"TƏKLİFİ İLK DƏFƏ İSA QƏMBƏR İRƏLİ SÜRÜB"
Tarix: 6-11-2013, 13:17 | Çap et
“El” Hərəkatının Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev Hərəkatın sədri, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun Müsavat Partiyasının funksionerləri tərəfindən tənqid edilməsinə sərt reaksiya verib. Eldəniz Quliyev APA-ya açıqlamasında deyib ki, Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı və Müsavat Ali Məclisinin üzvü Sabir Məmmədlinin söylədikləri tamamilə əsassızdır. Qeyd edək ki, Arif Hacılı Milli Şurada həmsədrlik institutunun yaradılması barədə təklifin Müsavat və AXCP ilə müzakirə edilmədən ictimai müzakirəyə çıxarılmasının düzgün olmadığını söyləyib, Sabir Məmmədli isə Eldar Namazovun seçki dönəmində Milli Şuranın prezidentliyə namizədinin müəyyənləşməsi prosesinə mane olmaqda, prosesi ləngitməkdə günahlandırıb. Eldəniz Quliyev isə bildirib ki, Eldar Namazov olmasaydı, Milli Şura yaranmayacaq və yaranmayan qurumun da prezidentliyə vahid namizədi olmayacaqdı. Onun sözlərinə görə, Eldar Namazov partiyalara demokratik düşərgənin birləşməsi naminə iddialarından geri çəkilməsinin zəruri olduğunu izah edib: “Kövrək də olsa, Milli Şurada demokratik qüvvələr bir aradadır. Çox yaxşı məqam yetişib ki, Milli Şurada həmsədrlik institutu yaransın. Cəmil Həsənli daxildə, Rüstəm İbrahimbəyov isə xaricdə Milli Şura ilə bağlı məsələlərlə məşğul olsun. Arif Hacılı özü də bilir ki, Milli Şurada həmsədrlik institutunun yaradılması barədə təklifi ilk dəfə Müsavat Partiyasının başqanı İsa Qəmbər bu qurum yaranan ərəfədə irəli sürmüşdü. Sadəcə, o vaxt zamanı deyildi, indi zərurət yaranıb. Arif Hacılının yadından çıxıbsa, yadına salsın. Digər tərəfdən, hesab etmirəm ki, Milli Şurada həmsədrlik məsələsi partiyaların daxili işidir. Bu, Milli Şuranın işidir və Milli Şuranın sessiyasında da müzakirəyə çıxarılmalıdır”. Eldəniz Quliyev Milli Şuranın idarəetmə orqanının yaradılmalı olduğunu da vurğulayıb: “Bunun adını Məşvərət Şurası, yaxud İdarəetmə Heyəti qoymaq olar. Bu məsələ Milli Şuranın sessiyasında müzakirə edilməlidir. Həm də gərək Milli Şura partiyaların diktəsi altında olmasın. Milli Şura partiyaların, ziyalıların, QHT-lərin bir araya gəldiyi qurum kimi fəaliyyət göstərməli, prioritet partiyalara verilməməlidir. Partiyalar bununla razılaşsa. Milli Şura güclənəcək”. O, Milli Şuradan istefaların bu qurumu gücləndirdiyini də iddia edib: “Lalə Şövkət və Əvəz Temirxan Milli Şuradan inciyibsə, yaxud incidilibsə, Milli Şuradan getmələri daha çox qurumun pozitiv inkişafa təkan verəcək. Söhbət tək Lalə Şövkət və Əvəz Temirxandan getmir, bir neçə nəfər, o cümlədən Rəsul Quliyev də Milli Şuradan istefa verib. Həyat gəlimli, gedimlidir”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51 |
|
|
|
| • Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48 |
|
|
|
| • İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47 |
|
|
|
| • Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42 |
|
|
|
| • İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39 |
|
|
|
| • Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37 |
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20 |
|
|
|
| • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18 |
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20 |
|
|
|
| • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14 |
|
|
|
| • “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10 |
|
|
|
| • Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03 |
|
|
|
| • Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
| • 200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51 |
|
|
|
| • Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49 |
|
|
|
| • “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38 |
|
|
|
|