Ərinə 9 bıçaq zərbəsi vuran 4 uşaq anası hakim qarşısında .....                     Kimlər əfvə düşə bilməz? .....                     Budapeştdə mühüm masa qurulur .....                     Həsənovun SON SƏFƏRİ... .....                     Sərhədlərin açılması oyunu dəyişdirəcək .....                     Deputatdan həmkarına ETİRAZ .....                     Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? .....                     Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` .....                     Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi .....                     Prorektor rüşvətə görə işdən çıxarılıb? .....                     Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR .....                     Azərbaycanda kazinolar açılmalıdırmı? .....                     ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" .....                     Bakıda daha bir "təqaüd dələduzluğu" .....                     "Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik" .....                     Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? .....                     Həcc kvotası niyə dolmadı? .....                     "Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... .....                     Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi .....                     AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib .....                     Bu bank rəsmi etibarnaməni də tanımır .....                     Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR .....                     Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? .....                     Bakı ilə sülh danışıqları davam edir? .....                     “Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib .....                     Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin .....                     İran müdafiə naziri Ermənistana səfərə gedib .....                     16 yaşlı qızı öldürüb Kürə atdılar .....                     “Bakcell” süni intellekt təlimi təşkil edib .....                     400 milyon dollarlıq mübahisə: .....                     Putini NECƏ RAM ETMƏLİ... .....                     Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb .....                     1,5 milyardlıq ANLAŞMA .....                     Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? .....                     Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır .....                     "Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək .....                     Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı .....                     Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır .....                     Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb .....                     Bakıda 2 məktəbin direktoruna şiddətli töhmət verilib .....                 

Bu gün İranın yeni prezidenti öz vəzifəsinin icrasına başlayır
Tarix: 3-08-2021, 08:13 | Çap et
Bu gün İranın yeni prezidenti öz vəzifəsinin icrasına başlayır
Bakı-Tehran münasibətləri ilə bağlı İbrahim Rəisidən gözləntilər, ekspertlərə görə, İran-Azərbaycan əlaqələri şəxslərdən çox, regionda vəziyyətdən asılıdır

Bu gün - avqustun 3-də İranın yeni prezidenti İbrahim Rəisi and içəcək. “Yeni Müsavat” xəbər verir ki, bununla da rəsmən öz vəzifəsinin icrasına başlayacaq. Tədbirdə İranın Ali dini lideri Ayətullah Seyid Əli Xameneyi, ölkə daxilindən və xaricindən yüksək səviyyəli qonaqlar, dövlət rəsmiləri, hərbçilər iştirak edəcək. Andiçmədən sonra Rəisi siyasi, iqtisadi, mədəni və sosial sahələri əhatə edən proqramlarını təqdim edəcək. Yəni prioritetləri açıqlayacaq.

Bizi isə daha çox maraqlandıran Rəisi dövründə Bakı-Tehran əlaqələrinin necə inkişaf edəcəyidir. Yeni prezident mühafizəkar qanadı təmsil edir və bir qayda olaraq, onların hakimiyyətdə olduğu dövrdə münasibətlər kəskinləşməyib. Üstəlik, Rəisi azərbaycanlı həmkarını Qarabağın işğaldan azad olunmasına görə təbrik edib. Bunun özü də başlanğıcda ciddi addımdır.

Ancaq mühafizəkarlar hakimiyyətə gələndə ABŞ-la əlaqələr daha da pisləşir. Düzdür, Bayden administrasiyası İran siyasətində Tramp qədər radikal kurs götürməyib, amma Tehranın nüvə siyasətinə qarşı fəaliyyətindən də qalmır.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Rəisi dönəmində iki ölkə arasında münasibətlərdə fundamental dəyişiklik olacağını gözləmir. Onun fikrincə, İran-Azərbaycan əlaqələri şəxslərdən çox, regionda vəziyyətdən asılıdır: “Çünki regionda tərəflərin öz maraqları var. Amma nə vaxtsa İranda hakimiyyətə liberal biri gəlsə, Azərbaycana münasibətdə yumşala bilər. Hazırkı situasiyada ciddi gözləntim yoxdur. Amma İbrahim Rəisinin İlham Əliyevi torpaqlar azad olunmasına görə təbrikini jest kimi qiymətləndirmək olar. Dövlət başçısı jest edirsə, heç zaman öz milli maraqlarına zərər vermiş olmaz. O demək deyil ki, İran bununla həssas məsələdə güzəştə gedəcək”.

F.Mehdiyev güman edir ki, hər iki tərəf yaxşı qonşuluq münasibətlərini saxlamağa çalışır: “Azərbaycan və İran bir-birinə qarşı ehtiyatlı davranır. Azərbaycan milli azadlıq hərəkatına dəstək versə, İranda təsirləri güclü olacaq, Tehran bunu yaxşı bilir. İranın o qədər də Azərbaycana təsir gücü yoxdur. Azərbaycana Rusiyanın təsiri daha çoxdur. Amma qarşıda yeni dövr başlanır, irəlidə Zəngəzur dəhlizinin açılması var, bu da İranla əlaqələrə təsir edəcək”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bildirdi ki, İranla Azərbaycan arasında qeyri-adi dəyişiklik gözləmir. Onun fikrincə, müstəqillikdən bu yana mühafizəkarlar da, şərti adı liberal olanlar da İranda prezident kürsüsünə qalxıb, amma Azərbaycanla eyni problemlər qalıb: “Hatəmi dövründə təmasların sayı artdı, nümayəndə heyətləri qarşılıqlı intensiv səfərlər edirdilər, müxtəlif sazişlər, regional layihələr mövcud idi. Amma İran siyasətindən narazılıq da qalırdı, xüsusən müharibədə birmənalı dəstək vermədilər, bu da bizi narahat edirdi, suallara cavab ala bilmirdik. İbrahim Rəisi dönəmində də xüsusi dəyişiklik gözləmirəm”.

E.Şahinoğlu, bununla belə, regional əməkdaşlığın davam edəcəyini, qalan problemlərin həllini gözləmədiyini açıqladı: “İranın Ali dini lideri var və xarici siyasətin konturlarını o, müəyyən edir, mühafizəkarlarla liberalların hakimiyyətdə olması yuxarı-aşağı bizim üçün ciddi fərq etməyib. Məsələn, Qarabağ işğalda olanda Ruhani dövrü idi, İran şirkətləri ərazilərimizdə təmir işləri aparırdı. Bu da bizdə narazılıq oyatdı. İran tərəfdən məscidin təmirinə elə cavablar verildi ki, heç başa düşülmədi. Amma ədalət naminə deyək ki, Ruhani dövründə əməkdaşlıq genişlənib, təmaslar artıb”.

Politoloq hesab edir ki, İ.Rəisi dövründə regional layihələr davam edəcək, çünki İranın buna ehtiyacı var: “Tehran sanksiyalarla üz-üzədir, bu vəziyyətdən çıxış yolu qonşu ölkələrlə münasibətlərin inkişafından asılıdır. İran əsasən Azərbaycan və Türkiyə ilə regional əməkdaşlıqdan fayda götürə bilər”.

Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, Rəisi dönəmi Qarabağın işğaldan azad olunduğu vaxta təsadüf edir: “İndi İran Azərbaycan siyasətində daha aydın baxışlarını ortaya qoyacaq. Regionda yeni reallıq var, Zəngəzur dəhlizi açılmalıdır, Tehranın bu məsələdə mövqeyi önəmlidir. Hər halda, Azərbaycan-İran münasibətləri gərgin bir dövr yaşamayacaq”.

Qeyd edək ki, Seyid İbrahim Rəisi 1960-cı ildə Məşhədin Noğan məhəlləsində dünyaya göz açıb. 20 yaşında Kərəc şəhərində prokuror vəzifəsində çalışan Rəisi Həmədan şəhərində də eyni postda fəaliyyət göstərib. 25 yaşında Tehrana köçərək, paytaxtın baş müstəntiqinin əvəzi olaraq fəaliyyətinə davam edib. O, 1988-ci ildə İranda siyasi və ideoloji məsələlərə görə həbs olunanların işi ilə bağlı təşkil olunmuş 4 nəfərlik heyətin üzvü olub. Ayətullah Seyid Əli Xameneyinin rəhbərliyə başlaması ilə Seyid İbrahim Rəisi Tehranın baş prokuroru təyin olunub. Sonra da müxtəlif vəzifələrdə çalışıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərinə 9 bıçaq zərbəsi vuran 4 uşaq anası hakim qarşısında - CİNAYƏT DOSYESİ
Bu gün, 19:37
Kimlər əfvə düşə bilməz? - AKTUAL
Bu gün, 18:06
Budapeştdə mühüm masa qurulur – Azərbaycan hansı gedişləri edəcək?
Bu gün, 18:03
Həsənovun SON SƏFƏRİ... - BUNA GÖRƏ ÖNƏMLİDİR...
Bu gün, 18:00
Sərhədlərin açılması oyunu dəyişdirəcək - Ermənistan xarici işlər naziri
Bu gün, 17:59
Deputatdan həmkarına ETİRAZ - Bu birmənalı QARŞILANMAZ...
Bu gün, 17:57
Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? – Tam siyahı
Bu gün, 17:50
Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` - MÜRACİƏT
Bu gün, 17:47
Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi - 30 avtoritetin "sxodka"sı
Bu gün, 17:45
Prorektor rüşvətə görə işdən çıxarılıb? - AÇIQLAMA
Bu gün, 17:41
Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR - O dəqiqdir ki...
Bu gün, 17:38
Azərbaycanda kazinolar açılmalıdırmı? - Görünəni odur ki...
Bu gün, 17:19
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
Bu gün, 17:15
Bakıda daha bir "təqaüd dələduzluğu" - TƏFƏRRÜAT
Bu gün, 17:11
"Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik"
Bu gün, 17:07
Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA
Bu gün, 17:05
Həcc kvotası niyə dolmadı? - Deputat səbəbləri AÇIQLADI
Bu gün, 17:00
"Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... - DETALLAR
Bu gün, 16:54
Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi - TƏFƏRRÜAT
Bu gün, 16:52
AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:51
Bu bank rəsmi etibarnaməni də tanımır - BU NƏDİ BELƏ?..
Bu gün, 16:44
Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR - NƏ ETMƏLİ?
Bu gün, 16:39
Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? - AKTUAL
Bu gün, 16:36
Bakı ilə sülh danışıqları davam edir? - Vardanyan suala elə cavab verdi ki...
Bu gün, 16:34
“Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib - VİDEO
Bu gün, 16:27
Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür
Bu gün, 16:25
İran müdafiə naziri Ermənistana səfərə gedib - KİV
Bu gün, 16:23
16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı
Bu gün, 16:22
“Bakcell” süni intellekt təlimi təşkil edib
Bu gün, 15:19
400 milyon dollarlıq mübahisə: - Tramp “hədiyyə” dedi, təyyarə satışda çıxdı
Bu gün, 15:17
Putini NECƏ RAM ETMƏLİ... - AKTUAL
Bu gün, 15:07
Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb - SİYAHI
Bu gün, 15:01
1,5 milyardlıq ANLAŞMA - Ermənistana silah axını DAVAM EDİR
Bu gün, 14:56
Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? - DOSYE
Bu gün, 14:53
Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır - PROQNOZ
Bu gün, 14:47
"Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək
Bu gün, 14:47
Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı
Bu gün, 13:06
Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır
Bu gün, 13:02
Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb – Bir litri 57 qəpiyə
Bu gün, 13:00
Bakıda 2 məktəbin direktoruna şiddətli töhmət verilib - FOTO
Bu gün, 12:57
ARDNF kritik lisenziyaların müddətini uzadır – 69 MİN MANATLIQ TENDER
Bu gün, 12:54
Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:48
Marketlərdə 16 qəpiyə satılan yumurta Syerra-Leoneyə 11 qəpiyə ixrac olunub - BU NƏDİ BELƏ?..
Bu gün, 12:42
"Qızımın qeybətini gəlinimə edirəm"
Bu gün, 12:38
Belə gedərsə, Fuad Nağıyev DAHA BİR TÖHMƏTİ HAQQ EDƏCƏK... - O boyda həngamədən xəbəri yoxdurmu?
Bu gün, 12:31
Rubio Avropanın nə istədiyinə aydınlıq gətirib
Bu gün, 12:25
Həmkarlar İttifaqının İşərişəhərdə təhlükəsizliyi pozan TƏŞKİLATI - NARAZILIQ VAR...
Bu gün, 12:20
İrəvanda 2 saatlıq TELEFASİLƏ
Bu gün, 12:14
Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməkdə təqsirləndirilən İqbal Əbilova hökm oxunub
Bu gün, 12:06
Beyləqanda ONA YAXIN MƏMUR İŞDƏN QOVULDU - ADLAR
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru