Lukaşenkodan əhaliyə “silahlanın” çağırışı - NƏ BAŞ VERİR?
Tarix: 21-06-2021, 07:58 | Çap et
 Bir neçə gün əvvəl Belarus başçısı Aleksandr Lukaşenko ölkənin bütün əhalisinə odlu silahlarla davranmağı öyrənməyə çağırdı. Onun fikrincə, “dünya dəli olub və müharibə hər an başlaya bilər”, bu səbəbdən silah istifadə etməyi bilmək pis olmaz. O, əks təqdirdə vətəndaşların silahla davranmağı “döyüş meydanındakı çətin anlarda öyrənməli olacaqlarını” söylədi.
“Nə üçün tələbələri və başqalarını cəlb edib, onlara atıcı silahlardan istifadə etməyi öyrətməyək - pulemyot yığmağı, sökməyi və atmağı? Silahlardan necə istifadə edəcəyini bilmək vacibdir ki, çətin anlarda döyüş meydanında öyrənməli olmayasınız”, - deyə Lukaşenko söylədi.
Ölkə başçısı silahlı qüvvələrdə təlim görmüş şəxslərin odlu silahlarla işləmə bacarıqlarına sahib olduğunu, ancaq təlimə daha çox belaruslunun cəlb edilməli olduğunu vurğuladı. Bir çox gəncin orduya çağrılmadığını və atəş açma qabiliyyəti olmadıqlarını da əlavə etdi.
Belarus rəhbərinin sözlərinə görə, müharibənin başlamayacağına dair heç bir zəmanət yoxdur: “Dünya, ümumiyyətlə dəli olub. Hər an, hər yerdə, Allah eləməsin, bizdə də müharibə başlaya bilər”.
Bugünlərdə Lukaşenko yenidən bu mövzuya qayıtdı. “BelTA” xəbər verir ki, ərazi müdafiəsi ilə bağlı iclasda Belarus rəhbəri ölkənin hər bölgəsinin qısa müddətdə səfərbər olmağa hazır olmalı olduğunu söylədi: “Ölkədəki hər kəs bugünkü tədbirdən sonra buna hazırlaşmalıdır. İclasın hədəflərindən biri də bölgələrə bir siqnal verməkdir ki, hər zonada (bizdə 7 zona var), hər bir bölgədə, Prezidentin qərar verəcəyi anda səfərbər olmağa hazır olsunlar”.
Respublika başçısı ərazi müdafiə idarəetmə orqanlarının tam hazırlığının təmin olunmasının vacibliyini də diqqətə çatdırdı…
Bütün bunlar nə deməkdir? Lukaşenko müharibəyəmi hazırlaşır? Bəs kiminlə? Hücum gözləyir, yoxsa kiməsə hücum edəcək? Bütün bu ritorikanın arxasında başqa bir şey varmı? O, kimə nəyi göstərmək istəyir?
Prosesi AYNA-ya tanınmış belaruslu politoloq Valeri Karbaleviç şərh edib:
“Prezident Aleksandr Lukaşenkonun bölgələrin təcili səfərbərliyə hazır olması çağırışlarının Belarusun hər hansı bir xarici təhlükəyə qarşı çıxması ilə heç bir əlaqəsi yoxdur. Lukaşenkonun ərazi müdafiəsi ilə bağlı açıqlamaları müstəsna olaraq daxili siyasi məna və daxili siyasi oriyentasiya daşıyır. Bu, daxili siyasi rejimi gücləndirmək üçün bir yoldur.
Bu cür açıqlamalar Belarus rejiminin istifadə etdiyi “mühasirəyə alınan qala” modeli ilə birbaşa əlaqələndirilir: ətrafında ancaq düşmənlər var, liderin ətrafında birləşmək və səfərbər olmaq lazımdır. İctimai həyatın hərbiləşdirilməsi prosesi, səlahiyyətlilərin məntiqinə görə mövcud hakimiyyəti gücləndirməlidir.
Ərazi müdafiəsi Silahlı Qüvvələrin özünəməxsus formasıdır. Və ordu şiddətə əsaslanan bir institutdur. Cəmiyyətin hərbiləşdirilməsi və səfərbərliyi sayəsində, ərazi müdafiəsinə daha çox insanın səfərbər edilməsi köməyi ilə hadisələri dəyişməyə çalışırlar. Hərbi dövlət zorakılığının köməyi ilə cəmiyyəti onların lehinə çevirmək cəhdinə bənzəyir.
İnsanlar Lukaşenkonu sevmirlər, amma orduya çağırılsalar, yüksək hərbi rəhbərlərin nəzarətinə verilsələr, onda onları Lukaşenkonu sevməyə məcbur edə bilərlər. Lukaşenkonun ərazi müdafiəsi ilə bağlı addımları bu məntiqə əsaslanır.
Səlahiyyətli şəxslər belə şeylərə ilk dəfə müraciət etmirlər. Hakimiyyət hər dəfə təhlükə hiss etdikdə, cəmiyyəti bu gücü müdafiə etməyə məcbur etmək üçün ərazi müdafiəsinə müraciət edir. Cəmiyyətin əhval-ruhiyyəsini güclə şəkildə dəyişdirmək üçün hakimiyyətin kobud gücdən başqa bir mexanizmi yoxdur və onlar belə mexanizmləri axtarmağa da çalışmırlar”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bank əmanətləri: Güvəndiyimiz qalxan, yoxsa aşağı faizli tələ? - ARAŞDIRMA
Bu gün, 00:46 |
|
|
|
• Paytaxtın tarixi görkəmi məhv edilir, keçmişi silinir - MALƏSƏF...
Bu gün, 00:41 |
|
|
|
• Köçəryan güclü deyil, Rusiya hələlik Paşinyanla davam edir - GƏLİŞMƏ
Bu gün, 00:38 |
|
|
|
• Mətbəx masasında əməliyyat: Yaxud xəstələr niyə xəstəxanada ölür? - AKTUAL
Bu gün, 00:36 |
|
|
|
• Ukrayna Rusiya ilə memorandum imzalaya bilər - KİV
Bu gün, 00:30 |
|
|
|
• "Ermənistanın siyasi isteblişmenti ölkənin gələcəyini yalnız Rusiyada görür" - FAKT BUDUR!
Bu gün, 00:27 |
|
|
|
• Azərbaycanda şair xərçəngdən vəfat etdi
Bu gün, 00:24 |
|
|
|
• Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
Bu gün, 00:20 |
|
|
|
• Erməni terrorçuları şərti sərhəddə
Bu gün, 00:13 |
|
|
|
• Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəslə bağlı danışıqlara başlayacaq - Tramp
Dünən, 22:17 |
|
|
|
• “Qocalanda bunu sənə karyera verməyəcək”
Dünən, 21:23 |
|
|
|
• Fransanın Bakıda casus oyunları: Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib - SENSASİON İFADƏ
Dünən, 21:19 |
|
|
|
• Camaatımız nə istəyir? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Dünən, 19:01 |
|
|
|
• "Belə mənəvi durum Qalib xalqa yaraşmır...” - Ekspert son günlərin amansız qətlləri haqda həyəcan təbili çaldı..
Dünən, 18:52 |
|
|
|
• Şəmkir İcra Hakimiyyəti milyonluq tender keçirir
Dünən, 18:47 |
|
|
|
• “Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək
Dünən, 18:37 |
|
|
|
• Bakının mərkəzində söküntü başlayır - nə qədər kompensasiya veriləcək...
Dünən, 18:30 |
|
|
|
• Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb - KİV
Dünən, 17:19 |
|
|
|
• SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı - QƏRAR
Dünən, 17:16 |
|
|
|
• Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür
Dünən, 17:13 |
|
|
|
• Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu – Yeni təhlükə
Dünən, 17:09 |
|
|
|
• Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir - Zülfüqarov
Dünən, 17:06 |
|
|
|
• Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı
Dünən, 17:03 |
|
|
|
• Bank kartlarından kütləvi oğurluq: - Problemi necə həll etmək olar?
Dünən, 17:00 |
|
|
|
• Paşinyan BUNU ANLADIĞINDAN... - AKTUAL
Dünən, 16:55 |
|
|
|
• Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb
Dünən, 16:52 |
|
|
|
• Moskva regionda yenidən aktivləşib - Rusiya sülh danışıqlarına müdaxilə etməkdə maraqlıdır
Dünən, 16:50 |
|
|
|
• “SOCAR Midstream Operations” şirkətində yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48 |
|
|
|
• “Sülh yollarının kəsişməsi” kimi alternativ təkliflər süni bəhanələrdir -RƏY
Dünən, 16:43 |
|
|
|
• Məşhuri-CAHAN: Dövlətdən YEDİYİ BƏLLİ... - Amma QUSDUĞU BƏLLİ DEYİL...
Dünən, 16:35 |
|
|
|
• Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Dünən, 16:32 |
|
|
|
• "Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" - MƏHKƏMƏ
Dünən, 16:30 |
|
|
|
• "Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi
Dünən, 16:22 |
|
|
|
• “Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” – Hüquqşünas danışdı
Dünən, 16:19 |
|
|
|
• "Bu yolla pul qazanmaq əxlaqsızlıqdır" - Tahir Kərimli OD PÜSKÜRDÜ
Dünən, 16:16 |
|
|
|
• Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş... - TƏFƏRRÜAT
Dünən, 16:13 |
|
|
|
• Maaşımız elə parklanmaya gedir - AYNA-dan narazılıq
Dünən, 16:10 |
|
|
|
• Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Dünən, 15:17 |
|
|
|
• Kiyevdə FSB-nin 17 yaşlı agenti ifşa olundu: - Hərbi komissarlığı partlatmaq istəyirdi
Dünən, 15:12 |
|
|
|
• Ermənilər Qarabağa GERİ DÖNÜR? - Yoxsa, başqa planları var?
Dünən, 14:26 |
|
|
|
• Sergey Lavrov Ermənistana səfər edəcək
Dünən, 13:07 |
|
|
|
• Banan marketlərdə niyə bahalanır? – Səbəbi bilindi
Dünən, 13:06 |
|
|
|
• Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? - Rəqəmlər
Dünən, 13:01 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi - YENİ TƏYİNAT
Dünən, 13:00 |
|
|
|
• Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir - Simonyan
Dünən, 12:58 |
|
|
|
• Keçmiş başçının direktor qızı işdən çıxarıldı - SƏBƏBİ
Dünən, 12:51 |
|
|
|
• Sumqayıtda şəkər xəstələri dərman ala bilmir - NARAZILIQ VAR...
Dünən, 12:47 |
|
|
|
• “Adam gərək özü deməsin ki, xalq yazıçısı olmaq istəyirəm...” - Xalq yazıçısından İRAD
Dünən, 12:45 |
|
|
|
|