İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? .....                     Kərim Abbasov GİLEYLƏNDİ: .....                     Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR .....                     Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... .....                     Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" .....                     Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir .....                     Ermənistanda 7 İYUN xofu .....                     Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var .....                     Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək .....                     ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                     Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir .....                     Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək .....                     Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb .....                     EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? .....                     Kaya Kallas Azərbaycana səfər edəcək .....                     Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz .....                     Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək .....                     "Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                     Bakı Slavyan Universitetində binalarının təmirinə .....                     Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Bakıda klassik musiqi konserti .....                     Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: .....                     "Niyə insanların şikayətlərinə baxmırsınız?!" .....                     Türkiyənin vitse-prezidenti İrəvandadır .....                     Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" .....                     ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... .....                     FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı .....                     Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... .....                     ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir .....                     Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: .....                     11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN .....                     “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” .....                 

"İlqar Məmmədov nəinki Azərbaycan iqtidarına, mövcud olan partiyaların heç birinə rəqib deyil" - Sərdar Cəlaloğlu
Tarix: 18-04-2018, 08:17 | Çap et
"İlqar Məmmədov nəinki Azərbaycan iqtidarına, mövcud olan partiyaların heç birinə rəqib deyil"
Aprelin 16-da “Yeni Müsavat”ın canlı yayımının qonağı olan ictimai fəal Bəxtiyar Hacıyev hakimiyyətə əsas müxalif rəqib kimi REAL Partiyasının sədri İlqar Məmmədovun adını çəkib. İctimai fəal bildirib ki, Azərbaycan hökumətinin əsas rəqibi hazırda həbsdədir. B.Hacıyev məhz bu səbəbdən vicdan məhbusunun azadlığa buraxılmadığını bildirib. Bəs, digər müxalifət funksionerləri İ.Məmmədovu iqtidara əsas rəqib görürmü?

ADP sədri Sərdar Cəlaloğlu ictimai fəalın fikirləri ilə qətiyyən razı deyil. ADP sədri İ.Məmmədovun ünvanına ağır ittihamlar da səsləndirdi: “Allah qapısını açsın. Məhbus barədə nələrsə demək bəzən çətindir. Amma onu deyə bilərəm ki, İlqar Məmmədov nəinki Azərbaycan iqtidarına, mövcud olan partiyaların heç birinə rəqib deyil. Bir qüvvənin lider, olması üçün öncəliklə həmin qüvvənin liderinin şəxsi keyfiyyətləri, qabiliyyəti olmalıdır. Ardınca da həmin qüvvənin gücü, potensialı gəlir. Onu hamımız yaxşı tanıyırıq. Bir müddət Etibar Məmmədovun yanında oldu. Orada da Əli Əliyev və digər şəxslərlə müqayisədə söz sahibi olmayan, arxa planda olan şəxs olub. AMİP-in özündə belə İlqar Məmmədov tanınmırdı. Bu partiyadan çıxandan sonra Amerika səfirliyində işlədi. Ondan sonra bir QHT yaratdı və orada da Azərbaycana qarşı çox xəyanətkar bir sənədə qol çəkib. Mən, İsa Qəmbər, Əli Kərimli və Pənah Hüseyn Avropa Birliyinin nümayəndələri ilə görüşəndə dedik ki, bu birliyə inteqrasiyamızda əsas hədəflərdən biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmasıdır. Onlar bizə həmin vaxt dedilər ki, siz heç vaxt Avropa Birliyi çərçivəsində Dağlıq Qarabağ məsələsini qaldıra bilməzsiniz. Səbəbini soruşduqda şok yaradacaq bu cavabı verdilər ki, siz bizə sənəd vermisiniz və bir şərtlə Avropa Birliyinə üzvlüyə razısınız ki, heç vaxt Dağlıq Qarabağla bağlı məsələ qaldırmayacaqsınız. Bir-birimizin üzünə baxdıq. Açığı şübhələndim ki, İsa Qəmbər, yaxud Əli Kərimli sənəd imzalayıb.

Belə bir sənədə qol çəkmədiyimizi deyəndən sonra bildirdilər ki, sizin bir birliyiniz var, ora 29 təşkilat daxildir, sədri də İlqar Məmmədovdur, o bizə belə bir sənəd verib. Sonralar İlqar Məmmədovun özü də bunu təsdiqlədi, yəni belə bir sənədə qol çəkdiyini. İqtidara alternativ deyilən İlqar Məmmədov bu qədər irəli gedib. Onun təşkilatının 200-300 nəfər üzvü olar, ya olmaz. Əgər həbsxanada yatmaq iqtidara əsas alternativ olmaq deməkdirsə, İsa Qəmbər, Əli Kərimli, İqbal Ağazadə, Pənah Hüseyn, Arif Hacılı və mən də həbsxana həyatı yaşamışam, hətta elələri var ki, 2-3 dəfə həbsxanaya düşüblər. Onun qətiyyən iqtidara alternativliyi yoxdur. Şəxsi keyfiyyətləri ona ölkənin birinci şəxsi olmağa imkan vermir. Bu gün ölkənin bütün müxalifəti bir yerdə olsa belə, ölkəni idarə etmək üçün hakimiyyətə alternativlik ortaya qoya bilməz. Bu, çılpaq bir gerçəklikdir. Bəxtiyar kimi şəxslərin belə fikirlər səsləndirmələri boş şeylərdir. Onu azad etdirmək üçün belə fikirlər də önə sürə bilərlər. Yəni Avropada bu fikri formalaşdırmaq istəyərlər ki, İlqar hakimiyyətə əsas alternativ görünsün, azadlığını tələb edənlər artsınlar”.

AĞ Partiya başqanı Tural Abbaslı bunları dedi: “Ola bilsin ki, hazırda həbsdə olan İlqar Məmmədov kimin üçünsə lider olsun və ümidlərini ona bağlasınlar. Hətta bəziləri üçün o müxalifətin ən şanslı namizədi kimi də ola bilər. Bunu da təbii qəbul edirəm. Mənim üçünsə İlqar Məmmədov həbsdə olan partiya sədridir. Sözün düzü, digər siyasi fiqurları analiz etmək və bu barədə düşünmək üçün nə vaxtım var, nə də həvəsim. Hər kəs öz işinə baxsa və öz mübarizəsiylə məşğul olsa yaxşı olar. Çox ümid edirəm ki, may ayında böyük bir əfv fərmanı verilər və bu gün həbsdə olan 140-a yaxın siyasi məhbus azad olar. O zaman İlqar Məmmədov, Seymur Həzi, Asif Yusifli və digərləri azadlıqda öz siyasi fəaliyyətlərini bərpa edərlər. Artıq o zaman hər kəsin siyasi çəkisi və bacarığı real şəkildə ortalıqda olacaq”.

AMİP katibi Əli Orucov keçmiş partiyadaşının alternativlik məsələsi barədə bunları düşünür: “Bəxtiyar Hacıyev belə düşünürsə, buna qıcıqla reaksiya verməyi, yaxud da təpki göstərməyi doğru saymıram. Azərbaycan siyasi arenasında hərənin öz yeri və çəkisi var. İlqar Məmmədov da siyasi cəhətdən özünü təsdiq etmiş və müəyyən təcrübə qazanmış siyasilərimizdəndir. Heç kəs İlham Əliyevin əsas rəqibinin kim olduğunu belə əminliklə söyləyə bilməz. Çünki bunu ölçə biləcək ölçü vahidi yoxdur. Demokratik cəmiyyətlərdə hər bir siyasi liderin və siyasi qüvvənin gücünü, potensialını seçkilər müəyyənləşdirir. Azərbaycanda indiyədək ədalətli və demokratik seçkilər keçirilmədiyindən bunu müəyyənləşdirmək mümkün olmur.

Ona görə də yanaşma obyektiv gerçəkliyi deyil, subyektiv mülahizələri əks etdirir. Digər tərəfdən, siyasi liderlərin nüfuzu və gücü hər dövr üçün eyni qalmır. Onun da yüksəlmə və enmə dövrləri olur. Cəmiyyət həmişə dinamik olduğundan yeniliyə, dəyişikliyə daha çox can atır və tələbat da dəyişir. O zaman siyasətçinin gücü və çevikliyi bu dəyişikliyə, tələbata necə cavab verməsindən asılı olur. Bütün bunlar Azərbaycanda olmadığından hakimiyyətin rəqibinin kim olduğu da məchuldur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08
Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54
Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru