Ərdoğanın “Fransa akkordu”nun açması - İNCƏLƏMƏ...
Tarix: 31-01-2023, 08:27 | Çap et
 Fransanın Afrikadakı müstəmləkəçilik siyasəti 1960-cı illərin əvvəllərində sona çatsa da, Paris keçmiş mülkləri üzərində təsirini davam etdirir. Fransa həm öz maraqlarına xidmət etmək üçün, həm də keçmiş müstəmləkə sənətkarlığı irsi ilə əlaqədar olaraq Frankofoniya Afrikasında hegemon mövqe tutmağa və bu zolağı prestijli qala kimi saxlamağa cəhd edir. Təbii ki, Fransa Afrikada inhisara malik deyil, onun kolonial irsi regionda rəqabət mühitini şiddətləndirdiyindən qitədə Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Türkiyə kimi oyunçuların da maraqları genişlənir. Hərə öz məntiqi ilə regionda hakimlik kürsüsünə çıxmağı hədəfləyir, ümumi planda isə bu, Fransa müstəmləkəçilik irsini tamamilə aradan qaldırmaq kimi bir missiya formasında canlanır. ABŞ, Böyük Britaniya və Türkiyə bu işdə hədsiz canfəşanlıq göstərən tərəf kimi çıxış edə bilərlər və mümkündür ki, prosesdə Çinin də rolundan istifadə edilir. Bu fikri ona görə səsləndiririk ki, Fransanın kolonial məntiqi qlobal arenada zədələnir və Parisin xətlərini qıran ABŞ ilə Böyük Britaniya ikilisidir. Bu mənada Afrikadan da Fransanın sıxışdırılıb çıxarılması qarşıda dayanan məqsədlər seriyasıdır və Vaşinqtonla London gizli şəkildə digər dövlətləri öz tərəflərinə çəkirlər. ABŞ, Britaniya, Rusiya, Çin kimi aktorların son məqsədi, təbii ki, Afrikanı ağ günə çıxarmaq deyil. Onlar, sadəcə olaraq, təbii sərvətlərin talanması prosesində Fransanın pay almasına qarşıdırlar. Bu, Fransanın hegemonluq iddialarının Afrika səhnəsindəki arzuları qarşısında real maneələrdəndir. Türkiyə də Fransaya qarşı qurulan beynəlxalq lövhəyə öz tezislərini yazmaqda israrlıdır, çünki Paris Ankaranın maraqlarına meydan oxumaq tərzini tərgitmir. Türkiyənin Afrikada maraqlarını böyütmək prinsipi istismar etmək, çapıb-talamaq meyarlarına söykənmir. Türkiyənin Afrika regionu üzrə inşa edilən siyasəti, əsasən, dördölçülü fazadadır. Ankara diplomatiya-siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil alətləri ilə “qara qitə”dəki strateji maraqlarını qoruyur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bilecik vilayətində gənclərlə görüşü zamanı Fransanın Afrikadakı ekspansiya siyasətinə qarşı çıxış etməsi həmin fona işıq tutur. Ərdoğan çıxışında: - Fransa Prezidenti Emmanuel Makronun dövlət başçısı postuna layiq olmadığını göstərdi; - Fransanın beynəlxalq arenada, o cümlədən Afrikada etibarını itirdiyini söylədi. Türkiyənin Afrika üzrə siyasəti tarixi əsaslara söykənir, amma Ankara bunu müstəmləkəçiliyə, köləliyə qarşı mübarizə üsuluna çevirir. Türkiyə seçdiyi formata görə Afrikada nüfuz qazanır. Bunun əsas səbəbi: Ankara başqa oyunçulardan fərqli olaraq diktaturalara maliyyə yardımlarını, gizli silah tədarüklərini və bölücü siyasəti dəstəkləmir. Bu baxımdan Türkiyə regionda iştirak edən və özlərini Afrikanın himayədarı elan edən dövlətlərlə müqayisədə daha böyük hörmət qazanır. Bu vəziyyət Afrikada Türkiyənin iqtisadi potensialına böyük faydalar gətirir. Türkiyə Afrika qitəsində dinamik xarici siyasətini və tətbiq etdiyi çoxölçülü alətləri Fransanın sıxışdırılması prosesinə töhfə kimi inkişaf etdirəcək. Bu mənada Türkiyə Fransanın rəqibləri ilə əməkdaşlıq formatı qurmaqla Afrikada öz izlərini getdikcə genişləndirəcək. Rəcəb Tayyib Ərdoğanın çıxışındakı “Fransa akkordu” Türkiyənin dövlət siyasətinin perspektivləri üçün yol xəritəsi olacaq. Aqşin Kərimov, Siyasi şərhçi - DİA.AZ


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Dünən, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Dünən, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Dünən, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Dünən, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Dünən, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Dünən, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Dünən, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Dünən, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Dünən, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Dünən, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Dünən, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Dünən, 04:03 |
|
|
|
|