“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

Əli Kərimlinin Avropadakı “dayaq dəstəsi”
Tarix: 11-08-2018, 10:18 | Çap et
Əli Kərimlinin Avropadakı “dayaq dəstəsi”
Siyasət yox, məhz oyununda meydanı özününküləşdirmək istəyən, bu oyunda var olduğu uzun illər ərzində dəfələrlə uğursuz cəhdlərindən peşman olmayan, hər dəfəsində yeni-yeni ssenarilər quran Əli Kərimli növbəti ssenari hazırlayır. Bu dəfə başqa bir dünyada.

Amma bu oyun hər dəfəki kimi sizə, bizə, ölkəyə lazım deyil, heç nəyisə dəyişmək iqtidarında da deyil. Öz düşüncəsilə çoxgedişli kombinasiya planlasa da, əslində heç kimi təəccübləndirəcək də deyil. Çünki adam bacarığını siyasətdə köhnəldikcə hissə-hissə itirib və indi tükənmiş durumdadır. Sadəcə bir azdan özünü “ana-ata” müxalifət adlandıranların cəbhəsində “atəşkəs” pozulanda nəyin baş verdiyi tam aydınlaşacaq.

Əslində bu “atəşkəs”in pozulması üçün səbəb həmişə var - daha çox qazanmaq arzusu, tortdan daha çox pay götürmək cəhdi, “kim daha çox müxalifdir” yarışında özünütəsdiq çabası və s. “Atəşkəs”in pozulmasının mənbəsinə gəlincə isə indiyə qədər çoxları vardı, birini də Əli Kərimli yaradır. Bu dəfə də şəxsi biznesinə çevirdiyi müxalifət adına uyğun hakimiyyətlə mübarizəyə yox, digər qrupa - müxalif adlandırılan cevrəyə qarşı bir plan düzənləyir.

Üstəlik “mübarizə meydanı”nın yeri dəyişilib, “paytaxt” köçürülüb, maraqlar daha Bakıda deyil, Avropada toqquşur. Çünki mübarizənin meydanı daha Azərbaycan yox, Avropadır. Bəlkə də Avropa maliyyə qaynaqlarının bu adamların səslərini eşitməsi baxımından əlverişlidir, yəni məsafə baxımından yaxındır düşüncəsi, qazanmaq imkanı daha çoxdur arzusuyla məkan dəyişilib. Hər halda, Kərimlinin yeni ssenarisində səhnə də, oyunçular da dəyişir. Bu ssenaridən hər kəs özünə qazanc qapısı açacaq yaxşı rol oynamaq ümidindədir.

Bəs Kərimlinin yeni ssenarsi nədir? Məkan Almaniya, aktyorlar mühacir olmaq istəyən bir qrup azərbaycanlı, ssenari müəllifi və rejissoru Əli Kərimli. Təbii ki, iki çətin işi biri arada görən Kərimli həm də “təvazökarlığına” toz qondurmayacaq qədər ehtiyatlıdır, hər şeyi pərdə arxasından həll edəcək, “qoyunu görmüsən, heç...” məsəli kimi.

İndi Azərbaycandan gedən bu bir qrup “mühacir” Almaniyadan deportasiya olunmaq qorxusundanmı, yoxsa statusu daha tez almağın ümidiyləmi bu ssenarinin iştirakçısına çevrilir. Kərimlinin üçüncü şəxslər vasitəsilə qurduğu oyunda əsas rolların ifaçısı kimi status alır və bir anda özlərini “siyasət”in tam ortasında görürlər. O siyasətin ki, Azərbaycanda olduqları zaman heç bir hərfinə belə bələd deyildilər, bələd olanlara da işsiz-gücsüz, bekar adamlar kimi baxıb lağlağı edirdilər. İndi Avropaya daha yaxşı həyat arxasınca gedəndə çıxış yolu kimi “siyasət” sözünün hərflərini saymağa başlayıblar.

Kərimli də bu insanların çarəsizliyindənmi, siyasi savadsızlığındanmı, ümidsizliyindənmi istifadə edərək, özünə yeni bir təşkilat yaratmaq niyyətinə düşüb. Məqsədi də nə hakimiyyətə qarşı mübarizədir, nə də Avropada “dayaq dəstəsi” yaratmaq. Məqsədi özünə Avropadakılardan daha çox pay qoparmaqdır. Bir halda ki, bunu Avropada başqa-başqa təşkilatlar edir, o, niyə etməsin? Bir qrup mühacir statusu almaq istəyəni bir araya toplamaq, bir təşkilat yaradıldığı elanını elə öz dillərindən vermək, Facebook-da bir-iki status yazdırmaq, bərk ayaqda bir “iclas”dan çəkilən fotolar paylaşmaq, br neçə “sərt” status yazmaq, ardınca Avropada oturub Azərbaycanda hakimiyyəti dəyişməyin yollarını öyrətmək üçün “master klas”lara başlamaq. Növbəti mərhələdə bu “master klas”lar bazarına girdikləri üçün digər qrupun (Nəzərə alaq ki, ayrı-ayrı Avropa ölkələrində bu bazar artıq tutulub-müəllif) diqqətini çəkmək, onlara ünvanlanan bir neçə çıxışla bu diqqəti üzərlərində cəmləmək və Kərimlinin əsl mübarizəsinin oyunçusu olmaq. Kərimlinin bu ssenarisindən, yəni “ilanı Seyid Əhməd əli ilə tutmaq” bacarığından xəbərdar olmayan

Azərbaycandan mühacir adıyla gedən bu şəxslər hansı oyunun içində düşdüklərini anlayanda isə gec olacaq.

İndilik isə Azərbaycandan gedərək Almaniyada sığınacaq almaq ümdində olan bu qrup- Zaur Əliyev, Nizami İsmayılov, Orxan Məmmədov, Səid Camalov, Rüfət Məmmədov, bu günlərdə “köç edən” Əflatun Məmmədov Kərimlinin yeni “dayaq dəstəsi”nin əsas simalarıdır. Məsələn, Rüfət Məmmədov hətta Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taburunun əməkdaşı olub. Ancaq əsasən maşın alverçisi kimi tanınıb. Maşın alqı-satqısıyla məşğul olduğu dönəmlərdə Almaniyaya tez-tez gedib. Belə gedişlərin birində də mühacir olmaq arzusuna düşüb və beləcə miqrasiya qurumuna müraciət edib. Görünür o zamanlar üçün onu mühacirətə məcbur edən səbəblərin olmaması barədə düşünməyib, düşünmək zamanı gələndə isə ona uyğun variant kimi bu ssenaridə rol almaq məsləhət görülüb. O da razılaşıb, beləcə Əli Kərimlinin”dayaq dəstəsi”nin üzvlərindən ən fəalına çevrilib. Kərimlinin indiyə qədər öz maraqlarını təmin etdikdən sonra neçə belə “dayaq dəstəsi” yola saldığını düşünmədən. Əflatun Məmmədov isə mühacir həyatında da, “siyasət”də də yenidir. Nə baş verdiyini bəlkə hələ özü də bilmir. Amma görünür onu kimsə mühacir olmağın bu yolunun asanlığına inandırıb. Elə başqalarını da....

Çünki onlara hər iki tərəfə sərf edəcək şərtlərlə əməkdaşlıq təklif olunub: Facebook-da aktiv olmaq, hökumətlə yanaşı xaricdə yaşayan və fəaliyyət göstərən digər müxalif qrupların üzvlərinə qarşı fəallıq nümayiş etdirmək, xüsusilə Kərimli ilə münasibətləri artıq sosial şəbəkədə qarşılıqlı ittihamdan düşmənçilik mərhələsinə keçən sabiq diplomat Nahid Cəfərov, Müsavat Partiyasının xaricdəki fəallarına qarşı “Yurd” sədrini müdafiə etmək, ölkədə yeganə müxalif siyasi qüvvənin Kərimli olduğuna dair fikriləri təbliğ etmək tapşırılıb. İndi bu tapşırıqları necə yerinə yetirəcəkləri qrupa daxil olanların bacarığından asılıdır. Müəllimləri yaxşıdır, təcrübəlidir, şagirdlərin ümidləri doğruldub-doğrultmayacağını yaxında görəcəyik. Kərimli isə bundan xaricdə özünə dayaq məqsədilə istifadə edəcək və özünün əleyhinə Avropada danışanları elə Avropada susdurmaq niyyətindədir. Oyunun iştirakçıları isə bu tamaşada rol almaqla Almaniyada status qazanmaq ümidindədirlər. Bəlkə də bu məsələdə Kərimli onların son ümididir...

Amma bir şeyi bilmirlər:Kərimli qazandığını qazanacaq, söydürmək, təhqir etdirmək istədiyini söydürüb təhqir etdirəcək, özünün “millət fədaisi” imicini yaratmaq üçün indi də bu adamlardan yararlanacaq, sonrakı mərhələdə status ala bilən sakitləşib öz damına çəkiləcək, ala bilməyən deportasiya olunub geri qaytarılacaq və Əli Kərimli onların müdafiəsi üçün barmağını belə tərpətməyəcək...

Ərtoğrul Süleyman










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru