Azərbaycanlı iş adamları hədəfdə .....                     Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu .....                     "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır .....                     Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... .....                     Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                 

Rusiyadan Azərbaycana göndərilən rublda milyard yarım azalma - NƏ BAŞ VERİR?
Tarix: 29-12-2023, 10:14 | Çap et
Rusiyadan Azərbaycana göndərilən rublda milyard yarım azalma
Qeyri-rəsmi məlumatlara görə, Rusiyada bir neçə milyon azərbaycanlı miqrant yaşayır və əsasən ticarət fəaliyyəti ilə məşğul olurlar. Xüsusən regionlardan olan soydaşlarımız Rusiyada əldə etdikləri gəlirlərdən Azərbaycandakı doğmalarına da göndərirlər. 2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 829 milyon 410 min dollar vəsait göndərilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 1 milyard 437 milyon 926 min dollar azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 2 milyard 267 milyon 336 min dollar vəsait daxil olub. Qeyd edək ki, hesabat dövründə Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul vəsaitləri, ümumi daxilolmaların 64.8 faizini təşkil edib. Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən daxil olan vəsaitlərin həcminin təxminən üç dəfə azalması milyonlarla əyalət sakinini yeganə gəlir mənbəyindən məhrum edir. Regionlarda işsizlik, faktiki olaraq istehsal müəssisələrinin olmaması vəziyyəti daha da çətinləşdirir. Ölkəmizdə elə bölgələr var ki, orada əhalinin əksəriyyəti Rusiyada yaşayan doğmalarının vəsaitləri hesabına dolanır.

Ekspertlərə görə, rublun dəyərdən düşməsi isə vəziyyəti daha da çətinləşdirir. Bu səbəbdən soydaşlarımız Azərbaycanda yaşayan doğmalarına vəsait göndərməkdə çətinlik çəkirlər. Rusiyada pul köçürmələrinə tətbiq olunan qadağalar da situasiyaya təsirsiz ötüşmür. Bütün bu amillər daxil olan vəsaitlərin həcmini əhəmiyyətli surətdə azaldıb. Belə azalma bundan sonra da davam edəcək.

Qeyd edək ki, Rusiyanın internet resurslarından kiçik araşdırma apararaq, “Azərbaycanda bank hesabına necə pul köçürmək olar” sualına cavab tapmağa çalışdıq. Öyrəndik ki, Rusiyanın bəzi kredit təşkilatları Azərbaycanda bank hesablarına köçürmələr edir. Amma bu xidmət hər yerdə mövcud deyil və onun bir sıra məhdudiyyətləri var. Məsələn, “Sberbank” bunu yalnız bir bank filialına şəxsi ərizə ilə təqdim edir. VTB müştərilərinin mobil proqram vasitəsilə Azərbaycana pul göndərmək imkanı var. Lakin bunun üçün onlar manatda hesab açmalıdırlar. Bank həmçinin köçürmə məbləğinin 1%-i, lakin 200 manatdan çox olmamaq şərti ilə komissiya alır. Ayda bir şəxsə 1 milyon rubl ekvivalentində köçürə bilər.

Ödəniş sistemləri vasitəsilə də Azərbaycana pul köçürmək olar. Bildirilir ki, Azərbaycana pul köçürmələri etmək üçün ruslar “Qiwi”, “Garant”, “Contact” və “Zolotaya Korona” ödəniş sistemlərindən istifadə edə bilərlər. "Western Union" və "PayPal" 2022-ci ildən Rusiyada mövcud deyil və "Unistream" Azərbaycan bankları ilə işləmir. Sanksiyalara görə bir çox Rusiya bankı SWIFT beynəlxalq köçürmə sistemindən ayrılıb. Bu baxımdan Azərbaycana bu üsulla köçürmələr yalnız bəzi kredit təşkilatları tərəfindən həyata keçirilir.

Bəs Rusiya poçtu ilə Azərbaycana necə pul göndərmək olar? Rusiya poçtundan Azərbaycana bir dəfəyə 60 min rubla qədər pul göndərə bilərsiniz. Köçürmə məbləğindən asılı olaraq komissiya 1,5 ilə 3% arasında dəyişəcək.

Göründüyü kimi, Rusiyadan pul köçürmək üçün əngəllər var.

Politoloq İlyas Hüseynov dedi ki, pul vəsaitinin ötürülməsində yaranan problem məhz Rusiyaya qarşı qlobal müstəvidə həyata keçirilən iqtisadi-maliyyə sanksiyalarının nəticəsidir: "Məhz bu xüsusda bizim soydaşlarımızın doğmalarına pul göndərmələri Rusiyanın problemidir. Yaxşı olardı ki, Mərkəzi Asiya, Qafqaz respublikaları, postsovet məkanında olan digər respublikalara pul köçürmək istiqamətində müəyyən mexanizmlər formalaşdırılsın. Bizim soydaşlarımız əziyyət çəkir, ailələrinə pul göndərə bilmirlər".

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov da mövzu ilə bağlı bildirdi ki, Rusiyada yaşayıb çalışan vətəndaşlarımızın sayı barədə məlumatlar dəqiq deyil: “Mən uzun illər Rusiyada yaşamışam. Orada yaşadığım müddətdə apardığım müşahidələr əsasında azərbaycanlıların sayının bəzi mənbələrdə bəyan edildiyindən bir neçə dəfə çox olduğu qənaətinə gəlmişəm. Bu insanların arasında elə bir şəxs tapılmaz ki, orada qazandığı pulun bir hissəsini Azərbaycandakı yaxınlarına göndərməsin. Başqa bir məsələ isə bu vəsaitlərin Azərbaycana hansı yollarla göndərilməsidir. Ortada iki yol var: bunlardan biri rəsmi yol, yəni banklar vasitəsilə köçürmələrdi. Digər yol isə qeyri-rəsmi və ya qeyri-leqal yoldur. Rusiyada qeyri-leqal pul göndərişi ilə məşğul olan işbazlar var. Bu üsulla pul göndərmək çox asan və sadədir. Sən Azərbaycana göndərmək istədiyin pulu həmin işbazlara təqdim edirsən və pulu alacaq yaxının barəsində onları məlumatlandırırsan. Sənin Azərbaycandakı yaxının həmin pulu anındaca o işbazların bizim ölkədəki "nümayəndələrindən" alırlar. Rusiyadan Azərbaycana öz yaxınlarına pul göndərən insanların əksəriyyəti bu üsuldan istifadə edirlər. Bu səbəbdən Rusiyada yaşayan azərbaycanlıların sayı qədər də Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcmi də dəqiq deyil. Yəni gerçəkdə bu göndərişlərin həcmi bank köçürmələri əsasında tərtib olunan rəsmi statistikanın verdiyi məlumatlardan bir neçə dəfə çoxdur.

Bu dediklərimiz pul köçürmələrinin texniki tərəfləridir. Məsələnin ikinci tərəfi, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra baş verən proseslərlə bağlıdır. Bu müharibə nəticəsində Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların sayı artıq 20 minə yaxınlaşır. Bu sanksiyaların böyük əksəriyyəti Rusiyanın iqtisadiyyatını iflic halına salmağı hədəfləyib. Artıq həmin sanksiyalar gerçəkdən Qərbin gözləntilərini doğrultmağa başlayıb.

Bütün dünyada olduğu kimi, Rusiyada da iqtisadiyyatın onurğa sütununu kiçik və orta biznes təşkil edir. Azərbaycanlıların da böyük əksəriyyəti bu ölkədə məhz kiçik və orta biznes fəaliyyəti ilə məşğuldurlar. Rusiyadan Azərbaycana pul göndərişlərinin həcminin azalmasına ciddi təsir edən əsas amillərdən biri də Qərbin sanksiyaları nəticəsində rus rublunun dəyərdən düşməsidir. Bütün bu baş verənlərin fonunda Rusiyadan Azərbaycana pul göndərişlərinin həcminin azalması təbiidir".

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru