“Azəristiliktəchizat” milyonlari necə havaya sovurub? – Yaşar Həsənovun bacısı oğlu, qaynı və…
Tarix: 11-02-2022, 10:00 | Çap et
 Hər il noyabr ayının gəlişi ilə mətbuatın gündəmini zəbt etməyi bacaran qurum kimi tanınan “Azəristiliktəchizat” ASC-nin adı əksər hallarda təəssüf ki, tənqid və şikayətlərlə hallanıb.
Belə ki, şəhərin müxtəlif ərazilərində binalarda yaşanan istilik problemləri ilə bağlı hər il qarşımıza çıxan xəbərlərin sayı-hesabı yoxdur. Bundan əlavə, son illərdə “Azəriqaz”a olan borc səbəbindən “Azəristiliktəchizat”ın binalara istilik verməyi gecikdirməsi də artıq adət halını alıb.
Təbii ki, o qədər də böyük olmayan bir qurumun fəaliyyətində bu qədər çox şikayətlər varsa, deməli idarəetmə səviyyəsində də ciddi boşluqların olması qaçılmazdır.
Və bu halda fərqli adlarla fəaliyyət göstərməsinə rəğmən 2004-cü ildən bəri Bakının istilik sisteminə nəzarət edən qurumlara rəhbərlik edən Yaşar Həsənovun idarəçilik fəaliyyətində nümunə olduğunu söyləyə bilmərik. DİA.AZ xəbər verir ki, Bizim.Media-nın araşdırması nəticəsində, 18 ilə yaxın müddətdə Bakını soyuqdan qorumaqla mükəlləf olan Yaşar Həsənov haqqında bir sıra qalmaqallı nüanslara rast gəldik.
Hal-hazırda Milli Məclisin vitse-spikeri olan Adil Əliyev hələ 2013-cü ildə parlamentdə çıxışı zamanı Yaşar Həsənovla bağlı bu fikirləri səsləndirib:
"2012-ci ildə büdcə layihəsinə ölkə ərazisində istilik sistemi üzrə yaranan zərərin ödənilməsi, istilik sistemi və təchizatı obyektlərinin istismarına və təmirinə 31,6 milyon manat ayrılıb. 2011-ci ildə isə ayrılan vəsait 19 milyon manat olub. 2005-2010-ci illərdə isə istilik sisteminə üst- üstə təxminən 77 milyon manat ayrılıb. Dostlar, bu rəqəmlərlə başınızı ağrıtmaq istəmirəm.
Sadəcə cənab Yaşar Həsənovun nəzərinə çatdırmaq istəyirəm ki, mənim seçicilərimin hələ də istilik məsələsi həll olunmamış qalıb və mən millət vəkili kimi rəsmi müraciətimi bu rəqəmlərin yoxlanması üçün Hesablama Palatasına və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etməyə hazırlaşıram”.
Görünür, Yaşar Həsənovun fəaliyyəti ilə bağlı şübhələr hələ o dönəmdən bəri aktuallaşıb. Lakin məlumdur ki, Adil Əliyevin hələ 2012-ci ildə Milli Məclisin tribunasından səsləndirdiyi problemlər, nəinki həllini tapıb, əksinə, daha da artıb.
Üstəlik bu müddət ərzində Yaşar Həsənovun paytaxtın istilik sistemində təmir və tikinti işlərini qaynı və bacısı oğlunun nəzarətinə verdiyi haqqında məlumatlar da yerli mediada öz əksini tapıb.
Y. Həsənovla bağlı digər qalmaqallı informasiya isə, “Azəristiliktəchizat”ın rəhbərinin özünü ABŞ-ın sabiq prezidenti Corc Buşla müqayisə etməsi olub.
Belə ki, bir neçə il öncə adını qeyd etmək istəməyən qurum əməkdaşı mətbuata bildirib ki, bir dəfə sədrdən iclaslara telefonla qatılmasının səbəbini soruşublar:
"Sədr isə cavabında dedi ki, bəs siz kinolara baxmırsınız? Corc Buş da iclaslara telefonla qatılır”.
Yaşar Həsənovun dövründə “Azəristiliktəchizat”ın adı dəyəri milyonlarla ölçülən şübhəli tender qalmaqallarında da hallanıb. Yaşar Həsənovun qarışdığı iddia olunan bir digər hadisə isə, Bakı şəhərində bir sıra istilik boru xətlərinin yerinin dəyişdirilməsi ilə bağlıdır. Belə ki, bir sıra şirkətlərin tikinti işlərin aparan zaman Yaşar Həsənovun razılığını alaraq binalara gedən istilik xətlərinin yerini dəyişdirdikləri iddia olunur.
Bundan əlavə, 2016-cı ildə ölkə mətbuatında dərc olunan məqalələrdə Yaşar Həsənovun oğluna son model “Range Rover” alması da gündəmə gəlib.
Qeyd edək ki, Yaşar Həsənov Prezidentin 7 fevral tarixli sərəncamı ilə “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsindən azad olunub. Yaşar Həsənovun səlahiyyətləri müavini İlham Mirzəliyevə həvalə edilib.
Sadalananları nəzərə alaraq, Adil Əliyevin 2013-ci ildə qeyd etdiyi qurumların növbəti araşdırma hədəfinin yaxın vaxtlarda Yaşar Həsənov ola biləcəyini də ehtimal edə bilərik.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23 |
|
|
|
| • Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21 |
|
|
|
| • Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17 |
|
|
|
| • "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06 |
|
|
|
| • "Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02 |
|
|
|
| • “Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01 |
|
|
|
| • "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58 |
|
|
|
| • Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47 |
|
|
|
| • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46 |
|
|
|
| • İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44 |
|
|
|
| • "Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29 |
|
|
|
| • Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25 |
|
|
|
| • Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23 |
|
|
|
| • Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19 |
|
|
|
| • MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12 |
|
|
|
| • Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08 |
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13 |
|
|
|
|