki Universitetə NƏZƏR SALACAQMI? - Müəllimlər ŞOK FAKTLARI AÇIQLAYIR...
Tarix: 6-11-2021, 10:51 | Çap et
Cənab Əmrullayev Texniki Universitetə NƏZƏR SALACAQMI?
DİA.AZ: - "Biz, Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərindən bir qrupu son iki ildə universitetimizdə yaranmış acınacaqlı və fəlakətli dərəcəyə çatmış vəziyyət haqqında ürək yanğısı ilə məlumat vermək istəyirik". DİA.AZ bildirir ki, bu sözlər sözügedən ali təhsil ocağının bir qrup müəllimi adından redaksiyamıza göndərilən müraciətində yer alıb.

Həmin müraciətin birinci (Texniki Universitetin günahı nədir? - MÜƏLLİMLƏR HARAY ÇƏKİR...), ikinci (Texniki Universitetin rektoru haqda ŞOK İDDİALAR... - Nazirlik MÜDAXİLƏ ETMƏLİDİR...) və üçüncü (Rektor haqda ŞOK FAKTLAR AÇIQLANIR... NAZİRLİKSƏ SUSUR... - Müəllimlərin ETİRAZI DAVAM EDİR...) hissələrini təqdim etmişdik.

İndi isə diaaz.space olaraq müraciətin davamını diqqətinizə çatdırırıq:

"Rektor deyir ki, nəyə lazımdır humanitar fənlərdən məşğələ dərslərini ayrı-ayrı qruplarda keçmək? Bütün qrupları doldurun 100 nəfərlik bir otağa birlikdə dərs keçin. O başa düşmür ki, məşğələ dərslərində müəllimlər məktəbdə olduğu kimi tələbələrdən dərs soruşurlar, həm də semestr ərzində hər tələbədən azı 3 dəfə sorğu aparılmalıdır. 100 nəfərlik auditoriyada bunu necə etmək olar? O, bunu başa düşmür. Keçən tədris ilindən başlayaraq, rektorun göstərişi ilə magistraturada hətta müxtəlif ixtisasdan olan qrupların müxtəlif ixtisas fənləri də eyniləşdirildi (???) ki, təki magistr qrupları da bir yerdə potok şəklində dərs keçsinlər. Daha burada hansı ixtisas hazırlığından söhbət gedə bilər, hətta magistratura səviyyəsində də?

Keçən tədris ilinin yaz semestrində (2020-ci ilin yazı) qərar verildi ki, bakalavr səviyyəsində tələbələr öz istəkləri ilə yekun dövlət attestasiyası kimi ya buraxılış işi layihəsinin yerinə yetirilməsini, ya da dövlət imtahanının seçə bilərlər. Əlbəttə ki, tələbələrin böyük əksəriyyəti də asan forma kimi dövlət imtahanını seçdi. Beləliklə, universitetin son kursunu bitirən 1500-1600 tələbədən yalnız 50-60 nəfəri buraxılış işinin yerinə yetirilməsini seçdi. Bu, mühəndis hazırlayan universitet üçün yolverilməz biabırçılıqdır və universitetdə mütəxəssis hazırlığının aşağı səviyyədə olduğunu gizlətmək üçün edildi. Məsələ ondadır ki, xarici ölkələrdə mühəndis universitetlərinin hamısında təhsilin sonunda buraxılış işi layihəsi yerinə yetirilməlidir. İndi əgər bizim tələbələr bundan sonra xaricə işləməyə və ya magistraturada təhsillərini davam etdirməyə getsələr, orada onların biz verdiyimiz diplomlarını tanımayacaqlar. Təsəvvür edirsinizmi, bu, tələbələri aldadıb, onlara səlahiyyətsiz diplom vermək deməkdir. Tələbələr isə bunu gələcəkdə başa düşəcəklər, həm də hamısı yox, yaxşı tələbələr başa düşəcək. Onda isə onların əli heç yerə çatmayacaq.

Hələ bu da hamısı deyil. Məsələ ondadır ki, onların həmin buraxılış dövlət imtahanları da əvvəlcə təyin edildi, imtahan sualları hazırlandı, hazırlıq getdi, sonra isə karantin rejiminə istinad edilərək, ümumiyyətlə keçirilmədi. Bunu da başa düşmək olar. Amma bu da hamısı deyil. İş ondadır ki, imtahan balı kimi tələbələrin orta balları hesablandı və guya ki, dövlət imtahanı keçirilibmiş kimi saxta imtahan protokolları tərtib edildi və həqiqətdə keçirilməyən Dövlət imtahan komissiyasının protokolları kimi hazırlanaraq, Dövlət imtahan komissiyasının üzvlərini onları imzalamağa məcbur etdilər. Onlar da imzaladılar. Hətta protokollara yalandan imtahan sualları da yazdılar ki, guya tələbələrə imtahanda bu suallar düşüb, onlar da cavab veriblər. Bu, AzTU-nun 70 illik tarixində hələ görünməmiş bir saxtakarlıqdır.

Rektor V.Vəliyev bu iki ildə 70 il ərzində AzTU-da formalaşmış mühəndis təhsili, mühəndis hazırlığı konsepsiyasını dağıdıb, özü başa düşdüyü kim, daha doğrusu, özünün də başa düşmədiyi yeni “konsepsiya” yaradıb.

Universitetdə semestr imtahanlarını keçirilməsi də çox eybəcər şəkil alıb. Aydındır ki, xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla, imtahanlar onlayn formada keçirilir. Amma heç bir universitetdə imtahanlar bizdə olduğu kimi eybəcər şəkildə keçirilmir. Tələbəyə imtahandan bir saat əvvəl imtahanda ondan hansı bilet soruşulacağı deyilir. Bu bir saat kifayətdir ki, tələbə imtahan suallarını cavablarını tapıb, öz kompüterinin ekranına hazır şəkildə çıxarsın və onlayn rejimdə cavab verərkən sualları oradan oxusun. Tələbələr hətta uzun-uzun riyazi ifadələri də qarşılarındakı ekrandan oxuyurlar. Müəllimin isə ona imtahan biletinə düşməyən digər mövzulardan sual vermək ixtiyarı yoxdur. Beləliklə, tələbələrin əksəriyyəti “əla” qiymətlər alır. Magistraturada isə tələbələrin hətta 85-90%-i “əlaçıdır”. Belə “böyük müvəffəqiyyət” də AzTU-nun tarixində hələ görünməmişdi. Universitetdə yumorla deyirlər ki, bizim rektorumuz “zəif tələbənin xəyallarını” həyata keçirir. Belə şeyləri əvvəllər yalnız uşaqlar üçün gülməli multfilmlərdə görmək olardı. Görünür, rektor V.Vəliyev özü tələbə olanda pis və zəif tələbə olub, belə xəyallarla yaşayıb, indi isə rektor olub, bu "xəyalları həyata keçirir". Amma o danışanda hamı görür ki, o, cümləni başlayır, ancaq qurtara bilmir. Başa düşmək olmur ki, hansı fikri demək istəyir. Təsəvvür edirsinizmi, Əməkdar Elm Xadimi adi məsələlər üzrə fikrini izah edə bilmir, danışığında heç bir məntiq yoxdur, “bunu qoyur, ora keçir, onu qoyur bura keçir”, hətta bəzən “mızıldayır” da, anlamaq olmur ki, nə deyir. Onun ən çox işlətdiyi sözlər bunlardır: “Çox ciddi, çox ciddi, çox ciddi bir sənəd hazırlanacaq və ortalığa qoyulacaq”. “Ortalığa qoymaq” onun ən çox sevdiyi sözlərdir.

Təlimata əsasən 1-ci kurs magistrantların dərsləri başlayandan 3 ay müddətində onların dissertasiya mövzuları təsdiq edilməlidir ki, dissertasiya üzərində işləmək üçün kifayət qədər vaxtları olsun (magistrantların təhsil müddəti cəmi 2 ildir). İki ildir ki, bu məsələ çox uzanır və yalnız may ayının sonunda 1-ci kurs magistrantların dissertasiya mövzuları təsdiq edilir. Beləliklə, magistrantlar dissertasiya üzərində işləmək üçün onlara ayrılmış 2 ildən 1 ilini itirilir. Həm də saxtakarlıq edilərək, dissertasiya mövzularının təsdiq edilməsi haqqında əmr mart ayı tarixi ilə sənədləşdirilir. Bu isə o deməkdir ki, magistrantlar bir il dissertasiya üzərində işləmək imkanından məhrum olurlar və onların yalnız bir ili qalır. Nə səbəbə? Səbəb isə odur ki, rektor səriştəsiz adamları ətrafına toplayıb və özü də səriştəsiz və məsuliyyətsiz olaraq, onlara rəhbərlik edir. Tələbələr isə bundan zərər çəkir.

Ümumiyyətlə, V.Vəliyev rektor gələndən tədrisin və təhsilin vəziyyətinin yaxşılaşdırılması istiqamətində zərrə qədər də müsbət iş görməyib, ancaq hər şeydən, dərslərdən kəsmək, tədris yüklərini azaltmaq, bu yolla vəsaitə qənaət edib, onu başqa yerlərə sərf etmək məqsədi qoyulub. AzTU-da tədrisin əvvəldən onsuz da yüksək olmayan səviyyəsi gün-gündən daha da aşağı enməkdədir. Tədrisin səviyyəsi burada heç kimi maraqlandırmır və o, tədrisi bilənləri tədrisdən kənarlaşdırır, onların əvəzinə tədrisdən uzaq adamları, ibtidai sinif müəllimələrini, texniki-peşə məktəblərindən gətirdiyi adamları (məsələn, “Karyera mərkəzinin” müdiri Aytac Rzayeva kimi) ətrafına yığır. Onlar da səviyyəsiz işlərlə, şoular təşkil etməklə məşğul olurlar. Yeri gəlmişkən, bu yaxınlarda rektor daim onunla birlikdə şoularda şəkil çəkdirib sayta qoyan Aytac Rzayevanı əmrlə tutduğu vəzifədən çıxardı. Rektor bir dəfə də maraqlanmayıb ki, bu texniki universitetdir, burada tədris laboratoriyaları nə vəziyyətdədir, necə təchiz olunub, nə çatışmır. O, ümumiyyətlə belə məsələlərə toxunmur, bunlar onun yadına düşmür, o, bilmir ki, bu universitetdə belə şeylər var, texniki qurğularla təchiz olunmuş laboratoriyalar olmalıdır. Bilinmir ki, rektorumuz iqtisadçıdır, ya riyaziyyatçı, hər halda texnikadan çox uzaq adamdır və texnika haqqında, xüsusən də texniki təhsil haqqında təsəvvürləri yox dərəcəsindədir. O, elə bilir ki, özünün bildiyi kimi (əslində isə bilmədiyi kim) yeni bir universitet yaradır, əlbəttə ki, İqtisad Universitetinin nümunəsində, əslində isə 70 illik pis-yaxşı fəaliyyəti və təcrübəsi olan, Respublikamız, hətta keçmiş İttifaq üçün bir çox görkəmli mütəxəssislər hazırlamış Texniki Uni

Bəzən onun hərəkətlərindən görünür ki, onun psixoloji durumu da sabit və normal deyil. Bir neçə dəfə məhdud sayda adamın iştirak etdiyi iclaslarda o, heç bir səbəb olmadan əlini stola vurub qışqırıb, deyib ki, hamınız işdən qovacağam, mən bu universiteti dağıdacağam (hələ ki, baş verənlərdən görünür ki, o, bu vədinə əməl etmək üzrədir). Sonra birdən sanki, özünə gəlir, ətrafına baxır, sanki harada olduğunu anlayır və birdən danışıq tonunu dəyişir.

Artıq universitetdə tamamilə ciddi olaraq, belə söhbətlər getməyə başlayıb ki, bəlkə o, təxribatçıdır, qəsdən universiteti dağıdır? Axı Azərbaycan Texniki Universiteti ölkəmizin 2-3 ən böyük texniki ali təhsil müəssisəsindən biridir, ölkə üçün strateji əhəmiyyətli sahələr olan texnika, istehsalat, sənaye, o cümlədən müdafiə sənayesi müəssisələri üçün kadrlar hazırlayır. Bizim hazırladığımız texniki mütəxəssislər hətta orduda da xidmət edirlər.

Nəzərə alın ki, bu qədər hadisə cəmi iki ildə baş vermişdir. O, burada daha çox qalsa, daha nələr olacaq? Dağıdılanları geri qaytarmaq, bərpa etmək də mümkün olmayacaq. Universitetimizdə fəaliyyətdə olan, işləyən nə varsa, hamısını sındırıb, dağıdır, sanki onu buraya universitetdən intiqam almağa göndəriblər.

Belə hallar olub, ki, bizlərdən kimsə universitetə dəxli olmayan kənar tanışımıza haradasa rast gələndə, tamamilə universitetdən kənar bir adam bizdən soruşub ki, “sizin universitetdə nə hadisələr baş verir? Rektor nə edir?” Yəni, universitetdə olan bu dağıdıcı məsələlər təkcə universitet daxilində deyil, geniş ictimaiyyətə də məlumdur.

Biz başa düşə bilmirik ki, yəni Təhsil Nazirliyinin bu məsələlərdən xəbəri yoxdur? Xəbəri yoxdursa, niyə yoxdur? Əgər xəbəri vardırsa, bunları normal hesab edirmi? Bizim universitet nə səbəbə bu qədər diqqətdən kənarda qalıb? Bir adamı böyük bir təhsil və elm müəssisəsinə rəhbər təyin edəndə və eşidəndə ki, bu adam müəssisənin altını üstünə, üstünü altına çevirib, bir maraqlanmazlar ki, o nə edir və niyə edir?

P.S. Bu adamda heç bir vətənpərvərlik hissi də yoxdur. Keçən il 10 dekabrda Vətən müharibəsində böyük qələbəmiz münasibəti ilə Qələbə paradı keçiriləcəkdi. Universitetdə iş günü də deyildi. Hamı səbirsizliklə Qələbə paradını gözləyir, bu fikirlə yaşayırdı, hamı televizorların qarşısında paradı gözləyirdi. Amma paradın saat neçədə başlayacağı dəqiq məlum deyildi. Rektor isə belə bir vaxtda ayın 9-u axşamdan ayın 10-u saat 11 üçün universitet elmi şurasının onlayn iclasını təyin etmişdi, həm də gündəlikdə elə bir təcili məsələ də yox idi. Sonra, ayın 10-da saat 11-dən başlayaraq, televiziyada parad başlamadıqca, hər bir saatdan-bir elmi şura üzvlərinə xəbər göndərərək, iclasın vaxtını bir saat-bir saat dəyişdirdi. Hamı isə paradı gözləməkdə idi. Ancaq, bilmirdilər ki, paradı gözləsinlər, ya elmi şura iclasını. Nəhayət, parad qurtaran kimi, saat 15-də iclası başladı. İclasdan sonra elmi şura üzvləri bir-birlərinə gileylənirdilər ki, “bu necə adamdır, belə günə şura təyin edir, qələbə paradına rahat tamaşa etməyə də imkan vermədi, guya ki, iclası o biri günə keçirmək olmazdı?”."

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru