Fransanın Bakıda casus oyunları: Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib .....                     Camaatımız nə istəyir? .....                     İcra başçıları nə qədər maaş alır? .....                     "Belə mənəvi durum Qalib xalqa yaraşmır...” .....                     Şəmkir İcra Hakimiyyəti milyonluq tender keçirir .....                     “Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək .....                     Bakının mərkəzində söküntü başlayır .....                     Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb .....                     SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı .....                     Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür .....                     Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu .....                     Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir .....                     Rəşadı buna görə ürəyindən vurdular... .....                     Bank kartlarından kütləvi oğurluq: .....                     Paşinyan BUNU ANLADIĞINDAN... .....                     Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb .....                     Moskva regionda yenidən aktivləşib .....                     “SOCAR Midstream Operations” şirkətində yeni təyinat .....                     “Sülh yollarının kəsişməsi” kimi alternativ təkliflər süni bəhanələrdir .....                     Məşhuri-CAHAN: Dövlətdən YEDİYİ BƏLLİ... .....                     Hansı rayonda kredit götürmək daha sərfəlidir? .....                     "Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" .....                     "Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ .....                     Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi .....                     “Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” .....                     "Bu yolla pul qazanmaq əxlaqsızlıqdır" .....                     Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş... .....                     Maaşımız elə parklanmaya gedir .....                     Hansı rayonda kredit götürmək daha sərfəlidir? .....                     Kiyevdə FSB-nin 17 yaşlı agenti ifşa olundu: .....                     Ermənilər Qarabağa GERİ DÖNÜR? .....                     Sergey Lavrov Ermənistana səfər edəcək .....                     Banan marketlərdə niyə bahalanır? .....                     Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? .....                     Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi .....                     Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir .....                     Keçmiş başçının direktor qızı işdən çıxarıldı .....                     Sumqayıtda şəkər xəstələri dərman ala bilmir .....                     “Adam gərək özü deməsin ki, xalq yazıçısı olmaq istəyirəm...” .....                     Karlen İskəndərovun cinayət işi .....                 

Gürcülərin erməni problemi - TƏHLİL
Tarix: 18-06-2021, 08:24 | Çap et
Gürcülərin erməni problemi
Ermənilərin ən axmaq cəhətləri mümkün olmayan xəyallar qurmaları və bunu reallaşdırmaq üçün illərlə dostluq etdikləri, çörəyini yedikləri xalqlara xəyanət yolu tutaraq asanlıqla imperialist qüvvələrin oyuncağına çevrilmələridir. Bu xəyanətin ilk acı nəticələrini 20-ci əsrin əvvəllərinə qədər dünyanın super güclərindən sayılan Osmanlı imperiyası daddı. Bəlkə də Osmanlı sultanları 1900-cü ilə qədər yatsalar yuxularında belə görməzdilər ki, əzizləyib süfrələrinin başında yer verdikləri, adına “sadiq millət” dedikləri ermənilər bir gün qudurmuş it kimi dişlərini onların xələflərinə qıcıyacaq və rusların təşviqi ilə nəcib Türk millətinin qanına susayacaqlar. Çünki nəzəri olaraq bir ovuc erməni dünya gücünə qarşı heç vaxt xəyanət etməməli idi. Amma etdi. Odur ki, ağıllı dövlətlər Osmanlıların bu acı təcrübəsindən ibrət dərsi çıxararaq, ermənilərdən sadəcə alət kimi faydalanır və onları çəkib süfrələrinin başına oturtmurlar. Necə ki, 1779-cu il Osmanlı-Rusiya müharibəsinin ardından yurd-yuvalarından didərgin düşən ermənilərin Şimali Qafqazda “Naxiçevan-na-Don”u adlı şəhər qurub özlərinin muxtariyyətini elan etməsinə rus çarı izn verməmiş və onları daha sonra indiki Ermənisyan ərazisinə sürgün edib Türkiyə (Osmanlı) ilə özü arasında bufer zona yaratmışdı. Zira rus imperiyası da özünün bir gün Osmanlı kimi zəifləyəcəyini bilir və eyni xəyanətə uğramamaq istəmirdi.

Ermənilər bu gün də dünyanın müxtəlif ölkələrinə səpələnmiş durumdadırlar. Ən geniş erməni diasporası Rusiyada yaşayır və ölkəni sırası ilə ABŞ, Fransa, Gürcüstan və İran izləyir. Fikrimizcə, siyahıdakı 3 ölkə erməni təhlükəsindən hələ bir müddət, bəlkə də bir neçə əsr özlərini sığortalaya bilərlər. Yaxın gələcəkdə ən ciddi təhlükə isə Gürcüstanı və İranı gözləyir.

Nədən ki, bu ölkələrdə, xüsusilə Gürcüstanda ciddi sayda erməni toplumu var. 2017-ci ilin əhalinin siyahıyaalma statistikasına inansaq, 4 milyon 371 min 535 nəfərlik Gürcüstan əhalisinin 250 minə yaxını ermənidir. Bəzi mütəxəssislər bu rəqəmin daha çox olduğuna, bir çox erməninin kimliyini gizlətdiyinə inanırlar. Məsələn, Tsertsvadze Feliksin 2005-ci ildə dərc olunan “Armeniya i Naqornıy Karabax” adlı kitabında Gürcüstan ermənilərinin sayı 437 min olaraq göstərilir.

Məncə, say da əhəmiyyətli deyil. Gürcüstan ermənilərinin hətta rəsmi statistikada göstərilən sayı belə, onların üsyan bayrağı qaldırması üçün kifayət edir. Heç uzağa getməyək, sovet hakimiyyəti dağılanda Azərbaycanın müxtəlif şəhərlərində yaşayan ermənilərin sayı 120 min idi. Amma bu, onların gürcülərdən iki dəfə çox olan bizə qarşı üsyan bayrağı qaldırmasının qarşısını almadı.

Üstəlik, dünya ermənilərinin qarşıya qoyduqları əsas hədəflərdən biri də Samtsxe-Cavaxetinin müstəqilliyə qovuşmasıdır. Bildirildiyinə görə, Dağlıq Qarabağ problemi başlamazdan əvvəl – 1985-ci ildə Yunanıstanın paytaxtı Afinada “Daşnaksütyun” partiyasının XXIII qurultayı keçirilir və toplantının gündəliyində ancaq bir məsələ dayanırdı: Ermənistanın ərazisini genişləndirmək və bu işə də haradan başlanacağını müəyyən etmək. Türkiyə güclü dövlət olduğundan, onun torpaqları hesabına Ermənistanın ərazisinin genişləndirilməsi məqbul sayılmadı. Ya Azərbaycandan – Dağlıq Qarabağdan, ya da Gürcüstandan – Cavaxetiyadan başlamaq məsələsi yeganə çıxış yolu kimi seçildi. Qurultayda cəmi bir səs çoxluğu ilə Dağlıq Qarabağa üstünlük verdilər. Məhz bundan sonra Qarabağın qara taleyi başladı.

Bu faktlar təsdiq edir ki, hazırda Gürcüstanın erməni xəyanəti ilə üzləşməməsinin yeganə səbəbi “Daşnaksütyun”un “A” planının ciddi əngələ ilişməsi, Azərbaycan xalqının sözügedən işğalla razılaşmamasıdır. Bu mənada bizim 44 günlük savaşda ermənilər üzərində qazandığımız qələbə təkcə bizim yox, həm də gürcülərin xeyrinə nəticələnib. Azərbaycan Qarabağ məğlubiyyəti ilə razılaşsaydı, Gürcüstanı Axaziya və Cənubi Osetiyadan sonra 3-cü separatizm dalğasından xilas etmək mümkün olmayacaqdı.

Ən əsası isə, Gürcüstan hələ də bu təhlükədən tam xilas olmayıb. Ukrayna kimi o da NATO-ya üzvlük xətti tutduğundan və ABŞ prezidenti Co Baydenin Putinlə danışıqlarında açıq şəkildə öz tərəfdaşlarını Moskvaya qurban verdiyindən, şəxsən mən Kremlin keçmiş sovet respublikalarının “üzə ağ olan” subyektlərini ağır şəkildə cəzalandıra biləcəyini düşünürəm. Gürcüstanı növbəti dəfə cəzalandırmağın ən qısa yolu isə onun etnik xarakteri ilə oynamaqdır.

Yenə 2017-ci ilin statistikasına nəzər salsaq, Gürcüstanın ən böyük etnik qrupunun azərbaycanlılar olduğunu görə bilərik. Statistikaya görə, ölkədə 800 minə yaxın soydaşımız yaşayır. Fəqət Azərbaycan xalqı dövlətçi xarakterə sahibdir və heç zaman onun-bunun diktəsinə gedib separatizm bayrağı qaldırmaz. Prinsipcə, buna rəsmi Bakı da izn verməz. Deməli, Moskva başqa oyunçu tapmalıdır. Ən yaxşı oyunçu isə əhali sayına görə 3-cü yerdə olan və Gürcüstan əhalisinin hardasa 10%-ni təşkil edən erməniləri qızışdırmaqdır. Ermənilər zatən yaradılış etibarilə də belə xəlq olunublar, onların qanında öz süfrə yoldaşına xəyanət etmək xisləti var və 1985-ci ildə yol verdikləri səhvi düzəldərək bu gün yaşadıqları məğlubiyyət depressiyasından da qurtula bilərlər.

Qeyd edim ki, ağır məğlubiyyətlərə uğrayan bütün millətlərin bu cür depressiyaıardan qurtulmaq ehtiyacı var. Əks halda məğlubiyyətin gətirdiyi psixoz vəziyyətindən çıxa bilməz və yox olub gedərlər. Yəqin ki, Rusiya da ona sadiq nökərlik etməyə məcbur olan ermənilərin bir millət kimi yer üzündən silinməsinə razı olmaz və bu faktordan məmnuniyyətlə Cənubi Qafqazın asi xalqını cəzalandırmaq üçün istifadə etməyə üstünlük verəcək.

Bütün bu təhlükələrə baxmayaraq, Gürcüstanın Avropa Şurasındakı təmsilçiləri təkcə öz torpağını 30 illik işğaldan xilas etməklə qalmayıb həm də qərb qonşusunu eyni tale ilə üzləşməkdən sığortalayan Azərbaycana qarşı ermənilərin bir müddət əvvəl qaldırdıqları ittihamın lehinə səs vermişdilər. Yəqin ki, bundan sonra da xristian təəssübkeşliyinə yuvarlanıb eyni səhvi edəcəklər. Əlbəttə ki, yaxın günlərdə erməni xəyanəti ilə üzləşməsələr.

Məncə, bu dini təəssübkeşliyin adı öz milli maraqlarına xəyanət deyilsə, qəflətdir. İnanmaq istərdim ki, gürcülər bir də belə qəflətə düşməzlər.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransanın Bakıda casus oyunları: Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib - SENSASİON İFADƏ
Bu gün, 21:19
Camaatımız nə istəyir? - AKTUAL
Bu gün, 19:02
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Bu gün, 19:01
"Belə mənəvi durum Qalib xalqa yaraşmır...” - Ekspert son günlərin amansız qətlləri haqda həyəcan təbili çaldı..
Bu gün, 18:52
Şəmkir İcra Hakimiyyəti milyonluq tender keçirir
Bu gün, 18:47
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək
Bu gün, 18:37
Bakının mərkəzində söküntü başlayır - nə qədər kompensasiya veriləcək...
Bu gün, 18:30
Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb - KİV
Bu gün, 17:19
SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı - QƏRAR
Bu gün, 17:16
Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür
Bu gün, 17:13
Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu – Yeni təhlükə
Bu gün, 17:09
Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir - Zülfüqarov
Bu gün, 17:06
Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı
Bu gün, 17:03
Bank kartlarından kütləvi oğurluq: - Problemi necə həll etmək olar?
Bu gün, 17:00
Paşinyan BUNU ANLADIĞINDAN... - AKTUAL
Bu gün, 16:55
Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb
Bu gün, 16:52
Moskva regionda yenidən aktivləşib - Rusiya sülh danışıqlarına müdaxilə etməkdə maraqlıdır
Bu gün, 16:50
“SOCAR Midstream Operations” şirkətində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:48
“Sülh yollarının kəsişməsi” kimi alternativ təkliflər süni bəhanələrdir -RƏY
Bu gün, 16:43
Məşhuri-CAHAN: Dövlətdən YEDİYİ BƏLLİ... - Amma QUSDUĞU BƏLLİ DEYİL...
Bu gün, 16:35
Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Bu gün, 16:32
"Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" - MƏHKƏMƏ
Bu gün, 16:30
"Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ - TƏFƏRRÜAT
Bu gün, 16:25
Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi
Bu gün, 16:22
“Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” – Hüquqşünas danışdı
Bu gün, 16:19
"Bu yolla pul qazanmaq əxlaqsızlıqdır" - Tahir Kərimli OD PÜSKÜRDÜ
Bu gün, 16:16
Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş... - TƏFƏRRÜAT
Bu gün, 16:13
Maaşımız elə parklanmaya gedir - AYNA-dan narazılıq
Bu gün, 16:10
Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Bu gün, 15:17
Kiyevdə FSB-nin 17 yaşlı agenti ifşa olundu: - Hərbi komissarlığı partlatmaq istəyirdi
Bu gün, 15:12
Ermənilər Qarabağa GERİ DÖNÜR? - Yoxsa, başqa planları var?
Bu gün, 14:26
Sergey Lavrov Ermənistana səfər edəcək
Bu gün, 13:07
Banan marketlərdə niyə bahalanır? – Səbəbi bilindi
Bu gün, 13:06
Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? - Rəqəmlər
Bu gün, 13:01
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi - YENİ TƏYİNAT
Bu gün, 13:00
Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir - Simonyan
Bu gün, 12:58
Keçmiş başçının direktor qızı işdən çıxarıldı - SƏBƏBİ
Bu gün, 12:51
Sumqayıtda şəkər xəstələri dərman ala bilmir - NARAZILIQ VAR...
Bu gün, 12:47
“Adam gərək özü deməsin ki, xalq yazıçısı olmaq istəyirəm...” - Xalq yazıçısından İRAD
Bu gün, 12:45
Karlen İskəndərovun cinayət işi - MƏHKƏMƏ OLDU
Bu gün, 12:41
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:39
Erməni ordusu hələ də özünü bərpa edə bilməyib - Köçəryan
Bu gün, 12:31
Dilbər Sadayeva Kaşpirovski rolunda - Bakıda peyda olan "Pudokina" kimdir?
Bu gün, 12:26
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq istəyən bir qrup vətəndaşla görüş keçirilib - VİDEO
Bu gün, 12:22
Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib - FOTO
Bu gün, 12:17
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 12:08
Məzahir Pənahovla bağlı DAHA BİR İDDİA... - 400 min manata yaxın vəsaitin taleyi bilinmir
Bu gün, 12:06
Sanksiya şoku: Polşa Azərbaycan üçün nəzərdə tutulan yükü müsadirə etdi - TƏFƏRRÜAT
Bu gün, 11:58
Şəki təsərrüfatlarında TƏHLÜKƏ – Meyvələri məhv edən XƏSTƏLİK yayıldı
Bu gün, 11:53
“Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm” - Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır
Bu gün, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru