Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                 

Pərvin Mirzəzadə Türkiyə ilə münasibətlərimizi korlamaq tapşırığını kimdən alıb? - Diplomatik skandal...
Tarix: 22-12-2021, 11:31 | Çap et
Pərvin Mirzəzadə Türkiyə ilə münasibətlərimizi korlamaq tapşırığını kimdən alıb?
Məlum olduğu kimi, dekabrın 20-də Azərbaycan Elmlər Akademiyasının kitabxanasında “Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində: İlin yekunları və perspektivlər” adlı beynəlxalq dəyirmi masa keçirilib. Rusiyanın “Şimal – Cənub Politologiya Mərkəzi” və “Baku Network” Beynəlxalq Siyasət və Təhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rusiyadan olan ekspertlərlə yanaşı Azərbaycandan da bir sıra tanınmış şəxslər – deputatlar, diplomatlar, ekspertlər və media nümayəndələri iştirak ediblər.

DİA.AZ bildirir ki, ovqat.com sözügedən toplantı ilə bağlı diplomatik skandal sayıla biləcək məlumatlar əldə edib. Məlumata görə, tədbirdə Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri korlamağa hesablanmış bir sıra fikirlər səsləndirilib və bu fakt qardaş ölkənin də gözündən yayınmayıb.

Məlumatın əsas məğzinə keçməmişdən xatırladaq ki, tədbirə Trend-in baş redaktoru Emin Əliyevdən tutmuş, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini Elşad Məmmədov, “Cənubi Qafqaz” politologiya klubunun rəhbəri İlqar Vəlizadə, CBC telekanalının baş direktoru Vüqar Xəlilov, xüsusi tapşırıqlar üzrə səfir Pərvin Mirzəzadəyədək ölkənin “rusdilli ictimaiyyəti” kimi tanınan zümrəsinin aktiv simaları qatılıblar. Natiqlər çıxışlarında Azərbaycanda rusdilli məktəblərin yağışdan sonra çıxan göbələklər kimi artmasından ağız dolusu bəhs edib, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasında bunun olduqca vacibliyini vurğulayıblar. Halbuki, təhsilin dövlət dilində olması hər bir ölkənin müstəqilliyinin, suverenliyinin qarantıdır və Azərbaycanda son zamanlar rusdilli təhsilə xüsusi diqqət yetirilməsi heç bir məntiqlə izah oluna bilməz. Üstəlik, rusca danışmaq və ya Rusiyanı tanımaq hələ şimal qonşumuzla münasibətlərdə ölkənin milli maraqarını unutmaq anlamına gəlmir.

Türkiyə ilə münasibətlərimizi korlamağa hesablanmış əsas çıxışa gəlincə, bildirilir ki, beynəlxalq forumda rusdilli zümrənin diplomatı kimi tanınan Pərvin Mirzəzadənin digər ekspert və ictimai fəallardan, hətta Rusiya nümayəndələrindən də qabağa gedərək bir sıra qalmaqal yaradan bəyanatlar səsləndirməsi xüsusilə diqqətdən yayınmayıb. İddialara görə, xüsusi tapşırıqlar üzrə səfir Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını dəstəkləyərək bildirib:

“Biz Rusiyanın Suriyada həyata keçirtdiyi əməliyyatı dəstəkləyirik. Təsadüfi deyil ki, Suriyaya uçüş həyata keçirən bir sıra rus hərbi təyyarələri Azərbaycanın fəzasından istifadə edirlər”.

Xüsusi tapşırıqlar üzrə səfirin xüsusi canfəşanlığı istər-istəməz bu sualları doğurur:

XİN-də korrupsiya skandalları ilə ad çıxaran nazir Elmar Məmmədyarov istefaya göndərildikdən sonra vəzifəsindən kənarlaşdırılsa da, kifayət gədər yüksək statusunu qoruyub saxlaya bilən, hətta diplomatik külislərdə nazirdən daha səlahiyyətli şəxs kimi tanınan Mirzəzadə bu fikirləri səsləndirərkən nəyi nəzərdə tutub? Azərbaycan Suriya münaqişəsində nə vaxtdan tərəfdir? Əgər Bakı həqiqətən də Rusiyanı dəstəkləyirsə, bu tərəfkeşlik kimə qarşıdır? Axı Suriyada Rusiyanın rəqibi qardaş Türkiyədir və diplomatın sözündən belə çıxır ki, biz Rusiyanın Türk əsgərinə qarşı həyata keçirdiyi hava hücumlarını dəstəkləyirik. Görəsən, cənab Mirzəzadənin ümumiyyətlə Şuşa Bəyannaməsindən, Türkiyə ilə münasibətlərimizin strateji müttəfiqlik səviyyəsində rəsmiləşməsindən xəbəri varmı? Mirzəzadə müəllim Azərbaycan Prezidentinin dəfələrlə bəyan etdiyi “Azərbaycan münaqişəli modellərin yox, əməkdaşlıq platformalarının tərkib hissəsidir” kimi xarici siyasət kursunun da fərqində deyilmi? Yoxsa nəyin bahasına olursa olsun Moskvanın gözünə girmək istəyi Azərbaycanın xarici siyasi kursunu diplomatın yadından çıxarıb? Ən əsası, cənab Mirzəzadə kimin xüsusi tapşırıqlar üzrə səfiridir: Prezident İlham Əliyevin, yoxsa Rusiyanın və onun Azərbaycandakı “5-ci kolonu”nun?

Bu kimi sualın fonunda sözügedən dəyirmi masanın AMEA-nın kitabxanasında keçirilməsi də maraq doğurmaya bilməz. Zira AMEA-nın prezidenti Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı “5-ci kolonu”nun rəhbəri kimi tanınır və Moskvanın sifarişli tədbirləri nədənsə məhz bu adamın təşəbbüsü ilə həyata keçirilir.

Məsələyə bir də bu aspektdən yanaşanda diplomatik status etibarilə Azərbaycan Prezidentinin sözçüsü kimi görünən xüsusi tapşırıqlar üzrə səfirin xarici siyasət kursumuzu əks etdirməyən bəyanatı nəyə hesablanmış ola bilər? Xüsusi tapşırıqlar üzrə səfirin bu çıxışından XİN rəhbərliyinin xəbəri varmı? Xəbəri varsa, cənab nazir Ceyhun Bayramov niyə indiyədək bu təxribatı cəzalandıracaq addımlar atmayıb? Olmaya, o da xüsusi tapşırıqlar üzrə səfirin fikirlərini dəstəkləyir?

Məlum olduğu kimi, Elmlər Akademiyası kimi sanballı məkanlarda belə toplantılar yuxarının icazəsi olmadan keçirilmir. Bəs toplantının keçirilməsinə icazəni verən yuxarılar necə - tədbirin mahiyyətini araşdırıblarmı? Yoxsa Akademiya binasına daxil olan hər kəs qocaman akademikin ürəyinə xoş gələn, sağına soluna baxmadan Rusiyaya bəy tərifi demək məcburiyyətindədir?

Yoxsa, Ramiz Mehdiyevin xeyir-duası ilə keçirilən toplantı və orda səsləndirilən fikirlər Azərbaycan Prezidenti ilə onun Türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğan arasındakı yaxın münasibətlərə şübhə toxumu səpmək məqsədi güdür? Pərvin Mirzəzadənin xüsusi tapşırıqlar üzrə səfir statusu daşıması bu mənada təsadüfi görünmür. Zira hər bir səfir Prezident tərəfindən seçilir. Xüsusilə də xüsusi tapşırıqlar üzrə səfirlər. Adlarından da göründüyü kimi, bu missiyanın daşıyıcıları birbaşa Prezidentin xüsusi tapşırıqlarını həyata keçirirlər və yeri gələndə nazirə belə hesabat vermirlər. Görünür, Prezident İlham Əliyevə tələ quran AMEA-nın qoca qurdları bu nüansları nəzərə alıb Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirəcək missiyanı həyata keçirməyi P.Mirzəzadə müəllimin çiyinlərinə yükləyiblər.

Sirr deyil ki, Azərbaycanın hazırda çox həssas tarixi məqamdan keçir. Türkiyənin dəstəyi ilə Vətən müharibəsində əldə etdiyimiz qələbə ölkəni tamamilə yeni regional oyunçu statusuna qaldırıb. Bizimlə düşmənçilikdən imtina etməmiş Ermənistanla bərabər, bu yeni rola qısqanclıqla yanaşan Avropa, elə həmin Moskva da ölkəmizə qarşı müxtəlif təsirlər göstərməyə çalışır və bu siyasətindən əsla vaz keçməyəcəklər. Bakıda adı kimlərəsə xoş görünən bu cür toplantılar düzənləməklə Azərbaycanın balanslı və prinsipial xarici siyasət mövqeyinə xələl gətirə biləcək belə bəyanatları səsləndirmək də bu təsirlərin tərkib hissəsi ola bilər. Məqsəd isə aydındır: Azərbaycan-Türkiyə müttəfiqliyinə kölgə salmaqla, ölkəmizin müvazinətini sarsıtmaq, dövlətimizi hər hansı güc mərkəzin təsiri altına salmaq, xarici siyasət və milli maraqlarımıza zidd iradəni diktə etmək.

Mövzunu diqqətdə saxlayacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru