Ərdoğanın qurduğu sistemi Kılınçdaroğlu DAĞIDA BİLƏCƏKMİ? - AKTUAL
Tarix: 9-03-2023, 15:41 | Çap et
 Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsil olunduğu “Cümhur İttifaqı” hələ ötən il prezidentliyə yenidən Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürsə də, müxalifət düşərgəsi uzun müddət idi ki, vahid namizəd məsələsində razılığa gələ bilmirdi. Nəhayət, ölkənin aparıcı 6 müxalifət partiyasını birləşdirən “Millət İttifaqı” öz namizədini elan edib - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Klıçdaroğlu.
İYİ partiyasının sədri Meral Akşenər Kılıcdaroğlunun vahid namizəd elan olunmasından sonra “Altılı Masa”nı tərk etsə də, sonradan geri qayıdıb. Onun bu addımı atmasına səbəb isə irəli sürdüyü təklifin qismən təmin olunmasıdır. Razılaşmaya görə, Kamal Kılıcdaroğlu prezident seçiləcəyi təqdirdə, prezidentliyə ən şanslı namizəd olduqları iddia edilən Ankara və İstanbul Böyük Şəhər bələdiyələrinin rəhbərləri – Mansur Yavaş və Əkrəm İmamoğlu vitse-prezident vəzifələrinə təyin olunacaqlar.
Türkiyədə, eləcə də Azərbaycanda və yaxın coğrafiyada maraqla izlənilən seçkilər ərəfəsində siyasi mübarizə şiddətlənir. Türkiyə bu seçki sınağından necə çıxacaq? Türkiyə dövlətinin yaxın tarixdə başında kim olacaq – Ərdoğan, yoxsa Kılıcdaroğlu?
DİA.AZ bildirir ki, AYNA mövzunu ekspertlərlə müzakirə edib.
“Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlının fikrincə, Türkiyədə keçiriləcək seçkilər Türkiyə-Azərbaycan münasibətlərinə heç bir təsir göstərməyəcək: “Türkiyənin qəbul edilmiş dövlət ənənələri və siyasəti mövcuddur. Qardaş ölkədə Azərbaycan mövzusuna çox həssas yanaşırlar. Bu mənada kimin iqtidara gəlməsinin Türkiyənin Azərbaycala münasibətləriə hər hansı təsiri olmayacaq. Kamal Kılıcdaroğlu, Meral Aşenər Azərbaycan məsələsində həssasdırlar. Digər müxalifət təmsilçiləri oxşar mövqe nümayiş etdirirlər. Ərdoğan və komandasının isə Azərbaycana münasibəti məlumdur. Cənab Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla dostluq münasibətləri mövcuddur. Ərdoğanın Azərbaycanla bağlı mövqeyi danılmaz faktdır”.
“Hesab edirəm ki, Türkiyədə baş verən zəlzələ faciəsi seçkilərin nəticələrinə təsirsiz ötüşməyəcək. Qardaş ölkədə yaşanan iqtisadi böhran və sosial problemlər də hakimiyyətin şanslarını zəiflədən amillərdəndir. Bütün hallarda seçkilər gərgin rəqabət şəraitində baş tutacaq”, - deyə həmsöhbətimiz bildirib.
Rüstəmxanlı hesab edir ki, Ərdoğanın qalib gəlmək şansı daha yüksəkdir: “Hesab edirəm ki, prezidentliyə iddia edən namizədlərin içərisində ən şanslı namizəd Rəcəb Tayyib Ərdoğandır. Onun zəngiz siyasi təcrübəsi var. Türkiyə əhalisi onu sevir və dəstəkləyir. Xalqın içərisindən çıxmış bir liderdir. Eyni zamanda xarizmatik bir liderdir. Məhz onun uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün Türkiyə dünyada nüfuzlu ölkələrdən və diplomatik oyunçulardan birinə çevrilib. Təbii ki, Türkiyədə keçiriləcək seçkilər qardaş Azərbaycanda da maraqla izlənilir. İnanırıq ki, bu seçkilər Türkiyənin inkişafında yeni mərhələ olacaq. Heç şübhəsiz, son qərarı Türkiyə seçiciləri verəcəklər. Azərbaycan da bu seçimlərə hörmətlə yanaşacaq”.
Politoloq Şahin Cəfərli isə seçkilərdə Kamal Kılıcdaroğlunun şansının daha yüksək olduğu qənaətindədir: “Hətta deyərdim ki, müxalifətin elə birinci turda qalib gəlmək ehtimalı var. Hesab edirəm ki, “Millət İttifaqı”nın iqtidara gəlməsi Türkiyənin siyasi maraqlarına cavab verir. Bunun da öz növbəsində bir çox səbəbləri var. “Altılı masa” elan edib ki, hakimiyyətə gələcəyi təqdirdə bir çox islahatlara gedəcək. İslahatlar paketini də cəmiyyətə təqdim ediblər”.
“Bu sırada parlament sisteminə keçidlə bağlı Konstitusiya dəyişikliklərinin ən qısa müddətə tamamlanması, bu dövr ərzində ittifaqda təmsil olunan partiya liderlərinin vitse-prezident postlarını tutması, Mansur Yavaş və Əkrəm İmamoğlu ilə bağlı da analoji qərarların verilməsi nəzərdə tutulur. Eyni zamanda, büdcə xərclərinin optimallaşdırılması, koalision hökumətin qurulması və digər məqamlar daxildir. Bunlar o deməkdir ki, müxalifətin qalib gələcəyi halda Türkiyədə uzun illərdir mövcud olan birhakimiyyətliliyə son qoyulacaq”, - deyə analitik vurğulayıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Bu gün, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Bu gün, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Bu gün, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Bu gün, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Bu gün, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Bu gün, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Bu gün, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Bu gün, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
|