“Ekol Mühəndislik Xidmətləri” şirkətinin maşınları satılır .....                     Ukrayna məsələsində Rusiyaya müttəfiq deyilik .....                     "Yeni Nəsil", "Nur" və "Reo-Med" Tibb Mərkəzi borca düşüb .....                     Sumqayıtda çəkiliş zamanı jurnalistləri söyən ana və qızı SAXLANILDI .....                     Ətir və tualet suyunun 1 qramını Çindən 1 qəpiyə gətiririk .....                     Marukyanın Qarabağ arzusu .....                     Agentlik sədrinin müşaviri işdən çıxdı .....                     Moskva İrəvanı vədini pozmaqda ittiham edib: .....                     İcra başçısı xəstəxanada müalicə olunan şəhid atalarını və qaziləri ziyarət edib .....                     “Atamın barelyefini binaya vurmağa icazə vermədilər, amma başqa sənətkarların...” .....                     Paşinyan Moskvada parada getməyəcək .....                     Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb .....                     “TikTok”da ictimaiyyətə çox mənfi çalarlı ünsiyyət təqdim olunur, .....                     “Qaçqınkom” Goranboyda bina təmir edəcək: .....                     Nikol Paşinyan məzuniyyətə çıxır .....                     Medvedyev Varşavanın gələcək taleyini açıqladı: .....                     “TuranBank”da yeni təyinat olub .....                     İcra başçısı sektor müdirini vəzifədən azad edib .....                     "Heç necə açırlar onu belə bacarmıram" .....                     “Qəfildən çığırtı gəldi, baxdım ortalıq qan gölünə döndü” .....                     Ankaranın ABŞ-da lobbi fəaliyyəti .....                     Vaşinqton bu səbəbdən Pekinin İrandakı rejimə təsir etməsini istəyir .....                     Məhkəmə Sabunçu Rayon İcra Hakimiyyətini haqsız hesab etdi: vətəndaşa sənədi niyə vermir? .....                     Kəndlini bazara buraxmırlar .....                     Polkovnik Mayis Orucəliyev 1 milyonluq mənimsəmədə ittiham edilir .....                     “Özünü aşağılayırsan sazı yox, səni toya baş oynatmağa çağırıblar yoxsa..." .....                     “Triumf Palace”ın sakinləri transformatorun səsindən narahatdır .....                     Paşinyana “qəddar dost” dəstəyi: Avropa İttifaqının məqsədi nədir? .....                     Elçin Şıxlı İsmayıl Zalovun AJB-yə üzv qəbul edilməsindən danışdı .....                     Turizm Agentliyi daha 9 ölkədən jurnalist və blogerlər gətirir .....                     ABŞ-nin istənilən səhvinə cavabımız sərt olacaq .....                     “Finans Kredit” BOKT niyə geriləyir? .....                     Səhnənin imtina etdiyi müğənni-aktrisamız .....                     "Bank Respublika" qaydaları pozdu .....                     Paytaxtın məşhur xəstəxanasında acınacaqlı mənzərə .....                     “Bakı 150 milyardlıq məhkəmə iddialarını bərpa edir” .....                     Elşən Salahov “Şəhərsalma və Memarlıq İli”nə belə hazırlaşır .....                     Abit Əliyevi bu şirkətlərə bağlayan nədir .....                     Azərbaycanlılar Ermənistanda sərbəst dolaşırlar .....                     Elə düşünürdüm ki, müharibə yenidən baş verməyəcək… .....                 

General Haftər daha bir şəhəri ələ keçirdi – Türkiyə-Liviya müharibəsi başlayacaqmı?
Tarix: 8-02-2020, 08:27 | Çap et
General Haftər daha bir şəhəri ələ keçirdi
Türkiyə prezidenti R.T.Ərdoğanın kəskin qarşı çıxdığı, Rusiya və ərəb dövlətləri tərəfindən dəstəklənən general Xəlifə Haftər Liviyada daha bir şəhəri ələ keçirib.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, Haftərin ələ keçirdiyi Sirtə şəhəri paytaxt Tripolidən 400 km uzaqda yerləşir.

Paytaxt Tripolidəki Milli Sövdələşmə Hökuməti Sirtə şəhərində dinc sakinlərin atəşə məruz qaldıqlarını bəyan edib.

Qeyd edək ki, bu ayın əvvəlində Liviyanın böyük bir hissəsini nəzarətdə saxlayan general xəlifə Haftər Misirə səfər etmiş və bu ölkənin prezidenti Əbdülfəttah əl-Sisi ilə görüşmüşdü. İki gün davam edən səfər zamanı Liviya diktatorunun öz həmkarından hərbi dəstək istədiyi bildirilmişdi. Məlumata görə, Haftər öz istəyini Türkiyənin Liviyaya əsgər göndərməsi ehtimalı ilə əsaslandıraraq demişdi: “Bizə lazımi hərbi dəstək versəniz, Türk əsgəri Liviyaya gələnə qədər bütün ölkəni öz nəzarətim altına alaram. Türkiyə ordusu sərhədlərimizə çatanda müharibə bitmiş olar”.

General Haftər həmçinin, Misir liderindən Türk hərbi birliklərinin Liviyaya müdaxiləsinin qarşısını almaq üçün beynəlxalq burumları səfərbər etməsini və rəsmi Ankaraya siyasi təzyiqlər göstərməsini istəmişdi.

Sual oluna bilər: Liviya generalının Türkiyədən nə alıb-verə bilmədiyi var?

Türkiyə ilə Liviyanın böyük hissəsinə nəzarət edən general Haftər hakimiyyəti arasında ziddiyyətlər əslində bu iki ölkənin heç birinə çox da aid olmayan səbəbdən qaynaqlanır. Bildiyimiz kimi, bir neçə il bundan əvvəl Şərqi Aralıq dənizində zəngin qaz və neft yataqları kəşf olunmuşdu. İsrail, Misir, Yunanıstan və Cənubi Kipr Rum şirkətlərinin həmin ərazidə birgə başladığı qazma-kəşfiyyat fəaliyyətləri Türkiyənin sərt təpkisnə yol açmışdı. Rəsmi Ankara bu ərazilərin bir hissəsini Şimali Kiprin su sərhədlərinə daxil olduğunu vurğulayır, ya onun da haqqının verilməsini, ya da bu kəşfiyyat işlərinin dayandırılmasını istəyirdi. Kəşfiyyat aparan şirkətlər isə bu iddianı qəbul etmirdilər.

Müzakirələrin getdikcə qızışdığı bir şəraitdə rəsmi Ankaraya Liviyadan gözləmədiyi bir təklif gəldi. İkiyə bölünmüş ölkənin əzəli paytaxtını əlində tutan Milli Sövdələşmə Hökumətinin baş naziri Fəyyaz əl-Sərrac Türkiyədən hərbi yardım istəyir, bunun müqabilində isə Şərqi Aralıq dənizində enerji hasilatı müqavilələri bağlayacağını vəd edirdi. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın dəvətilə ötən il 27 noyabrda İstanbula gələn Fəyyaz əl-Sərrac ilə “Dəniz Səlahiyyət Sahələrinin Məhdudlaşdırılması” müqaviləsi imzalandı və Türkiyə Şərqi Aralıq dənizində kəşfiyyat-qazma işləri aparmaq hüququnu sənədləşdirdi. Qeyd edək ki, Şərqi Aralıq dənizindəki qaz sahəsi ən geniş sərhəddə sahib olan ölkə kimi Liviyanın su ərazilərinə yaxın bölgədə yerləşir. Beynəlxalq qanunlara əsasən, neytral sularda yaxın ərazilərdə yerləşən ölkələr hər kəsdən daha çox qazma-kəşfiyyat işləri aparmaq haqqına malikdirlər. Başqa dövlətlər burada fəaliyyətlərini davam etdirmək üçün həmin ölkələrlə razılaşmalıdırlar. Fəyyaz əl-Sərracın bu təklifi Türkiyəyə qaz sövdələşməsində ciddi üstünlük qazandırırdı.

Amma ortada başqa problemlər var. Əvvəla, imzalanan bu saziş mübahisəyə açıqdır. Yunanıstan və Cənubi Kirp Türkiyə-Liviya razılaşmasının 1982-ci il tarixli Beynəlxalq Dəniz Konvensiyasının zidd olduğunu, bölgədə yerləşən Girit, Rodos, Kerpe və Meis adalarının dəniz sahələrini və suverenlik hüquqlarının gözardı edildiyini düşünürlər. Ankara isə bu fikirlər razılaşmır. Türkiyənin fikrincə, beynəlxalq hüququn su sahəsinə yanaşması mürəkkəbdir və müqavilə imzalanarkən bir çox amillər göz önünə alınıb. Belə ki, su sərhədləri müəyyənləşdiriləndə adaların xüsusi mövqelərinə, sahil uzunluqlarına, yerləşdikləri coğrafiyaya baxılmalıdır və beynəlxalq qanunvericiliyə görə, ikitərəfli müqavilələrdə adalara heç bir dəniz sahəsi verilmir. Tərəflər arasındakı bu mübahisələrin beynəlxalq məhkəmələrə qədər daşıması ehtimalı var və Şimali Kipr bu niyyətdə olduğunu gizlətmir. Bu da istər-istəməz məhkəmə qərarı çıxanadək Türkiyəni ləngidə bilər.

İkincisi, Liviya bütöv deyildi və ölkənin şərqi bir çox dünya dövlətləri tərəfindən tanınan xəlifə Haftərin nəzarəti altında idi. Üstəlik, Haftər Liviyanın bütün ərazilərini ələ keçirmək üçün vətəndaş müharibəsinə start vermişdi. Dolayısıyla, Milli Sövdələşmə Hökuməti ilə bağlanan bu müqavilənin qüvvədə qalması üçün ilk öncə Fəyyaz əl-Sərrac hökuməti öz mövcudluğunu qorumalıdır. Türkiyə bu məqsədlə də açıq şəkildə Milli Sövdələşmə Hökumətini dəstəklədi. Bu addım Haftərin narazılığına səbəb oldu və Liviya Milli Ordusunun (Haftərə bağlıdır) sözçüsü Əhməd Mismari Türkiyəyə qarşı müharibə elan etdi. Əhməd Mismarının bu bəyanatı Türkiyədə də ciddi rezonans yaratdı. Ötən ayın 2-də toplanan Türkiyə Böyük Millət Məclisi Türk ordusunun Liviyaya girməsinə icazə verən qərar çıxardı. Bu da dünyanın bir çox dövlətlərinin narahatlığına səbəb oldu, xüsusilə də Rusiyanın.

Şərqi Aralıq dənizində ziddiyyətlərin müharibəyə çevrilməsi nəticəsində isti dənizlərə yeganə çıxış qapısı olan (Qara dəniz-Aralıq xəttində) İstanbul boğazının bağlanacağından ehtiyatlanan və əslində bütün çanaqların onun başında çatlaması üçün planlaşdırıldığını düşünən Rusiya münaqişənin həllinə girişdi. Yanvarın 8-də Rusiya və Türkiyə prezidentləri arasında aparılan danışıqlarda tərəfləri barışdırmaq üçün razılıq əldə olundu. Hər iki prezidentin atəşkəs çağırışına ilk müsbət cavab elə həmin gün Fəyyaz Sərrafdan gəldi. Atəşkəs çağırışlarına əvvəl əhəmiyyət verməyən Haftər də Rusiyanın təzyiqilə yanvarın 12-də bu təklifi qəbul etməli oldu və bir gün sonra tərəflər Moskvada görüşdülər. Türkiyə və Rusiya rəsmilərinin də iştirak etdiyi görüşlər nəticəsiz başa çatdı. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın açıqlamasına görə, oyunu pozan Haftər olmuşdu: “O, əvvəl irəli sürülən təkliflərlə razılaşmış, amma sonra Moskvadan qaçmışdı”.

Beləcə, hər şey “sıfır nöqtəsinə” qayıtmış və yanvarın 15-də general Haftər atəşkəs müddətinin bitdiyini elan etmişdi. Üzərindən iki həftə keçəndən sonra ərəb və İsrail mediasında onun Misirə getdiyi və Susi ilə hərbi yardım danışıqları apardığı yayılmışdı. Üzərindən cəmi 5 gün keçdikdən sonra isə Tripolinin 400 kilometrliyindəki Şirtə şəhərinin Haftərə bağlı Liviya Milli ordusu tərəfindən alındığı bildirilmişdi.

İlk baxışdan 400 km. xeyli çox görünsə də, ərazisi Türkiyədən 3 dəfə böyük və 80%-i heç bir canlının yaşamadığı səhralıqdan ibarət olan Liviyada üçün bu, o qədər də uzaq məsafə hesab edilmir. Bu mənada Haftərin son hədəf hesab olunan Tripolinin tam burnunun ucunda dayandığını bəllidir. Zatən Misir prezidenti Susi ilə görüşündə də general Hafter yetərli hərbi yardım alacağı təqdirdə 2 günə Tripolini ala biləcəyini bildirmişdi. Belə görünür ki, o yardım alınıb və Türkiyə tərəfindən dəstəklənən Fəyyaz əl-Sərraf hakimiyyətini sayılı günləri qalıb. Türkiyə bir az da ləngisə, həqiqətən, ordusu Liviya sərhədlərinə gələnədək müdafiə edəcəyi kimsə qalmayacaq.

Bəs, Türkiyə prezidenti bu addımı atacaqmı?

R.T.Ərdoğanın Moskvadakı məlum sülh danışıqlarından sonra dilə gətirdiyi fikirlər onun bu məsələdə xeyli ciddi olduğunu göstərir. Üstəlik, Şərqi Aralıq dənizinə hərbi dəniz donanmalarını göndərmək və Rusiyanın isti dənizlərə açılan qapısını bağlamaq üçün ABŞ-a da bu bəhanə lazımdır.

Qeyd edək ki, bu yazı dərcə hazırlandığı sırada Liviyadan gələn xəbərlərdə Hafter ordusunun artıq Tripolidənin dünyaya açılan qapısı sayılan Mitiga aeroportunu bombalamağa başladığı bildirilirdi.

Heydər Oğuz

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ekol Mühəndislik Xidmətləri” şirkətinin maşınları satılır – Qiymətlər 3600 manatdan başlayır
Bu gün, 14:48
Ukrayna məsələsində Rusiyaya müttəfiq deyilik - Paşinyan
Bu gün, 14:44
"Yeni Nəsil", "Nur" və "Reo-Med" Tibb Mərkəzi borca düşüb - FOTO
Bu gün, 14:42
Sumqayıtda çəkiliş zamanı jurnalistləri söyən ana və qızı SAXLANILDI - TƏFƏRRÜAT
Bu gün, 14:37
Ətir və tualet suyunun 1 qramını Çindən 1 qəpiyə gətiririk – Ölkələrin siyahısı
Bu gün, 14:29
Marukyanın Qarabağ arzusu - Paşinyan gizli planı necə İFLİC EDİB?
Bu gün, 14:26
Agentlik sədrinin müşaviri işdən çıxdı - FOTO
Bu gün, 14:19
Moskva İrəvanı vədini pozmaqda ittiham edib: - Ermənistan gec-tez Aİ-nin anti-Rusiya xəttinə cəlb olunacaq
Bu gün, 14:16
İcra başçısı xəstəxanada müalicə olunan şəhid atalarını və qaziləri ziyarət edib - FOTO
Bu gün, 13:32
“Atamın barelyefini binaya vurmağa icazə vermədilər, amma başqa sənətkarların...” - xalq artistinin qızından ETİRAZ
Bu gün, 13:29
Paşinyan Moskvada parada getməyəcək
Bu gün, 13:25
Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb
Bu gün, 13:23
“TikTok”da ictimaiyyətə çox mənfi çalarlı ünsiyyət təqdim olunur, əxlaqsızlıq, zorakılıq, bədbinlik...
Bu gün, 13:17
“Qaçqınkom” Goranboyda bina təmir edəcək: - 468 min manatlıq tender
Bu gün, 13:15
Nikol Paşinyan məzuniyyətə çıxır - KİV
Bu gün, 13:07
Medvedyev Varşavanın gələcək taleyini açıqladı: - Ya rəzil vassal olacaq, ya da...
Bu gün, 13:05
“TuranBank”da yeni təyinat olub - BUNDAN SONRA
Bu gün, 13:01
İcra başçısı sektor müdirini vəzifədən azad edib - FOTO
Bu gün, 12:58
"Heç necə açırlar onu belə bacarmıram" - Şeyx Əbdül
Bu gün, 12:55
“Qəfildən çığırtı gəldi, baxdım ortalıq qan gölünə döndü” - "Ay Beauty" İŞİ
Bu gün, 12:41
Ankaranın ABŞ-da lobbi fəaliyyəti - bəs Azərbaycan?
Bu gün, 12:34
Vaşinqton bu səbəbdən Pekinin İrandakı rejimə təsir etməsini istəyir - İNCƏLƏMƏ
Bu gün, 12:32
Məhkəmə Sabunçu Rayon İcra Hakimiyyətini haqsız hesab etdi: vətəndaşa sənədi niyə vermir? - TƏFƏRRÜAT
Bu gün, 12:23
Kəndlini bazara buraxmırlar - ŞƏRH
Bu gün, 12:19
Polkovnik Mayis Orucəliyev 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra
Bu gün, 12:17
“Özünü aşağılayırsan sazı yox, səni toya baş oynatmağa çağırıblar yoxsa..."
Bu gün, 12:08
“Triumf Palace”ın sakinləri transformatorun səsindən narahatdır – MTK problemin aradan qaldırılacağını deyir
Bu gün, 12:06
Paşinyana “qəddar dost” dəstəyi: Avropa İttifaqının məqsədi nədir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:04
Elçin Şıxlı İsmayıl Zalovun AJB-yə üzv qəbul edilməsindən danışdı - “Vacib deyil ki, peşəkar jurnalist olasınız...”
Bu gün, 12:01
Turizm Agentliyi daha 9 ölkədən jurnalist və blogerlər gətirir - SİYAHI
Bu gün, 11:59
ABŞ-nin istənilən səhvinə cavabımız sərt olacaq - Xameneinin müavini
Bu gün, 11:47
“Finans Kredit” BOKT niyə geriləyir? - TƏFƏRRÜAT
Bu gün, 11:42
Səhnənin imtina etdiyi müğənni-aktrisamız - Orxan Saffari yazır...
Bu gün, 11:41
"Bank Respublika" qaydaları pozdu - Mərkəzi Bank məcburi sərəncam verdi
Bu gün, 11:39
Paytaxtın məşhur xəstəxanasında acınacaqlı mənzərə - VİDEO
Bu gün, 11:37
“Bakı 150 milyardlıq məhkəmə iddialarını bərpa edir” İDDİASI
Bu gün, 11:30
Elşən Salahov “Şəhərsalma və Memarlıq İli”nə belə hazırlaşır - Xəzər rayonunda qanunsuz tikinti
Bu gün, 11:20
Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Təmir-tikinti işləri, yoxsa…
Bu gün, 11:12
Azərbaycanlılar Ermənistanda sərbəst dolaşırlar - Petrosyan
Bu gün, 11:06
Elə düşünürdüm ki, müharibə yenidən baş verməyəcək… - GİLEY
Bu gün, 11:01
Burda işə düzəlməyin də QİYMƏTİNİ QALDIRIBLAR... - "Rüşvət vermədiyim üçün məni aylarla süründürürlər..."
Bu gün, 10:53
Zaur Axundova ağır itki
Bu gün, 10:47
SEPAH İraqda kürd bazalarını vurdu - İran mediası
Bu gün, 10:46
Şərab zavodunun səhmdarlarının illik ümumi yığıncağının keçiriləcək
Bu gün, 10:45
Səyyad Aranın adına saxta tik tok profili açılıb - AÇIQLAMA
Bu gün, 10:41
4 manatlıq şirkətin 1 milyon manat vergi borcu var
Bu gün, 10:21
Görün, millətə hansı suyu içirdirlər... - FOTOFAKT
Bu gün, 10:11
Müştəriyə “bu gün ödəməlisən” ULTİMATUMU... - GİLEY
Bu gün, 10:05
“Tapançalı “lotular”ın göstərişi ilə 550 minə qol çəkmişəm” deyən iş adamı ilə bağlı QƏRAR
Bu gün, 10:01
Xalq artisti “TikTok”da hesab açdı
Bu gün, 09:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru