“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

İrana qarşı geniş miqyaslı beynəlxalq hərbi əməliyyat hazırlanır – Tehran da bunu istisna etmir
Tarix: 4-08-2021, 09:56 | Çap et
İrana qarşı geniş miqyaslı beynəlxalq hərbi əməliyyat hazırlanır
Ötən həftə Oman körfəzində bir tanker gəmisinin hücuma məruz qalmasından sonra bəzi Qərb ölkələri və İsrailin İrana qarşı geniş miqyaslı hərbi əməliyyatlar hazırladıqları iddia olunur. Dünən eyni su hövzəsində baş verən bir hadisə də bu planın tərkib hissəsi ola bilər.

Ovqat.com-un məlumatına görə, dünən yenə Oman körfəzində bir və ya bir neçə tankerin saxlanıldığı iddia olunur.

Axşam saatlarında bəzi xəbər agentlikləri tərəindən yayılan bu məlumat az sonra İsrail tərəfindən də təsdiqlənib. İsrail kəşfiyyat orqanlarının bildirdiyinə görə, körfəzdə 4 tanker İran tərəfindən ələ keçirilib. İran isə körfəzdə ən azı 1 tankerin saxlanıldığını bəyan etsə də, bu məsələdə onun barmağının olması iddiasını yaxına buraxmır. SEPAH-a yaxın qaynaqların bildirdiyinə görə, ən azı 1 tanker Birləşmiş Ərəf Əmirliklərinin dəniz sahəsində saxlanılıb və bunun İranla heç bir əlaqəsi yoxdur. Qurum bununla bağlı yaydığı bəyanatda bildirib ki, İranın adının sözügedən hadisədə hallanması düşmənlərinin ona qarşı hazırladıqları təxribat planı ilə əlaqədar ola bilər. Məqsəd, guya İranı beynəlxalq dəniz hüququnu pozan tərəf kimi göstərmək və qəsdən yaradılan saxta təxribat hadisələrinə əsaslanıb ona qarşı təzyiq vasitələrini işə salmaqdır.

Bəyanatda həmçinin ABŞ, Böyük Britaniya və İsrail dövlətlərinə müraciətlə “bu əsassız ittihamların davam edəcəyi” təqdirdə, İranın dərhal Hörmüz boğazını bağlamaq imkanlarının olduğu xatırladılır və dolayısıyla özünün strateji neft silahının işə salınacağına eyham vurulur.

Qeyd edək ki, Hörmüz boğazı dünyanın dənizlə daşınan neft nəqliyyatının 35%-ə qədərinin keçdiyi su hövzəsidir və boğazın bağlanması Səudiyyə Ərəbistanı da daxil olmaqla bütün neft zəngini ərəb ölkələrinin təbii sərvətlərinin beynəlxalq bazara çıxışını əngələyə və nəticədə “qara qızıl”ın qiymətlərinin 200 dollara qədər qalxmasına səbəb ola bilər. Bu isə nəticə etibarilə dünyada növbəti iqtisadi və enerji böhranına dəvətnamə göndərmək deməkdir.

Məlumat üçün bildirək ki, BƏƏ, Qətər, Küveyt, İraq, İran kimi neft zəngini ölkələrinin neft ixracatının tamamı bu boğazdan keçir. Səudiyyə Ərəbistanının isə neft hasilatının, dolayısı ilə həm də ixracatınım 80%-i eyni coğrafiya ilə bağlıdır. Məhz bu keyfiyyəti ilə Hörmüz boğazı dünya neft marşrutunun “şah damarı” sayılır.

İranla Qərb ölkələrini enerji və hətta isti müharibənin asatanasına gətirən hadisələr zənciri ötən həftənin sonlarında başlayıb. İsrailli iş adamı Eyal Oferin Böyük Britaniyada yaratdığı “Zodiac” gəmiçilik firmasına məxsus “MV Mercer Street” adlı neft tankeri həmin vaxt silahlı dron hücumuna məruz qalmış və ekipajin 2 üzvü öldürülmüşdü. Onlardan biri İngiltərə, digəri isə Rumıniya vətəndaşı idi. Beləcə, bir hücumla ən azı 3 dövlət terror hücumunun hədəfinə çevrilmişdi. Ardınca İsrail kəşfiyyat orqanları “MV Mercer Street”ə hücumun İran tərəfindən törədildiyini bildirmiş, London da bu fərziyyəni dəstəkləmişdi. İran isə hadisədə heç bir rolunun olmadığını vurğulayır.

Bazar ertəsi günü Böyük Britaniyanın Baş naziri Boris Conson tankerə hücumla bağlı açıqlama verərək, İranı günahlandırmış və “bunun nəticələrinə qatlanmasının" lazım olduğunu söyləmişdi. Conson onu da vurğulamışdı ki, bu "qəbulolunmaz və şokedici hücum təkcə İngiltərəyə yox, həm də “qlobal gəmiçiliyə qarşı törədilmiş cinayətdir”. İngilis Baş nazirin bu bəyanatı Londonun İrana qarşı basqı siyasətinə daha çox beynəlxalq qüvvələri cəlb etmək niyyətini göstərir.

Consonun təşəbbüsünə ilk dəstək, gözlənildiyi kimi, ABŞ-dan gəlib. “Daily Mail” nəşrinin yazdığına görə, İngiltərə, ABŞ və İsrail hərbi-kəşfiyyat dairələri “MV Mercer Street” neft tankerinə hücuma cavab olaraq İrana qarşı kiberhücum və ya xüsusitəyinatlı hərbi əməliyyat barədə düşünürlər. Xüsusitəyinatlı hərbi müdaxilənin İrana bağlı “könüllü silahlı qüvvələrə” qarşı keçirilməsi planlaşdırılır.

İngiltərənin adı çəkilməyən keçmiş hərbi kəşfiyyat məmuru “The Mirror”-a verdiyi müsahibədə də tanker hücumunu “İranın hərəkətlərinin dözülməyəcək qırılma nöqtəsinə çatdığının göstəricisi” adlandırmış və ona ağır cavab verilməsini tələb etmişdi.

Nəşr xatırlatmışdı ki, İran tərəfindən həyata keçirilən neft tankerinə hücum ilk belə insident deyil, ümumiyyətlə, bu ilin fevral ayından bəri 3 bənzər xarakterli hücum baş verib. Dünənki hadisəni də buna əlavə etsək, London üçün artıq vəziyyətin əndazədən çıxdığını düşünmək olar.

Bilindiyi kimi, İran-İsrail arasında tanker hücumları 2018-ci ildən bəri davam edir. ABŞ-ın sanksiyalarını dəlmək istəyən İran tankerləri vaxtaşırı İsrail hücumlarına məruz qalır və hər iki tərəf bu hadisələrin ictimailəşməməsinə çalışırdı. Mütəxəssislərin fikrincə, bu qarşılıqlı razılaşmanın səbəbi İranın beynəlxalq təzyiqlərə məruz qalmaması, İsrailin isə öz planlarını səssiz həyata keçirmək niyyətindən qaynaqlanırdı. Demək olar ki, hər həftə yaşanan bu hücumlarda canlı itkilərə yol açmamağa üstünlük verilirdi. İranın (əgər iddialar doğrusa) ötən həftə İsrailə cavab əməliyyatında isə ilk dəfə qan tökülmüş, dolayısıyla şifahi anlaşmanın şərti pozulmuşdur.

Son hadisənin zamanlaması da maraqlıdır. Bəlli olduğu kimi, dünən İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimi idi. Mərasimdən bir neçə gün əvvəl İngiltərənin media qurumları açıq şəkildə bildirirdilər ki, London və müttəfiqləri “MV Mercer Street” neft tankerinə hücumun qisasını məhz həmin gün alacaqlar. Dünən isə təxmin edildiyi kimi, İrana qarşı hər hansı kiberhücum və ya xüsusitəyinatlı hərbi müdaxilə baş vermədi. Əvəzində Oman körfəzində növbəti tanker insidenti yaşandı. Bu dəfə hədəf seçilən tankerlərdən ən azı birinin Sipqapur bayrağı daşıdığı bildirilir. Görünən budur ki, İrana qarşı hazırlanan cavab kampaniyasına daha çox ölkə cəlb olunması prosesi gedir. Bu isə cavab əməliyyatlarının da düşünüldüyündən daha ağır ola bilməsi ehtimalını ağla gətirir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru