Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                     Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı .....                     Koçaryan və Tsarukyan seçilərsə... .....                     Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə .....                     “PashaPay”da yeni təyinat .....                     Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb .....                     İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? .....                     Kərim Abbasov GİLEYLƏNDİ: .....                     Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR .....                     Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... .....                     Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" .....                     Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir .....                     Ermənistanda 7 İYUN xofu .....                     Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var .....                     Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək .....                     ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                     Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir .....                     Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək .....                     Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb .....                     EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? .....                     Kaya Kallas Azərbaycana səfər edəcək .....                     Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz .....                     Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək .....                     "Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                 

ABŞ “Taliban”ı tələyə salıb birdəfəlik məhv etməyə çalışır - TƏHLİL
Tarix: 21-08-2021, 08:41 | Çap et
ABŞ   “Taliban”ı tələyə salıb birdəfəlik məhv etməyə çalışır
İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı ilə Hafta.az üçün bu dəfəki söhbətimizdə son günlər Əfqanıstanda baş verən proseslər, “Taliban”ın gözlənilmədən hakimiyyətə qayıda bilməsinin səbəbləri, ABŞ-ın bu hərəkatla bağlı gizli planları, Çin və Rusiyanın “Taliban”la hansı məqsədlərlə əməkdaşlıq etməsi, bütün bunların regiondakı qlobal layihələrə mümkün təsiri və s. barədə danışdıq.

-Teymur bəy, Əfqanıstanda nə baş verir? Necə oldu ki, 300 minlik hökumət ordusu cəmi 9 gün ərzində vur-tut 70 minlik Taliban qarşısında çökdü?

-Əfqanıstan uğrunda 100 ildən çox öncə Çar Rusiyasi və İngiltərə, yəni Böyük Britaniya Krallığı müharibə aparıb. Sonda İngiltərə qalıb gəlib. Amma əvəzində Britaniya Çar Rusiyanın istəyini qəbul edib. Çar Rusiyasının ingilislərdən istəyi bu olub ki, Mərkəzi Asiyaya daxil olmayın, oradakı siyasi proseslərə qarışmayın. Çunki Əfqanıstan strateji məkanda yerləşir. Çar Rusiyasi həm də İngiltərə bu ölkə vasitəsilə İranı, Hindistanı, Çini mühasirəyə almağa çalışırdılar. Digər tərəfdən, Əfqaniıstan Orta Asiyaya çixiş qapısıdır. 100 il sonra Sovetlər Əfqanistana daxil oldu. Daxil olmasının əsas səbəbi yenə strateji cəhətdən önəmli olan yollara nəzarət etmək idi. O zaman ABŞ-ın da bu ölkəyə daxil olmaq planları var idi. İçəridə kifayət qədər işlər də görmüşdu. Ancaq oraya Sovetlər girdi və sonda ABŞ-n qurduğu tələyə düşərək məğlub oldu. Sonra, yəni 2001-ci ildə ABŞ Britaniya ilə birlikdə Əfqanıstana soxuldu. Və yenə eyni strateji məqsədlə. Onların planı Əfqanıstandan istifadə edərək Çin, Rusiya Orta Asiya, İran və Hindistana nəzarəti əldə etmək idi.

ABŞ və koalisiya 20 ildə yüz milyardlarla pullar xərclədi, amma nəticədə Əfqanıstanda onların istəyinə uyğun normal dövlət qurulmadı. Amerika ekspertləri özləri deyirdi ki, Əfqanıstan ordusu taliblər qarşısında 6 ay dözə bilər. Ancaq heç bir ay da dözə bilmədi və nəticə olaraq “Taliban” Kabili yenidən aldı. Baydenin dediyi kimi, əfqan xalqı öz dövlətini qoruya bilmədi. Bunun əsas səbəblərindən biri bu oldu ki, Əfqanıstan ordusunda ruh düşkünlüyü yaşandı. İkincisi, başıpozuqluq və ordu rəhbərliyində insanların bacarıqsizliğı səbəblərdən biri oldu. Ən önəmlisi, prezident Əşrəf Qəni pərdə arxasında İran, Rusiya və Çinlə birgə ABŞ-a qarşı oyunlar oynadı. Rusiya və İranın “Əfqanıstan müstəqil olsun, ABŞ çıxsın buradan” vədləri Qənini tələyə saldı və nəticədə Əfqanıstan qaranlıq günlərindən çıxa bilmədi. Ölkədə uzaqdan görünən işıq da söndü. ABŞ öz dövlət maraqları üçün bir zamanlar özünün yaradıb dəstək verdiyi “Taliban”la Əfqanıstan hökümətini baş-başa qoydu. Onu da deyim ki, əslində “Taliban”ı İngiltərənin maliyyə dəstəyi ilə Pakistan kəşfiyyatı yaradib...

-Sizcə, 2001-ci ilin müəmmalı 11 sentyabr terror olaylarından sonra Əfqanıstana “beynəlxalq terrorçuluğa qarşı mübarizə”, “Ben Ladenə ölüm, “demokratiya”, azadlıq” və s. hay-küyü işə soxulan və BMT-nin və bir sıra ölkələrin, o cümlədən Rusiyanın terrorçu təşkilat kimi tanıdığı “Taliban” hakimiyyətini devirən işğalçı ABŞ 20 il ərzində bilərəkdən ölkədəki vəziyyəti bu həddə gətirib çıxardı, yoxsa hər şey kortəbii proseslərin nəticəsi oldu?

-Öncə onu deyim ki, Əfqanıstanda demokratiya qurmaq utopiyadir. Əfqanıstanda demokratiya hec vaxt olmayacaq. Olması üçün işıq ucu da yoxdur. Bunun əsas səbəbi odur ki, Əfqanıstanda heç vaxt millətləşmə, dövlətləşmə prosesi getməyib. İkincisi, Əfqanıstan İslam ölkəsidir. Və əslində Qərb dunyası müsəlman ölkələrində əsl demokratiya olmasını da istəmir. ABŞ Əfqanıstanda ilk illərdə dövlət qurmaq istəyirdi. Ancaq sonrakı proseslər onu göstərdi ki, əfqan xalqı bunu istəmir. Və bunun da öz səbəbləri var. Ona görə ABŞ Əfqanıstanda dövlət, vətəndaş cəmiyyəti işlərinə pul verdi, ancaq nəticəsiz olacağını özü yaxşı bilirdi və elə də oldu. Əfqanıstan həm də ona görə Qərbmeyilli dövlət bilmədi ki, buna qarşı olanlar ölkədə yaxşı işlədilər. İran, Rusiya və Çin Hindistana, ABŞ-a qarşı muvaqimət göstərdilər. Adlarını çəkdiyim ölkələr hazirda “Taliban”la pərdəarxası oyunlar oynayırlar. Ancaq Ağ Ev də Əfqanıstandan çəkilməsi ilə gizli məqsədlər güdür:

1. “Taliban”ı tələyə salıb birdəfəlik məhv etmək;

2. “Taliban”dan Orta Asiyada öz dövlət maraqları üçün istifadə etmək;

3. “Taliban”ı bəhanə edərək Rusiya, Çin və İrandan öz istədiklərini almaq;

4. Pakistan-Çin-Rusiya üçbucağını Əfqanıstanda tələyə salmaq.

-BMT-nin və bir sıra ölkələrin, o cümlədən Rusiyanın terrorçu təşkilat kimi tanıdığı “Taliban”ın quracağı hökuməti aparıcı dünya dövlətləri necə, hansı əsaslarla tanıyacaq?

-Əvvəala, onu deyim ki, Rusiyanın “Taliban”ı terror təşkilatı kimi tanımasına səbəb bu hərəkatın 1990-cı illərdə hakimiyyətdə olarkən Çeçenistanı müstəqil dövlət kimi tanıması olub. “Taliban” hətta çeçenlərə 4 milyon dollara yaxın yardım etmişdı. İndi isə siyasi proseslər dəyişib. Rusiya hələki bir zamanlar ona qarşı vuruşan “Taliban”la birlikdə ABŞ-a qarşı hərəkət etməyə çalışır. Qaldi “dunya dövlətləri Talibani taniyacaqmı” məsələsinə, Almaniya, Fransa, Türkiyə, hətta ABŞ “Taliban”la masaya oturmaga hələki razılıq veriblər. Çünki indilik başqa çarə qalmayıb. Gələcəkdə “Taliban”ın beynəlxaq arenada daha geniş miqyasda tanınması isə onun quracağı hökumətin gerçək daxili və xarici siyasətində asılıdır...

-“Taliban” rəhbərliyi bəzi vədlər verir. Onlara inanmaq olarmı?

-“Taliban” hələki bundan öncə hakimiyyətdə olduğu dövrdə etdiyi səhvləri etmir. Praqmatik, səbirli, təmkinli gedişlər etməyə çalışır. “Taliban” ona qarşı vuruşanların əfv olunduğunu bildirib. Qadınların huquqlarını tanıyacağını bəyan edib. Mətbuat azadlığının ola biləcəyini bildirib. Ancaq hesab edirəm ki, hələ “Taliban”a tam inanmaq olmaz...

-Əfqanıstandakı proseslər region üçün nələr vəd edir? Məsələn, həmin ölkə ərazisindən keçən və Azərbaycanın, o cümlədən açılması planlaşdırılan Zəngəzur dəhlizinin də daxil olacağı Çin və Britaniyanın da arxasında durduğu “Bir kəmər – bir yol” layihəsi haqda nə demək olar?

-“Bir kəmər- bir yol” layihəsi Çinin projesidir. ABŞ da bu projeni istəmir, ona qarşı gəlir. Burada iddialar var və Amerika sözügedən layihəyə qarşı “Taliban”dan istifadə etmək istəyir. Ancaq Çin uzaqgörənlik edib “Taliban”la danişıqlar aparıb və razılığa gəlib. Əsas razılıq da ondan ibarətdir ki, “Taliban” uyğur türklərinə dəstək verməyi dayandıracaq. Əvəzində Çin Əfqanıstana yardım etməyə davam edəcək və ölkənin inkişafı üçün sərmayələr yatıracaq. Onu da demək lazımdır ki, Çinin “Taliban”ın özəyini təşkil etmiş hərəkatlarla əməkdaşlığı Sovetlər Əfqanıstana daxil olandan başlayıb. Ona görə də hazırda Kabildə Rusiya və Pakistanın səfirlikləri ilə birlikdə Çinin səfirliyi də fəalliyyət göstərir və “Taliban” tərəfindən qorunur...

Zəngəzur dəhlizinin açılmasına gəldikdə, bunu Çin də öz maraqları, yəni “Bir kəmər- bir yol” layihəsinin rahat həyata keçməsi üçün istəyir. Ancaq Zəngəzur dəhlizinin açılması Çindən yox, Rusiyadan asılıdır. O da var ki, son onilliklərin beynəlxalq siyasəti gözlənilməzliklərlə doludur. Yəni hər an hər şey dəyişə bilər...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08
Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru