Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                 

Yardımlının icra başçısı RAYONU BELƏ `YEYİR`... - Görünür, DƏRS ALMAYIB...
Tarix: 25-11-2021, 09:45 | Çap et
Yardımlının icra başçısı RAYONU BELƏ `YEYİR`...
Yardımlı rayonunda olanda, rayonun mərkəzini və kəndlərini ziyarət edəndə adama elə gəlir ki, bura müasir Azərbaycanın rayonu deyil. Yardımlıda hər şey sanki məqsədli şəkildə köhnə olan-qalanları saxlamağa, yolsuzluğa, işsizliyə, tar-mar olmuş şəraitdən qurtulmamaq üçün yeniliklərin qarşısını almağa yönəlib. Yardımlıya yardım etmək istəyi indi hər bir yardımlılı üçün çox vacib işə çevrilib.
"Demokratik.Az"-ın məlumatına görə, 10 illərdir ölkəmizdə aparılan regionların davamlı sosial-iqtisadi inkişaf strategiyasından sanki bu rayona yetəri qədər pay düşməyib. Hər il Yardımlıya ayrılan vəsaitlər ya azlıqdan, ya yolda azdığı üçün rayonun görkəmini dəyişə bilməyib.
Yardımlının bir az da paytaxt Bakının gözündən uzaq olması, dağlıq-dağətəyi relyefə malik olması, insanlarının öz çətinliklərinə susqun qalması sanki buranı iri hökumət adamlarına da unutdurub. Amma, bu zavallı rayonda abadlıq-quruculuq işlərinin kimlər tərəfindən axsadıldığını və nə səbəbə alt-üst edildiyini, sakinlərin ümid və arzularının illərdir ki, rəsmən suya düşürülməsini, geriləmə səbəblərini müəyyən etmək üçün araşdırma aparanda müqəssir sayıla bilən bəzi məmurların maraqlarının əsası görünür.

Azərbaycanda yerli idarəetmənin mövcud reallıqlarından da bilirik ki, hər bir rayonun maddi-məsul cavabdehlik yükünü icra hakimiyyəti başçıları daşıyır. Və hər rayonda olan maddi imkanların və ayrılan büdcə vəsaitlərinin yerbəyerində də icra başçıları canfəşanlıqla əzələ nümayiş etdirirlər. Yəni, gözəl bilirik ki, əksər şəhər və rayonlarımızda prezidentin etimadına dönük çıxmaqla özlərini şahənşah elan etmiş icra başçıları əhalinin sosial rifahı naminə verilən prezident sərəncamlarının icrasından və nəzərdə tutulmuş vəzifələ öhdəliklərindən irəli gələn məsələləri əksər hallarda öz mənfəətləri və varlanmaları üçün səfərbər edirlər.
Son illərdə korrupsiya və rüşvətxorluq ittihamları əsasında həbs edilmiş başçıların əməllərində məhz mənfi çalarlar, rayonun abadlığına ayrılmış milyonların qamarlanması, "DOST" xəttilə işə götürülən kasıbın çörəkpulunun - maaş kartının oğurlanması, büdcə pullarının saxta sifarişli tenderlər yolu ilə əsas təyinatından uzaqlaşdırılaraq mənimsənilməsi örnəyi var. Təəssüf ki, həbslər, vəzifədən qovmalar heç də həmişə eyni əməllərdə yoğrulan digər icra başçıları üçün mayak rolunu oynamır.

Hazırda Yardımlıya icra başçılığı həyata keçirən Ayaz Əsgərovun 5 illik fəaliyyətinə nəzər salanda da rayonun digərlərilə müqayisədə çox geri qalmasında onun əsas təqsirkar olduğuna dair ciddi qənaətlərə gəlinir. Rayon sakinlərinin düşüncələrində də acınacaqlı durumun ortaya çıxmasında, səfalətə qərq olmalarında, sakinlərin böyük əksəriyyətinin işsizlikdən evlərini tərk edərək Bakıya və Rusiyaya qaçmalarında rayon icra hakimiyyətinin yarıtmaz idarəetməsi başlıca rol oynayır.
Regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tətbiqində Yardımlı İHB-nin uğursuz dayanıqlığı rayon üzrə qeyri-neft sektorunun davaml inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşuna, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermək əvəzinə, insanların problemlərini daha da dərinləşdirib. İnsanlar üçün onsuz da zor olan həyat şərtlərini ağırlaşdırıb. Ayaz Əsgərovun "qabiliyyətləri" sayəsində rayonun təhsil, səhiyyə və mədəniyyət sahəsində də aşkar geriləmələr, yalançı sosial-iqtisadi təhlillər qeydə alınıb. Rayonda rabitə problemləri, çəkilmiş kanalizasiya xəttlərinin uğursuzluğu, susuzluq və kəndlərin qazlaşdırılmaması həllini çoxdan gözləyən problemlər olaraq da qalır.

Prezidentin sərəncam və qərarlarının qüsursuz icrasına mükəlləf olan Ayaz Əsgərovun təkcə 2021-ci il üzrə məqsədli davranışları və maraqları sayəsində rayona ayrılan küllü miqdarda dövlət vəsaitinin xərclənməməsi, görülməli işlərin də iflası, maliyyə pozuntuları baş tutub.

Rayondan aldığımız məlumata görə, 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 700 000 (yeddi yüz min) vəsaitin yolların təmirinə yönəlməsi və digər abadlıq-quruculuq işləri məqsədilə 345 000 (üç yüz qırx beş min) manat vəsaitin xərclənməsi Ayaz Əsgərovun süni əngəlləri ilə dayandırılıb. Etibarlı mənbədən aldığımız məlumata görə, başçının kaprizinə səbəb əvvəlki illərdən fərqli olaraq cari ildə Yardımlı şəhər təsərrüfatına aid sifarişlərin keçirilən tenderlərdə öz xeyrinə istədiyi kimi həll edə bilməməsi olub. Bu il özünə yaxın təcrübəsiz şirkətlərin tenderlərə qatılması isə tutarlı dolaşıqlıqlar, özbaşınalıqlar yaradıb. Nəticədə, əsas tenderlərin icraatı dayandırılıb.
Tenderlər və dövlət satınalmaları üzrə fəaliyyət göstərən rəsmi elektron hökumət portalındakı bilgilərdə də Yardımlı rayonu üzrə keçirilmiş əsas tenderlərin formal xarakter aldığını müşahidə etmək olur. Tender və kotirovka sorğuları keçirildəkdən sonra nəticələrinin ictimaiyyətə açıqlanmaması da Yardımlıda vəsaitlərin qeyri-şəffaflıqla dağıdıldığını, Yardımlı İHB-nin tender prosedurlarında gizlin sövdələşmələrə yol verildiyini deməyə əsaslar verir. Açıq və rəsmi məlumatlar onu da üzə çıxarır ki, Ayaz Əsgərovun dövründə Yardımlıda aparılan çeşidli abadlıq-quruculuq işləri əsasən 2019-2020-ci illər üzrə daha aktiv aparılıb, lakin, 100 minlərlə xərcləmələr bugün üçün rayonun nimdaş libasına heç bir müsbət töhfə verməyib. Cari təmir işlərinin məcburi xarakterli olduğunu düşünsək, son ilin məlumatlarının ictimaiyyətdən gizlədilməsi də korrupsiyaya yol açan böyük nöqsandır.
Rayonda sakinlərin gözünü oxşayıb illərdir diqqətini çəkən nəhəng tikili də elə Yardımlı icra hakimiyyətinə aiddir. Sabiq icra başçısı Sevindik Hətəmovun vaxtında təməli qoyulmuş yeni İHB binasıdır. Təkcə 2019-cu ilin əvvəlində Ayaz Əsgərovun yarım milyondan çox (556 000) artıq pul məsrəf etdiyi bina 5 ildir yarımçıq qalmaqdadır. Digər illərdə də İHB binasının tikintisinin tamamlanmasına pullar ayrıldığı iddia edilir, lakin, bu barədə səhih bilgilər Ayaz Əsgərovun diqtəsilə hamıdan gizlədilir.

Rəsmi məlumatlara görə, Yardımlı İHB-nin birbaşa tabeliyindəki Yardımlı şəhər İƏD üzrə İcra Nümayəndəliyi Rayondaxili abadlıq işləri və yolların guya təmiri asfaltlanması üzrə son 5 ildə 5 milyon manata yaxın xərcləmələrə imza atıb. Ayaz Əsgərovun 5 illik fəaliyyətində Bayram tədbirlərinin keçirilməsi işlərinə 500 000 (yarım milyon), dəftərxana ləvazimatlarına və İHB-nin avtomaşınlarının alınmasına, təmirinə və sair xərclərə 200 000 (iki yüz min) manat pul silinib. Son 5 ilin pul dövriyyələrində əsas izlərin və maxinasiyaların "GünayBank"dakı müxtəlif bank hesablarına uzandığı deyilir. Bu barədə əlimizdə olan rəsmi bilgiləri dəqiqləşdirdikdən sonra yayacağıq.

Yardımlı rayon kommunal təsərrüfat istehsalat birliyinin fəaliyyətində də nöqsanlar və çatışmazlıqlar var. MKTİB-in maddi-texniki bazasının genişləndirilməsi üçün heç bir iş görülmür. Şəhər təsərrüfatı da avtopilot idarə olunur.

Ayaz Əsgərovun ətrafına topladığı kadrların kimliyi, vakant vəzifələrin necə bölüşdürülməsi işi isə ayrıca təhlil tələb edir...
(ardı var)

Demokratik.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru