“Kapital Bank” özünü vəziyyətdən necə çıxarmaq istəyir - "Banın bəyanatı həqiqətə uyğun deyil" - ETİRAZ VAR
Tarix: 7-03-2015, 15:09 | Çap et
 2 mart tarixdə qafqaznews.org saytında Balakən sakini Ziyavəddin Mehdiyevin məktubu əsasında “Kapital Bank”ın rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmalıdır..?” başlıqlı məqalə dərc olunmuşdu. Balakən sakini yazırdı ki: “ 2010-cu ildə “Kapital Bank” ASC -nin Balakən filialına 40 min dollar pul qoydum. Aylıq faizləri götürmürdüm ki, qoy bank hesabımda yığılsın. 2014-cü ilin sentyabrında Balakən filialının direktoru Ruqiyyə Məmmədova və kassirlər Şəhmir Qurbanov, Səkinə Əmciyeva məni ofislərinə dəvət elədilər. Direktor və kassirlər xahiş elədilər ki, mənim hesabımdakı pulu onlara verim. Ruqiyyə Məmmədova dedi ki, bir aydan sonra pulunu qaytaracam. Onda mənim direktorla və kassirlərlə münasibətim əla idi, ona görə onlara inandım. Ruqiyyə Məmmədova mənə bildirdi ki, sənin hesabında 56 min dollar pul yığılıb. Mən etiraz elədim və bildirdim ki, mənim hesabımda 70 min dollar olmalıdır. Onda Ruqiyyə Məmmədova mənə dedi ki, narahat olma, bir aydan sonra sənin hesabında 70 min dollar olacaq. Mən razılaşdım”.
fggBir aydan sonra Mehdiyev filialın direktorundan soruşanda ki, pulu mənim bank hesabıma köçürüdünüzmü, direktor bildirib ki: “ Yox. Amma narahat olma, biz pulu qaytaracağıq. Ancaq hələlik kassir Şəhmirin evini sənə girov kimi veririk”. Təkliflə razılaşmayan Ziyavəddin Mehdiyev “Kapital Bank”ASC -nin Mərkəzi ofisinə şikayət edib: “ Məni Mərkəzi ofisin hüquqşünası Qasımov dəvət elədi və xahiş elədi ki, Ruqiyyə Məmmədovanın hərəkətləri ilə bağlı prokurorluq orqanlarına şikayət eləmə. Bu bizim imicimizə zərbə olar. Biz sənin pulunu qaytaracağıq”. Ziyavəddin Mehdiyev yenidən aldanır: “ Bundan sonra Ruqiyyə Məmmədovanı öz xahişi ilə işdən çıxardılar. Mənim pulumu isə heç kim qaytarmadı”. Məqalə saytımızda dərc olunadan sonra 4 mart tarixində “Kapital Bank” bəyanatla çıxış edərək, Ziyavəddin Mehdiyevin dediklərinə mübasibət bildirdi. Bankın mətbuat xidmətinin məlumatına görə, Mehdiyev 17 oktyabr 2014-cü ildə “Kapital Bank” ASC -nin saytına şikayət göndərib: “ Şikayəti araşdırmaq üçün 22 oktyabr 2014-cü il tarixdə Mehdiyev Mərkəzi ofisə dəvət edilib və onunla bankın səlahiyyətli nümayəndəsi söhbət edib. Görüş zamanı Mehdiyev bildirib ki, bankdakı pulunu şəxsi münasibətləri zəminində müəyyən vaxt üçün Ruqiyyə Məmmədovaya və kassir Şəhmir Qurbanova verib. Şikayətçi bildirib ki, o, pulunu geri ala bilmədiyi üçün hüquq-mühafizə orqanlarına şikayət eləmək istəyir. Bankın Komplayens Departamentinin araşdırmasından sonra məlum olub ki, Mehdiyev əvvəlcədən razılaşdırılmış vaxtda öz pulunu götürüb. Yəni onunla bank arasında olan müqavilə qüvvəsini itirib, yəni müştəri qarşısında heç bir hüquqi öhdəliyimiz yoxdur. Bank Mehdiyevin öz vəsaitini istənilən şəxsə, o cümlədən bankın əməkdaşlarına verməsinə görə məsuliyyət daşımır. 2014-cü ilin sentyabr-oktyabr aylarında Balakən filialında aparılan yoxlamalar zamanı çatışmazlıqlar ortaya çıxıb. Bununla bağlı filialın rəhbəri Məmmədova və kassir Qurbanov Əmək Məcəlləsinin 70-ci maddəsi ilə ( işçi öz əmək funksiyalarını yerinə yetirmədikdə və ya öhdəliklərini kobud pozduqda ) işdən azad olunublar. Mehdiyevin özünün etiraf elədiyi kimi Baş ofisdə olanda ona məsləhət bilinib ki, hüquq-mühafizə orqanlarına müraciət egyləsin. “Kapital Bank” öz açıqlamasında bəyan edir ki, zəruru sənədləri hüquq-mühafizə orqanlarına təqdim eləməyə hazırdır. Filialın keçmiş direktoru Ruqiyyə Məmmədova qafqaznews.org-a açıqlamasında “Kapital Bank”ASC -nin dediklərini təkzib elədi: “ Mən öz xahişimlə işdən azad olunmuşam”. Onu da qeyd edək ki, bankın açıqlamasında Mərkəzi ofisdə görüş zamanı Mehdiyevə hüquq-mühafizə orqanlarına müraciət etmək məsləhət görüldüyü qeyd olunsa da, o, qafqaznews.org-a bildirib ki, bankın hüquqşünası Qasımov məndən xahiş etdi ki, prokurorluq orqanlarına şikayət etmə, bu bankın imicinə böyük zərbə olar.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20 |
|
|
|
| • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14 |
|
|
|
| • “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10 |
|
|
|
| • Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03 |
|
|
|
| • Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
| • 200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51 |
|
|
|
| • Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49 |
|
|
|
| • “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38 |
|
|
|
| • “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37 |
|
|
|
| • Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35 |
|
|
|
| • Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30 |
|
|
|
| • Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23 |
|
|
|
| • Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21 |
|
|
|
| • MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15 |
|
|
|
| • "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14 |
|
|
|
| • Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08 |
|
|
|
| • Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04 |
|
|
|
| • Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58 |
|
|
|
| • Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52 |
|
|
|
| • Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49 |
|
|
|
| • Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43 |
|
|
|
| • Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39 |
|
|
|
|