"Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                     Bakı Slavyan Universitetində binalarının təmirinə .....                     Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Bakıda klassik musiqi konserti .....                     Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: .....                     "Niyə insanların şikayətlərinə baxmırsınız?!" .....                     Türkiyənin vitse-prezidenti İrəvandadır .....                     Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" .....                     ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... .....                     FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı .....                     Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... .....                     ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir .....                     Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: .....                     11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN .....                     “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     Keçmiş nazir və universitet rəhbəri cərimələndi .....                     Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb .....                     “Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? .....                     İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq .....                     Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə .....                     Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... .....                     Su var, bəs ədalətli bölgü olacaqmı? .....                     Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir .....                     Anasına 13 bıçaq zərbəsi vuran şəxs: .....                     Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır .....                     Azərbaycanda maaşlar bu qayda ilə veriləcək .....                     "Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" .....                     ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək .....                     Putinin reytinqi düşür, Kreml narahatdır! .....                     Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda .....                     SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR .....                 

Prezident İlham Əliyevin növbəti 7 il ərzində xalqın dəstəyi ilə fəaliyyətini davam etdirəcəyinə şübhə yoxdur - Ramil Qasımov
Tarix: 23-03-2018, 09:54 | Çap et
Prezident İlham Əliyevin növbəti 7 il ərzində xalqın dəstəyi ilə fəaliyyətini davam etdirəcəyinə şübhə yoxdur
Prezident İlham Əliyevin növbəti 7 il ərzində xalqın dəstəyi ilə fəaliyyətini davam etdirəcəyinə şübhə yoxdur.

Bunu Trend-ə Azərbaycan Televiziyası Mədəniyyət kanalının direktoru Ramil Qasımov deyib.

R.Qasımov bildirib ki, müstəqil Azərbaycanda ictimai həyatın bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənət sahəsində dövlətin qayğısı və diqqəti nəticəsində böyük inkişaf prosesləri gedir: "Mədəniyyət və incəsənətimiz dünyanın müxtəlif ölkələrində təbliğ olunur və çox sevindirici haldır ki, bütün bu işlərin həyata keçirilməsində ən böyük yük məhz Azərbaycan gənclərinin payına düşür. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, gənclərə qayğı və diqqəti əks etdirən gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Dövlətimizin və ölkə rəhbərliyinin gənclər üçün müəyyən etdiyi fərdi təqaüdlər, onların xaricdə təhsil alması üçün yaradılmış imkanlar, eyni zamanda Heydər Əliyev Fondunun gənclər üçün həyata keçirdiyi irimiqyaslı layihələr onların məsuliyyətini daha da artırır. Hər bir gənc kimi, mədəniyyət sahəsində çalışan gənclər olaraq daima bu qayğını öz üzərimizdə hiss edir və göstərilən etimadı doğrultmağa çalışırıq.

İlk növbədə onu qeyd etməliyəm ki, Azərbaycanın dinamik inkişafı ölkəmizin beynəlxalq imicinin yüksəlişinə təkan verən amillərdən biridir. Son illər ərzində həyata keçirilən dövlət proqramlarında reginonların tarazlı inkişafı və onlar arasındakı sosial, iqtisadi, mədəni fərqlərin aradan qaldırılması, əhalinin daimi iş yerləri ilə təmin edilməsi, abadlaşdırma və quruculuq işlərinin aparılması, infrastrukturun yaradılması və yenidən qurulması kimi vacib məsələlər reallaşdırılıb".

O vurğulayıb ki, dövlətimiz tərəfindən həm beynəlxalq, həm də yerli səviyyədə həyata keçirilən uğurlu mədəniyyət siyasətinin və reallaşdırılan mədəni layihələrin nəticələri göz qabağındadır: "Bu tədbirlərin miqyası və hədəf auditdoriyasının rəngarəngliyini nəzərə alsaq, bir neçə istiqaməti müəyyənləşdirmək mümkündür. Bu istiqamətlərdən biri, heç şübhəsiz ki, Azərbaycan həqiqətlərinin yayılmasına, dövlətimizin beynəlxalq imicinin artmasına xidmət edən ölkəmizdə keçirilmiş nüfuzlu beynəlxalq tədbirlərdir. Buraya humanitar, mədəniyyət və digər sahələrdə keçirilən tədbirləri aid etmək olar. İllərdir ənənə halını almış Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı, Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Muğam müsabiqəsi, Masallıda keçirilən Beynəlxalq Folklor Festivalı, Azərbaycanın 2011-ci ildə isə "Eurovision" mahnı müsabiqəsindəki qələbəsi musiqi mədəniyyətimizin daha da inkişafına, Bakıda keçirilən "Eurovision-2012" müsabiqəsi isə bu mədəniyyətin təbliğinə şərait yaradıb. Bu hadisələrin birbaşa canlı yayımla dünyaya və Azərbaycana yayımlanmasında Mədəniyyət kanalı xüsusi rol oynayıb. Mədəniyyət siyasətinin reallaşdırılmasında növbəti bir istiqamət muğam (2008-ci ildə), aşıq sənəti (2009-cu ildə), Novruz bayramı ənənələri (2009-cu ildə), xalçaçılıq sənəti (2010-cu ildə), tar ifaçılıq sənəti (2012-ci ildə), çövkan oyunu (2013-cü ildə), kəlağayı hazırlanması sənəti (2014-cü ildə), Lahıcda misgərlik sənəti (2015-ci ildə), kamança ifaçılıq sənəti (2017-ci ildə) kimi Azərbaycan xalqının mədəniyyət və incəsənət nümunələrinin YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsini vurğulamaq istərdim".

R.Qasımov deyib ki, mədəniyyət siyasətinin reallaşdırılmasında digər bir istiqamət kimi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olan mədəniyyət və incəsənət sahəsində xüsusi istedada malik gənclərin aşkara çıxarılması və yetişdirilməsi, onların dövlət qayğısı və dəstəyi ilə əhatə olunması götürmək olar:

"Sağlam, müasir düşüncə tərzinə malik, yeniliklərə açıq olan, novatorçu və mütərəqqi gəncliyin yetişdirilməsi, xalqımızın sağlam gələcəyinin təmin edilməsi kimi güclü mənəvi prinsiplər bu siyasətin əsas sütunlarıdır. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirməsinə kömək edən Dövlət Proqramı” və bir sıra digər normativ-hüquqi aktlar bu sahənin qanunvericilk bazasının formalaşmasında mühüm rol oynayıb. Heç şübhəsiz ki, mənim də gənc bir ifaçı kimi formalaşmağım bu siyasətin reallaşdırılması çərçivəsində baş verib və bunun məntiqi nəticəsi olaraq dövlətimiz tərəfindən "Əməkdar artist" fəxri adı ilə təltif olunmuşam. Mədəniyyət və incəsəntin digər sahələrində də istedadlı gənclərə fəxri adların verilməsi, onların Prezident təqaüdü və mükafatına layiq görülməsi, adlarının Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılması bu sahəyə dövlətin nə qədər həssaslıqla yanaşmasının sübutudur. Hazırda Azərbaycan Televiziyasının Mədəniyyət kanalının kollektivi olaraq biz də daima hazırladığımız proqramlar və verilişlər vasitəsilə mədəniyyət və incəsənət hadisələrinin işıqlandırılması,dövlət tərəfindən xüsusi qayğı ilə əhatə olunmuş istedadlı gənclərin üzə çıxarılması və təbliği, bütövlükdə isə, Azərbaycan həqiqətlərinin geniş dünya ictimaiyyətinə çatıdırılması işinə əlimizdən gələn töhfələr veməyi əsirgəmirik".

Onun sözlərinə görə, təbii ki, bütün bu sadalanan faktlar praktiki siyasətin nəticələridir və ölkə rəhbərliyi, dövlətimiz bu addımların reallaşdırılmasını planlı surətdə həyata keçirir: "Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin milli musiqimizi dünyanın inkişaf etmiş ölkələrində təbliğ etməsinin məntiqi davamı olaraq, ölkəmizi ziyarət edən dünyanın tanınmış mədəniyyət və incəsənət xadimləri mədəni irsimizin zənginliyini xüsusi vurğulayır və bu irsin ecazkarlığını böyük heyrətlə seyr edirlər. Böyük əminliklə söyləyə bilərəm ki, mədəniyyət və incəsənət xadimləri, müsiqiçilər gələcək fəaliyyətlərində də xalqına xidmət edərək yeni-yeni layihələrə imza atacaq, dövlətimizin adını ucaldacaq.

Sonda onu vurğulamaq istərdim ki, çoxşaxəli və mütərəqqi ictimai-siyasi cizgilərə sahib olan, uzun illərdir dövlətçilik sükanının başında əzmkarlıq və dəyanətlə dayanmış, vətənini və xalqını öz canından çox sevdiyini dəfələrlə vurğulamış və bunun inkaredilməz həqiqət olduğunu öz yorulmaz fəaliyyəti, xalqına xidməti ilə sübut etmiş cənab İlham Əliyevin növbəti 7 il ərzində xalqın dəstəyi ilə bu fəaliyyətini davam etdirəcəyinə şübhəm yoxdur. Cənab Prezidentin də söylədiyi kimi, biz gənclərin də vəzifəsi dövlətin inkişafı və xalqın rifahının yüksəldilməsi kimi müqəddəs vəzifələrin yerinə yetirilməsində yorulmadan fəaliyyət göstərmək, bu işdə prezidentin ətrafında sıx birləşməkdir. Heç şübhəsiz ki, xalqımız növbəti prezdient seçkilərində, seçiminin nə dərəcədə düzgün olduğunu təsdiq edəcək".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54
Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13
Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53
Günün fotosu: - "Biri bu qapını açsaydı..."
Bu gün, 06:44
İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... - "İnşallah, 1-2 ilə biz də gedərik..."
Bu gün, 06:35
"Bu bankdan kredit götürərkən diqqətli olun" - NARAZILIQ VAR...
Bu gün, 06:31
"Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:19
Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04
Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02
Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46
Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44
“Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru