“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

London Rusiyaya qarşı ikinci cəbhəni də açdı – Bu dəfə Aralıq dənizində
Tarix: 29-06-2021, 11:17 | Çap et
London Rusiyaya qarşı ikinci cəbhəni də açdı
NATO qüvvələri Qara dənizdə Rusiyanın tam burnunun ucunda Sea "Sea Breeze 2021" (Dəniz yeli 2021) hərbi təlimlərinə başlayaraq-başlamaz Rusiya da öz hərbi gəmilərini və sualtılarını Aralıq dənizinə göndərib.

Ovqat.com-un məlumatına görə, Aralıq dənizindəki hərbi təlimlərə rus gəmiləri ilə yanaşı səsdəniti “Xənçər” raketləri ilə silahlanan MİQ-31 təyyarələri də qatılıblar.

Rus hərbi donanmasının Aralıq dənizindəki bu aktivliyi ingilis mətbuatının da gözündən yayınmayıb. Böyük Britaniya mediası istisna etmir ki, ötən həftə Qara dənizdə Böyük Britaniyanın "HMS Defender" hərbi gəmisi ilə üz-üzə gələn rus donanması Aralıq dənizində də ingilis əngəli ilə qarşılaşa bilər. Məlumata görə, Böyük Britaniyan ən güclü və müasir təyyarə gəmisi “HMS Queen Elizabeth (R08)”-ni artıq bu məqsədlə Aralıq dənizinə göndərib. Ən güclü zirehlə örtülən həmin gəmi 40 hərbi təyyarə daşıyır. Bu baxımdan onu orta səviyyəli bir ölkənin hərbi hava qüvvəsi ilə müqayisə etmək olar.

İngiltərənin “Daily Express”-in nəşrinin köşə yazarı Marko Janangeli vəziyyəti şərh edən məqaləsində bildirib: “İngilis Kral Donanması Putinin Aralıq dənizindəki qüvvələri ilə qarşı-qarşıya gəlməyə hazırlaşır”.

Müəllif xatırladır ki, “HMS Queen Elizabeth (R08)” təyyarə gəmisi polad qoruyucu üzüklə əhatə olunub: “Onun müdafiəsini "NATO 30" və "NATO 31"çağırışları ilə uzaq radiolokasiya aşkarlama təyyarələri (AWACS) təmin edir. Təyyarələr Uoddinqton aviabazasından Kiprə uçublar”.

Müəllifin iddiasına inansaq, London bu qərarı Rusiyanın öz hərbi gəmi heyətini Aralıq dənizinə göndərilməsindən, strateji bombardmançı təyyarələrini və səsdəniti “Xənçəl” raket sistemlərini isə Suriyada yerləşdirilməsindən sonra verib.

Jurnalist Rusiyanın Aralıq dənizindəki təlimlərə hansı döyüş gəmilərini göndərdiyindən də bəhs edib. Onun bildirdiyinə görə, Rusiya “Moskva” raket kreyserini və ən yeni fırkateynləri “Admiral Essen”i və “Admiral Makarov”u Aralıq dənizinə göndərib. Bundan əlavə, rus hərbi donanmasının bir sualtısı da Aralıq dənizindədir. Məqalədə həmin sualtı "Stary Oslo" kimi göstərilir.

Kraliyyət Donanmasının yüksək rütbəli nümayəndəsinin müəllifə verdiyi məlumatdan belə anlaşılır ki, London hərbi donanması Rusiyanın Suveyş kanalını nəzarətə götürməsi ehtimalının qarşısını almaq üçün Aralıq dənizinə göndərilib: “Moskvanın Suveyş kanalına gedərkən Şərqi Aralıq dənizində təyyarə gəmimiz “HMS Queen Elizabeth (R08)”-ə yaxınlaşdırmağa çalışacağı gözlənilir. Təyyarə daşıyıcımız Rusiyanın mümkün qədər yaxınlaşmaq cəhdlərinə qarşı çıxmaq üçün hər cür ssenariyə hazırdır”.

Ovqat.com-un şərhi

Qeyd edək ki, Rusiya hələ bir neçə il əvvəl Suriyanın Tarsusdakı hərbi bazasını dünya dəniz ticarətinin önəmli keçid məntəqələrindən sayılan Qırmızı dənizə daşımaq istəyirdi və bununla bağlı Sudanın keçmiş rəhbəri Ömər əl-Bəşir ilə müqavilə imzalamışdı. Müqaviləyə görə, Rusiya Port-Sudan limanında öz hərbi bazasını yaradacaq və bu bazada hərbi gəmilərlə yanaşı 300-ə qədər rus əsgəri daimi xidmət göstərəcəkdi. Maraqlıdır ki, Sudan parlamenti bu müqaviləni ratifikasiya etməmiş 2019-cu ildə Ömər əl-Bəşir devrildi. Yeni hərbi hökumət isə bir neçə ay əvvəl Post-Sudandakı Flaminqo hərbi bazası üçün nəzərdə tutulmuş məkanda aparılan inşaat işlərini dayandırdı. Məlumata görə, Sudan Hərbi Keçid Hökumətinin sədri general Əbdül əl-Burhan bununla da kifayətlənməyib Baş nazir Abdullah Həmdukun təsdiqi ilə Sudan ordusunun Qırmızı Dəniz Hərbi Dairəsi Komandanlığına Rusiya gəmilərinin və əsgərlərinin Flamingo hərbi bazasına yaxınlaşmasının qarşısını almağı tapşırdı.

Rəsmi Xartumun bu əndişəsi yersiz deyildi və qlobal güclərin hərbi poliqonuna çevrilmək istəməməsindən qaynaqlanırdı. Belə ki, bu ilin fevral ayının 28-də Rusiyanın ən müasir “Kalibr” raketləri ilə silahlanmış “Admiral Qrigoroviç” freqatı Qırmızı dənizdəki Port Sudan limanına girmiş, ertəsi gün həmin limanda ABŞ-ın 'USS Winston S. Churchill' adlı hərbi gəmisi də peyda olmuşdu. ABŞ Hərbi Dəniz Qüvvələri bu səfərin Sudanla bir neçə gün əvvəl əldə olunan razılaşma çərçivəsində hərbi əlaqələri inkişaf etdirmək məqsədi daşıdığını bildirmişdi. Nəticədə Rusiyanın devrilmiş Sudan rəhbəri Bəşirlə, ABŞ-ın isə indiki hərbi keçid hökuməti ilə müqavilə imzaladığı ortaya çıxmışdı. Rusiyanın istinad etdiyi bu müqavilə isə ratifikasiya olunmadığı üçün həmin vaxt heç bir hüquqi qüvvəyə malik deyildi.

Moskvanın ciddi təzyiqi ilə Sudan parlamentinin bir neçə gün əvvəl həmin müqaviləni ratifikasiya etdiyi barədə məlumatlar yayıldı. Ardınca da rus hərbi gəmilərinin Tartus limanından Qırmızı dənizə hərəkət etmək adıyla hərbi təlim keçirməyə hazırlaşdığı məlum oldu. Böyük Britaniya mediasına inansaq, Londonun ən güclü gəmisini Suveyş kanalına göndərməsi də bu keçidin qarşısını almaq məqsədi daşıyır.

Sual oluna bilər: Qırmızı dəniz Rusiyanın nəyinə lazımdır?

Zənnimizcə, Rusiyanın Qara dəniz vasitəsilə Aralıq dənizinə çıxması və ordan Suveyş kanalı ilə Qırmızı dənizə və Hind okeanına açılması xarici ticarət marşrutu baxımından ən qısa yoldur. Rusiya bütün bu marşrut üzərində öz nəzarətini təmin etmək istəyir. Nəzərə alsaq ki, Qırmızı dənizin Sudan sahilləri dəniz quldurlarının ən çox fəaliyyət göstərdiyi bölgədir, Rusiyanın burada nəzarət imkanlarını genişləndirməsinin legitim səbəbləri də var. Üstəlik, Sudanın parçalanmasından sonra bütün təbii sərvətlərini və su ehtiyatını itirməsi hazırda bu ölkənin ən populyar qazanc mənbəyi də dəniz quldurluğudur, bu da bölgəyə nəzarəti zəruri hala gətirir.

İkinci başlıca səbəb Rusiyanın Qırmızı dənizi ələ keçirməklə özünün alternativ ticarət yolu layihəsini dünyaya təqdim etməsindən qaynaqlana bilər. Məlumdur ki, qlobal istiləşmə səbəbindən Şimali Buzlu okean daha qısa zaman ərzində buzlaqlarla örtülü qalır. Rusiyanın isə buz əngəllərini aşaraq marşrutu dəniz ticarətinə açan 20-dən artıq buzqıran gəmisi var və bu da onun beynəlxalq ticarət tranzitindən daha çox pul qazanmasına imkan yarada bilər. Bunun üçün isə Qırmızı dəniz Qərb dövlətləri üçün güvənsiz hala gəlməli və Moskvanın insafından asılı olmalıdır. Başqa sözlə, beynəlxalq dəniz ticarəti yollarına nəzarət planı Böyük Britaniya ilə Rusiyanı Aralıq dənizində üz-üzə gətirir.

Təsadüfə bax ki, Sudan hökuməti bir neçə ay əvvəl Flaminqo hərbi bazasını Rusiyanın üzünə bağladıqdan qısa müddət sonra Suveyş kanalında 400 metrlik “Ever Given” konteyner gəmisi dibə oturmuş və kanal bir neçə gün bağlı qalmışdı. Rusiya həmin dövrdə öz alternativ tranzit layihəsini gündəmə gətirmiş və bunun təbliğatını aparmışdı. Bir çox ekspertlər Suveyş kanalında baş verən bu qəzanın ən çox Rusiyanın xeyrinə işlədiyinə inanır, dolayısıyla təsadüfi saymırdılar.

Rusiyanın alternativ kimi təqdim etdiyi Şimali Buzlu okeanı variantı ən çox Avropanın şimal ölkələri, o cümlədən Böyük Britaniya üçün məqbul görünə bilərdi. Çünki bu marşrut şimal ölkələrinə daha yaxındır. Görünür, London da bir-birinin ardınca baş verən hadisələrə determinist nöqteyi-nəzərdən baxır və bunları böyük bir planın tərkib hissəsi kimi alqılayır. Özünün iqtisadi boğazının Moskvanın əlinə keçməməsi üçün Suveyş kanalına və Qırmızı dənizə ondan daha tez sahiblənməyə çalışır. Üstəlik, bununla da kifayətlənməyib, Rusiyanın Qara dəniz nəfəsliyini də kəsib onu tam zərərsiz hala gətirmək istəyir.

Məsələlərə bu aspektdən baxanda, yaxın 10-15 gün ərzində Londonla Moskvanın Aralıq və Qara dənizlərdə daha ciddi hesablaşacağını gözləməyə dəyər.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru