“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” .....                     Bakıda avtobusda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən qadın saxlanıldı .....                     Yenə erməni hiyləsi: Paşinyan özünü sülhpərvər kimi göstərdi, amma... .....                     Azərbaycan benzini Rusiyadan 1 manata alır, Türkiyəyə 71 qəpiyə satır .....                     "Aş gətirə-gətirə nələr etmişəm" .....                     "“Azərbaycan” Nəşriyyatı heç bir dotasiya almır, özü-özünü təmin edir" .....                     Rəsmi Bakı İrəvana qarşı yeni tələb irəli sürüb .....                     Tanınmış jurnalist vəfat etdi .....                     Yeni Günəşlidə yolu kim dağıdıb: “Parla Residence”, yoxsa “Golden Rose”? .....                     Azərbaycanlıları qeydiyyata saldığı üçün .....                     Əlibıçaqlı qadın avtobusda təşviş yaratdı .....                     Arvadına mütəmadi olaraq işgəncə verən şəxs .....                     Ötən il 1 milyon pul qazanıb .....                     “SON ZƏNG” YIĞIMI... .....                     Məhkəmə oğlunu döyən, arvadına əzab verən şəxslə bağlı .....                     “Maştağa-Aqrotexservis” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək .....                     Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir .....                     Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb .....                     DGK-nın “Azərterminalkompleks” Birliyinin 66 minlik tenderi baş tutmadı .....                     Marukyan baş nazirə “əlcək” atdı .....                     "SOCAR-da kadr ehtiyat bazası nədən ötrüdür?" .....                     Arayikin ermənilərin Qarabağda separatçılığa başladığı dövrdəki uşaqlıq şəkli üzə çıxdı... .....                     Qısqanc ər arvadını döyərək işgəncə verdi: .....                     Müsəlman Şərqində ilk demokratiya ölkəsi .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                     "Bu MTK-dan ev almağa dəyməz" .....                     MSK üzvünə ağır itki üz verib .....                     AQTA-nın bizə rəva gördüyü TÜKLÜ ÇÖRƏKLƏR... .....                     Avropanın təhlükəsizliyi dönüş nöqtəsindədir .....                     Moskva Bakı ilə İrəvanın təmaslarını gərgin fazaya sürükləyir .....                     Həmkarlar İttifaqları əslində işçi üçün... .....                     Avropa ABŞ-nin kölgəsindən çıxmaq istəyir .....                     ABŞ Ukrayna məsələsinə qarışmamalı idi .....                     Xəlil Arslanovu 19 il həbs gözləyir .....                     Münasibətini bitirmək istəyən müğənni açıq-saçıq görüntüləri ilə şantaj olundu .....                     Qanında infeksiya olduğu halda “Berlin” klinikasında əməliyyat etdilər .....                     Pensiyalarla bağlı VACİB TƏKLİF .....                     Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR .....                     İki Cəbrayılovun dağıtdığı BİR RAYON .....                     Ordubad rayonunda ŞÜBHƏLİ TENDERLƏR .....                 

ABŞ-la Almaniyanın "ortaq enerji məxrəci”: - Ukrayna üzərindən qaz nəqli ən azı 10 il dayandırıla bilməz
Tarix: 21-07-2021, 08:16 | Çap et
ABŞ-la Almaniyanın "ortaq enerji məxrəci”:
“Rusiya qazdan "strateji silah kimi" istifadə edəcəyi təqdirdə Almaniya ona qarşı cavab tədbirləri görəcək".

Ovqat.com xəbər verir ki, dünyanın ən məşhur iqtisadi portalı kimi tanınan “Bloomberg” nəşri Vaşinqtonla Berlinin “Şimal axını-2” layihəsi ilə bağlı müzakirələrdə ilkin razılıq əldə etdiklərini irəli sürüb.

Portalın məlumatına görə, iki dövlət arasında əldə olunan ilkin razılaşmaya əsasən, Rusiya qazdan strateji silah kimi istifadə edəcəyi təqdirdə, Almaniyanın cavab tədbirləri onun enerji ixracına qarşı sanksiyalara qədər vara bilər. Qeyd edilir ki, saziş yaxın günlərdə rəsmiləşdiriləcək.

İddialara inansaq, ABŞ və Almaniya “Şimal axını-2” layihəsi tamamlandıqdan sonra Ukraynanın qarşılaşacağı zərərin kompensasiyası barədə də düşünüblər. Liderlər Ukraynanın "yaşıl fond"una bir milyard dollara yaxın sərmayə yatırmaq barədə razılığa gəliblər. Məqsəd Ukraynanın ekoloji cəhətdən təmiz enerjiyə keçməsinə kömək etməkdir.

Razılaşmaya əsasən, Berlin həmçinin Kiyevlə ikitərəfli enerji layihələrini dəstəkləmək üçün “xüsusi səfir” təyin edəcək. Bu missiyanın maliyyələşdirilməsinə isə təxminən 70 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur.

Bundan əlavə, Almaniya öz üzərinə hazırda qüvvədə olan və bitmə müddəti 2024-cü ildə başa çatan Rusiya qazının Ukrayna vasitəsilə tranzitinə dair müqavilənin ən azı on il uzadılmasına yardım etmək öhdəliyi götürür.

Xatırladaq ki, Almaniya ilə Rusiyanın birgə çəkmək istədiyi və digər bir neçə digər Qərb ölkələrin enerji şirkətlərinin də dəstəklədiyi "Şimal Axını 2" layihəsində Baltik dənizi vasitəsilə Almaniyaya qədər ildə 55 milyard kubmetr həcmində qaz nəql edən boru kəmərinin tikintisini nəzərdə tutulur. Kiyev bu kəmərin rus qazının Ukrayna üzərindən tranzitini kəsməyə yönəlik proje olduğunu düşünür və buna kəskin etiraz edir. ABŞ da bu arqumentlə razılaşır, üstəlik, layihənin Avropanı enerji inhisarına almağa hesablandığını əsas gətirərək dayandırılmasını istəyir. Vaşinqton bunun əvəzinə özünün LNG qazını almağı məsləhət görsə də, Berlin “Şimal axını-2” layihəsinin çəkilməsi fikrindən daşınmır. Almaniya hökumətinin fikrincə, ölkənin enerji təhlükəsizliyi naminə təchizat diversikasiyası aparılmalı, müxtəlif kanallardan qaz alınmalıdır. “Şimal axını-2” layihəsi, böyüdükcə daha çox enerjiyə ehtiyac duyan Almaniya sənayesi üçün vazkeçilməz və ən ucuz mənbədir.

Co Bayden ABŞ prezidenti seçildikdən sonra Merkel hakimiyyəti ilə sürdürdüyü danışıqlar heç bir nəticə verməyincə, 2019-cu ildən etibarən “Şimal axını-2” layihəsinə tətbiq olunan sanskiyaların dayandırılmasına qərar verdi, bu isə Kiyevdə sərt reaksiya ilə qarşılandı. Kiyev layihənin tamamlanacağı təqdirdə Ukraynanın qarşılaşacağı zərərin kompensasiya olunmasını tələb etməyə başladı. Ukraynanın dövlət qaz şirkətinin hesablamalarına görə, zərərin ildə 4-5 milyard dollar olacağı gözlənilir. Üstəlik, Ukraynanın özü də Rusiyadan aldığı qazın kəsiləcəyi təqdirdə ciddi enerji çatışmazlığı təhlükəsi ilə qarşılaşa bilər.

Ukrayna prezidenti Zelenski ilə Almaniya Baş naziri Merkel arasında bu yaxınlarda keçirilən görüşdə də qaz nəqli məsələsi müzakirə olunmuş, tərəflər heç bir razılığa gələ bilməmişdilər. Rəsmi Kiyev Berlinin mövqeyini Ukraynanı Rusiyaya satmaq kimi dəyərləndirmiş, Merkel hökuməti ilə razılaşan ABŞ-ı da açıq şəkildə təhdid etmişdi. Kiyev Qərbin bu xəyanəti ucbatından Çinə yönələ biləcəklərini vurğulamışdılar.

“Bloomberg”in ABŞ-la Almaniya arasında aparılan gizli danışıqlardan sızdırdığı məlumat göstərir ki, tərəflər Ukraynanın həssasiyyətlərini nəzərə alıb və ölkənin alternativ enerji mənbələrinə keçməsini təmin etmək üçün 1 milyard dollara yaxın vəsait ayırıb. Fikrimizcə, razılaşmanın bu bəndi Ukraynanı ekoloji təmiz enerji ilə təchizatından çox, ümumiyyətlə alternativ enerjiyə keçməsini təmin etməyə hesablanıb. Çünki yaxın gələcəkdə Rusiyanın Ukraynaya qaz nəqlini tamamilə dayandıracağı istisna olunmur. Bundan əlavə, rus qazının ən azı 10 il müddətində Ukrayna üzərindən nəqlinə nail olmaq üçün ümumi razılığa gəlinib.

Təbii ki, rus qazının Avropaya nəqlinin marşrutu barədə son sözü nə Berlin, nə də Vaşinqton deyə bilər. Buna ilk növbədə Moskva qərar verməlidir. Moskva isə sırf iqtisadi səbəbləri əsas gətirib Ukraynadan qaz nəqlinin səmərəli olmadığını iddia edir. Çünki 1980-ci ildə çəkilən Ukrayna kəməri köhnəlib və yenidən inşa olunmalıdır. Bu isə yeni kəmər çəkmək qədər məsrəfli işdir. Üstəlik, Ukrayna vaxtaşırı tranzit xərclərinin artırılmasını tələb edir. Onsuz da inşası tamamlanan və Ukrayna üzərindən qaz nəqlinə alternativ kimi çəkilən “Şimal axını-2” layihəsinin isə bu cür problemləri yoxdur. Baltik dənizindən keçən “Şimal axını-2” kəmərinin tranzit xərci ümumiyyətlə yox səviyyəsindədir.

Digər tərəfdən, Rusiyanın Avropaya qaz nəqlində məhdudiyyət limiti var. Avropanın qaz ehtiyacının 45%-nə təqabül edən bu limiti aşmaq Aİ qanunvericiliyinə görə, mümkün deyil və buna Qərb razılıq verməz. Əks təqdirdə Rusiya qitəni enerji inhisarına ala bilər. Belə vəziyyətdə Rusiyanın həm Ukrayna üzərindən, həm də “Şimal axını-2” kəmər vasitəsilə eyni anda Avropaya qaz göndərməsi müşkülə çevriləcək. Deməli, Rusiyanın ABŞ-la Almaniya arasında əldə olunan razılığa uyğun şəkildə Avropaya qaz nəqli üçün bir kəmərlik qaz həcmini iki kəmərə bölməlidir. Məşhur atalar sözündə deyildiyi kimi: “anam bir gündəni ikiyə bölüb çörək yapdı, atam ikisini yeyib bir saydı”. Dərd burasındadır ki, kündədən fərqli olaraq, bir kəmərlik qazın iki kəmərlə nəqli rentabeli azaldır, və bu da Rusiyanın “ikisini yeyib bir sayması”nı çətinləşdirir. Rusiyanın rentabelsizliyə etiraz edib bu təkliflə razılaşmayacağı təqdirdə isə, “Bloomberg”in iddiasına görə, Almaniya ona qarşı sanksiya tətbiq edəcək.

Rusiyanın “qazdan strateji silah kimi istifadə etməsi” fikri də təsadüfi deyil. ABŞ-ın mülahizələrinə görə, “Şimal axını-2” layihəsi əslində iqtisadi yox, siyasi projedir. Məqsəd Avropaya inteqrasiya yolunu tutan Ukraynanı enerji mənbəyi ilə sınağa çəkmək, sənayesini çökdürmək, əhalisini qışda soyuqdan dondurmaqdır və Qərbi Avropa ölkələri, o cümlədən Almaniya bu oyuna gəlməməli, Qərb dəyərləri üçün hər cür fədakarlığa gedən Ukraynanı Rusiya qarşısında tək buraxmamalıdır. Prinsipcə, bu mülahizənin ciddi əsasları da var. Çünki Ukraynanın Rusiya tərəfindən qaz imtahanına tutulması dəfələrlə təkrarlanıb. İstər 2006-cı, istər 2008-2009-cu, istərsə də 2014-cü illərdə Kiyev Qərblə inteqrasiya prosesinə qoşulan kimi, Rusiya ona qaz nəqlini tamamilə dayandırıb.

Heydər Oğuz,
Ovqat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
Bu gün, 10:52
Bakıda avtobusda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən qadın saxlanıldı
Bu gün, 10:47
Yenə erməni hiyləsi: Paşinyan özünü sülhpərvər kimi göstərdi, amma... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:45
Azərbaycan benzini Rusiyadan 1 manata alır, Türkiyəyə 71 qəpiyə satır - Qıraqdan baxanlar desin ki, "TİCARƏT YAPIYORUZ"...
Bu gün, 10:20
"Aş gətirə-gətirə nələr etmişəm" - VİDEO
Bu gün, 10:17
"“Azərbaycan” Nəşriyyatı heç bir dotasiya almır, özü-özünü təmin edir" - Leyla Güləliyeva
Bu gün, 10:13
Rəsmi Bakı İrəvana qarşı yeni tələb irəli sürüb - Erməni mediası
Bu gün, 10:09
Tanınmış jurnalist vəfat etdi
Bu gün, 10:04
Yeni Günəşlidə yolu kim dağıdıb: “Parla Residence”, yoxsa “Golden Rose”? - FOTO
Bu gün, 09:58
Azərbaycanlıları qeydiyyata saldığı üçün belə cəzalandırıldı
Bu gün, 09:50
Əlibıçaqlı qadın avtobusda təşviş yaratdı - VİDEO
Bu gün, 09:47
Arvadına mütəmadi olaraq işgəncə verən şəxs məhkəmə zalından həbs edildi
Bu gün, 09:43
Ötən il 1 milyon pul qazanıb - HESABAT
Bu gün, 09:41
“SON ZƏNG” YIĞIMI... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:39
Məhkəmə oğlunu döyən, arvadına əzab verən şəxslə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 09:32
“Maştağa-Aqrotexservis” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Bu gün, 09:31
Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir - Zülfüqarov
Bu gün, 09:28
Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:26
DGK-nın “Azərterminalkompleks” Birliyinin 66 minlik tenderi baş tutmadı - DETALLAR
Bu gün, 09:19
Marukyan baş nazirə “əlcək” atdı - Kreml Köçəryanı “xərcləyir”?
Bu gün, 09:16
"SOCAR-da kadr ehtiyat bazası nədən ötrüdür?" - NARAZILIQ VAR...
Bu gün, 09:12
Arayikin ermənilərin Qarabağda separatçılığa başladığı dövrdəki uşaqlıq şəkli üzə çıxdı... - "Armtimes"
Bu gün, 09:01
Qısqanc ər arvadını döyərək işgəncə verdi: - “Etiraf et ki, pul müqabilində hotelə getmisən...”
Bu gün, 08:59
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 08:55
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:50
"Bu MTK-dan ev almağa dəyməz" - ÇAĞIRIŞ
Bu gün, 08:43
MSK üzvünə ağır itki üz verib
Bu gün, 08:34
AQTA-nın bizə rəva gördüyü TÜKLÜ ÇÖRƏKLƏR... - NƏ ETMƏLİ?
Bu gün, 08:28
Avropanın təhlükəsizliyi dönüş nöqtəsindədir - Rasmussen
Bu gün, 08:25
Moskva Bakı ilə İrəvanın təmaslarını gərgin fazaya sürükləyir - GƏLİŞMƏ
Bu gün, 08:22
Həmkarlar İttifaqları əslində işçi üçün... - Ekspert danışır...
Bu gün, 08:10
Avropa ABŞ-nin kölgəsindən çıxmaq istəyir - 150 milyardlıq silah fondu
Bu gün, 07:04
ABŞ Ukrayna məsələsinə qarışmamalı idi - Tramp
Bu gün, 07:02
Xəlil Arslanovu 19 il həbs gözləyir - BUNA GÖRƏ
Bu gün, 06:23
Münasibətini bitirmək istəyən müğənni açıq-saçıq görüntüləri ilə şantaj olundu - "Daha sonra öyrəndim ki.."
Bu gün, 06:20
Qanında infeksiya olduğu halda “Berlin” klinikasında əməliyyat etdilər –Vətəndaş həkimi ittiham edir
Bu gün, 06:09
Pensiyalarla bağlı VACİB TƏKLİF – Mərhələli olaraq…
Bu gün, 06:05
Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
Bu gün, 06:02
İki Cəbrayılovun dağıtdığı BİR RAYON - AXI NİYƏ?..
Bu gün, 05:57
Ordubad rayonunda ŞÜBHƏLİ TENDERLƏR - Əgər bir araşdıran olsa...
Bu gün, 05:50
Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
Bu gün, 05:42
Paşinyan hələ gözləmə mövqeyindədir - NƏ BAŞ VERİR?
Bu gün, 05:34
“Avroviziya” münsiflərimizin adları qalmaqal yaratdı - SİYAHI
Bu gün, 05:30
"Mənim məzhəbim, təriqətim də hamısı eşqdir" - ETİRAZ
Bu gün, 05:26
Müğənni Mirkamil əməliyyat olundu
Bu gün, 05:23
Bank əmanətləri: Güvəndiyimiz qalxan, yoxsa aşağı faizli tələ? - ARAŞDIRMA
Bu gün, 00:46
Paytaxtın tarixi görkəmi məhv edilir, keçmişi silinir - MALƏSƏF...
Bu gün, 00:41
Köçəryan güclü deyil, Rusiya hələlik Paşinyanla davam edir - GƏLİŞMƏ
Bu gün, 00:38
Mətbəx masasında əməliyyat: Yaxud xəstələr niyə xəstəxanada ölür? - AKTUAL
Bu gün, 00:36
Ukrayna Rusiya ilə memorandum imzalaya bilər - KİV
Bu gün, 00:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru