"Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                 

KTMT üzvünə hücum: təşkilat yardıma gəlmir - Kremlə dost avtoritar rejimlərin qorunması aləti niyə tərpənmir?
Tarix: 24-08-2024, 14:00 | Çap et
KTMT üzvünə hücum: təşkilat yardıma gəlmir
Kursk vilayətində yaranmış vəziyyətlə bağlı bu günə kimi Rusiyadan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) heç bir müraciət daxil olmayıb. Bu barədə KTMT-nin rəsmi saytında yer alan məlumatda bildirilir.

“KTMT-nin qəbul etdiyi prosedura görə, hərbi yardıma ehtiyacı olan birliyə üzv dövlət müraciət etməldir. Bu günə qədər Kurskdakı vəziyyətlə bağlı Rusiya Federasiyasından belə bir müraciət daxil olmayıb region”, - deyə məlunatda qeyd olunur.

KTMT vəziyyətin inkişafını diqqətlə izlədiyini vurğulayıb: “Hərbi münaqişənin KTMT-nin məsuliyyət zonasına keçməsi eskalasiyanın yeni mərhələsidir. Bizim analitik xidmətimiz gecə-gündüz işləyir. Biz vəziyyətin inkişafını diqqətlə izləyirik və təşkilatın nizamnaməsinə uyğun hərəkət edəcəyik. KTMT Katibliyi və Rusiya Federasiyasının müvafiq dövlət qurumları iş rejimində məlumat mübadiləsi aparır”.

Bəs, həqiqətən, niyə bu proses baş vermir? Rusiya niyə birbaşa hərbi müttəfiqlərinə müraciət etmir? Bunu necə izah etmək olar? Axı, KTMT nizamnaməsinə görə, üzv ölkələrdən birinin ərazisinə silahlı basqın başlayarsa, blokun bütün üzvləri öz silahlı qüvvələri ilə döyüşməyə borcludur. Niyə biz bunu Kursk vilayətindəki hadisələr fonunda görmürük?

AYNA mövzunu təşkilata üzv ölkələrinin ekspertləri ilə müzakirə edib.

Belaruslu analitik, jurnalist, demokrat fəal Aleksandr Otroşenkov (Varşava):

“Bilmirəm, Azərbaycanda belə qəbul edirlər, ya yox, amma Belarusda KTMT-nin rolunu üzv ölkələrdə Kremlə dost rejimlərin sabitliyinin təmin edilməsi və onların Rusiya orbitində davam etdirilməsi kimi görürlər. Əslində, bu, ölü bir quruluşdur. Biz görürük ki, o, real problemlərin öhdəsindən gələ bilmir, məsələn, iki üzvünün - Özbəkistan ilə Tacikistanın arasındakı sərhəd münaqişəsini həll edə bilmir. Ermənistan keçmiş liderlərinin KTMT-nin təhlükəsizliyini təmin edə biləcəyi ilə bağlı illüziyalarının əslində çox acı bədəlini ödədi və digər üzvlər də bu nümunədən çox konkret nəticələr çıxardılar.

Təşkilatın gələcəyinə olan həvəsini nümayiş etdirməyə çalışan yeganə şəxs Belarus lideri Aleksandr Lukaşenkodur. Lakin onun seçimi yoxdur, çünki o, Rusiyanın Ukraynaya qarşı təcavüzündə şəriklik ilə həddən artıq çirklənib və 2020-ci il prezident seçkilərindən və ölkədəki kütləvi etirazların yatırılmasından sonra Rusiyanın onun hakimiyyətinə dəstəyi müqabilində həddindən artıq Belarus suverenliyindən imtina edib.

KTMT-yə üzv qalan ölkələrin rəhbərliyi Moskvadan o qədər də asılı deyil, Qərb tipli demokratiyalarla əlaqələri kifayət qədər uğurla inkişaf etdirir və bunun gətirdiyi üstünlüklərdən əl çəkməyə hazır deyil. Ermənistan istisna olmaqla, bu ölkələr çətin ki, yaxın illərdə bu mənasız təşkilatı tərk etmək qərarına gəlsin, çünki Rusiya ilə münasibətləri qaçılmaz şəkildə pozacaq nəsə etmək istəməməsi hissi hələ də üstündür.

KTMT-nin Nizamnaməsində açıq şəkildə deyilmir ki, KTMT üzvlərindən birinə hücum olarsa, münaqişəyə girməlidir. Nizamnamənin 7-ci və 8-ci maddələrində koordinasiya, məsləhətləşmə, birgə tədbirlər və kollektiv müdafiə hüququndan, öhdəlikdən bəhs edilir. Rusiya tərəfinin ustalıqla nümayiş etdirdiyi KTMT-nin təsis sənədində Ermənistanın nəyə görə yardım ala bilməyəcəyini izah edən məqam var: orada münaqişədə tərəf tutmaq, hətta üzvlərdən birinin tərəfində silahlı münaqişəyə girmək öhdəliyindən bəhs edilmir.

İndi vəziyyət Rusiyaya doğru tərsinə çevrilib. Rusiya buna baxmayaraq, KTMT Nizamnaməsinin müddəalarını sərbəst şəkildə şərh etməyə çalışsa və müttəfiqlərindən onun tərəfində hərəkət etməyi tələb etsə, bu, təşkilatın sonu olacaq. Yararsız təşkilatdan KTMT zəhərli təşkilata çevriləcək.

Təşkilat üzvlərinin heç biri Putinin Ukraynaya hücumuna həvəslə yanaşmır, yaxşı bilir ki, Rusiya ilə həmsərhəd olan istənilən ölkə öz gələcəyi və müttəfiq seçimi ilə bağlı müstəqil qərar vermək hüququna malik olduğunu düşünsə, bu cür təcavüzün qurbanına çevrilə bilər. Bu avantürada da iştirak etmək və yaramaz ölkələrin müharibəyə qoşulmaq tələbi, istər-istəməz, həm bu cür hərəkətlərdən, həm də KTMT-dən ayrılmaq əzmini gücləndirəcək. Görünür, Kreml bunu çox gözəl anlayır, ona görə də hələlik belə rəftardan çəkinirlər”.

Qazaxıstanlı politoloq Dimaş Aljanov:

“KTMT ölkələrinin bu müharibədə iştirakı sıfırdır. Hətta Belarus məsələsində belə bir qərar rejimin sağ qalması üçün ciddi risklər daşıya bilər, hələ Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrini demirəm. KTMT qüvvələrinin iştirakı yalnız atəşkəs əldə edildikdən və BMT-nin müvafiq qərarı alındıqdan sonra sülhməramlı missiya kimi mümkündür. Tokayevin bəyanatı məhz bundan ibarət idi və bu məqsədlə KTMT müqaviləsinə düzəlişlər qəbul edildi və genişmiqyaslı işğal ərəfəsində əlaqələndirici dövlət (Rusiya) rolu təqdim edildi.

KTMT-də əvvəldən tərəflərin bərabərliyi yox idi. Bu, Rusiyanın dominantlıq etdiyi təşkilatdır. Təşkilat Rusiyanın hərbi-siyasi təsiri üçün formal çərçivə yaradır və keçmiş Sovet İttifaqının avtoritar rejimlərinə himayədarlıq edir.

Qarabağ müharibəsi göstərdi ki, kollektiv təhlükəsizlik müqaviləsi Rusiya üçün məcburi deyil və iştirakçı ölkələrin hərəkətləri ziddiyyətli və situasiya faydalarına əsaslana bilər. Bu cür davranış ciddi kollektiv təhlükəsizlik müqaviləsi üçün əsas ola bilməz. Bütün bu müddət ərzində Qazaxıstanda etirazların yatırılmasında iştirakı bu təşkilatın diqqət çəkdiyi yeganə şeydir.

İndi getdikcə aydın olur ki, KTMT ciddi beynəlxalq təşkilatdan daha çox uydurma və ya şırmadır. Son illərin iki müharibəsi iştirakçı ölkələrin kollektiv fəaliyyət üçün ümumi istəyinin və KTMT çərçivəsində ciddi hərbi-siyasi əsasın olmadığını üzə çıxardı. KTMT nə hərbi sahədə, nə də siyasi ölçüdə ciddi bir məna kəsb edir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru