Cümə, 20 iyun 2025, 04:26:14  
   Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satılıb .....                     Rəfail Abdullayevin şirkəti xalqa qarşı .....                     “Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır .....                     "Rossiya 1" kanalında Azərbaycanı hədəf alan təxribatlara son verilməlidir" .....                     "Azərbaycan Prezidenti bu gün də İranda yaşayan soydaşlarımızın mənafeyini qoruyur" .....                     Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin real qarantına çevrilib .....                     Paşinyana qarşı Ambartsumyan və ya sabiqlərin uğursuz təşəbbüsü .....                     “Cəmil təkid etsə də, gülləri Hacıbaba Bağırovun üzünə ürəklə çırpmadım...” .....                     Paşinyan Rusiyaya meydan oxuyur .....                     İran parçalansa, iki ölkə ərazisinin bir hissəsini itirəcək .....                     İsrailin hava hücumundan müdafiəsinə gündə 200 milyon dollar xərclənir .....                     Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyaya yerləşdirildi .....                     “Hizbullah” lideri İrana qarşı təcavüzə cavab vermək hüququnu özündə saxladığını deyib .....                     Göyçayın bu məmuru narazılıq yaradır .....                     Naxçıvan Psixi Xəstəliklər Dispanserinə baş həkim təyinatı olub .....                     Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma... .....                     Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək .....                     Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı .....                     ABŞ Xameneini buna görə qoruyur .....                     Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq .....                     Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb .....                     "Sən demə, əri fanatımdır" .....                     "Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" .....                     Sabunçunun yeni prokuroru o oldu .....                     Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq .....                     Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir .....                     2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu .....                     “Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub .....                     Qırğızlar Rusiyadan xüsusi status .....                     Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? .....                     Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu .....                     Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... .....                     "Bilgəh" sanatoriyasında şok hadisə .....                     Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib .....                     İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? .....                     Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir .....                     “Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə .....                     Ən yüksək balı toplayan müəllim: .....                     Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb .....                     “Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib .....                 

ABŞ Əfqanıstandan çıxar-çıxmaz “Taliban”çılar Moskvaya getdi - Rusiya bölgəyə qayıdır?
Tarix: 10-07-2021, 09:52 | Çap et
ABŞ Əfqanıstandan çıxar-çıxmaz “Taliban”çılar Moskvaya getdi
Əfqanıstanda “Taliban” yaraqlıları Amerika qoşunlarının ölkəni tərk etməsindən istifadə edərək bir-birinin ardınca Kabil hökumətinin nəzarətində olan rayonları ələ keçirdiyi bir vaxtda təşkilatın siyasi qanadının nümayəndələri gözlənilmədən Moskvada peyda olublar.

“Yeni Müsavat” xəbər verir ki, nümayəndə heyətinə “Taliban”ın Qətərdəki siyasi ofisinin rəhbərlərindən biri Şahabuddin Delavar başçılıq edir. Onların Moskvaya səfəri barədə iyulun 8-də məlum olub. “Talibançılar” Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN-in ikinci Asiya departamentinin rəhbəri Zamir Kabulovla görüşüblər. Lakin səfər bu gün də davam edir və “Taliban” nümayəndələrinin Moskvada başqa görüşlərinin olacağı, o cümlədən Rusiya xüsusi xidmət orqanlarında görüşlərin keçiriləcəyi gözlənilir. Rusiya “Taliban”ı terror təşkilatı kimi tanıyır və öz ərazisində onun fəaliyyətini qadağan edib. Lakin göründüyü kimi, bütün bunlar təşkilatın siyasi qanadının Moskvaya səfəri üçün maneə yaratmır.

Rusiya yenidən Əfqanıstana qayıdır? Amerikalılardan sonra o ölkəyə Türkiyənin nəzarət edəcəyi haqda məlumatlar vardı. Hətta Türkiyə bəzi hava limanlarına nəzarət etməyə başlamışdı. Ola bilər ki, Türkiyə və Rusiya Əfqanıstana birgə nəzarət edəcəklər. Bunun Yaxın Şərqdəki münaqişə ocaqlarında xeyli örnəyi var. Həmçinin Qarabağ məsələsində də Türkiyə ilə Rusiyanın ortaq işinin olduğu kimsəyə sirr deyil. Ağdamdakı Monitorinq Mərkəzində Rusiya ilə Türkiyə hərbçiləri eyni sayla, eyni hüquqla təmsil olunurlar.

Bundan əlavə, “Taliban”ın üç qanadından biri Rusiyadakı dairələrlə işləyir. Yəni təşkilatda monolitlik yoxdur və bu pərakəndəlik müxtəlif mərkəzlər tərəfindən idarə olunur. Rusiyaya gedən “Taliban” üzvləri də, ehtimal ki, Moskva ilə əlaqəsi olan qruplaşmadır.

Danışıqlar zamanı Kabulov Əfqanıstanın şimalında vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib və talibançıları münaqişənin Əfqanıstan hüdudlarından kənara çıxmasına yol verməməyə çağırıb. Cavab olaraq “taliban”çılar bildiriblər ki, Əfqanıstan ərazisindən başqa ölkələrə, o cümlədən Rusiyaya hücum üçün istifadə edilməsinə yol verməyəcəklər. Nümayəndə heyəti Orta Asiya respublikalarının sərhədlərinin təhlükəsizliyinə də təminat veriblər, Orta Asiya ilə Əfqanıstan arasında sərhəd-keçid məntəqələrinin stabil işini təmin edəcəklərini deyiblər.

Moskvadan əvvəl isə “Taliban” nümayəndələri Tehranda səfərdə olublar və İran xarici işlər naziri Cavad Zəriflə görüşüblər. O deyib ki, ABŞ Əfqanıstanda məğlub olub və bu səbəbdən öz qoşunlarını geri çəkir.

Bayden isə deyib ki, ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-də başa çatacaq. Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, Prezidentin bu qərarı verməsinin arxasında əsas səbəb var. O, 20 ildir davam edən bu müharibənin sonunun olmadığını düşünür. ABŞ-ın çıxışı ilə qiyamçılar Əfqanıstanın 400-dən çox rayonundan azı 150-sinin nəzarətini ələ keçiriblər. Əfqanıstan rəsmiləri bildirib ki, hökumət tərəfdarı qüvvələr “Taliban” qiyamçılarını ölkənin şimal-şərqində bir şəhərin bəzi hissələrindən qovublar və saatlarla davam edən şiddətli döyüşlər nəticəsində rəsmi binaların nəzarətini geri alıblar.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ 20 il Əfqanıstanda heç nəyə nail ola bilmədi. Onun fikrincə, Amerikanın yaxın tarixində belə ağır təcrübələri az deyil. Politoloq hesab edir ki, ABŞ Vyetnama daxil olanda minlərlə insan öldü, sonra ölkəni biabırçı şəkildə tərk etdilər: “Talibanı da məhv edəcəklərini söyləyirdilər. Ancaq bu təşkilat ABŞ-ın Əfqanıstanda olduğu dövrdə zəifləmədi. Amerika eyni səhvləri təkrar etdi. 20 ildə NATO qoşunları və ABŞ Talibanı ram edə bilmədi. Taliban hakimiyyəti götürsə belə sakitlik olmayacaq, ona itaət etmək istəməyən qüvvələr ortaya çıxacaq”.

Ekspertin sözlərinə görə, Türkiyə paytaxt Kabulun hava limanını qoruyacaq: “Ankara Pakistanla sıx əlaqələrə malikdir. Pakistan da Talibanla əlaqəlidir. Yəni Türkiyənin Talibanla münasibətləri var.

Rusiyanın da taliblərlə əlaqəsi. Sadəcə, bura Əfqanıstandır. İnanmıram ki, Taliban hansısa ölkələrlə razılaşmasına axıra qədər əməl etsin. Ola bilsin ki, indi Taliban hiylə işlədir, Rusiya ilə görüşə gedir, amma bu təşkilat Pakistanı belə tam eşitmir. Sadəcə, Əfqanıstanda təkhakimiyyətlilik istəyirlər. Rusiyanın qorxusu isə sərhədlərlə bağlıdır. Üstəlik, Mərkəzi Asiyada hərbi bazaları var".

E.Şahinoğlunun fikrincə, Əfqanıstanda heç vaxt sabitlik olmayıb və bundan sonra da Talibanı ram etmək çətin olacaq: “Taliban çox vəd verə bilər. Əfqanıstanda heç zaman intizam olmayıb. Liderləri öldürüblər, asıblar, Nəcibullanı edam ediblər.

Amma maraqlıdır ki, Əfqanıstanla Azərbaycanın yaxşı əlaqələri olduğu halda, əgər Taliban hakimiyyətə gəlsə, münasibətlər necə qurulacaq. Azərbaycanın heç vaxt Talibanla təması olmayıb".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satılıb - TƏFƏRRÜAT
Bu gün, 06:50
Rəfail Abdullayevin şirkəti xalqa qarşı - NARAZILIQ VAR...
Bu gün, 06:45
“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır
Bu gün, 06:38
"Rossiya 1" kanalında Azərbaycanı hədəf alan təxribatlara son verilməlidir" - REAKSİYA
Bu gün, 06:35
"Azərbaycan Prezidenti bu gün də İranda yaşayan soydaşlarımızın mənafeyini qoruyur" - deputat
Bu gün, 06:26
Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin real qarantına çevrilib - FAKT BUDUR!
Bu gün, 06:18
Paşinyana qarşı Ambartsumyan və ya sabiqlərin uğursuz təşəbbüsü - GƏLİŞMƏ
Bu gün, 06:16
“Cəmil təkid etsə də, gülləri Hacıbaba Bağırovun üzünə ürəklə çırpmadım...”
Bu gün, 06:13
Paşinyan Rusiyaya meydan oxuyur - NƏ BAŞ VERİR?
Bu gün, 06:09
İran parçalansa, iki ölkə ərazisinin bir hissəsini itirəcək – Ardınca isə…
Bu gün, 06:05
İsrailin hava hücumundan müdafiəsinə gündə 200 milyon dollar xərclənir - WSJ
Bu gün, 06:02
Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyaya yerləşdirildi
Bu gün, 05:59
“Hizbullah” lideri İrana qarşı təcavüzə cavab vermək hüququnu özündə saxladığını deyib - əl-Mənar telekanalı
Bu gün, 05:54
Göyçayın bu məmuru narazılıq yaradır - İTTİHAM VAR...
Bu gün, 05:50
Naxçıvan Psixi Xəstəliklər Dispanserinə baş həkim təyinatı olub - FOTO
Bu gün, 05:41
Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma...
Dünən, 18:15
Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək - MƏBLƏĞ
Dünən, 18:09
Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı
Dünən, 18:06
ABŞ Xameneini buna görə qoruyur – İranın Ali rəhbəri ilə bağlı müəmma
Dünən, 18:04
Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq - TENDER NƏTİCƏSİ
Dünən, 18:01
Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb - İLGİNC
Dünən, 17:59
"Sən demə, əri fanatımdır"
Dünən, 17:57
"Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" - XƏBƏRDARLIQ
Dünən, 17:55
Sabunçunun yeni prokuroru o oldu - BUNDAN SONRA...
Dünən, 17:53
Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq – Paşinyandan AÇIQ ETİRAF
Dünən, 17:52
Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir - "Ayaq əzələsini göz qapağına yerləşdirib"
Dünən, 17:50
2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu - TOP 5
Dünən, 17:21
“Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:17
Qırğızlar Rusiyadan xüsusi status TƏLƏB EDİRLƏR
Dünən, 17:16
Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? - Akademik açıqladı
Dünən, 17:14
Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu - Video
Dünən, 17:08
Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... - GƏLİŞMƏ
Dünən, 17:05
"Bilgəh" sanatoriyasında şok hadisə -Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Dünən, 16:59
Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib - BUNDAN SONRA...
Dünən, 16:47
İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? - İNCƏLƏMƏ
Dünən, 16:44
Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir - SİYAHI
Dünən, 16:42
“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı
Dünən, 16:28
Ən yüksək balı toplayan müəllim: Sertifikasiyanın "sirlərini" açdı - DETALLAR
Dünən, 15:57
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Dünən, 15:55
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
Dünən, 15:51
Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb - KİV
Dünən, 15:50
ABŞ İranı vuracaq: - Təyyarə və gəmiləri SƏFƏRBƏR EDİR
Dünən, 13:17
İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir -Ekspertdən MÜJDƏ
Dünən, 13:15
Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir - ARAŞDIRMA
Dünən, 13:07
Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi
Dünən, 13:01
102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... -"Hraparak"
Dünən, 12:59
“Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı
Dünən, 12:56
Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA - "Press TV"
Dünən, 12:49
Naxçıvanda seçkiləri Prezident TƏYİN EDƏCƏK
Dünən, 12:47
“Rusiya Ukraynada yeni hücuma başlayıb” - ISW
Dünən, 12:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru