“Dedilər ki, Nəriman müəllimin göstərişidir, maaş verilməyəcək” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Tarix: 21-01-2022, 10:53 | Çap et
 Baş Prokurorluq tərəfindən qanunsuz ağac kəsilməsinə görə rəhbərlik etdiyi “Ştutqart” MMC barəsində cinayət işi başlanılan keçmiş deputat Nəriman Əliyev bu dəfə 64 işçinin maaşını ödəməməkdə ittiham edilir. Əmək haqqını ala bilməyən əməkdaşlardan biri də Qarabağ Müharibəsi qazisi İsmayıl Qurbanovdur. DİA.AZ xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən İ.Qurbanov bildirib ki, ötən il həmkarları ilə birgə işlədiyi “Ştutqart” MMC-də işdən çıxarılıblar və maaşlarını ala bilməyiblər: “2021-ci il sentyabr-oktyabr aylarında 64 nəfər tutduğumuz vəzifələrdən azad edildik. Bizimlə hesablaşma aparıldı və bizə çatacaq əmək haqlarının bir hissəsinin yaxın müddətdə veriləcəyi deyildi. Onlar bizə ümumilikdə 76 813 manat verməli idilər. Mən orada satış meneceri işləyirdim. Məsələn, mənə bir ayın maaşı verilməyib. Digərlərində isə fərqlidir. Elə işçi var ki, iki ayın maaşını ala bilməyib”.
Qazinin sözlərinə görə, bir müddət keçdikdən sonra pulun verilmədiyinə görə, işçiləri vasitəsilə “Ştutqart” mağazalar şəbəkəsinin direktoru Nəriman Əliyevə müraciət ediblər: “Biz Nəriman Əliyevin köməkçisi Hacı Azərə, rəhbərlikdə təmsil olunan Orxan və Hikmət adlı şəxslərə dəfələrlə müraciət etsək də, cavab olaraq bizə deyilib ki, “Nəriman müəllimin göstərişidir, işdən çıxan heç kəsə əmək haqqı qalığı verilməyəcək”.

Biz bu məsələdən güc strukturlarına, lazımi orqanlara şikayət edəcəyimizi desək də, hər dəfə ağır ifadələrlə Nəriman Əliyevin heç kəsdən qorxub-çəkinmədiyini, kimə şikayət edilməsindən asılı olmayaraq bu pulların verilməyəcəyini dedilər. Nəticədə işdən çıxmağımızdan 4 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bizə çatmalı olan pulları ala bilməmişik”.
Eks-deputat Nəriman Əliyevə vətəndaşın iddialarına cavab vermək üçün son bir həftə ərzində dəfələrlə müraciət etsək də, zənglərə cavab vermədiyi üçün münasibət öyrənə bilmədik.
Qeyd edək ki, qazi İsmayıl Qurbanov Vətən Müharibəsində iştirakına görə “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23 |
|
|
|
| • Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21 |
|
|
|
| • Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17 |
|
|
|
| • "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06 |
|
|
|
| • "Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02 |
|
|
|
| • “Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01 |
|
|
|
| • "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58 |
|
|
|
| • Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47 |
|
|
|
| • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46 |
|
|
|
| • İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44 |
|
|
|
| • "Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29 |
|
|
|
| • Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25 |
|
|
|
| • Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23 |
|
|
|
| • Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19 |
|
|
|
| • MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12 |
|
|
|
| • Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08 |
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13 |
|
|
|
|