“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                 

Barıt çəlləyi üstündəki İran: sosial tələbli etirazlar siyasi müstəviyə keçərsə... - GƏLİŞMƏ
Tarix: 18-05-2022, 14:55 | Çap et
Barıt çəlləyi üstündəki İran: sosial tələbli etirazlar siyasi müstəviyə keçərsə...
Xəbər verdiyimiz kimi, İranın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir. Etirazların başlamasına səbəb kimi ölkədə ərzaq məhsullarının qiymət artımı və bəzi qida məhsullarının çatışmazlığı göstərilir.

Mayın 6-dan start götürən aksiyalar zamanı çox sayda etirazçının saxlanıldığı, Şəhri-Kurdda iştirakçılarla hökumət qüvvələri arasında qarşıdurma yarandığı bildirilir. Polisin əhaliyə qarşı ehtiyatlı davrandığı üçün İnqilab Keşikçiləri Korpusu (SEPAH) və xüsusi qüvvələrin cəlb olunduğu qeyd olunur. İddialara görə, mitinqlər təkcə sosial problemlərdən qaynaqlanmır və kökündə həm də siyasi səbəblər dayanır. DİA.AZ xəbər verir ki, Böyük Britaniyada yaşayan həmyerlimiz, tanınmış jurnalist Zülfüqar Rüfətoğlu AYNA-ya açıqlamasında İrandakı kütləvi aksiyaların siyasiləşəcəyini gözləmədiyini deyib: “İranda son dövrlər başlayan etiraz aksiyalarının inqilab hərəkatına çevriləcəyinə inanmıram. Son etirazlar bir neçə şəhərdə, əsasən çörəyin bahalaşması ilə bağlı olub. İnsanlar qiymət artımına və onun doğurduğu nəticələrə etiraz edirlər”.

“Ümumiyyətlə, İranda 40 ildir ki, bərqərar olmuş molla hakimiyyəti yerini etibarlı şəkildə möhkəmləndirib. Bu dini hakimiyyət Rusiyada qurulan korrupsiyaçı rejimdən heç nə ilə fərqlənmir və ona görə də devrilməsi asan olmayacaq. Korrupsiya ağacından hamıya az da olsa, pay düşür. Rejimlə barışmayanlar çıxıb gediblər. Yəni, mühacirətə üz tuturlar. Daxildəki qüvvələrin isə molla rejimini sarsıtmaq gücü yoxdur”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, mövcud şəraitdə İranın nüvə proqramı Qərbi elə də ciddi narahat etmir: “Bu barədə nə qədər çox danışılsa da, əslində Qərbi İranın nüvə proqramı və raketləri narahat etmir. Şimali Koreyada bunların hamısı var. Qərbi narahat edən İranın Yaxın Şərqdə terrorçu təçkilatları dəstəkləməsidir. Həm də Amerikanın müttəfiqlərinə qarşı olan qruplaşmalardan söhbət gedir. Lakin böyük planda ABŞ İranın üzərindən sanksiyaların qaldırılmasında maraqlıdır. Çünki bu, İran neftini bazara qaytarar, Putinin dilini qısa edərdi”.

“Üstəlik gələcək perspektiv üçün İranın nəhəng qaz ehtiyatları mövcuddur. Bu qaz bazara çıxsa, Rusiya daha heç yerdə lovğalıq edə bilməyəcək. Qərb maraqlıdır ki, İrandan Rusiyaya qarşı təzyiq aləti kimi istifadə etsin. Xüsusilə son dövrlər baş verən hadisələr bu məsələni yenidən aktuallaşdırıb”, - deyə Rüfətoğlu söyləyib.

Əlavə edib ki, dünyada baş verən iqtisadi böhran nəticəsində bir çox ölkələrdə sosial etirazlar gözlənilir: “Bu, təkcə İranda yox, bir çox dövlətlərin ərazisində baş verə bilər. Bu baxımdan hökumətlər iqtisadi böhranın doğurduğu fəsadları aradan qaldırmaq istiqamətində ciddi addımlar atmalıdır”.

ABŞ-da yaşayan Cənubi Azərbaycandan olan siyasi mühacir, “Günaz” TV-nin qurucusu Əhməd Obalının AYNA-ya söylədiyinə görə isə, İran hökuməti son etiraz aksiyalarından ciddi şəkildə narahat olub və saxta vədlər verməklə məşğuldur: “İddia edirlər ki, guya sosial problemlər müvəqqəti xarakterlidir və qısa müddət sonra aradan qalxacaq. Müəyyən addımlar atılacağını bəyan edirlər. Lakin bunu necə həyata keçirəcəklər, bu barədə ictimaiyyətə heç bir açıqlama vermirlər. Bu isə öz növbəsində fars rejiminin şirnikləndirici vədlər siyasətinin davamıdır və onlar buna adət ediblər. Halbuki hökumətin borcudur ki, vətəndaşların problemlərini həll etsin. Lakin onlar bunu etmirlər”.

“İran iqtisadiyyatı idarə olunan iqtisadiyyatdır və əhalinin əsas tələbi də odur ki, rejim bu siyasətdən imtina etsin. Liberal bazar iqtisadiyyatı yeganə çıxış yoludur və alternativi yoxdur. Fars rejimi bundan imtina etmədikcə etirazlar davam edəcək. Müəyyən repressiv üsullarla bunun qarşısını alsalar da, bu, uzun müddət davam etməyəcək. Əhalini susdurmaq, haqqını tələb etməkdən çəkindirmək yolunu tutmaqdansa, molla rejimi konkret və real islahatlara başlamalıdır”, - deyə müsahibimiz vurğulayıb.

O, İran iqtisadiyyatının yerində saydığını qeyd edib: “Təsəvvür edin ki, dünyada milli valyutalar mütəmadi olaraq yenilənir. İranda isə köhnə əskinaslar qalmaqdadır. Pulların əksəriyyəti köhnəlib, üzərində Xomeyninin fotoları itib. İnteqrasiya olunmuş iqtisadi dünyada bu cür üsullarla uzağa getmək olmaz. Bu siyasət Rusiyanı sonu görünməyən yola gətirib çıxaxdı. Eyni aqibət İranı da gözləyir. Onlar düşünürlər ki, bunun qarşısını ala biləcəklər. Lakin unudurlar ki, dünya sürətlə dəyişir və artıq İran vətəndaşları da öz haqlarını tələb edəcəklər”.

“Bu gün İranda baş verənlər bunun bariz nümunəsidir. Əhalidən tələb edirlər ki, evdə oturun və baş verənlərə etiraz etməyin. Artıq hamı başa düşür ki, məzlumun haqqını yeyən zalıma qarşı susmaq - onun əməllərinə şərik olmaqdır. Fars rejimi hər vəchlə Güneydə yaşayan soydaşlarımızın hüquqlarını pozur, onları təqib altında saxlamağa çalışır. Güneydəki soydaşlarımız da bu aksiyalarda fəal iştirak edirlər”, - deyə Obalı bildirib.

Mühacir fəal İranda etirazların davam edəcəyi qənaətindədir: “Dünya ciddi dəyişikliklər ərəfəsindədir. Belə bir şəraitdə şər rejimlərinin, eləcə də İran rejiminin ənənəvi siyasəti keçərli olmayacaq. Nəhayət, İranda yaşayan soydaşlarımız da ayağa qalxacaq və molla rejiminə öz yerini göstərəcəklər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru