Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                 

Müharibənin miqyası genişlənir: “Demokratiya ilə avtokratiya arasında ilk real döyüş” - İNCƏLƏMƏ...
Tarix: 6-05-2022, 10:37 | Çap et
Müharibənin miqyası genişlənir: “Demokratiya ilə avtokratiya arasında ilk real döyüş”
ABŞ Prezidenti Co Bayden Alabama ştatında Ukrayna üçün raket kompleksləri istehsal edən zavoda səfəri zamanı Ukrayna böhranını tarixin dönüş nöqtəsi adlandırıb. Ağ Evin rəhbəri deyib ki, bu cür böhranlar təxminən altı-səkkiz nəsildə bir dəfə baş verir.

“Açıq deyə bilərik ki, Rusiya hərbi birləşmələri böyük çətinliklə üzləşib. Rusiya üçün bu müharibə strateji məğlubiyyətdir. Ukraynaya 3 milyard dollardan çox hərbi yardım etmişik. Biz Ukraynaya kömək etməsək, ruslar irəliləməyə davam edəcəkdilər. Bununla bağlı bizdə səhih məlumatlar var. Müharibəyə qarşı çıxmasaq, bunun nəticələri daha ağır olacaq”, - deyə Bayden vurğulayıb.

O, Ukraynadakı hadisələri müasir şəraitdə demokratiya ilə avtokratiya arasında “ilk real döyüş” adlandırıb.

Lakin ABŞ-ın demokratiya mövzusunda səmimi olmadığını, yalnız öz maraqları tələb etdiyi zaman “demokratiya silahı”na sarıldığını iddia edənlər də var. Onların qənaətinə görə, ABŞ Avropada itirmiş olduğu mövqeyini bərpa etmək və Çinlə Rusiyanın birləşməsinin qarşısını almaq üçün Ukraynaya dəstək göstərməkdə davam edir. Bununla yanaşı, Kremlin dünyada avtoritarizmin əsas dəstəkçisi olduğunu və bu səbəbdən ona qarşı təzyiqlərin qaçılmaz olduğunu hesab edənlərin sayı da az deyil. DİA.AZ xəbər verir ki, Azərbaycan Respublikası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev AYNA-ya müsahibəsində Ukrayna ətrafında baş verənlər haqqında danışıb:

- Fərid bəy, ABŞ Prezidenti Ukraynadakı hadisələri demokratiya ilə avtokratiya arasında “ilk real döyüş” adlandırıb. Sizcə, bu, doğrudanmı belədir?

- Təbii ki, Co Baydenin bu fikirlərində həqiqət payı var. Lakin bu, ikinci dərəcəli məsələdir və əsas diqqət Rusiyanın Ukraynaya qarşı ərazi iddialarına yönəlib. ABŞ və Qərb Rusiyanın imperiya iddialarından və bərpa planlarından ciddi şəkildə narahatdır. O ki qaldı Baydenin Ukraynadakı hadisələri müasir şəraitdə demokratiya ilə avtokratiya arasında “ilk real döyüş” adlandırmasına, bu bəyanatda müxtəlif təzahürləri müşahidə etmək mümkündür. Məlumdur ki, Ukraynanın daxili siyasətində də müəyyən problemlər mövcuddur. Rusiya qonşuluqda Qərbə inteqrasiya edən və müstəqil qərarlar verən bir ölkənin olmasını istəmir. Ukraynaya hərbi müdaxilənin əsas səbəblərindən biri elə budur. Moskva onun sərhədləri yaxınlığında Qərbin güclənməsinə hər vəchlə mane olmağa çalışır. Bundan narahatlığını gizlətmir. Amerikada və Qərbdə hesab edirlər ki, bu, demokratiya ilə avtokratiya arasında döyüşdür. Moskvada isə bunu Qərbin Rusiyaya qarşı yönələn təzyiqi kimi qiymətləndirirlər. Təbii ki, hər bir tərəfin öz arqumenti var və hər kəs öz mövqeyində haqlı olduğunu iddia edir.

- İddialar mövcuddur ki, ABŞ Avropada itirmiş olduğu mövqelərini bərpa etmək və Çinlə Rusiyanın yaxınlaşmasına mane olmaq üçün Ukraynaya dəstək verir...

- Burada Çin amili bir o qədər də mühüm rol oynamır. Daha çox Rusiya ilə birbaşa mübarizədən söhbət gedir. Söylədiyim kimi, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyanın imperiya səylərindən narahatdır. ABŞ-ın Avropada itirmiş mövqelərinin bərpasına gəldikdə isə, Ukraynaya qarşı təcavüz siyasəti ilə Rusiya imkan verib ki, ABŞ Avropada güclənsin. Buna görə kimisə ittiham etməyə də dəyməz. Əgər həqiqətən Moskva buna imkan vermək istəmirdisə, bu halda Ukraynaya qarşı müharibəyə başlamamalı idi.

- Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəni münaqişəyə ikili standartlardan yanaşmaqda ittiham edib. Maraqlıdır, o, niyə belə bir açıqlama ilə çıxış edib?

- Yəqin ki, Zelenski psixoloji cəhətdən yorulub və belə bəyanatlar səsləndirir. Biz görürük ki, Ukrayna rəsmiləri, eləcə də Zelenski təkcə Türkiyəni deyil, Qərbi də ittiham edir. Görünür, təcavüz və onun doğurduğu nəticələr, dinc əhaliyə qarşı zorakılıq Zelenskini psixoloji baxımdan yorub. İnanmıram ki, bunun arxasında ciddi səbəblər dayanır və Zelenski Türkiyə ilə bağlı hər hansı addım atacaq. O, sadəcə psixoloji yorğunluqdan dolayı bu cür fikirlər səsləndirib, məhz elə buna görə də, rəsmi Ankara məsələyə hər hansı münasibət bildirməyib. Yəqin onlar da başa düşürlər ki, Zelenski gərgindir və güzəşt yolunu tutublar.

- Məlumatlar yayılır ki, Ukrayna münaqişəsi başa çatandan sonra Qərb Türkiyə və Macarıstana təzyiqləri artıracaq. Bu iddiaların həqiqət yükü varmı?

- Türkiyə və Macarıstana qarşı post-müharibə dövründə ciddi təzyiqlər gözlənilmir. Çünki Qərb üçün ön planda bu ölkələr deyil. Rusiya ilə olan münaqişə bir daha göstərdi ki, Türkiyə çox vacib bir müttəfiqdir. Şübhəsiz ki, onu itirmək istəməyəcəklər. Düzdür, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, lakin hərbi baxımdan çox vacib müttəfiqdir. Türkiyə müharibə dövründə Ukraynaya dəfələrlə dəstək nümayiş etdirib və bunu rəsmi Kiyevdə də etiraf edirlər. Qərbin əsas diqqəti Rusiya ilə yanaşı, əsas geosiyasi oyunçulara - Çin, Hindistan və digər dövlətlərə yönəlib. Onlar xüsusən Hindistandan sanksiyalara qoşulmağı gözləyirdilər. Şübhəsiz ki, müəyyən təzyiqlər vasitəsilə buna nail olmağa səy göstərəcəklər.

- Dünya gündəmini məşğul edən əsas mövzu Ukraynadır. Sizcə, Ukrayna böhranı nə zamana qədər davam edəcək?

- Açığını desəm, münaqişənin tezliklə bitəcəyini ehtimal etmirəm. Bu, yalnız bir halda mümkündür - Rusiyanın daxilində köklü dəyişikliklər baş verərsə, atəşkəs əldə oluna bilər. Əks halda münaqişənin tezliklə başa çatacağını söyləmək mümkün deyil. Məlumdur ki, ABŞ və Qərbin əsas məqsədi Rusiya iqtidarını zəiflətməkdir və bunu gizlətmirlər də. Görünən odur ki, onlar bu iddialarından geri çəkilmək niyyətində deyillər, belə bir həssas şəraitdə Kreml də geri addım atmayacaq. Bu baxımdan Rusiyanın rəhbərliyində ciddi dəyişikliklər baş verməyənə qədər müharibənin, münaqişənin davam edəcəyini söyləmək olar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru