Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... .....                     Su var, bəs ədalətli bölgü olacaqmı? .....                     Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir .....                     Anasına 13 bıçaq zərbəsi vuran şəxs: .....                     Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır .....                     Azərbaycanda maaşlar bu qayda ilə veriləcək .....                     "Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" .....                     ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək .....                     Putinin reytinqi düşür, Kreml narahatdır! .....                     Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda .....                     SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR .....                     Məzuniyyət bitsə də, ödəniş verilməyib .....                     Günün fotosu: .....                     İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... .....                     "Bu bankdan kredit götürərkən diqqətli olun" .....                     "Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" .....                     Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib .....                     Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... .....                     Azərbaycanın Avropadakı rolu... .....                     Neft sürətlə ucuzlaşdı .....                     “Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB .....                     Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... .....                     Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş .....                     Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış .....                     Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb .....                     İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib .....                     Xameneinin müşaviri: .....                     Separatçıların ailələri Bakıya gəlmək istəyir .....                     “Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...” .....                     Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar .....                     İran neft hasilatını azaltmağa başlayıb .....                     Xamenei “müdafiə xətti”ni yardı .....                     SEPAH-dan şübhəli anons .....                     Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib .....                     Ukraynanın hücumunun üç əsas elementi: .....                     Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək .....                     Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir .....                     'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... .....                     27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... .....                     SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... .....                 

"Bu istiqamətdə yeganə çətinlik odur ki, zaman kəsimi dardır" - Seçki-2018
Tarix: 1-03-2018, 08:47 | Çap et
"Bu istiqamətdə yeganə çətinlik odur ki, zaman kəsimi dardır"
11 apreldə keçiriləcək növbədənkənar prezident seçkisində iştirak etmək üçün namizədliyi irəli sürülmüş şəxslərin qeydə alınmasına görə lazım olan seçici imzalarının və digər seçki sənədlərinin MSK-ya təqdim edilməsinə ayrılan müddət martın 12-də başa çatacaq. MSK indiyədək 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyünü təsdiqləyib və onlara imza vərəqələri verilib. Həmin şəxslərdən 40 mindən yuxarı imzanı ən tez toplayan hakim Yeni Azərbaycan Partiyası oldu. YAP-ın namizədi MSK tərəfindən fevralın 27-də rəsmən qeydə alınıb. İddiaçılar sırasında daha biri-namizədliyini müstəqil qaydada irəli sürən deputat Zahid Oruc fevralın 28-də imzatoplama kampaniyasını yekunlaşdırıb və imzaları, digər sənədləri MSK-ya təqdim edilib.

Zahid Orucun Seçki Qərargahından “Yeni Müsavat”a verilən xəbərə görə, millət vəkili kimi fəaliyyət göstərdiyi dövrdə Zahid Oruca yaxın olan insanlar, eyni zamanda onun daşıdığı siyasi kursa sadiq adamlar və könüllü şəxslər hesabına 67 dairədən 44624 imza toplanıb, digər sənədlər, yəni gəlir və əmlak deklarasiyası ilə birgə MSK-ya təqdim olunub.

Seçki Qərargahından həmçinin bildiriblər ki, imzalara 5 gün ərzində rəsmi qiymət veriləcək.

Digər iddiaçılar isə hələ ki imzatoplama kampaniyasını davam etdirirlər. AĞ Partiyanın sədri Tural Abbaslının namizədliyi üçün imzatoplama kampaniyası davam edir. T.Abbaslının verdiyi məlumata görə, illərdir seçkilərin nəticələrinin heç nəyi dəyişmədiyini düşünən insanlar təbii ki, bu prosesə çox maraqsız yanaşırlar: “Bir çox vətəndaşlarımız isə ümumiyyətlə, seçkilərə inanmadıqları üçün heç imza belə vermək istəmirlər. Bu da təbii olaraq bizim işimizi daha da çətinləşdirir.

Hələ nəzərə alsaq ki, bu günə qədər seçkilərdə müxtəlif fikirlərə sahib seçicilərə yerli hakimiyyət orqanları tərəfindən bu və ya digər formada təzyiqlər olunub və bunun nəticəsi kimi də bu gün seçicilər özlərini qorumaq üçün imza belə verməkdən çəkinirlər, o zaman işlərin nə qədər əziyyətli olduğunu təsəvvür etmək olar.

Ancaq biz nikbinik. Mən əminəm ki, biz AĞ Partiya olaraq qanunla nəzərdə tutulmuş müddətdə lazımi sayda imzanı toplayıb MSK-ya təhvil verəcəyik. Artıq ondan sonrakı mərhələ bizdən asılı deyil, təəssüf ki. Hər halda, bu mərhələdə bizim kimi yeni partiyanın iştirakını artıq uğur saymaq olar".

Vətəndaş və İnkişaf Partiyasının namizədi Əli Əliyev bildirdi ki, imzatoplama kampaniyası rayonlarda və Bakı ətrafında davam edir: “Düzdür, hazırda yekun haqqında danışmaq olmaz. Proses ayın 25-dən başlayıb. Yəqin ki, bu həftə müəyyən mənzərə olacaq. İmzalar toplandıqca Mərkəzi Qərargaha çatdırılmasına çalışırıq. Digər tərəfdən, hələ yerlərdən məlumat almamışıq. Bu istiqamətdə yeganə çətinlik odur ki, zaman kəsimi dardır”.

ADP-nin namizədi Sərdar Cəlaloğlu isə imzatoplama kampaniyasını cəmi dörd gündür başlayıb: “Bildiyiniz kimi, bir neçə gün bundan öncə sənədlərimi MSK-ya təqdim etdim. Bu baxımdan imzatoplama kampaniyasına az müddətdir başlamışıq. Hələ də kampaniya davam edir. Lakin 40 min imzanı toplamaq həddindən artıq çətindir. Keçən seçkilərə də bilirsiniz, gec qatılmışdıq. Sadəcə, imzatoplama kampaniyasına çox adam cəlb edə bilsək, demək olar ki, çətin olmaz. Haradasa 200 nəfərin bu kampaniyada iştirakını təmin etsək, imzaları təxminən 2-3 günə toplamaq mümkündür. Sadəcə, problem daha çox adamın prosesə cəlb edilməsidir”.

BAXCP-nin namizədi Qüdrət Həsənquliyev üçün imzatoplama kampaniyası da sona yaxınlaşmaqdadır. Bu barədə namizədin seçki qərargahından məlumat verilib.

Azərbaycan Liberal Demokrat Partiyasının namizədi Fuad Əliyev isə bildirib ki, 20 mindən yuxarı imza toplanıb, proses davam edir.

Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev indiyədək topladıqları imzaların 25 minə çatdığını deyib. Kampaniya davam etdirilir.

Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev isə imzatoplama kampaniyasını yekunlaşdırmaq üzrə olduqlarını bildirib.

Cəbhəçilər təşəbbüs qrupunun namizədi Razi Nurullayev məlumat verdi ki, imzatoplama kampaniyası rahat gedir, lakin xalqın imza verməyə növbəyə dayandığını da demək olmaz: “Xalqda inamsızlığın da, stressin də, sevincin də, kədərin də, hətta qorxunun da olduğunu görürük. Əlimizdən gələni edirik ki, imzaları tez bir zamanda toplaya bilək. Daha çox könüllü cəlb etmək üçün çox çalışdıq və məncə, Azərbaycanın siyasi reallığı üçün kifayət qədər də uğurlu seçki qərargahı qura bildik”.

“Bəzi müxalifətçilər qeydiyyata alınacağı halda bütün müxalifətin Sərdar Cəlaloğlunu dəstəkləməsinin məqsədəuyğun olduğunu bəyan etməkdədirlər. Sizdən hansısa mərhələdə belə bir addım gölzənilirmi? Yoxsa Sərdar Cəlaloğlunun və digər müxalifətçilərin Sizi dəstəkləməsini daha məqbul sayırsınız?” suallarına Razi Nurullayev belə cavab verdi: “Bizim müxalifətçilikdə öz davamlı yolumuz var. Ənənəvi müxalifətin 30 illik siyasi mübarizəsi uğursuzluğa düçar olub. Onların siyasi taktika və strategiyaları işləməyib. Biz indi fərqli yol seçmişik. Bu yol ən azından Türkiyə siyasi modelinin oturuşmasına çalışmaq və nail olmaqdır. Siyasətçilər bir-birinə qan düşməni kimi yox, rəqib kimi baxsınlar. Qalib gəldiyimiz halda, cəmiyyətdə bunu tətbiq edəcəyik. Qalib olmasaq belə, siyasi ab-havanı dəyişə biləcəyik və xalqa daha çox xeyrimiz dəyəcək. Xalq görəcək ki, bizim apardığımız siyasət nəticəsində onun səsi daha yaxşı eşidilir və onun ehtiyaclarına daha önəmlə yanaşılır.

Bütün namizədlərə, biz də içində olmaqla uğurlar diləyirəm. Siyasi partiyaların kimi müdafiə edib-etməməsi öz işləridir. Mən əvvəlki illər ərzində çox çalışmışam, hətta hər bir partiya sədrinə məktub da göndərmişəm ki, seçkiyə hazırlaşaq və bir namizəd də müəyyən edək. Cavab olmayıb, hərəkətlilik olmayıb. İndi seçki mərhələsində belə şeyləri müzakirə etmək məsuliyyətsizlikdir. Biz indi imzatoplama mərhələsindəyik və inşallah, seçki davranışımızı da MSK-nın verəcəyi qərardan sonra açıqlayacağıq. Bu məsələdə özünü təkzib də var. Necə yəni seçkini boykot edirəm, amma filan namizədi dəstəkləyirəm. Özlərini gülünc günə qoymasınlar. Sərdar Cəlaloğlu gözəl insandır, dəyərli siyasətçidir, uğurları bol olsun. Ağıllı adamlarıq və bir-birimizə də hörmətimiz var, özümüz də nəyin məqbul olub-olmamasını müzakirə də bilərik".

Bu arada Azərbaycanda vahid seçici siyahısı açıqlanıb. MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var.

Onun sözlərinə görə, 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsinin cari il martın 3-nə qədər başa çatdırılması qərara alınıb.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13
Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53
Günün fotosu: - "Biri bu qapını açsaydı..."
Bu gün, 06:44
İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... - "İnşallah, 1-2 ilə biz də gedərik..."
Bu gün, 06:35
"Bu bankdan kredit götürərkən diqqətli olun" - NARAZILIQ VAR...
Bu gün, 06:31
"Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:19
Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04
Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02
Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46
Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44
“Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37
Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... - AKTUAL
Bu gün, 05:22
Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş
Bu gün, 05:19
Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış — Məşhur marka (FOTOLAR)
Bu gün, 05:14
Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb
Bu gün, 05:08
İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib - "Fars" agentliyi
Bu gün, 05:05
Xameneinin müşaviri: - İran ABŞ gəmilərini məhv edə bilər
Dünən, 19:40
Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Dünən, 19:37
“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Dünən, 12:23
Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Dünən, 12:20
İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Dünən, 12:16
Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Dünən, 12:14
SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Dünən, 10:14
Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Dünən, 10:12
Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Dünən, 10:10
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Dünən, 10:07
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Dünən, 08:44
'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Dünən, 08:41
27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Dünən, 08:28
SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 08:25
""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Dünən, 07:43
Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Dünən, 07:41
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Dünən, 07:39
Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 07:26
Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Dünən, 07:24
Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:05
“Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Dünən, 07:03
Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Dünən, 07:01
"Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Dünən, 06:56
Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Dünən, 06:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru