Ərdoğanın Şuşa səfərindən sonra etdiyi anons - Putinlə görüş niyə ləngiyir?
Tarix: 24-07-2021, 09:41 | Çap et
 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ayın ortalarında Bakıdan qayıtdıqdan sonra demişdi ki, tezliklə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onun açıqlamasının üstündən bir aydan çox vaxt keçməsinə baxmayaraq, indiyədək görüş barədə bir xəbər yoxdur.
Ərdoğanla Putinin “saat əqrəblərini tutuşdurması”nı zəruri edən isə indi həm də Qərbin, özəlliklə Fransanın Qarabağ mövzusu ətrafında fəallaşması, Ermənistandan “peşka” kimi istifadə edib regiona “arxa qapıdan” girmək istəməsidir.
Bəs iki liderin görüşü tezliklə reallaşa və bölgədəki duruma hansı pozitiv təsirləri göstərə bilər?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu sual ətrafında bəzi məsələlərə diqqət çəkdi: “Bir şeyi bilməliyik ki, regional səviyyədə ciddi dəyişikliklər baş verir. Bu dəyişikliklərdən əsas birini qeyd etsəm, bu ABŞ və Rusiya prezidentlərinin görüşüdür. Digər tərəfdən biz görürük ki, Rusiya üçün əhəmiyyətli olan ”Şimal axını" layihəsində ciddi dəyişikliklər baş verir. Eyni zamanda biz onun da şahidi oluruq ki, Rusiya-Qərb münasibətlərində hansısa dəyişikliklər yaşanır. Rusiya-Türkiyə münasibətlərində görürük ki, Türkiyə-Qərb, Rusiya-Qərb münasibətləri regional siyasətdə iki dövlətin bir-birinə yaxınlaşmasını təmin edir.
Türkiyə-Qərb münasibətləri ilə bağlı bir nüansı da qeyd edim ki, Brüsseldə NATO sammiti çərçivəsində gördük ki, bu münasibətlər yaxşılaşmağa doğru gedir. Putin-Bayden görüşündən sonra bizə bəzi məqamlar deməyə əsaslar verir ki, orada hansısa razılaşma əldə olunub. Bölgəyə gəldikcə bilməliyik ki, bu iki proses Türkiyə-Rusiya tandeminə də öz təsirini göstərir. Dəfələrlə qeyd etmişəm ki, oradakı tərəfdaşlıq çox maraqlı bir xüsusiyyətə malikdir. Rəqabətlə yanaşı, orada hansısa məsələlərin kompromis səviyyədə təmin olunması təcrübəsi mövcud idi. Biz görürük ki, Qərb faktorundan həm Rusiya Türkiyəyə qarşı istifadə edir, həm də Türkiyə eyni ilə bu faktordan Rusiyaya qarşı yararlanmağa çalışır. Biz prosesə böyük bir məsələnin konteksində baxmalıyıq. Dediyiniz Ərdoğan-Putin görüşünün anonsu Şuşada verilib. Bəlkə bu görüşdən qabaq tərəflər real imkanlarını daha da dəqiqləşdirib, bu vəziyyətdə görüşə gəlmək istəyirlər".
Politoloq Azər Hüseynov görüşə Rusiyanın ehtiyacının olduğunu düşünür: “Zənn edirəm ki, Putin Ərdoğanla görüşməlidir. Nə üçün? Buna xüsusilə Rusiyanın ehtiyacı var. Rusiya maraqlarının Cənubi Qafqazda nəzərə alınmasının bir yolu var. Bu da Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdır. Paşinyan onsuz da bir gün ”Merinin uşaqlarına" qoşulmaq arzusu ilə alışıb yanır. Çünki narıncı layihənin sonuncu adamıdır. Layihənin tamamlanması üçün ruslarla “boşanmaq” lazımdır. Ruslar da, əlbəttə, istəyirlər ki, Cənubi Qafqazda tək inhisar olsunlar. Amma bu mümkün deyil. Çünki buna resursları yoxdur. Ona görə bölgədə “urvatlı qalmaq” siyasəti üzərində işləyirlər. Bu Azərbaycan və Türkiyə ilə tərəfdaşlıq, Ermənistanda isə təzyiq edən müxalifət kimi qalmaqdır. İkinci bizim üçün də uyğun deyil. Amma hələ ki, Ermənistanda rusyönlü hakimiyyət aşağı yuxarı 15-20 il çətin olar. Biz hadisələri nəzarətdə saxlamalıyıq. Ona görə Ərdoğan və Putin birgə işləməlidir. Bu qarşılıqlı sevgidən deyil, keçici maraqlardan doğur.
Bu regiona nə verəcək? İlk öncə Azərbaycana milli dövləti gücləndirmək imkanı verəcək. Amma bir şərtlə, ruslar maddi və maliyyə proyektlərində iştirak edəcək, burada kolon şəbəkəsi qurmayacaqlar. Gürcüstan və Ermənistan da anlamalıdır ki, “narıncı” maraqları deyil, xalqı qorumaq lazımdır. Biz də iqtisadi prosesi tez gücləndirməliyik ki, hər bir vətəndaş qalib olmanı sosial rifahında hiss etsin".
“Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi
Bu gün, 13:00 |
|
|
|
• Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı – Buna görə?!
Bu gün, 12:56 |
|
|
|
• Xətaidə konsert proqramı təşkil olundu
Bu gün, 12:54 |
|
|
|
• Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək?
Bu gün, 12:44 |
|
|
|
• İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ - KİV
Bu gün, 12:34 |
|
|
|
• DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI - İLGİNC
Bu gün, 12:32 |
|
|
|
• İndi əsas oyunlar Ermənistanda gedir - ŞƏRH
Bu gün, 12:26 |
|
|
|
• “Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” - Hafiz Hacıyev
Bu gün, 12:24 |
|
|
|
• Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: - İrəvanda gərginlik
Bu gün, 12:17 |
|
|
|
• 18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza...
Bu gün, 12:16 |
|
|
|
• İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi - DETALLAR
Bu gün, 12:06 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• “Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” - deputat
Bu gün, 11:59 |
|
|
|
• "Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam"
Bu gün, 11:49 |
|
|
|
• Başçı kefqom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:46 |
|
|
|
• Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq
Bu gün, 11:37 |
|
|
|
• Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza – Xəbərdarlıq edildi
Bu gün, 11:34 |
|
|
|
• 56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona şiddət göstərdi - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
• Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ... - NARAZILIQ VAR...
Bu gün, 11:26 |
|
|
|
• ADNSU-da yeni enerji laboratoriyası qurulur - 580 MİNLİK TENDER NƏTİCƏSİ
Bu gün, 11:13 |
|
|
|
• Rusiyada uşaqlara təcavüz edib Azərbaycanda gizləndi
Bu gün, 11:08 |
|
|
|
• Tramp Mask ilə qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib - TASS
Bu gün, 11:03 |
|
|
|
• Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş - Görünəni odur ki...
Bu gün, 10:37 |
|
|
|
• "Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin..." - ETİRAZ VAR...
Bu gün, 10:30 |
|
|
|
• “Manaf sözlərinə görə layiqli cavabını alacaq” - Sahib İbrahimov
Bu gün, 10:22 |
|
|
|
• Paşinyan Fransanı “ürəyindən vurdu”, İlham Əliyevin dediklərini təsdiqlədi - “3 avroya sayt açıb...”
Bu gün, 10:16 |
|
|
|
• Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 10:06 |
|
|
|
• Naxçıvanda Əməkdar artist vəfat etdi - FOTO
Bu gün, 10:03 |
|
|
|
• "Diaspor və Rusiyadakı erməni icmaları kilsəyə daha çox etibar edir" - deputat
Bu gün, 09:41 |
|
|
|
• Sosial yardımı da pulu olana verirlər... - NARAZILIQ VAR...
Bu gün, 09:37 |
|
|
|
• Hindistanın Bakını “güllə atmadan yıxmaq” yuxusu - NƏ BAŞ VERİR?
Bu gün, 09:28 |
|
|
|
• “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan məhkəmələri `GÜL VURUR`... - Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi...
Bu gün, 09:22 |
|
|
|
• "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir
Bu gün, 09:20 |
|
|
|
• Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:15 |
|
|
|
• “907-ci düzəliş” Trampın masasında - AKTUAL
Bu gün, 09:11 |
|
|
|
• Təzəpir məscidində bayram namazı qılınıb
Bu gün, 09:01 |
|
|
|
• Töhfə Bayramovadan SƏHİYYƏMİZƏ TÖHFƏ - BU NƏDİ BELƏ?
Bu gün, 06:37 |
|
|
|
• Ankaranın dediyini Bakı etdi - Ərdoğandan İsraillə bağlı təəccübləndirən qərar
Bu gün, 06:23 |
|
|
|
• UNEC 650 min manatlıq mühafizə xidməti alacaq - DETALLAR
Bu gün, 02:27 |
|
|
|
• Müasir dövrdə sovet QAYDALARI – JEK-lərin aqibəti NECƏ OLACAQ?
Bu gün, 02:25 |
|
|
|
• Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:20 |
|
|
|
• Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
Bu gün, 02:12 |
|
|
|
• FHN-nin tabeliyindəki qurum ləğv olunan tenderi yenidən reallaşdırmaq istəyir - 136 min manatlıq avtomobil üçün
Bu gün, 01:57 |
|
|
|
• “SpaceX” Trampın bəyanatları səbəbindən “Dragon” gəmilərini istismardan çıxaracaq
Bu gün, 01:54 |
|
|
|
• Pezeşkianın Bakı səfəri: Hər şey bitdimi? - GƏLİŞMƏ
Bu gün, 01:51 |
|
|
|
• Məleykə Abbaszadədən 106 min manatlıq təmizlik əməliyyatı - TƏFƏRRÜAT
Bu gün, 01:47 |
|
|
|
• Qiymətlər daşıb... AZERCELL OLDU! - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 01:43 |
|
|
|
• Çinin iqtisadi hegemonluğu: - kapital Qərb dünyasından Asiyaya “axır”
Bu gün, 01:36 |
|
|
|
• Rusiya-İran əlaqələri Əsəd rejiminin devrilməsiylə süquta uğradı - Sabiq səfir
Bu gün, 01:31 |
|
|
|
|