Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir .....                     "Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" .....                     Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər .....                     “Tramp yolu”nda gömrük xidməti .....                     İsrailin İrana növbəti hücumunun vaxtı bilindi .....                     AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği .....                     Ərdoğan Qətərə səfər edəcək .....                     Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: .....                     Rusiyada ikinci “Borodino döyüşü” .....                     Milli Paralimpiya Komitəsində yeni təyinat olub .....                     Pezeşkian İran xalqından üzr istədi .....                     Süleyman Mikayılov növbəti səyyar görüş keçirib .....                     “Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” .....                     Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi .....                     “Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” .....                     Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? .....                     ABB kartına pul qoyanların DİQQƏTİNƏ! .....                     Dəmir yollarında AVTORİTAR REJİM... .....                     “Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ .....                     Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı .....                     Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi .....                     Paşinyanın “Kinder sürpriz”i .....                     Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü .....                     Masallı səhiyyəsi: Əgər belə davam edərsə... .....                     Praktik sülhün təməli qoyulur .....                     Ağdamda 9 milyon manata evlər tikiləcək .....                     Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... .....                     SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... .....                     “Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” .....                     Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi .....                     Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib .....                     Bakı AŞ PA ilə barışır? .....                     Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? .....                     Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil .....                     UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... .....                     "Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? .....                     Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA .....                     Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? .....                     Ermənistanda absurd savaş xəyalları... .....                 

Bizim üçün Duqinin deyil, Lavrovun fikri önəmlidir
Tarix: 3-07-2018, 08:56 | Çap et
Bizim üçün Duqinin deyil, Lavrovun fikri önəmlidir
Rusiyalı ekspertlərin, deputatların işğaldan azad edilmiş ərazilərimizə gəlmələri, orada azərbaycanlı həmkarları ilə birgə konfrans keçirmələri və ölkəmizin ərazi bütövlüyü ilə bağlı obyektiv yanaşma sərgiləmələri önəmli məsələdir.

Bu sözləri Axar.az-a Rusiyanın deputat və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin Cocuq Mərcanlıya səfərini və Dağlıq Qarabağla bağlı fikirlərini şərh edən analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, buna baxmayaraq, belə tədbirləri, açıqlamaları Rusiyanın rəsmi, yaxud həlledici mövqeyi kimi təqdim etmək yanlışdır:

“Çünki belə məsələlərin ətrafında ajiotajın yaradılması ictimai rəyə mənfi təsir göstərir. Bəzən ifrat dərəcədə artıq təqdim olunan, reallığı əks etdirməyən məsələ insanları ruhdan salır. Təəssüf ki, Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan əraziləri ətrafında baş verən prosesləri bəzi KİV-lər ifrat dərəcədə mübaliğəli, xarici ölkələrin və xarici ölkə liderlərinin bu prosesdəki rolunu maksimal dərəcədə şişirdərək təqdim edirlər. Peşəkarlığı bir kənara qoyuram, Qarabağ məsələsindən reytinq və yaxud hansısa maraqlar naminə istifadə etməyin adı yoxdur. Ağır cümlələr işlətmək istəmirəm, amma əslində belə oyunbazlığın cavabı çox ağır olmalıdır. Belə tədbirlərin keçirilməsi önəmlidir və ictimai rəyə təsir baxımından mühüm əhəmiyyət kəsb edir. Rusiyada Azərbaycanın ədalətli mövqeyini müdafiə edən ekspertlərin, deputatların olması çox vacibdir. Amma qiymətləndirmə də əndazəsində, mübaliğəsiz olmalıdır. Ola bilsin ki, kimlərsə belə tədbirlərdə səsləndirilən fikirləri ifrat dərəcədə şişirtməklə insanları ümidləndirmək istəyirlər. Amma unutmaq lazım deyil ki, reallığa söykənməyən ümid ümidsizliyə və hətta etimadsızlığa, inamsızlığa gətirib çıxara bilər. Bununla yanaşı, digər tərəfi də nəzərə almaq lazımdır. Məsələn, Rusiyadakı hansısa ciddi siyasət adamı bu ölkənin sıradan bir ekspertinin sözündən sevincək olduğumuzu görəndə, problemin real həllindən daha çox “dopinqi” artırmaq barədə düşünür. Mən bir neçə ildir ki, Duqinin Rusiyanın sözçüsü, yaxud Kremlin ideoloqu kimi təqdim olunmasına etiraz edirəm. Duqin maraqlı adamdır, yaxşı PR-çidir, ölkəsinin hətta uğursuz layihələrinə də geosiyasi don geyindirməyi bacarır. Amma biz unuduruq ki, onun mülahizələri subyektiv xarakter daşıyır və ölkəsinin Cənubi Qafqazla bağlı siyasətinə heç cüzi korrektə etmək gücündə də deyil”.

Analitikin fikrincə, bizim üçün Duqin və yaxud Rusiya parlamentinin komitə sədrinin müavinin dediyi sözlərdən daha çox rəsmi Moskvanın mövqeyini ifadə edən Sergey Lavrovun açıqlamaları önəm kəsb edir:

“Lavrov isə bir neçə gün öncə Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin atəşkəsə nail olmaq üçün qəbul olunduğunu bildirmişdi və ölkəsinin də səs verdiyi sənədlərin mahiyyətini açıq-aşkar təhrif etmişdi. Azərbaycana səfər edən rus ekspertlər və deputatlar əgər həqiqətin yanındadırlarsa, bizə xoş gəlmək üçün Azərbaycanda bəyanat vermək əvəzinə, qoy, Rusiyanın kütləvi informasiya vasitələrində Sergey Lavrovun avantürist açıqlamalarına etiraz etsinlər, Dövlət Dumasında Rusiyanın Cənubi Qafqazdakı siyasətinin yanlış olduğunu bildirsinlər. Rusiya telekanallarında siyasi tok-şouları diqqətlə izləyirəm. Hətta Azərbaycanda Kremlin sözçüsü kimi təqdim olunan Duqini həmin verilişlərdə çox nadir hallarda görmək mümkündür. Duqinin ünvanına tərif yağdıranlar onun Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı 2016-cı ildə hazırladığı video müraciətə baxsınlar və nəticə çıxarsınlar. Duqin bu müraciətində Azərbaycanda və Cənubi Qafqazda yaşayan bütün kiçik etnik qruplar haqqında həm də xüsusi hiyləgərliklə danışır, amma bu torpaqlarda çoxsaylı dövlətlər quran türk etnosundan bir kəlmə söz açmır. Duqin AXC-ni ümumiyyətlə yada salmır və Azərbaycanın SSRİ-dən yox, məhz Rusiyadan 1991-ci ildə ayrıldığını iddia edir. Duqin Avrasiya İmperiyasından danışır və Rusiyanı bu imperiyanın varisi hesab edir. Onun qənaətinə görə, bu imperiyadan qopanlar, o cümlədən Azərbaycan müstəqillik əldə etdiyinə görə sevinməməlidir. İndi bu ultra-millətçi boşboğaz nə deyirsə desin, əgər o Azərbaycanın müstəqilliyini həzm edə bilmirsə, dövlətçilik tariximizlə barışmırsa, onun söylədiklərinin heç bir dəyəri yoxdur. Duqinin avrasiyaçılığı rus və türk etnoslarının bərabərhüquqlu birliyi deyil, Rusiyanın timsalında Avrasiya İmperiyasının yaradılmasıdır və Duqinin “imperiya”sında türkləri “böyük rus xalqı”nın kölgəsinə sığınan təbəə kimi görürlər”.

E.Mirzəbəyli bu arada həssas bir məqama da toxunub:

“Rusiya Ermənistanda baş verən proseslərdən narazıdır və təbii ki, yaranmış vəziyyətdən maksimum yararlanmağa cəhd göstərmək lazımdır. Bizim üçün əsas məqsəd Rusiyanın Ermənistandakı vəziyyəti yenidən tam nəzarətə götürmək niyyətinin reallaşması deyil, ərazi bütövlüyümüzün təmin olunması olmalıdır”.

Qeyd edək ki, Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyəti Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransında iştirak edib və Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla, torpaqlarının işğaldan azad edilməsi vacibliyini bildiriblər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir
Bu gün, 12:19
"Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" - ETİRAZ
Bu gün, 12:13
Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11
“Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08
İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03
AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Bu gün, 11:59
Ərdoğan Qətərə səfər edəcək
Bu gün, 11:57
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40
Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35
Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31
Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29
Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR
Bu gün, 11:25
“Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama
Bu gün, 11:19
Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
Bu gün, 11:16
“Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” - Rüstəm Behrudi
Bu gün, 11:11
Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? - "İnsanlar daha çox pul xərcləməyə məcbur edilir"
Bu gün, 11:04
ABB kartına pul qoyanların DİQQƏTİNƏ! – Müştərinin pullarını kartdan belə çəkdilər
Bu gün, 11:02
Dəmir yollarında AVTORİTAR REJİM... - İŞƏ MƏHKƏMƏ QARIŞDI...
Bu gün, 10:52
“Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46
Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32
Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29
Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26
Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20
Praktik sülhün təməli qoyulur - ŞƏRH
Bu gün, 10:14
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 10:12
Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 09:49
SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... - NƏ BAŞ VERİR?
Bu gün, 09:29
“Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi – MƏHKƏMƏ ZALINDAN
Bu gün, 09:07
Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Bu gün, 08:57
Bakı AŞ PA ilə barışır? - TƏDARÜK VAR
Bu gün, 08:54
Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? - GƏLİŞMƏ
Bu gün, 08:08
Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
Bu gün, 08:05
UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... - NARAZILIQ VAR...
Bu gün, 08:03
"Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Bu gün, 07:56
Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
Bu gün, 07:52
Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 07:36
Ermənistanda absurd savaş xəyalları... - NƏ QƏDƏR REALDIR...
Bu gün, 07:27
Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
Bu gün, 07:25
Revanşist ermənilər: nə qədər praqmatikdirlər? - AKTUAL
Bu gün, 07:16
Zəngəzur dəhlizi an məsələsidir... - Görünəni odur ki...
Bu gün, 07:12
Peşə təhsili siyasəti iflas həddində... - BU FAKTDIR...
Bu gün, 07:08
Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? - Teymur Kərimli Nigar Babaxanlını özündən sonra direktor təyin edilməsini istəyir?
Bu gün, 07:02
Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? - İNCƏLƏMƏ
Bu gün, 06:55
Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? - BU NƏDİ BELƏ?
Bu gün, 06:46
"Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" - ÇÜNKİ...
Bu gün, 06:44
ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb - GƏLİŞMƏ
Bu gün, 06:40
Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır – Azərbaycanı nə gözləyir?
Bu gün, 06:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru