FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                 

“Ərşad Salehi bir neçə gün əvvəl danışanda dedi ki, İŞİD qüvvələri evimin 200 metrliyindədir” - deputat
Tarix: 31-10-2016, 07:17 | Çap et
“Ərşad Salehi bir neçə gün əvvəl danışanda dedi ki, İŞİD qüvvələri evimin 200 metrliyindədir”
Bu günlərdə İraq türkmanlarının, əsasən də Mosul, Kərkük, Təlafərdə yaşayan dinc sakinlərin faciəsindən çox danışırıq. Bir tərəfdən İŞİD-in, digər tərəfdən PKK-nın, onun qolları tərəfindən soyqırıma məruz qoyulan türkman əhali üstəlik də koalisiya qüvvələrinin “yanlış” bombardmanlarının qurbanı olur. Türkmən liderlər isə kömək gözləyir, xüsusən də Türkiyə və Azərbaycandan. Deputat, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva ilə budəfəki söhbətimiz ancaq türkmanlarla əlaqədardır.

- Qənirə xanım, öncə aydınlaşdıraq, türkmanlar bizimçün kimdirlər?

- Bəzən İraq türkmanları deyəndə sanki uzaqdakı qohumlar haqqında danışılır. Ancaq onlar bizim soydaşlarımızdır. Düşünün ki, Tovuz, Qazax, Şamaxı, Yardımlıda yaşayanlar bizimçün kimdirsə, Mosul və Kərkükdəki insanlar da eynidir. Qanımız, canımız, dilimiz birdir. Kərkükə gedin, yüzdə doxsan səkkiz faiz ləhcəmiz eynidir. Mən müharibəyə qədər İraqda çox olmuşdum, müharibədən sonra da bir dəfə oldum. Oraları qarış-qarış gəzmişəm. Azərbaycan deyiləndə o insanların reaksiyasını kaş ki, görəydiniz...Yəni türkmanlar Azərbaycanı tanıyırlar, amma geniş mənada yox. Çünki İraq televiziyasında, mətbuatında Azərbaycan mövzusuna geniş yer ayrılmır. Türkmanların özlərinin 1-2 telekanalları yaranıb. “Qardaşlıq” dərgisi, yaxud hansısa saytlar vasitəsilə bəzi məlumatları alırlar. Dərindən bəzi məsələləri bilməsələr də, Azərbaycan haqqında məlumatı olanların sayı çoxdur.

- Görünən budur ki, İraq hökuməti də türkmanların taleyinə biganədir. Siz onları xilas yolunda Azərbaycan-İraq parlamentlərarası dostluq qrupunun üzvləri olaraq hansı təşəbbüsləri göstərə bilərsiniz?

- Biz İraq millət vəkilləri ilə hər dəfə beynəlxalq tədbirlər çərçivəsindəki görüşlərdə İraqdakı soydaşlarımızın məsələsini mütləq danışırıq. Biz də hesab edirik ki, İraq hökuməti daha çox addımlar atmalıdır. İraq türkmanlarını qorumaq üçün o addımlar yetərli deyil. Amma siz İraqdakı vəziyyəti də bilirsiniz. İraq elə ağır durumdadır ki, burada ölkənin hər tərəfinə nəzarət edən hökumət anlayışı yoxdur.

Təəssüf ki, son səfərimdə Kərkükdə ola bilmədim. Amma konfrans çərçivəsində İraq türkmanlarının demək olar ki, bütün siyasi partiyalardakı öndə gələn liderləri, bürokratik aparatdakı üzdə olan insanları, ziyalıları ilə görüşümüz oldu. Məni görüşə dəvət edəndə yarızarafat dedim ki, heç kimlə ayrı-ayrılıqda görüşməyəcəyəm, hamımız bir masanın arxasında oturaq, danışaq.

Dedim çünki İraq türkmanları o qədər ağrı-acılar yaşayıb ki, fərqli partiyalarda olmaq, fərqli düşüncələri daşımaq olar, amma İraq türkmanlarının davasında bir yerdə olub bir masa arxasında oturub danışmaq lazımdır. Sağ olsunlar, hamısı Bağdada gəldilər, birgə müzakirələr apardıq. Məşhur jurnalist Şəmsəddin Kuzəçi var, İraq türkmanlarının öndə gələn isimlərindəndir. Onların Kərküklə bağlı vəqfi də var. Fotomuzu çəkmişdi, demişdi aşağısından belə yazacağam ki, Qənirə xanımın gəlişi ilə son dönəmlərin ən gözəl tablosu alındı.

- Bu səfərin üstündən xeyli keçib və bu gün İraq türkmanlarının vəziyyəti daha acınacaqlaıdır. Dostluq qrupu nə təklif edir, İraqa səfər təşkil oluna bilərmi?

- Əvvəlcə gərək İraq parlamentindən dəvət gəlsin. Məsələn, bizim dəvətimizdən sonra onlar Azərbaycana gəlmişdilər. Gərək parlament dəvət etsin. Çünki burada təhlükəsizlik məsələləri də var. Mən İraqa səfərimdən danışsam, siz dəhşətə gələcəksiniz. Bizi “yaşıl zona”ya gülləkeçirməz maşın apardı. Həm də maşınımızın qabağında da, arxasında da hərbi texnika gedirdi. Bizim qaldığımız otel parlamentin yaxınlığında idi.

Çatandan iki saat sonra dəhşətli partlayış səsi eşitdik. Məlum oldu ki, düz parlamentin qarşısında terror aktı həyata keçirilib və xeyli insan yaralanıb. Yəni təhlükəsizliyi hətta Bağdadda, “yaşıl zona” deyilən təhlükəsiz ərazidə belə təmin etmək çox müşkül məsələdir. Hətta onda mən dedim Museyi Kazımın məzarını ziyarət etmək istəyirəm. Türkman əsilli gənclər və idman naziri səviyyəsində məsələ qaldırıldı. Ancaq mümkün olmadı. Ərşad Salehi danışırdı ki, uşaqlarımız o qədər yorulub, deyirlər biz nə zaman yanımızda mühafizəçilər olmadan harasa gedə biləcəyik? İraq türkmanlarının öndə gələnlərinə nə qədər sui-qəsd olub.

Bu mənada İraq parlamentindən bizə dəvətin gəlməsi çox yaxşı olardı. Amma bildiyimə görə, hələ ki belə dəvət yoxdur. Mən Ərşad Salehiyə də dedim ki, hansısa konfranslar olarsa, biz hər zaman gəlməyə hazırıq. Lakin çox çətindir. Bir jurnalist dostumuz gedib reportaj hazırlamaq istəyirdi. Ancaq Kərkükə girməsində çox ciddi problemlər oldu. İraq Türkman Cəbhəsinin rəhbəri belə onun təhlükəsizliyinə görə çox narahat idi. O deyirdi biz kömək edək, amma bu, tez çıxmalıdır. Yəni vəziyyət çox ağırdır. Sizin heç bir dəqiqə, bir saniyə sonraya belə həyat qarantiyanız yoxdur.

Ərşad Salehi bir neçə gün əvvəl danışanda mənə dedi ki, İŞİD qüvvələri evimin 200 metrliyindədir. Mən hər səfərimdə Türkiyədəki İraq türkmanları ilə bağlı olan bütün dərnək və təşkilatlarla görüşürəm, vaxtaşırı Ərşad Salehi ilə danışıram. Mənim elə bir Türkiyə səfərim yoxdur ki, orada İraq türkmanlarının təmsilçiləri, yaxud Türkiyədədirlərsə, İraq türkmanlarının millət vəkilləri, İraq Türkman Cəbhəsinin liderləri ilə görüşməyim. Mən tək Ankara, İstanbulda deyil, Türkiyənin İraqla həmsərhəd bölgələrində də - Hataydan tutmuş Adıyamana qədər - konfranslara gedərkən ilk istəyim ordakı köçkün türkmanlarla görüşməkdir.

- İraq türkmanları haray salıb bildirir ki, tarixi torpaqlarını birdəfəlik itirə bilərlər. Hətta PKK-nın Telafər və Sancar şəhərləri arasındakı əraziləri ələ keçirib türkmanları oradan çıxarmaq planının olmasından danışılır. Bu fəlakətin qarşısını necə almaq olar?

- Niyə QHT-lərimiz bu istiqamətdə tədbirlər keçirib beynəlxalq təşkilatlara müraciət etməsin? Məsələn, mən Avropa Şurasının sessiyalarında çıxış edəndə mütləq türkmanlarla bağlı məsələləri vurğulayıram. Kərkükdən çox danışırıq. Düzdür, Mosul və Kərkük də çox ağır vəziyyətdədir. Amma çox mühüm, strateji nöqtə olan Təlafər o qədər böyük faciə yaşadı ki. Oradakı insanlarımıza elə bir zülm etdilər ki. Mən Avropa Şurasındakı çıxışımda da bunu demişdim. Hətta ordakı əhaliyə qarşı kimyəvi silahlardan istifadə olunmuşdu. Ən ağır halda olanları Türkiyəyə götürmüşdülər. Biz Təlafərdən çıxan ailələrlə görüşdük, uşaqlar elə dəhşətlər danışırdılar.

- Yəqin, razılaşarsınız ki, artıq dəhşətləri dinləməyin, heyrətlənməyin zamanı keçib, türkmanlar təcili şəkildə dəstək istəyir. Ən çox da Türkiyə və Azərbaycandan...

- Türkiyə əlindən gələni etməyə çalışır. Açıq deyək, o bölgədə türkmanlara dəstək verən tək ölkə Türkiyədir. Amma bizim hamımızın istəyi budur ki, bu dəstək daha böyük olsun. Çünki türkmanların buna ehtiyacı var. Hesab edirlər ki, onların güclənməsi istiqamətində addımlar atılmalıdır. Təbii ki, burada Türkiyə ilə bərabər biz hamımız, digər türk dövlətləri, türk toplumları, xarici ölkələrdəki diaspor təşkilatları da ciddi dəstək verməlidir. Türkiyə, ya Azərbaycan imkanı çatacaq qədər dəstək verməlidir. Amma mən digər türk dövlətlərindən də türkmanlara dəstək gözləyirəm.

Məsələn, Qazaxıstanın, digər türk dövlətlərinin dəstək vermək imkanları bizdən də az deyil. Onlara da çağırış etməliyik ki, bizim ortaq keçmişimiz var. Allah eləməsin, Qazaxıstanla bağlı ağrı-acı yaşansa, biz deyərikmi ki, onlar bir az uzaq qardaşdır? Şəxsən mən belə hesab etmirəm. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanın bir acısı olanda mən ona da Azərbaycanın acısı qədər üzülürəm. Onlar da bizim qardaş-bacılarımızdır.

- Azərbaycanın özü də işğala məruz qalan ölkədir. Ancaq türkmanların öz dövləti saydığı Azərbaycandan istəkləri var. Real yanaşsaq, biz dövlət və toplum olaraq nə edə bilərik?

- Bizdən fərqli olaraq türkman qardaşlarımızın dövləti yoxdur. Bunlar 20-ci əsrdə o qədər faciələr yaşayıblar ki. 20-ci yüzildə o bölgənin xoş günü olmayıb. Ömrü boyu qətliam, zülm görüblər, aydınlarını asıblar, kəsiblər. Bu insanlara nəfəs almaq imkanı verilməyib. Ona görə deyirəm ki, hər kəs gücü çatan qədər kömək etməlidir. Köçkünlərə, ağır vəziyyətdə olan insanlara maddi yardım etmək olar. Diaspor təşkilatlarımız, böyük qurumlarımız mövcud olduqları ölkələrdə türkmanların səsi ola bilər. Beynəlxalq təşkilatların qarşısında mitinqlər keçirə, türkmanların səsini yaymaq üçün müxtəlif aksiyalar düzənləyə, görüşlər təşkil edə, müxtəlif ünvanlara məktublar göndərə bilərlər. Təbii ki, türkmanların Azərbaycan olaraq bizdən gözləntisi çoxdur. Çünki özlərini bizim bir parçamız hesab edirlər.

Özü də Azərbaycana o qədər bağlıdırlar ki. Türkmanlar Azərbaycana “gəlin, bu məsələni bizim yerimizə həll edin” demirlər. Onlar sadəcə, “gücünüz nəyə çatır, onu edin”, deyirlər. Yəni “beynəlxalq təşkilatlarda bizim də səsimiz olun, sözümüzü çatdırın” deyirlər. Təbii ki, maddi dəstəyə də daha çox ehtiyac var. Mən hörmətli Qızıl Aypara Cəmiyyətinin rəhbəri Novruz müəllimlə (Novruz Aslan-E.P.) də danışacağam. Novruz müəllim həmişə belə məsələlərə çox həssas yanaşır. Çox yaxşı olar ki, Qızıl Aypara Cəmiyyətində bir hesab nömrəsi açılsın və kimin ürəyindən keçirsə, türkman bacı-qardaşlarımıza dəstəyini əsirgəmçəsin. Mən əminəm ki, bizim insanlarımız köməyini əsirgəməz.

- Qənirə xanım, siz o bölgəni yaxşı tanıyırsınız. Türkmanların bizə bəlli olmayan daha hansı problemləri, ağrılı yerləri var?

- İraq türkmanlarını parçalamaq üçün kənar qüvvələr ortaya məzhəbçilik oyunu atıb. İraq Türkmən Cəbhəsinin lideri Ərşad Selehinin də bir çağırışı var idi ki, biz İraq türkmənləri hansı məzhəbdə oluruqsa-olaq, hamımız eyni millətin övladlarıyıq, qardaşıq. Bu gün bizim məzhəb üzərindən ayrılıq, uzaqlaşma günümüz deyil, bir-birimizə bağlanma günümüzdür. Ona görə də mən inanıram ki, bizim ordakı soydaşlarımız - bizi də oxuyurlar - İraq türkmanlarının olan gücünü daha da zəiflətmək üçün ortaya atılan bu oyunlara fürsət verməyəcəklər. Bu, çox önəmli məsələdir.

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Mosul bizim tarixi torpağımızdır”, mesajını verdi. Hətta Türkiyə Kərkükün qeydiyyatı barədə faktları masa üzərinə qoydu. Bu mesajların anlamı, arxasındakı məna nədir, sizcə?

- Türkiyə prezidentinin verdiyi mesaj ondan ibarətdir ki, bəzi xarici qüvvələrin o bölgə ilə heç bir bağlılığı olmadığı halda, hamısı oraya toparlanıb gəlib. O bölgənin bu cür ağır vəziyyətə düşməsinin əsas səbəbkarları da elə onlardır. Nə tarixi cəhətdən, nə milli olaraq o bölgə ilə heç bir bağlılığı olmayanlar, gəlib orada hər cür oyunları törədənlər bəzən Türkiyəyə dönüb də “sizin İraqda nə işiniz var” deyərkən Türkiyənin həm prezidenti, həm də yetkililəri haqlı olaraq deyirlər ki, siz bu ərazilərin 90-100 il əvvəlki tarixinə və burada yaşayanların kimliyinə diqqət edin. Baxın və ondan sonra düşünün ki, sizinmi burda olmağa haqqınız var, yoxsa bizim? Bizim haqqımız var.

Çünki orada bizim insanımız əzilir, öldürülür. Həm də o bölgədə yaradılan çeşidli terror təşkilatları bizim ölkəmizə hücumlar edirlər. Ona görə də biz qardaşlarımızı, həm də özümüzü qorumalıyıq. Türkiyə prezidenti mövqeyində tam haqlıdır. Doğru olaraq çox açıq şəkildə deyir ki, oralarda olası adamlar bizik, siz deyil!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru