“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

Ankara ilə Vaşinqton arasında viza böhranı
Tarix: 10-10-2017, 09:00 | Çap et
Ankara ilə Vaşinqton arasında viza böhranı
Türkiyə ilə ABŞ arasında münasibətlər gərgin mərhələyə qədəm qoyub. Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Vaşinqtonda qəbul edib onu "dostum” adlandıran ABŞ prezidenti Donald Tramp indi qardaş ölkənin vətəndaşlarına viza rejiminin dayandırılmasına göstəriş verir. ABŞ-ın bu ölkədəki səfirliyi yaydığı açıqlamada bəyan edib ki, Türkiyədən gələn viza müraciətlərini qəbul etməyi qeyri-müəyyən bir müddətə dayandırıblar. "Son vaxtlar baş verən olaylar ABŞ hökumətini ölkədəki türk rəsmilərin taleyi haqda fikirləşməyə məcbur edib. Buna görə də Türkiyədən gələn viza müraciətlərini qəbul etməyi müvəqqəti olaraq dayandırırıq”, - açıqlamada deyilir. Rəsmi Ankara da bu qadağanı cavabsız qoymayıb. Türkiyə hökuməti ABŞ-ın bu ölkədəki bütün diplomatik missiyalarında qeyri-immiqrant viza məsələsini dayandırmaq qərarına cavab olaraq, öz ərazisindəki bütün diplomatik missiyalarda vizaların verilməsini dayandırıb. Bildirilir ki, səfirlik və konsulluqlar vizaların verilməsi üzrə işi dayandırıb. Türkiyənin Vaşinqtondakı səfirliyi verdiyi bəyanatda bildirib: "Son hadisələr Türkiyə hökumətini ABŞ hökumətinin türk missiya qurumlarının və personalının təhlükəsizliyi ilə bağlı öhdəliyini yenidən qiymətləndirməyə məcbur etdi”. "Bu qiymətləndirmə davam edərkən, ABŞ-dakı diplomatik və konsulluq missiyasına gələnlərin sayını minimuma endirmək üçün ABŞ-da diplomatik və konsulluq missiyalarında ABŞ vətəndaşları ilə əlaqədar bütün viza xidmətlərini dərhal dayandırdıq”, - deyə bəyanatda bildirilir. Bu tədbirin stiker vizaları, eləcə də e-viza və sərhəd vizalarına tətbiq olunacağı da deyilir. Türkiyənin bəyanatı ABŞ-ın bəyanatı ilə eynidir, yalnız ölkənin adı dəyişdirilib.

Qeyd edək ki, viza verilməsinin dayandırılmasına səbəb ABŞ-ın İstanbuldakı Baş konsulluğunun əməkdaşının FETÖ ittihamı ilə həbs edilməsidir. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı deyilir. Xatırladaq ki, FETÖ ilə bağlı aparılan istintaq çərçivəsində barələrində cinayət işi başladılan keçmiş polis əməkdaşları Yakup Sayğılı, Nazmi Ardıç, Mahir Çakallı, Mehmet Akif Üner və keçmiş prokuror, Türkiyədən qaçdığı üçün hazırda axtarışda olan Zəkəriyyə Özlə işbirliyində olduğu güman edilən ABŞ Baş konsulluğunun əməkdaşı Metin Topuz barəsində həbs qərarı verilib. O, Konstitusiya qaydalarını pozmaqda, dövlətin təhlükəsizliyi, xarici və daxili siyasi mənfəət baxımından gizli qalması vacib olan məlumatları ötürməklə casusluq etməkdə və Türkiyə hökumətini devirmək təşəbbüsündə təqsirli bilinir. "Yeni Şafak” qəzetinin xəbərinə görə isə Topuzun FETÖ-çü polis şefləri ilə birlikdə ABŞ-a səfər etdiyi ortaya çıxıb. Topuzun başqasının adına qeydiyyatda olan telefon xətti ilə saxta dəlil və səs qeydlərinin ölkə xaricinə çıxarılması işində FETÖ-çülərlə əlaqəli olduğu müəyyən edilib. Ardınca da ABŞ-ın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Filip Kosnett Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. Görüşdə Türkiyə ilə ABŞ arasındakı viza sanksiyası məsələsi müzakirə olunub. Müvəqqəti işlər vəkilindən ABŞ-ın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza məhdudiyyətini aradan qaldırması istənilib.

Öz növbəsində, xarici işlər naziri Mövlud Çavuşoğlu mövzunu dəyərləndirərək deyib ki, Birləşmiş Ştatların İstanbuldakı konsulluğunun əməkdaşı Mətin Topuz barəsində hökm verəcək siyasi xadimlər mən, yaxud da ABŞ Dövlət Departamenti deyil, müstəqil məhkəmədir. Ciddi ittihamlar və dəlillər var. Diplomatik vəzifədə olduğundan məlumatlandırıldım, mənim özüm də İstanbuldakı məhkəmə səlahiyyətlilərinə sordum. Onlar da ciddi məlumatlar və sübutlar olduğunu söylədilər”. Prezident Ərdoğanın lideri olduğu AKP də Vaşinqtonla yaşanan viza gərginliyinə rəsmi reaksiya verib. Partiya sözçüsü Mahir Ünal Xarici İşlər Nazirliyi tərəfindən məsələyə aydınlıq gətiriləcəyini deyib: "Cənab prezident Ərdoğan gərəkli açıqlama verəcək. Bəli, ABŞ səfirliyi açıqlama yaydı, bizim də ABŞ-dakı səfirliyimiz eyni addımı atdı. Prosesi yaxından izləyirik. Son dərəcə diqqətli və beynəlxalq hüquqda haqlı olduğumuzun arxasında duraraq, bərabər şəkildə varlığımızı göstəririk. Türkiyəyə qarşı hər hansı bir sanksiyaya səssiz qalmayacağıq”. Mahir Ünal ABŞ-la müttəfiq olduqlarını da xatırladıb: "Hər şeydən əvvəl NATO-da müttəfiqik. O üzdən münasibətlərimizə son dərəcə diqqət edirik”.

Son məlumatlara görə, dünən Türkiyə məhkəməsi ABŞ-ın İstanbuldakı baş konsulluğunun daha bir əməkdaşının həbs olunması barədə qərar qəbul edib. Türkiyə KİV xəbər verir ki, kimliyi açıqlanmayan həmin şəxs Türkiyə vətəndaşıdır və konsulluqda təhlükəsizlik məsələləri ilə məşğul olur. Məlumata görə, şübhəli şəxs konsulluğun binasından çıxmadığı üçün hələlik onu saxlamaq mümkün olmayıb. İnformasiyaya əsasən, Fətullahçı Terror Təşkilatına (FETÖ) maliyyə dəstəyinin verilməsi ilə bağlı təşkilat rəhbərliyinin çağırışından sonra onun həyat yoldaşı "Bank Asya”ya pul yatırıb. "Bank Asiya” isə FETÖ-nün nəzarətində olub və bağlanıb. O da bəlli olub ki, rəsmi Ankara başqa sərt cavab tədbirlərinə hazırlaşır. Belə ki, Türkiyə "İncirlik” hərbi-hava qüvvətləri bazasını ABŞ HHQ üçün bağlaya bilər. Bu məlumatı Türkiyənin "Hürriyet” qəzeti yayıb. Gərginlik maliyyə bazarlarına da təsir edib. Türkiyədə ABŞ dollarının məzənnəsi bir gündə 6%-dən çox artaraq 3,85 lirəni ötüb. "Bloomberg” xəbər verir ki, Amerika valyutasının kəskin bahalaşmasına səbəb kimi ABŞ və Türkiyə arasında yaranmış siyasi gərginlik göstərilir. Qeyd edək ki, Türkiyədə dolların məzənnəsi bu səviyyəyə sonuncu dəfə bu il yanvarın 30-da, yəni təxminən 8 ay bundan əvvəl çatıb.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru