"Sobsan"ın şefləri KİMƏ BELƏ GÜVƏNİRLƏR?.. - Ortada bunca ittiham var...
Tarix: 11-11-2021, 11:19 | Çap et
 Məlumdur ki, Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarının təsis etdiyi “Rəmzi-S” MMC-yə məxsus olan “Sobsan” boya fabriki Qafqaz regionunun ən böyük boya və boya xammal fabrikidir. Bu fabrikin 500 nəfərdən artıq işçisi var. Və milyonlar qazanır. Necə deyərlər halal xoşları olsun. Amma… Əmması odur ki, dövlət sənə münbit şərait yaradıb və sən milyonlar qazanırsan. Və dövlətə də milyonlarla ziyan vurursan. Bəli, dəfələrlə yazmışıq ki, “Sobsan” boya fabriki sözün həqiqi mənasında ətraf mühitə qarşı ekoloji terror törədir. Hətta qardaşların bu əməllərini erməni işğalçılarının ölkəmizin təbiətinə vurduğu ziyanla müqayisə etmişik. Bəs görəsən Səbzəliyev qardaşlarının bu əməllərini ekologiya naziri Muxtar Babayev görmür ? Məlumat üçün bildirək ki, Sobsan boyaların tərkibində olan çox sayda kimyəvi maddələr insan orqanizminə, eləcə də ətraf mühitə məhvedici təsir göstərir. Fabrikin Müşfiq qəsəbəsindəki ərazisində boya istehsalı zamanı yaranan zərərli tullantılar ətrafdakı su hövzələrinə axıdılır. Digər tərəfdən avadanlıq və qurğular vaxtında dəyişdirilməlidir, ətraf mühitin qorunmasına maliyyə vəsaiti ayrılmalıdır ki, ekoloji problem yaranmasın. Qardaşlar isə qazandıqları milyonları basıb yeyir və ətraf mühiti düşünmürlər və ekoloji terror baş verir. Söhbət fabrikin Bakıətrafı qəsəbələrdəki “əməllərindən” düşmüşkən, bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır. Bir neçə ay əvvəl, daha dəqiq desək, bu ilin aprel ayında Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində ölüm hadisəsi baş vermişdi. Daha doğrusu, “Sobsan” boya fabrikində qanuni fəhlə işləyən şəxsin üsərinə torpaq uçmuş və fəhlə hadisə yerində ölmüşdür. Hətta bu ölüm hadisəsi ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlandı. Sonu nə oldu ? Guya ölən şəxs həmin ərazidə metal qırıntıları, mis yığırmış. Bir soruşan olmadı ki, nə metal, nə mis-filan ? Ölən şəxs fabrikin işçisi olub və işbaşında ölüb. Bəli, Səbzəliyev qardaşları deputat dostlarının köməyi ilə hər şeyi batıra bilirlər. Ümumiyyətlə, bu fabriklə bağlı şikayətlərin sayı-hesabı yoxdur. Vaxtilə fabrikin Binəqədidə yerləşən sahəsində güclü yanğın zamanı onlarla sakin zərər çəkmişdi. Fabrikin sahibi olan qardaşlar vətəndaşlara dəyən zərəri ödədimi ? Əlbəttə, yox. Zərərçəkən sakinlər haralara yazmadılar, şikayət etmədilər ? Amma nəticə olmadı.
Axı, yanğının səbəbi təbii fəlakət-zad deyildi ee, fabrikin sexində baş verən hadisə idi. Yəni ətrafdakı yanan evlər Səbzəliyev qardaşlarının əməllərindən ziyan çəkmişdi. Bəs onda Səbzəliyev qardaşları niyə vətəndaşlara dəyən zərəri ödəmədi ? “Sobsan”nın əməlləri bununla bitmir. Səbzəliyev qardaşları Şamaxıda onlarla vətəndaşı aldadaraq onlara məxsus torpaqları saxta sənədlərlə mənimsəyib, hətta vəfat etmiş şəxslərin adına olan torpaqları da ələ keçiriblər. Vətəndaşların şikayət etmədiyi dövlət qurumu qalmayıb, ancaq nəticə yoxdur. Səbzəliyev qardaşları kimə arxayındır ki, vətəndaşlara hədə-qorxu gəlirlər. Bütün bunlar azmış kimi Səbzəliyev qardaşları alıcıları çəkidə və qiymətdə aldadır. Bəli, çəkidə aldadır. Üstünə 10 kq yazılan bir vedrə boyanın təmiz çəkisi 6 kiloqramdır. Fabrik boyanın qabının ölçülərini yuxarıdan və aşağıdan dəyişərək, alıcıları aldadır. “Sobsan” boya”nın sexlərində, laboratoriyalarında elə “qatqılar” olur ki, bununla mütləq xüsusi xidmət orqanları məşğul olmalıdır. “Sobsan” boya fabrikinin sahibləri olan Səbzəliyev qardaşları o qədər varlanıblar ki, artıq mühüm vəzifələrə qohum-əqrəbalarını yerləşdirirlər, deputat seçkilərində kimlərsə “sponsorluq” edirlər, yəni “siyasi işlərə də burun soxurlar”. Məsələn, sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə qohum olan qardaşlar öz əmisi qızları Gülnaz Dadaşovanı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin etdiriblər. Bir sözlə, Səbzəliyev qardaşlarının iştahaları və…cəmiyyətimizə vurduğu ziyanlar bitib-tükənmək bilmir. Bəs, müvafiq dövlət qurumları hara baxır ? //gundelik-baku.com//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15 |
|
|
|
| • İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12 |
|
|
|
| • "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
| • Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10 |
|
|
|
| • “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08 |
|
|
|
| • Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02 |
|
|
|
| • Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47 |
|
|
|
| • “Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45 |
|
|
|
| • Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43 |
|
|
|
| • Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38 |
|
|
|
| • Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29 |
|
|
|
| • "Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22 |
|
|
|
| • Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09 |
|
|
|
| • Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24 |
|
|
|
| • 2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11 |
|
|
|
| • İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04 |
|
|
|
| • Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02 |
|
|
|
| • AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01 |
|
|
|
| • Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49 |
|
|
|
| • Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41 |
|
|
|
| • İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23 |
|
|
|
| • Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21 |
|
|
|
| • Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17 |
|
|
|
| • "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06 |
|
|
|
| • "Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02 |
|
|
|
| • “Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01 |
|
|
|
| • "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58 |
|
|
|
| • Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47 |
|
|
|
| • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46 |
|
|
|
| • İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44 |
|
|
|
| • "Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29 |
|
|
|
| • Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25 |
|
|
|
| • Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23 |
|
|
|
| • Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19 |
|
|
|
| • MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12 |
|
|
|
| • Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08 |
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06 |
|
|
|
|