Pomidor oğurlamağa getdilər .....                     AZAL turizm gününə özəl endirim kampaniyası elan edir .....                     Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi .....                     “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” .....                     Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır .....                     "Buna ər dayanar?" .....                     O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... .....                     Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir .....                     Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? .....                     Türkiyənin də nüvə silahı olacaq .....                     Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib .....                     Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı .....                     Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı .....                     İranın özbəöz türk Prezidenti... .....                     “Allah kəssin, belə yaxşılığınızı…” .....                     Qalmaqallı qohumları yenidən həbs edildi .....                     Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə .....                     İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     "Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb .....                     `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... .....                     Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb .....                     Bank deyil... əməlli-başlı möcüzədir... .....                     Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? .....                     Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... .....                     Fermerlər məhsullarını Bakıya gətirə bilmir .....                     “Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... .....                     "Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" .....                     Çətin payız: Rusiyanın raket terroru davam edəcək .....                     Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti .....                     2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… .....                     Azərbaycanda Bilik Günüdür .....                     Bakının işğaldan azad edilməsindən 107 il ötür .....                     Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                 

“Lənkəran rayon icra başçısı Taleh Qaraşovun qəbuluna düşmək mümkün deyil...” - Şəhid atası şikayətçidir
Tarix: 24-04-2017, 08:38 | Çap et
“Lənkəran rayon icra başçısı Taleh Qaraşovun qəbuluna düşmək mümkün deyil...”
Aprel döyüşlərində Şəhid olan hərbçilərimizdən biri də gizir Rusif İbrahim oğlu Ağayevdir.

Bu dəfə Şəhid gizirimiz Rusif Ağayevin ailəsi ilə görüşmək üçün Şəhidimizin doğulub boya-başa çatdığı Lənkəran rayon Hirkan qəsəbəsinə yola düşdük. Bizi Şəhid gizirmizin atası İbrahim müəllim, Şəhidimizin qardaşı Rasif və anası Rəsmiyyə xanım qaşıladı.

“Ailədə iki qardaş və bir bacıyıq...”

Rusifin yoxluğu Ağayevlər ailəsini çox sarsıdıb. Şəhidimizin anası Rəsmiyyə xanım Rusiflə bağlı suallarımızı cavablandıra bilmədi. Gözündən axan yaşları gördükdə, özümüz də ananı danışdırıb incitməyi məsləhət bilmədik. Şəhidizimin kiçik qardaşı Rasif dənizçidi. Qardaşının Şəhid olmasından sonra sarsılan Rasif indi çox əziyyət çəkdiyini deyir:

“Rusif mənim böyük qardaşımdı. Rusif 1987-ci ilin aprelin 16-da anadan olub. Ailədə iki qardaş və bir bacıyıq. Rusif evin böyük uşağı idi, ondan sonra bacım Ruhsalə və mən dünyaya gəlmişəm. Rusif sanki dünyaya yaxşılıq eləməyə gəlmişdi. İndi onunla bağlı xatirələr yada düşdükcə, çətinlik çəkirəm”. (Gözləri dolur)

Şəhid gizirimizin atası İbrahim müəllim Rusifin Şəhid olmasından sonra infarkt keçirib. Övlad itkisinin dözülməz olduğunu deyir Şəhid atası:

“Martın 30-da Rusifin evində qonaq olduq...”

“Rusif uşaqlıqdan çox zirəng uşaq idi. İki oğlumun ikisini də idmana qoymuşdum. İdmanın karate növüylə məşğul olurdular. Rusif orta məktəbi bitirdikdən sonra sənədlərini Heydər Əliyev adına Ali Hərbi məktəbə verdi. Amma çox təəsüf ki, qəbul ola bilmədi. 2005-ci ildə Rusif hərbi xidmətə yollandı. Hərbi dəniz qüvvələrində xidmətə başladı. Hərbi xidmtədə könüllü olaraq gizirlik kursuna yazılaraq oxudu. Elə həmin vaxtdan Rusif gizir kimi işləyirdi. Rusif ailəli idi, Zəhra adlı altı yaşında qızı və Əli adında beş yaşlı oğlu var. Martın 30-da Bakıda Rusifin evində qonaq olduq.

“Əyilib alnındakı yarasından öpdüm...”

Aprel döyüşlərində mən bilirdim Rusif də döyüşdədi. Aprelin 5-də axşamüstü Rusif mənə zəng vurub dedi ki, ata, uşaqları sənə tapşırıram. Telefonda əsəbiləşdim. Dedim ki, Rusif bu nə sözdü mənə deyirsən? Hiss edirdim ki, o, qaçır. Dedim ki, Rusif niyə qaçırsan? Dedi ki, ata, ermənilər qaçır, biz də qovuruq. Bunları deyib mənimlə sağollaşdı. Axşam Rusifin hərbçi yoldaşları mənə zəng vurub dedi ki, Rusif Şəhid olub. Aprelin 6-da Rusifin cənazəsini yaşadığımız Hirkan qəsəbəsinə gətirdilər. Məsciddə dedim ki, açın oğlumu görüm. Tabutu açdılar gördüm ki, güllə Rusifin alın nahiyyəsindən və bir də bud nahiyyəsindən dəyib. Əyilib alnındakı yarasından öpdüm. (Gözləri dolur) Sonra Rusifi qəsəbədəki qəbristanlığımızda böyük izdihamla dəfn etdik.

“Səksən dörd gündən sonra dedilər ki, bizlik deyil, get özün düzəltdir...”

Bu gün mən heç kimdən heç nə istəmirəm. Prezidentimiz həmişə icra başçılarına tapşırıq verir ki, Şəhid ailələrinə diqqət yetirin. Onların problemləri ilə maraqlanın. Amma Lənkəranda tam əksinədir. Lənkəran rayon icra hakimiyyəti mənə dedi ki, oğlunun məzar daşını biz qoyacağıq sən toxunma. Səksən dörd gündən sonra dedilər ki, bizlik deyil, get özün düzəltdir. Bunu elə əvvəldən deyərdilər mən edərdim də, niyə biz Şəhid ailələri ilə oyun oynayırlar. Məzar daşının özüm xərcini çəkdim.

“Lənkəran rayon icra başçısı Taleh Qaraşovun qəbuluna düşmək mümkün deyil...”

Lənkəran rayon icra başçısı Taleh Qaraşovun qəbuluna düşmək mümkün deyil. Aprelin 16-da ad günü oldu, heç kim gəlmədi. Qırx mərasimində Lənkəran rayon icra hakimyyətindən heç kim gəlmədi. Ad günündə yalnız Rusifin müəlliməsi tədbir təşkil elədi. Buna görə ona minnətdaram. Başqa rayonlara baxanda bizim Lənkəranda Şəhid ailələrinə diqqət sıfıra bərabərdi. Mənə ən ağır gələn oğlumun məzar daşının gecikdirilməsi oldu.

“Bələdiyyə sədri neçə ildir ki, mənimlə davadadır...”

Bələdiyyə sədri neçə ildir ki, mənimlə davadadır. Yeddi sot torpaq almaq istəyirəm ki, təsərrüfatımı yaradım. Öz yaşadığım evin torpaq sahəsi yoxdu. Bələdiyyə sədri Ələmşah Məmmədov mənə zülüm edir. Neçə vaxtdır ki, o torpağı almağım üçün mənə köməklik göstərmir. Qapımızı döyən ancaq media nümayəndələridir. Gəldiyiniz üçün sizə də minnətdaram. Çox sağ olun ki, gəlib biz Şəhid ailələri ilə maraqlanırsınız”.

Sonda Şəhid gizirimizin ailəsinə baş sağlığı verib oradan Bakıya yola düşürük. Ümidvarıq ki, Şəhid atasının sadaladığı problemlər öz əksini tapacaq. (modrator.az)

“Lənkəran rayon icra başçısı Taleh Qaraşovun qəbuluna düşmək mümkün deyil...”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pomidor oğurlamağa getdilər - Diqqət çəkməmək üçün “166 yükdaşıma”dan istifadə etdilər
Bu gün, 11:11
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir - DİQQƏT...
Bu gün, 11:07
Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
Bu gün, 11:02
“Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52
"Buna ər dayanar?"
Bu gün, 10:46
O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38
Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28
Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24
Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18
Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14
Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05
Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04
İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01
“Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58
Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28
Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19
Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24
“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21
"Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19
Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10
2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru