Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                     Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı .....                     Koçaryan və Tsarukyan seçilərsə... .....                     Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə .....                     “PashaPay”da yeni təyinat .....                     Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb .....                     İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? .....                     Kərim Abbasov GİLEYLƏNDİ: .....                     Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR .....                     Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... .....                     Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" .....                     Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir .....                     Ermənistanda 7 İYUN xofu .....                     Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var .....                     Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək .....                     ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                     Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir .....                     Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək .....                     Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb .....                     EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? .....                     Kaya Kallas Azərbaycana səfər edəcək .....                     Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz .....                     Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək .....                     "Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                 

"Diasporla iş məsələlərində görüləcək işlər həddindən çoxdur" - deputat
Tarix: 9-05-2018, 08:21 | Çap et
"Diasporla iş məsələlərində görüləcək işlər həddindən çoxdur"
Prezident seçkilərindən sonra rəhbəri dəyişən qurumlardan biri də Diasporla İş üzrə Dövlət Komitəsidir. Xatırladaq ki, yeni sədr Fuad Muradovu kollektivə təqdim edərkən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev komitənin fəaliyyətini kəskin tənqid etdi. Komitənin əvvəlki rəhbərliyinin heç bir iş görmədiyini deyən R.Mehdiyev quruma ayrılan vəsaitlərin təyinatından yayındırıldığını bildirdi. Bu isə yeni rəhbərlikdən gözləntilərin yüksək olduğunu, F.Muradovun üzərinə böyük məsuliyyət götürdüyünü göstərir.

Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı bildirir ki, F.Muradovu Milli Məclisdən tanıyır: “Gənc və istedadlı adamdır, hiss olunur ki, dövlətçilik, idarəçiliklə bir çox məsələlərə yeni təfəkkürlə yanaşır. İnşallah ki, Diaspora Komitəsinin işində bu bacarıqları özünü göstərər. Diasporla iş məsələlərində görüləcək işlər həddindən çoxdur. Uzun illər Dünya Azərbaycanlıları Konqresinə rəhbərlik etmişəm. Bizdə belədir ki, bir çox diaspora təşkilatlarının işini gücləndirmək, onlara yardım etmək əvəzinə, təəssüf ki, bəzən paralel strukturlar, alternativlər yaratmaqla onların işini zəiflətməyə çalışırlar. Müxtəlif bəhanələrlə, guya qonşu dövlətlərin təsiri ilə və sair iddialarla. Bu baxımdan, diaspora təşkilatları ilə əlaqələr gücləndirilmir. Hazırda Avropadakı təşkilatlardan mənə çoxsaylı zənglər gəlir ki, orada 28 May Cümhuriyyətimizin 100 illiyi münasibətilə müxtəlif tədbirlər, yürüşlər təşkil etmək istəyirlər. Onlar Azərbaycanın dövlət atributlarını - milli bayrağımızı, gerbimizi, milli geyimləri özləri əldə edə bilirlər. Amma Cümhuriyyətimiz, onun fəaliyyəti ilə bağlı müxtəlif xarici dillərdə nəşr olunmuş maarifləndirici vəsaitlər, o dövləti quranların portretləri baxımından ciddi çətinlikləri var. Bizdən yardım istəyirlər. Mən bilmirəm Diaspor Komitəsi belə vəsaitləri çap edibmi, əllərində hazır materiallar varmı. Arzu edərdim ki, komitənin yeni sədri bunu nəzərə alsın, Avropadakı təşkilatlarımıza necə, hansı formada yardım etməyin yolunu tapsın”.

Müsahibimiz deyir ki, Diaspor Komitəsi xaricdəki diaspora təşkilatlarına münasibətdə ögey-doğmalıq nümayiş etdirməməlidir: “Təşkilatlara ilk növbədə mənəvi dəstək, yardım lazımdır. Maddi yardım bəlkə də sonuncu yerdədir. Xarici ölkələrdə dövlət adına təşkil olunan tədbirlərdə iştirak edilməlidir. Bura gələn diaspora nümayəndələrini qəbul etmək, dinləmək lazımdır. Xaricdə qurulan dərnəklərə nüfuzlu, işlək adamların rəhbər təyin olunmasına çalışmaq lazımdır, nəinki özününkünün. Çünki bir çox hallarda özününkü heç də nüfuz sahibi, xaricdəki soydaşlarımız arasında sözü keçən şəxs olmur. Bunu nəzərə almaq lazımdır: dərnəklər təbii şəkildə formalaşmalı, rəhbərlərini özləri seçməlidilər, biz də burdan onlara dəstək verməliyik. Bundan əlavə, dərnəklərə, insanlara iqtidara yaxın, müxalifətə yaxın deyə fərq qoyulmamalıdır. Onlar hamısı bizim soydaşlarımızdır. Əksinə, hamını diqqətlə dinləyib nə istədiyini öyrənmək, səbirli yanaşmaq lazımdır. Demirəm ki, düşmənçilik edən, Azərbaycan dövlətini aşağılayan şəxsləri. Bəziləri burada səsi çıxmır, buradan çıxandan sonra qəhrəmana dönür. Ümumiyyətlə, hesab edirəm ki, siyasi fəaliyyətlər dövlətə zərər vurmadan aparılmalıdır. Bu baxımdan, sağlam düşüncəli insanları iqtidar-müxalifət deyə bölmədən onlarla iş qurulmalıdır. İrandan, Türkiyədən gedən çoxlu sayda soydaşımız var ki, Azərbaycanın ən yaxın tarixi barədə məlumatsızdılar. Onların məlumatlandırılmasına ciddi ehtiyac var. Onlar üçün kitablar, məlumat broşürlərinin çap edilməsi lazımdır. Bu, həm də Qarabağ məsələsinə aiddir. Çoxlu dillərdə hazırlanmış əyani materiallar olmalıdır. Düzdür, təhsilli, məlumatlı gənclərimiz var - təhsil üçün gedənlər. Onlar nə danışmağı yaxşı bilirlər. Amma iş, çörək, qazanc dalınca gedənlər də var ki, bir çox hallarda Azərbaycanın müasir tarixi, elə Qarabağ dərdi barədə detallı məlumatlara sahib deyillər. Onlar üçün hazır materiallar olmalıdır ki, lazım gəldikdə istifadə edə bilsinlər”.

Müsahibimiz deyir ki, Diaspor Komitəsi dünya türk diasporu ilə əlaqələri genişləndirməlidir: “Azərbaycan nümunə göstərdi, türk diasporu ilə birgə qurultay keçirdi. Bu birliyi bütün dünya üzrə qurmaq lazımdır. Biz Avropa Konqresinə getdik, orada türk diaspora təşkilatlarından, dərnəklərindən bir nümayəndə belə yox idi. Bu mənada, dünya türk diaspora qurumları ilə əlaqələrin qurulmasına ciddi ehtiyac var. Gördüyunüz kimi, illərdən bəri yığılıb qalan və görülməli olan işlər çoxdur”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08
Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru