“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

Əli Kərimli Elçibəyin yubiley tədbirinə niyə qatılmadı?
Tarix: 25-06-2018, 08:40 | Çap et
Əli Kərimli Elçibəyin yubiley tədbirinə niyə qatılmadı?
Mərhum prezident Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdə hər kəsin diqqəti bir məsələyə yönəldi. Ə.Elçibəyin yaratdığı Azərbaycan Xalq Cəbhəsi Partiyasına rəhbərlik edən Əli Kərimli onun yubileyinin yüksək səviyyədə keçirilməsi üçün yaradılan nə Təşkilat Komitəsində, nə də yubiley törənlərində iştirak etdi.

Doğrudur, onunla bərabər vaxtilə Elçibəyin ən yaxın silahdaşları olan, onun hökumətində təmsil olunan şəxslərdən də bu tədbirlərə qatılmayanlar oldu. Amma bütün diqqətlər Ə.Kərimliyə yönəldi ki, bu da çox normaldır. Çünki bu siyasətçi özünü hər yerdə Elçibəyin varisi kimi qələmə verir, faktiki onun partiyasına rəhbərlik edir, vaxtı ilə mərhum prezidentin ən çox etimad göstərib, partiyada özünə birinci müavin təyin etdiyi şəxsdir.

Hər kəsi bu sual düşündürür, Ə.Kərimlinin Elçibəyə vəfa borcu bu idimi?

AXCP rəhbərinin bu tədbirlərdə iştirak etməməsi ilə bağlı müxalif versiyalar var.

Elçibəyin yubileyi ilə bağlı yaradılan təşkilat komitəsinin üzvlərindən biri olan jurnalist Əvəz Zeynallı “Yeni Müsavat”a açıqlamasında dəfələrlə Ə.Kərimliyə dəvət göndərdiklərini bildirdi: “Elçibəy-80 Təşkilat Komitəsi bu il fevralın 4-də yaradıldı. O komitəyə nə vaxt qatıldığımın bu məsələyə dəxli olmasa da, onu deyə bilərəm ki, həmin komitənin qatıldığım bütün iclaslarında birtərəfli iclas keçirmişik. Əli Kərimlinin adı olub, onu və AXCP-ni israrla orada görmək istəmişik. Hər iclasda müzakirə olub. Əli Kərimlinin partiyasına xüsusi dəvətnamələr göndərilib, bu dəvətnamələr onun köməkçisi Faiq bəyə verilib. Xahiş etmişik ki, onların fikirlərini alaq və bu istiqamətdə hərəkət edək. Təsəvvür edin ki, Əli Kərimli və onun partiyasına israrla hər həftə dəvət göndərmişik.

Amma çox təəssüflər olsun ki, nə onun özü, nə də tərəfdarlarından, hətta Milli Şuradan kimsə iştirak etmədi. Çox hörmətli Milli Şura sədri Cəmil Həsənliyə belə dəvət göndərmişik. Onların nə üçün belə davranmalarına səbəblərin nə olduğu barədə nəsə deyə bilmərəm. Biz istədik ki, Elçibəyin yubiley günü Fəxri Xiyabanda hamı birlikdə olaq. Təəssüf edirəm ki, bu da alınmadı. Azərbaycan siyasətinin çox acınacaqlı bir mənzərəsi var. Bu reallıq belə bir hadisələrlə nəticələnir. Elçibəy-80 yubiley tədbirinə Qüdrət Həsənquliyev, Fərəc Quliyev və Əli Kərimli də gəlməmişdi. Gəlməyən hər bir kəsi nə günahlandırır, nə də ittiham edirik. Hər kəsin özünün işi var. Sadəcə, istədik ki, Elçibəyin yubiley tədbirində hər kəs birlikdə olsun. Əli Kərimlinin nədən gəlmədiyi onun özündən soruşulsa, daha maraqlı olar. Onun nə üçün gəlməməsi barədə hər cür iddia var. Müsavatçıların iddiası var idi ki, niyə Qubad İbadoğlu oradadır. Eləcə də, Qubad bəyin tərəfdarları deyirdi ki, niyə müsavatçılar orada var. Əli Kərimli deyir ki, niyə Qüdrət Həsənquliyev oradadır, eləcə də, əks tərəf Əli Kərimlinin orada olmamasını deyirdi. Düşünürəm ki, bunlar ən çox Elçibəyin böyüklüyünü göstərdi. Ən əks-qütblərdə duran şəxslər belə Elçibəyi qəbul edirlər. Amma maraqlı olan odur ki, bu bayrağın altında o kəslər cəm ola bilmirlər. Nə üçün belə olduğu mənim üçün də çox maraqlıdır. Biz əlimizdən gələni etdik, çox ciddi şəkildə çalışdıq. Bizim heç bir iddiamız burada ola bilməzdi, biz sadəcə, bu işin nökərləri idik. Çox təəssüflər olsun ki, missiya sahibi olanlar öz eqolarını göstərməklə məşğul oldular. Belə gedişlə bu bayrağı çox irəli aparmaq olmaz. Ümidliyik, yeni gənclər, yeni ideyalar meydana çıxacaq. Elçibəyin 80 illik yubileyi ilə bağlı keçirilən tədbir çox şeyləri göstərdi. Beynəlxalq Mətbuat Mərkəzi ağzına qədər dolmuşdu, koridorlarda çoxsaylı insanlar ayaq üstə idilər. Həyət belə dolu idi, BMM-in qarısındakı yolda təsəvvür edin ki, tıxac yaranmışdı. Xalqın özü bu idi. Elçibəy-80 tədbirinə mindən çox adam gəlmişdi. 250 nəfərlik tədbirə bu qədər insan qatılmışdı. Tədbir üç saat davam etdi, bu saatın sonuna qədər heç kim getmədi. Məncə, gəlməyənlərə ən böyük cavab bu idi”.

Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov fevralın 4-də bütün təşkilatlara tanınmış ictimaiyyət nümayəndələrinin müraciətinin olduğunu söylədi: “Hər kəsi birlikdə Təşkilat Komitəsi yaratmağa dəvət etdik. Fevralın 4-də biz bu müraciəti edən zaman ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar verildi. Bu proses aprelin 12-nə qədər aktiv şəkildə getmədi. Aprelin 20-də Təşkilat Komitəsinin yaradılması barədə ilk toplantı keçirildi. Orada iştirak etmək üçün ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatların hər birinə dəvətlər göndərildi. Əli Kərimlinin nədən bu tədbirlərdə iştirak etməməsinə, komitədə təmsil olunmamasına ən doğru cavabı verəcək şəxs onun özüdür. Onlar öz mövqelərinə aydınlıq gətirib, daha doğru şərh verə bilərlər. Məndə bu barədə elə bir məlumat yoxdur. Sadəcə, bildiyim odur ki, yubiley tədbirində hər bir təşkilata, o cümlədən, AXCP-yə dəvət göndərilib. Onların iyunun 24-də Fəxri Xiyabanda planlaşdırdıqları tədbirə bizlər dəvət olunmadıq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru