Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                 

İrəvan küçələrində 24 il əvvəlin ssenarisi: dalğa da eynidir, koordinat da - NƏ BAŞ VERİR?
Tarix: 11-05-2022, 15:13 | Çap et
İrəvan küçələrində 24 il əvvəlin ssenarisi: dalğa da eynidir, koordinat da
Ermənistanda 10 gündən çoxdur ki, Nikol Paşinyan hökumətinə itaətsizlik yürüşləri keçirilir. Aksiyaların əsas təşkilatçıları olan Ermənistan Parlamentinin "Şərəfim var" və "Ermənistan" müxalif fraksiyaları olsa da, yürüşlərə müxtəlif hərəkatlar, tələbələr qoşulurlar. Aksiyalarda əsas tələb Paşinyanın istefaya getməsidir. Müxalifət hesab edir ki, hazırkı hökumət Azərbaycanla sülh danışıqları aparmaqla Ermənistanın maraqlarını satır.

Paşinyan hakimiyyəti isə aksiyaların qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edir, bir çox hallarda zorakılığa əl atılır. Paytaxt İrəvan küçələrində erməni polislə etirazçılar arasında mütəmadi toqquşmalar yaşanır. Eyni zamanda, yürüş iştirakçılarının həbsləri davam etməkdədir.

Ermənistanda baş verənlərlə bağlı müxtəlif proqnozlar səsləndirilsə də, fikir üstünlüyü Paşinyanın hakimiyyətini saxlaya biləcəyinə verilir. diaaz.space-ın məlumatına görə, politoloq Sədrəddin Soltan AYNA-ya bildirib ki, hazırda Ermənistanda müxalifətin varlığı belə şübhəlidir. Onun sözlərinə görə, bu gün Ermənistan iqtisadiyyatı iflic vəziyyətdədir, ordusu dağılmış, cəmiyyəti parçalanmış durumdadır.

Analitik qeyd edib ki, İrəvan küçələrində bu gün baş verənlər ötən əsrin sonlarında baş verənlərin oxşarıdır: "1998-ci ildə Ermənistanın o vaxtkı Prezidenti Levon Ter-Petrosyan işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun təklif etdiyi “Mərhələli həll” variantını Ermənistan üçün məqbul sayırdı. Bu istiqamətdə addımlar atılmaq ərəfəsində Xocalı cəlladı Robert Köçəryan, müdafiə naziri Vazgen Sarkisyan, daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sarkisyan bundan narazı oldular. Həmin qüvvələr Ermənistanda etiraz aksiyası təşkil edib Ter-Petrosyanın istefasına nail ola bildilər. Köçəryan hakimiyyətə gəldi, ardınca da Sarkisyan və bu adamlar Qarabağla yanaşı, Ermənistanı da yağmaladılar. İndi yenidən həmin vəziyyətin baş verməsinə çalışırlar".

"Ermənistanda özünü müxalif adlandıran qüvvələr Azərbaycanla normallaşma proseslərinə mane olmağa çalışırlar. Belə haray-həşirlə guya danışıqlarda Ermənistan təmsilçilərinin əlini gücləndirdiklərini də zənn edirlər. Başqa sözlə, koçaryanlar normallaşma prosesini əngəlləmək, hökumət isə bu etirazlardan özünü gücləndirmək üçün istifadə edə bilər. Ancaq Ermənistandakı hadisələr 24 il əvvəlki ilə eynidir, - S.Soltan vurğulayıb.

Politoloq bu aksiyalarda xarici qüvvələrin maraqlı olduğunu istisna etməyib. Onun sözlərinə görə, proseslər eyni ssenari ilə həyata keçirilir: "1998-ci ilin fevralında Köçəryanı xaricdən dəstəkləyənlər yenə də baş roldadır. Baxın, aksiyaları işıqlandırmaq üçün Rusiyanın aparıcı, rəsmi informasiya vasitələri daha çox canfəşanlıq göstərirlər. Onların informasiya və şərhlərini izləyən hadisələrdən xəbərsizlərdə də elə təəssürat yaranır ki, bu qüvvələr Ermənistan və ermənilərin yolunda ən fədakar insanlardır. Əslində isə məqsəd Paşinyanı devirib yerinə "Şərəfim var" fraksiyasının rəhbəri Artur Vanesyanı gətirməkdir. Necə ki, vaxtilə Ter-Petrosyanı devirib yerinə Rusiyanın regionda əsas adamı sayılan, Putinin dostu Köçəryanı gətirdilər. İndi də məqsəd Paşinyanı istefaya göndərib yerinə Rusiya FTX-sinin məzunu olmuş Vanesyanı gətirməkdir. 24 il əvvəldə olduğu kimi, dalğa da eynidir, koordinat da".

"Rusiya Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında normallaşma prosesinə təkbaşına nəzarəti ələ keçirmək istəyir. Fikir verin, mayın 2-3-də ABŞ-la Ermənistan arasında strateji dialoq olub. Rəsmi İrəvan xarici siyasi kursunun Qərbə doğru köklənməsini davam etdirir. Heç şübhəsiz, bu, Rusiyanın xoşuna gəlmir. Odur ki, Ukraynada baş verənlər fonunda etiraz aksiyaları Qərbin Cənub Qafqazda fəaliyyətinin, təsirinin azalmasına yönəlmiş hadisədir. Ona görə də erməni müxalifləri rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə mane olur. Bu həm Ermənistanın inkişafına, həm də regionda və dünyada etibar qazanmasına problem yaradır", - deyə analitik vurğulayıb.

Politoloq İlyas Hüseynov da hesab edir ki, Paşinyana etimadsızlıq aksiyalarının artmasında kənar qüvvələrin rolu var. Analitikin sözlərinə görə, sülh danışıqlarının kövrək olmasından erməni müxalifəti də, maraqlı xarici qüvvələr də istifadə etməyə cəhd edirlər: "Sülhə doğru addımlar atılan kimi Ermənistanda vəziyyət gərginləşir. Paşinyandan öncəki iqtidarlar da bu yoldan istifadə edirdilər".

"Hazırkı prosesləri ötən ilin fevral-mart ayları ilə müqayisə etdikdə deyə bilərik ki, Paşinyan tərəfdarlarını yenidən ətrafında toplaya biləcək. Nikol bununla mövcud Ermənistan hakimiyyətinin tərəfdarlarının daha çox olmasına və erməni xalqı tərəfindən dəstəklənməsinə vurğu edəcək. Bu, Ermənistanın "demokratiya" imici üçün də vacibdir. Bütövlükdə, cərəyan edən prosesləri Paşinyanın tarazlaya bildiyini görürük", - politoloq qeyd edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru