"Nə üçün mənim cibimdə diplomatik pasport olmasın, kimlərinsə qohumlarının cibində olsun" - Sabir Rüstəmxanlı
Tarix: 22-02-2018, 08:47 | Çap et
 Azərbaycanda indiki və sabiq Milli Məclis deputatlarına, ombudsmana və Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinə, onların ailə üzvlərinə əmək pensiyalarına görə yeniliklər edilir.
Layihələrə görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək 1-ci qrup əlil olmuş, azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olduqda, indiki və sabiq ombudsmana, Milli Məclis deputatlarına, MSK üzvlərinə, o cümlədən onların ailə üzvlərinə qulluq stajı əsasında əmək pensiyasına əlavələr təyin olunur.
“Yeni Müsavat”a danışan sabiq deputat Sabir Rüstəmxanlı durumu ilə bağlı öz narazılığını bildirdi: “25 il deputat oldum, çıxan kimi də diplomatik pasportumu təhvil verdim. Halbuki 25 il deputat olmağım mənim elə ömürlük diplomat olmağıma əsas verir. Fəal bir xalq şairi, partiya sədri, beynəlxalq aləmdə tanınan adam kimi tez-tez müxtəlif ölkələrə görüşlərə gedirəm. Hər halda, bu ölkənin adından səfərlər edirəm. Nə üçün mənim cibimdə diplomatik pasport olmasın, kimlərinsə qohumlarının cibində olsun.
Anlaşılmaz şey deyil ki. Bu məsələlər ölkənin ziyanınadır. Onsuz da üzümə qapılar açıqdır. Yəni məsələ bu deyil. Ancaq prinsipləri əsas götürdükdə bu ölkəyə, vətənə xidmət etmiş insanlarımıza hansı münasibət göstərilir? Gərək bunu Milli Məclis və hakimiyyət nəzərə alsın. Deputatlar hazırda maaşlarının 80 faizini pensiya kimi alırlar. Deputatların maaşları artdıqdan sonra bizim də pensiyanın artıb-azalması barədə məlumatım yoxdur. Çünki ölkədə deyildim”.
İstiqlalçı deputat Firudin Cəlilov da “Yeni Müsavat”a açıqlamasında deputat pensiyası ala bilməməsi ilə bağlı şikayətləndi: “Neçə dəfə məhkəməyə müraciət etsəm də deputat pensiyası ala bilmirəm. Buna maneə yaradılır. Məhkəmənin gedişində hər şey normal olur. Ancaq sonuncu gün haradansa zəng gəlir, vəziyyət dəyişir. Azərbaycanın istiqlalçı deputatları nə üçün deputat pensiyası almalı deyil? Hazırda pensiyam bir evdar qadının aldığı pensiya qədərdir. Eləcə də Hacıbaba Əzimov, Məryəm xanım da daxil olmaqla, üçümüz dəfələrlə məsələni qaldırmışıq. Ancaq heç bir faydası olmayıb. Yeni qanunla da maraqlanmıram. Çünki bilirəm ki, bunun bizə bir faydası yoxdur. Dünyada belədir ki, istiqlalçı deputatlara həddindən artıq böyük güzəşt edilir. Elə ölkə var ki, onların hamısını milli qəhrəman edib. Bəzi ölkələrdə isə istiqlalçı deputatlar ömürlük deputat kimi parlamentdə otura bilərlər. Düzdür, səsvermə hüquqları yoxdur, ancaq dövləti quran insanlar kimi dəyərləndirilirlər. Təbii ki, pensiyaları da ən yuxarı həddədir. Yalnız bizdə vəziyyət bu cürdür. Kimsə hər zaman istiqlalçı deputatların pensiya almasına mane olur. İstiqlalçı deputatların da artıq çoxu dünyasını dəyişib, bəziləri xaricə köçüb. Yəni daha onsuz da 5-6 nəfər qalmışıq. Onların içərisində müəyyən vəzifələrdə işləyib, sonra deputat olanları da var ki, hazırda bu şəxslərin pensiyaları normaldır. Yerdə qalanlar isə dediyim kimi, çox az miqdarda pensiya alırlar. Qanuna görə, sovet dövründə kimsə hansısa vəzifədə işləyirdisə, indi həmin vəzifədə işləyən şəxsin aldığı pensiya ona da verilir. Bu, polis rəisi, hərbiçi, təhlükəsizlik işçisi və digərlərinə də aiddir. Necə olur ki, keçmiş kommunistlərə pensiya verirlər, bu dövləti quran, Müstəqillik aktının altında imzası olanlara pensiya vermirlər. Nəticədə dövlətə, hökumətə qarşı narazılıq yaradır. Mən vaxtilə 5 il deputat maaşı almışam. Əmək kitabçam da orada idi. Ancaq bütün bu sənədlərə rəğmən, hazırda biz deputat maaşından məhrumuq”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10 |
|
|
|
| • Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07 |
|
|
|
| • Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06 |
|
|
|
| • "Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48 |
|
|
|
| • ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18 |
|
|
|
| • Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17 |
|
|
|
| • Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15 |
|
|
|
| • SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13 |
|
|
|
| • Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53 |
|
|
|
| • Günün fotosu: - "Biri bu qapını açsaydı..."
Bu gün, 06:44 |
|
|
|
| • İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... - "İnşallah, 1-2 ilə biz də gedərik..."
Bu gün, 06:35 |
|
|
|
| • "Bu bankdan kredit götürərkən diqqətli olun" - NARAZILIQ VAR...
Bu gün, 06:31 |
|
|
|
| • "Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:19 |
|
|
|
| • Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04 |
|
|
|
| • Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02 |
|
|
|
| • Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46 |
|
|
|
| • Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44 |
|
|
|
| • “Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37 |
|
|
|
| • Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... - AKTUAL
Bu gün, 05:22 |
|
|
|
| • Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş
Bu gün, 05:19 |
|
|
|
| • Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış — Məşhur marka (FOTOLAR)
Bu gün, 05:14 |
|
|
|
| • Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb
Bu gün, 05:08 |
|
|
|
| • İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib - "Fars" agentliyi
Bu gün, 05:05 |
|
|
|
| • Xameneinin müşaviri: - İran ABŞ gəmilərini məhv edə bilər
Dünən, 19:40 |
|
|
|
| • Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Dünən, 19:37 |
|
|
|
| • “Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Dünən, 12:23 |
|
|
|
| • Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Dünən, 12:20 |
|
|
|
| • İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Dünən, 12:16 |
|
|
|
| • Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Dünən, 12:14 |
|
|
|
| • SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Dünən, 10:14 |
|
|
|
| • Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Dünən, 10:12 |
|
|
|
| • Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Dünən, 10:10 |
|
|
|
| • Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Dünən, 10:07 |
|
|
|
| • Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Dünən, 08:44 |
|
|
|
| • 'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Dünən, 08:41 |
|
|
|
| • 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Dünən, 08:28 |
|
|
|
| • SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 08:25 |
|
|
|
| • ""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Dünən, 07:43 |
|
|
|
| • Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Dünən, 07:41 |
|
|
|
| • Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Dünən, 07:39 |
|
|
|
| • Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 07:26 |
|
|
|
| • Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Dünən, 07:24 |
|
|
|
| • Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:05 |
|
|
|
| • “Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Dünən, 07:03 |
|
|
|
| • Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Dünən, 07:01 |
|
|
|
| • "Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Dünən, 06:56 |
|
|
|
| • Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Dünən, 06:48 |
|
|
|
| • Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Dünən, 06:47 |
|
|
|
| • Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? - GƏLİŞMƏ
Dünən, 06:44 |
|
|
|
| • "Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" - deputat
Dünən, 06:43 |
|
|
|
|