Zamin durmağına peşman oldu... - Məhkəmə bank əlbirliyi haqda İDDİA
Tarix: 29-07-2017, 11:26 | Çap et
 Hörmətli redaksiya!
Mən, Eyvazov Çingiz Siracəddin oğlu, 2008 -ci ilin dekabr ayında Kapital bankın Göyçay filialında kredit götürən bir vətəndaşa zamin durmuşam. Kreditin məbləği 5000 manatdır. Bank, üstündən beş il keçəndən sonra, 2013-cü ilin ortalarında Göyçay rayon məhkəməsində iddia qaldıraraq, pulun geri qaytarılması barədə tələb irəli sürmüşdür. Məhkəmə həmin işlə əlaqədar Mülki Prosessual Məcəllənin müvafiq maddəsinə əsasən mənə də zamin kimi rəsmi bildiriş göndərməli olduğu halda, bu qayda pozulmuş və mən heç vaxt bildiriş almamışam, Daimi Göyçay rayonunun Qarabaqqal kəndində yaşamağıma və oranı tərk etməməyimə baxmayaraq,poçt təşkilatı mənə bildiriş təqdim etməmişdir. Mən, əgər həmin bildirişi alsaydım, məhkəmədə iştirak edər, zaminliyin müddətinin xeyli ötməsi ilə bağlı vəsatət qaldıraraq, ona xitam verilməsinə nail olardım. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477 -ci maddəsinin 04 -cü bəndində aşkar qeyd edilmişdir ki,zaminlik müqaviləsində onun başa çatması vaxtı müəyyən edilməmişdirsə, əsas borclunun öhdəliyinin vaxtının çatdığı gündən bir il müddətinə pulu verənin,yəni burada Kapitalbankın zaminə iddia qaldırmadığı halda zaminliyə xitam verilməlidir. Mənim halımda, əsas borclunun müqaviləsi 2008-ci ildə bağlanmış, 2009-cu ilin dekabrında isə həmin müqavilənin müddəti bitmişdir. Deməli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477 -ci maddəsinin 04-cü bəndinin tələbinə uyğun olaraq, bankın iddia qaldırmaq müddətinin sonu 2010-cu ilin dekabr ayına təsadüf edir. Halbuki, bank iddianı yalnız 2013-cü ildə qaldırmışdır. Bu da o anlama gəlir ki, zaminlik avtomatik olaraq qüvvəsini itirmişdir, Hörmətli redaksiya! Mən, məhkəmənin olması barədə məlumatı yalnız o zaman bildim ki, 2017 -ci ilin fevral ayında Kapitalbankın mərkəzi ofisindən mənə zəng vurularaq, əmək haqqı kartıma tutma yöməldiləcəyi bildirildi. Dərhal, araşdırma apardım, buna uyğun olaraq da,aidiyyatı üzrə Nəsimi rayon məhkəməsində Kapitalbanka iddia qaldırdım. Əsl "məhkəmə -şou "da burdan başladı. İddia ərizəsinə əsasən 01 may 2017-ci il tarixinə hazırlıq iclası təyin olundu.Mən,işlərimlə bağlı nümayəndə təyin edərək onu iclaslara göndərdim.Hakim Pərviz Hüseynov hazırlıq iclasından sonra, cəmi iki iclas kecirmiş,hər iki iclas cəmi bir -iki dəqiqə çəkmişdir. Son iclası isə 03 iyul tarixinə təyin etmişdi. O,bu iclaslarda faktların çılpaqlığı ilə göz önündə olmasına baxmayaraq, zaminliyə xitam verilməsi barədə qərar qəbul etmək əvəzinə süründürməçilik etmiş, sonda isə elə bir absurd qərardad çıxarmışdır ki, bu, onsuz da, mətbuatda adı yaxşı hallanmayan hakimlik sisteminə çox gülünc bir tarix əlavə etmişdir. Mənim nümayəndəm son iclasın təyin edildiyi 03 iyul tarixində saat 15-50 dəqiqədə məhkəmə zalında olmuş, iclas keçirilmişdir. Möhtərəm Pərviz Hüseynov,qəflətən ona işin baxılmamış saxlanması barədə qərardad çıxaracağını bildirmişdir. İşin baxılmamış saxlanması artıq son iclasda o zaman qəbul oluna bilər ki,iddiaçı tərəf,onun iştirakı olmadan işə baxılmasını xahiş etməsin və iclasa da üzrsüz gəlməsin. Mənə qərardadın rəsmi surəti yetişdikdə şok keçirdim, nümayəndəmin, bəlkə iclasda olmadığı barədə şübhələndiyim anlar da oldu. O, isə məndən bu barədə araşdırma aparmaq üçün Ədliyyə naziri Fikrət Məmmədova müracət etməyimi tələb etdi. Mənə dedi ki, son iclasın keçirildiyi 03 iyul tarixində saat 15-50 dəqiqədə Pərviz Hüseynovun oturduğu zalda başqa vətəndaşların da mülki işlərinə baxılırdı.Həmin tarixdəki sənədlər qaldırılsa,vətəndaşlar mənim zalda olduğumu təsdiq edəcəklər. Hətta, misal da gətirdi. 20-ci sahədə hansısa məktəbin işdən azad olunmuş qadın direktorunun şikayətinə baxıldığını, həmin müəllimənin nümayəndəmə zalda içməyə su verdiyini də bildirdi. Digər misallar da cəkdi və sübutlara hazır olduğunu dedi, Hörmətli redaksiya! Çox xahiş edirəm, bu, hakimlik sisteminin adına qara ləkə kimi yapışan hadisənin müxbir araşdırmasını apararaq, dərc edəsiniz. Qoy hamıya dərs olsun. Hörmətlə :Çingiz Eyvazov. Göyçay rayonu Qarabaqqal kəndi.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Bu gün, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Bu gün, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Bu gün, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Bu gün, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Bu gün, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Bu gün, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
|