“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

Müxalifətdən dövlətə tam dəstək: - “Cinayətdir və...”
Tarix: 12-07-2018, 08:14 | Çap et
Müxalifətdən dövlətə tam dəstək:
İyulun 10-da Gəncədə baş verən və iki yüksək rütbəli polisin öldürülməsi ilə nəticələnən hadisələr ölkə ictimaiyyəti tərəfindən pislənir. Hadisələrə müxalifət partiyalarının rəhbərləri də münasibət bildiriblər.

AXP sədri, sabiq baş nazir Pənah Hüseyn musavat.com-a deyib ki, istənilən halda bu cür aksiya cinayətdir. Bu cür hərəkətlər nə dinə, nə də demokratiyaya xidmət edir. İştirakçıların kimliyindən asılı olmayaraq, aydın görünür ki, bu hadisə xarici və daxili güclərin Azərbaycana qarşı təxribatıdır.

AXP sədri şəhid olan polislərə görə təəssüf hissi keçirdiyini bildirib. Həmçinin qeyd edib ki, bununla yanaşı, günlər öncədən belə bir təxribata hazırlıq getdiyi hər kəsə məlum olduğu halda, nədən onun qarşısının alınmadığı, həmin adamların şəhərin baş meydanına necə keçə bildikləri onda təəccüb yaradır: “Bu detal xüsusi araşdırılmalıdır”.

Müsavat Partiyasının başqanı Arif Hacılı da hadisələr baş verdiyi barədə xəbər yayılandan dərhal sonra bu hadisələri pisləyən açıqlama verib: “İki polis zabitinin qətlə yetirilməsi böyük faciədir və Azərbaycanın maraqlarına dəhşətli zərbədir. Proseslərin zorakı müstəviyə keçməsi Azərbaycan xalqının və dövlətinin ziyanınadır. Bundan ən böyük ziyan çəkən xalq və dövlət olacaq. Bu məsələ ilə bağlı yəqin ki, ciddi araşdırmalar gedəcək və bu araşdırmalardan, dəqiq məlumatlar əldə etdikdən sonra Müsavat Partiyası olaraq konkret münasibət bildirəcəyik. Ancaq indidən demək mümkündür ki, görünür, Azərbaycanda proseslərin sivil, demokartik müstəviyə deyil, zorakılıq müstəvisinə keçməsində maraqlı olan qüvvələr var. Təbii ki, bu məsələlər sürətlə araşdırılacaq”.

Müsavat başqanı deyib ki, bu proseslərin arxasında dayanan ciddi qüvvələr var: “Xüsusilə iki yüksək vəzifəli zabitin öldürülməsi ciddi hadisədir və bundan ciddi nəticə çıxarılmalıdır. Bu cür proseslərin inkişafına yol vermək olmaz. Siyasi qüvvələr də ölkədə konstitusiya və qanunlardan kənar proseslərin getməsinə imkan verməməlidir. Biz də buna çalışacağıq. Amma əsas rol yenə də hakimiyyətin üzərindədir”.

AMİP-in baş katibi Arzuxan Əlizadə isə bildirdi ki, Gəncədə baş verən hadisələrin arxasında dini cərəyanların dayandığına inanmır: “Olayların arxasında dini amili qabartmaqla diqqəti özündən yayındırmağa çalışan daha ciddi qüvvələrin olduğu qənaətindəyəm. Əminəm ki, hüquq-mühafizə orqanlarının araşdırmaları hadisələrin arxasında dayanan əsas oyunçuları meydana çıxaracaq. İstənilən halda öz vəzifə borcunu yerinə yetirən polis zabitlərinin qətlə yetirilməsi dövlətimizin dayaqlarını sarsıtmağa yönəlmiş cəhd kimi qiymətləndirilməlidir. Şəhid olan polislərimizə Allahdan rəhmət diləyir, ailə üzvlərinə və yaxınlarına başınız sağ olsun deyirəm! Bu günlərdə siyasi mövqeyindən asılı olmayaraq hər kəsi hadisələri düzgün qiymətləndirərək obyektiv mövqe bildirməyə və dövlətimizin yanında olmağa çağırıram. Azərbaycan dövlətçiliyini qorumaq hər birimizin şərəfli borcudur”.

KXCP sədri Mirmahmud Mirəlioğlu isə bildirdi ki, Gəncədə həyata keçirilən hadisə cinayətdir və bu cinayəti törədənlər aşağıdan yuxarıya qədər hamısı aşkara çıxarılmalı, cəzalarını çəkməlidirlər: “Bu hadisəyə diqqət etdikdə ortaya çoxlu suallar çıxır. Sanki bir güclü əl bu cür hadisələrin baş verməsini istəyir. Təşkilatçısı dəqiq bəlli olmayan aksiyaya şərait yaradılmamalı idi. İnsanlar o meydana buraxılmamalı idilər. Bu hadisələr bütövlükdə tərəfimizdən pislənilir”.

ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, məmur-vətəndaş münasibətlərində hər hansı bir zorakılığın edilməsi qətiyyətlə pislənməlidir. Bu, həm dövlətimiz, həm cəmiyyətimiz üçün, həm də bu prosesdə iştirak edən insanlar üçün çox ağır nəticələrə gətirib çıxara bilər: “Amma bu gün bizi daha bir məsələ maraqlandırılmalıdır, nəyə görə Gəncədə bu hadisələr baş verdi və nə üçün Elmar Vəliyevin həyatına sui-qəsd olunandan sonra bu hadisələr gücləndi? Yerlərdə məmurların vətəndaşlara qarşı tam özbaşına rəftar eləməsinin qarşısı təcili alınmalıdır. Yerli məmurlar, bir sıra icra başçıları faktiki olaraq dövlətçilik, sabitlik üçün təhlükə mənbəyinə çevriliblər. Yerlərdə insanların hörmət etdiyi məmurlar olanda bu tipli hadisələrin baş verməsi ehtimalı da azalır, baş verəndə isə itkisiz ötüşür. Mən Gəncədə baş verən hadisələri qətiyyətlə pisləsəm də, dövlətçilik tələb edir ki, bu hadisənin yaranmasının səbəbləri də araşdırılsın”.

VİP sədri Əli Əliyev isə qeyd etdi ki, Gəncə hadisələrini iki hissəyə bölmək lazımdır. Hər iki hissənin üzvü bağlılığı vardır. Birinci hissəsi 3 iyul tarixində Gəncə şəhər İcra başçısı Elmar Vəliyevə olan sui-qəsd cəhdi idi. Bu hadisədən sonra baş verənləri Gəncə hadisələrinin ikinci hissəsinə aid etmək lazımdır: “Həmin gündən sosial şəbəkələrdə 10 iyul tarixdə Gəncə şəhərində etirazın olacağı barədə məlumatlar dolaşırdı. Dünən isə Gəncədə heç arzulamadığım hadisə baş verdi. Həm insanların xaotik şəkildə küçələrə çıxması, həm polis zabitlərinin qətli, həm də nümayişə cəhd edənlərin həbsi ziyanımızadır. Qətlə yetirilən polis zabitlərimizin də yaxşılardan olmalarına inanıram. Çünki onların Gəncə sakini olması, camaatla gətirilmiş qüvvələr arasında bufer, maneə olma cəhdləri, itkidən yayınmaq üçün önə çıxmaları müsbət məqsəli olmalarını göstərir. Allah rəhmət eləsin hər ikisinə. Nümayişçilərin də içərisində günahkarlarla yanaşı təsadüfi, günahsız şəxslərin olması qənaətindəyəm.

Təklif edirəm ki, Gəncədə baş vermiş hadisələrin tədqiqi üçün yeni komissiya yaradılsın. Bu komissiyaya rəsmi qurumların nümayəndələri ilə yanaşı ictimai-siyasi sektoru əhatə edən insanlar da dəvət olunsunlar. Özümün də belə komissiyada olmaq üçün namizədliyimi irəli sürür, tərəfsiz fəaliyyət göstərəcəyim öhdəliyimi bildirirəm".

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, son günlər Gəncədə baş verən hadisələr AĞ Partiya olaraq onları narahat edir: “Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə başlayan, iki polis zabitinin qətlə yetirilməsi ilə davam edən gərginlik ictimaiyyətdə də narahatlıq yaradıb. Biz istənilən halda hər cür zorakılığın, şiddətin və qətl hadisəsinin əleyhinəyik. Səbəb nə olursa-olsun şiddət, qarşıdurma çıxış yolu deyil. Belə vəziyyətlərdə hər kəs öz üzərinə düşən məsuliyyəti dərk etməli və hadisələrə bu rakursdan yanaşmalıdır. Azərbaycanı qarışdırmaq, qanunları ayaq altına atmağa çalışanlara isə qanunun dili ilə ən sərt şəkildə davranılmalıdır. Bu proseslər barədə öz cavabını gözləyən xeyli suallar var. Əvvəlcə bu suallara cavablar tapılmalıdır. Mən ümid edirəm ki, hakimiyyət ölkədə sabitliyə və əmin-amanlığa cavabdeh olan bir siyasi qüvvə kimi yanaşaraq ciddi tədbirlər görəcək. Təklif edirəm ki, siyasi-ictimai sektorun bütün tərəflərini əhatə edən geniş tərkibli bir komissiya yaradılsın. Həmin komissiyanın hazırladığı hesabat hadisələrdə məsuliyyəti olan hər kəsi hüquqi məsuliyyətə cəlb etmək üçün əlavə material ola bilər. Mən bir partiya sədri kimi, Gəncə əhalisinə, həm də bütün xalqımıza müraciət edərək daha soyuqqanlı olmağa, heç bir provokasiyaya uymamağa, aralıqda gəzən şayiələrə reaksiya verməməyə çağırıram. Unutmayaq ki, kortəbii və ya düşünülmüş şəkildə təşkil olunmuş qarşıdurmalar dövlətçiliyimizə, sabitliyimizə bərpaolunmaz zərbələr vura bilər”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru