FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                 

"Mənim dediklərimin hamısı həqiqətdir və tarix buna şahiddir"
Tarix: 22-10-2016, 08:52 | Çap et
"Mənim dediklərimin hamısı həqiqətdir və tarix buna şahiddir"
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov saxtalaşdırılmış Müstəqillik Aktına imza atması ilə bağlı istiqlalçı deputat, professor Hacıbaba Əzimovun səsləndirdiyi ittihamlara cavab verib.

A.Mütəllibov deyib ki, Hacıbaba Əzimov incik düşən şəxs olduğu üçün bu cür fikirlər səsləndirir:

“Bu adamlar indi öz talelərindən inciyiblər. Hacıbaba Əzimovun təmsil etdiyi təşkilat üzvləri indi kənarda qaldığı üçün onlar da öz bildikləri kimi danışırlar. Yəni, onlar öz etirazlarını bu cür nümayiş etdirir. Hələ ötən il ANS TV-də bu məsələ müzakirə olunanda da Hacıbaba Əzimov dedi ki, Konstitusiya Aktını tərtib edənlərdən biri mən olmuşam”.
A.Mütəllibov Hacıbaba Əzimovun ittihamlarının uydurma olduğunu söyləyib:
“Bu fikirlər doğru deyil. Hətta, 1990-cı ildə biz ilk dəfə olaraq alternativ namizədlərin iştirakı ilə parlament seçkiləri keçirdik. Odur ki, Müstəqillik Aktı ilə bağlı biz nəyi saxtalaşdıra bilərdik? Buna heç bir lüzum yox idi. Hacıbaba Əzimov ad çəkmədən iddia edir ki, guya indi Prezident Administrasiyasında yüksək vəzifədə işləyən adam mənə nə isə göndərib, mən də ona imza atmışam və sairə. Heç bilmirəm kimdən və nədən söhbət gedir. Əgər bilsəydim, elə həmin adamın üzünə deyərdim ki, hərəkətlərindən utan, ayıbdır”.

Sabiq prezident Azərbaycanın Müstəqillik Aktını Moskvaya aparan şəxsin akademik, keçmiş dövlət katibi Midhəd Abbasov olduğunu bildirib:

“Mən Müstəqillik Aktının Midhəd Abbasov tərəfindən Moskvaya aparılmasını da sonradan bilmişəm. Bütün bunları deməkdə məqsədim odur ki, o dövrdə biz prinsipiallıq nümayiş etdirib, Azərbaycanın müstəqillik əldə etməsi ilə bağlı sənədi hazırladıq və daha sonra Konstitusiya Aktı qəbul olundu. İndi Hacıbaba Əzimovun dedikləri xırda söhbətlərdir. Əgər ölkə prezidenti olaraq mən Azərbaycanın Müstəqillik Aktının qəbul olunmasına icazə verməsəydim, sənədin qəbulu üçün iradə nümayiş etdirməsəydim, o zaman Müstəqillik Aktı qəbul olunmayacaqdı. İndi də hərə bir söz danışır. Biri deyir ki, Ayaz Mütəllibov istəmirdi ki, Azərbaycan müstəqillik qazansın və sairə. Həmin adamlara demək istəyirəm ki, bir vicdanınız olsun, kişisiniz, əyninizə şalvar geyinmisiz. Bu nə söz-söhbətdir? Əgər mən Azərbaycanın müstəqilliyini istəməsəydim, o zaman heç Ali Sovetin yığıncağı da olmazdı. Bir-iki kəlmə ilə bu məsələnin qarşısını alardım. Ən azı deyərdim ki, tələsməyin, digər respublikaları gözləyək. Yəni, mən Azərbaycanın müstəqilliyinin qazanılmasına qarşı ortaya sərt yumruq qoymamışam. Halbuki, prezident kimi bunu edə bilərdim”.

A.Mütəllibov həmin vaxtı Moskvaya səfər etdiyini xatırladıb:

“Moskvadakı vəziyyəti görüb, ölkəyə qayıdan kimi ilk tapşırığım rəhmətlik Elmira Qafarovaya Azərbaycanın müstəqilliyi istiqamətində addım atması ilə bağlı oldu. O zaman Elmira Qafarova Ali Sovetin sədri idi. Ona dedim ki, müvafiq tapşırıqları verin, iş aparın və Azərbaycan müstəqilliyini elan etməlidir. Mənimlə Elmira Qafarova arasında bu dialoq 1991-ci il oktyabrın əvvəlində olub. Azərbaycanın müstəqilliyini elan etməsi üçün müəyyən zaman lazım idi, mütəxəssislər iş aparmalı idi. Elə Hacıbaba Əzimovun özü də bu işləri görənlərdən biri idi. O zaman Azərbaycan Xalq Cəbhəsinin (AXC) nümayəndəsi kimi Hacıbaba Əzimov bu işə təhkim olunmuşdu. Əgər müstəqilliyimizi istəməsəydim, o zaman mənə qarşı müxalifət olan AXC ilə ayrı cür də rəftar edə bilərdim. Ancaq mən AXC-yə etiraz etmədim”.

A.Mütəllibov prezident olduğu dövrdə müxalifətlə əməkdaşlıq etdiyini bildirib:

“Ümumiyyətlə, mən müxalifətlə hesablaşırdım, birgə işlər görürdüm, müxalifəti vacib iclaslara çağırırdım, iclaslarda hər zaman AXC təmsilçiləri mənimlə bir yerdə otururdu. Axı onlar bunları niyə danışmırlar? Amma indi deyilənləri eşidib çox təəssüflənirəm. Kimin kim olduğu ortaya çıxır. Hacıbaba Əzimovun bu gün şikayət etməsi və mənə qarşı söylədiyi fikirlər onun yaşına yaraşmaz. O, çox səhv danışır. Əslində, mən onların hər bir ittihamlarına cavab verəndə elə düşünürlər ki, günahkaram və özümə bəraət qazandırmaq istəyirəm. Bu, əsla belə deyil. Mənim dediklərimin hamısı həqiqətdir və tarix buna şahiddir.

Bu gün yenə də deyirəm ki, Azərbaycanın müstəqilliyinin elan edilməsi təkcə mənim deyil, həm də deputatların xidmətləri olub. Mən isə dövlət başçısı kimi Müstəqillik Aktına imza atmışam. Ona görə də burada kimin imzasının güclü, kiminkinin zəif olmasından söhbət getmir. Hamımız bu Akta imza atmışıq. Mənim əsas istəklərimdən biri də Azərbaycan xalqının itkisiz, qansız müstəqillik qazanması olub. O dövrdə mən Türkiyəyə səfərə getmişdim və özümlə bir qrup ziyalıları da aparmışdım. Həmin səfərdə rəhmətlik Bəxtiyar Vahabzadə də yanımda idi. Bəxtiyar Vahabzadə Türkiyədə bizim təmtəraqlı qarşılanmağımızı görüb mənə dedi ki, hər şey çox əladır, ancaq kaş Azərbaycan müstəqillik də qazanaydı. Mən də ona bildirdim ki, bir az səbir elə, inşallah müstəqillik də qazanacağıq. Yəni, bütün planlarım bu istiqamətdə gedirdi. Ona görə də bu gün kimlərsə deyirsə ki, Azərbaycanın müstəqillik qazanması uğrunda gedən mübarizələrdə mən qabaqda, filankəs arxada olub. Hesab edirəm ki, bu cür söhbətlər yersizdir”.

Sabiq prezidenti indi Azərbaycan cəmiyyətini daha da sıx birləşməyə çağırıb:

“Bu təlatümlü dövrdə qarşımıza əngəllər çıxa bilər. Gərək biz öz müstəqilliyimizi göz bəbəyi kimi qoruyaq. Çünki Azərbaycanın dövlət müstəqilliyi tarixi başqa ölkələrə nisbətən cavandır. Bunun üçün də Azərbaycanın dövlət müstəqilliyinin qorunması uğrunda hər birimiz vahid mövqe ortaya qoymalıyıq. Çox təəssüf ki, indi bəzi adamlar müstəqilliyimizi qorumaq əvəzinə, ortalıda dava açıb və deyir ki, Mütəllibov filan işi edib və sairə. Belə ədalətsizlik olar? Adam bu cür söhbətləri eşidəndə utanır”.(Publika.az)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru