“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

İran "Əfqanıstan tənliyi"ndə yer tutmağa çalışır: - “Vətəndaş müharibəsi” xəbərdarlığı ilə
Tarix: 15-07-2021, 09:34 | Çap et
İran "Əfqanıstan tənliyi"ndə yer tutmağa çalışır:
İran Əfqanıstana vətəndaş müharibəsi olmaması barədə xəbərdarlıq edib.

Ovqat.com xəbər verir ki, İran Xarici İşlər nazirinin Əfqanıstan üzrə xüsusi elçisi Məhəmməd İbrahim Taheriyan Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai ilə dünən apardığı telefon danışığında bu xəbərdarlığı qarşı tərəfin diqqətinə çatdırıb.

İranın rəsmi xəbər agentliyi İRNA-nın xəbərinə görə, Taheriyan tərəf müqabili ilə söhbətində Əfqanıstan məsələsinin sülh yolu ilə həllinin və ölkədə vətəndaş müharibəsi baş verməməsinin vacibliyini vurğulayıb.

Məlumata görə, Taheriyan son həftələrdə Pakistanın İslamabadda və Əfqanıstanda rəsmi səfərdə olub. Onun səfərdən qayıtdıqdan sonra bu bəyanatla çıxış etməsi danışıqlarının alınmadığını göstərir.

Xəbərdən də anlaşıldığı kimi, İran rəsmisi problemlərin sülh yolu ilə həllinin vətəndaş müharibəsinə alternativ kimi göstərib. Mesaja bir də əks yöndən baxanda bu ismarış “sülh yolu ilə çözüm olmasa, vətəndaş müharibəsi başlaya bilər” anlamına gəlir.

Bəs, İranın Əfqanıstanda vətəndaş müharibəsinə start vermək şansı varmı?

Əfqanıstanın dini-məzhəbi xarakterini və İranın bu ölkədə yürütdüyü siyasəti incələyəndə yuxarıdakı sualın cavabının “var” olduğunu görə bilərik. Üstəlik, “Taliban”ın radikal sünni mövqeyi də buna münbit şərait yaradır.

Statistik məlumatlara görə, Əfqanıstan əhalisinin 18-20%-i şiə inancına malikdir. Ölkədə 30 milyon insanın yaşadığını nəzərə alsaq, bu, 5-6 milyon şiə toplumu deməkdir. “Taliban” isə ABŞ işğalından qabaq hakimiyyətdə olduğu 1996-2001-ci illərdə digər dinlərə və məzhəblərə qarşı amansız repressiv mövqeyi ilə seçilirdi. Təşkilat xüsusilə şiə Həzaraları tamamilə yox etməyə çalışır, genosid siyasəti yürüdürdü.

Ötən il ABŞ-la “Taliban”ın hakimiyyəti arasında aparılan danışıqları müsbət dəyərləndirən, Əfqanıstanın işğaldan azad olunmasını alqışlayan şiələr 1996-2001-də yaşanan hadisələrin yenidən təkrarlanacağı barədə qorxularını də dilə gətirirdilər. “Taliban”ın bir müddət əvvəl Əfqanistan İslam Əmirliyini bərpa etməsi barədə bəyanatı isə onların ümidlərini qırır, narahatlıqlarını daha da artırır. Bu da İranın Əfqanıstan məsələsinə müdaxilə etməsi üçün münbit zəmin hazırlayır.

İranın bu cür xaotik vəziyyətlərdə şiələrin özlərini qorumaları üçün bir neçə müdafiə təşkilatları qurduğu da sirr deyil. Bu təşkilatlardan bəziləri bunlardır: Fatimiyyun, Cəbhə-i Müqavimət (Müqavimət Cəbhəsi), Hizb-i Vəhdət, Əfqan Hizbullahı və digər yerli Həzara könüllülərindən təşəkkül tapan qruplar. Həmin təşkilatlardan ən güclüsü Müqavimət Cəbhəsidir. Qrupun loqosundakı 1382 rəqəmi onun miladi təqvimi ilə 2003-2004-cü ildə qurulduğunu göstərir. Yəni ABŞ işğalından sonra. Bu fakt Əfqanıstan şiələrinin “Taliban”ın ilk hakimiyyəti illərindəki kimi tam müdafiəsiz olmadığı anlamına gəlir. “Müqavimət Cəbhəsi”nin nə qədər üzvününü olduğu bilinmir. Amma ondan daha zəif qrup olan “Fatimiyyun” hərbi birləşməsinin ən azı 12 min döyüşçüsü (2016-cı ilin hesabatlarına əsasən) olduğunu nəzərə alsaq, “Müqavimət Cəbhəsi”ndə 10 minlərlə savaşçının birləşdiyini anlaya bilərik. “Müqavimət Cəbhəsi” ötən il Bağdadda ABŞ tərəfindən qətlə yetirilən “Qüds gücü” diviziyasının komandanı Qasım Süleymani tərəfindən qurulub. Dolayısıyla bu hərbi birləşmə peşəkar əsgərlərdən təşəkkül tapıb.

İrana bağlı müqavimət qruplarından “Fatimiyyun” batalyonunun sayına görə ikinci şiə silahlıları batalyonu olduğu bildirilir. Batalyon İslam İnqilabı Keşikçiləri Korpusuna bağlıdır və Əfqanıstan şiələri arasından seçilmiş bu döyüşçülər İraq və Suriyada İranın əsas vurucu qollarından sayılır. Son zamanlar İraq və Suriyada İrana qarşı hücumların artmasından sonra bu batalyonun əsgərlərinin bölgədən çıxdığı xəbər verilir. Bildirildiyinə görə, “Fatimiyyun”çuların bir qismi Əfqanıstana göndərilib. İranda qalanların da ehtiyaca uyğun olaraq öz vətənlərinə göndərilə biləcəyi deyilir. İranın rəsmi agentliklərinin 2016-cı ildə irəli sürdüyü iddialara inansaq, “Fatimiyyun” əsgərlərinə tank və digər hərbi texnikalardan istifadə qaydaları öyrədilməsinə başlanacaq, bəziləri isə gerilla və komanda kimi yetişdiriləcəkdi. O dövrdən indiyədək keçən 5 il ərzində minlərlə əfqan mücahidlərinin hər cür şərtlər altında döyüşə hazırlandığını anlaya bilərik.

İrana bağlı “Əfqan Hizbullahı” daha seçkin qrupdur. Bu qrupa uzun illərdir Livanda snayper təlimlərinin keçirildiyi bilinir. Sayları haqqında heç bir məlumat olmasa da, bir neçə il bundan əvvəl yüzlərlə “Əfqan Hizbullahı”na aid döyüşçülərin mahir snayperçi kimi yetişdirildikləri bildirilir. İddia olunur ki, bu qrup bacarıq və əhəmiyyətinə görə “Fatimiyyun”çulardan dəfələrlə artıq maaş alırlar. Bəzən məvacib fərqi 5 dəfə artıq ola bilir.

İndiyədək sadaladığımız silahlı qruplar əsasən Əfqanıstandakı Həzaralardan təşəkkül tapır. Əfqanıstan əhalisinin 9%-ni təşkil edən Həzaralardan başqa İranın təsir dairəsinə girən başqa qruplar da var. Onlardan bəziləri heç şiə də deyillər. Məsələn, Əfqanıstan xalqının ikinci ən böyük etnik kəsimi sayılan taciklər də İrana meyllidirlər. Halbuki onların böyük əksəriyyəti sünni müsəlmanlardır. Bu fakt əfqanların təkcə məzhəbi kimliyinə görə deyil, həm də etnik xarakterinə görə qruplaşmasından xəbər verir. Əsasən, əhalinin 50%-dən çoxunu təşkil edən peştunların rəğbətlə baxdıqları “Taliban”ın hakimiyyət uğrunda mübarizəsi digər sünni kəsimin, xüsusilə də taciklərin İranla yaxınlaşmasına yol açıb. Əhalinin 27%-ni təşkil edən taciklərin farsdilli olması bu yaxınlaşmada önəmli rol oynayıb.

Tacikistandan 2 dəfə çox tacikin yaşadığı (13 milyon) Əfqanıstanda bu xalq iki önəmli lider ortaya çıxarıb. Bunlardan biri Əhməd Şah Məsud, digəri isə Bürhanəddin Rəbbani idi. Tacik liderlərin ikisi də “Taliban” tərəfindən sui-qəsdə uğrayaraq öldürülüb. Əhməd Şah Məsud 9 sentyabr 2001-ci ildə Əlcəzair televiyasından gəldiyini iddia edən və ondan müsahibə almaq istəyən iki “jurnalist”-terrorçunun sui-qəsdinə məruz qalmışdı. Bir neçə gündən sonra isə dünyasını dəyişdi. Maraqlıdır ki, bu sui-qəsdən cəmi 2 gün sonra Amerikada məşhur 11 sentyabr hadisəsi baş verdi. Belə görünür ki, “Taliban” və ona yaxınlığı ilə bilinən “əl-Qaidə” Əfqanıstanda hakimiyyəti tam ələ keçirmək üçün terror planları hazırlamışdılar və bunları uğurla həyata keçirdilər.

Həmin vaxtlar Əfqanıstanın sadəcə 10%-i “Taliban”ın nəzarətində deyildi. Əsasən taciklərin məskunlaşdığı şimali Əfqanıstanın ram edilməsi üçün bölgənin əsas liderləri aradan götürülməli idi. Qətlə yetirildiyi sıralarda Əhməd Şah Məsudun İranla danışıqlar apardığı bildirilirdi.

Əfqanistan taciklərinin ən görkəmli lideri Bürhanəddin Rəbbani hətta uzun müddət ölkəyə rəhbərlik edəcək qədər təsirli fiqur idi. Sovet işğalına qarşı qəhrəmancasına döyüşən qruplardan ən güclüsünə rəhbərlik edən Rəbbani işğaldan sonra 1992-ci ildə ölkənin rəhbəri oldu və bu vəzifəsini Talibanın Kabili ələ keçirdiyi ana qədər davam etdirdi. “Taliban” hakimiyyəti dövründə belə, Tacikistana sığınan Rəbbani beynəlxalq qurumlar tərəfindən Əfqanistanın legitim lideri kimi tanınırdı. “Taliban” hakimiyyəti devrildikdən sonra Əfqanıstana qayıdan Rəbbani bir neçə aylığına keçici hakimiyyətin rəhbəri vəzifəsini yürütdü (13 oktyabr 2001-22 dekabr 2001). 20 illik ABŞ işğalı zamanı keçirilən ilk prezident seçkilərində qələbə çalan Həmid Kərzaiyə postunu təhvil verərək hakimiyyətdən çəkildi. Bununla belə, Rəbbani, Əfqanıstanın idarə olunmasında əsas fiqurlardan biri olmaq gücünü yenə saxlayırdı. Ta ki, 2011-ci ilin 20 sentyabr ayında öldürülənə qədər.

Ölümündən bir neçə gün əvvəl İrana gedən Rəbbani Tehranda çox önəmli görüşlər keçirmişdi. Növbəti seçkilərin yaxınlaşdığı ərəfədə gerçəkləşən bu ziyarət təsadüfi deyildi. O, iki dəfə prezident seçilən Kərzainin yerinə gələ biləcək favorit siyasilərdən sayılırdı və İrana səfərinin də əsas məqsədi gələcək hakimiyyəti illərində qonşularla uzlaşdırılmış xarici siyasəti müəyyənləşdirmək idi. Səfərdən qayıtdıqdan bir neçə gün sonra “Taliban”ın bir nümayəndəsinin onunla görüşmək istədiyi xəbərini alır. Mövqeyini gücləndirmək üçün bu görüşə razı olur. Görüşə gələn nümayəndə isə başındakı sarığı çıxarıb onun üzərində atır. Sarıqda gizlədilən bombanın partlaması ilə taciklərin ən qüdrətli lideri də həyatını itirir.

Bütün bu hadisələr Əfqanıstan tacikləri ilə Taliban arasında çox ciddi ixtilafların olduğunu və sünni olmalarına baxmayaraq, onların şiə İranının təsir dairəsinə düşdüklərini göstərir. Deməli, İran sülh danışıqlarına alternativ kimi göstərdiyi vətəndaş müharibəsində tacik güclərindən də istifadə edə bilər.

Qeyd edək ki, taciklərin bu ölkədə məskunlaşdığı ərazilər də onların gücünü artıran faktorlardır. “Taliban”ın ilk hakimiyyəti illərində ələ keçirə bilmədiyi 10%-lik ərazilərə bu çoğrafiya da daxildir. Əsasən Bədəxşan vilayəti ətrafında məskunlaşan taciklərin hansı tərəfdə yer alması Əfqanıstan tənliyinin həllində önəmli rol oynayacaq. Görünən budur ki, İran da “vətəndaş müharibəsi” təhdidi ilə bu tənlikdəki yerini almağa çalışır.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru