“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

Yeni tanınmış məhbus siyahısı aranı qatdı - hüquq müdafiəçindən sərt etiraz
Tarix: 4-09-2018, 09:01 | Çap et
Yeni tanınmış məhbus siyahısı aranı qatdı
Vahid siyasi məhbus siyahısının hazırlanması üzrə İşçi Qrupu sentyabrın 1-də ölkədə yeni siyasi məhbus siyahısını açıqlayıb. Siyahıda 130 məhbusun adı yer alıb. İşçi qrupu bildirir ki, əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında 128 işdə siyasi motivli həbsin baş verdiyi təsbit olunub, həmin məhbuslar siyasi məhbus kimi tanınıb.

Həmin şəxslərin 9-u jurnalist, blogger, 1-i şair, 1-i hüquq müdafiəçisi, 68-i inanclı şəxs, 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunan, 14-ü sosial etirazlarla bağlı tutulan, 2-si keçmiş dövlət məmuru, 20-si siyasi, ictimai fəal, 10-u Səid Dadaşbəyli və onunla birgə tutulanlardır. Qrupun məlumatında 2 nəfərin işinin monitorinq altında olduğu vurğulanır.

Məlumatda bildirilir ki, İşçi Qrupu bundan öncəki siyahını martın 22-də açıqlayıb. Həmin vaxtdan bu yana siyasi məhbus sayılan 22 nəfər azadlığa buraxılıb. Onlardan 9 nəfər ölkə başçısının imzaladığı əfv sərəncamı, 11 nəfəri isə cəzasının müddəti bitdiyindən azadlığa çıxıb. 2 nəfərin isə şərti azadlığa buraxıldığı vurğulanır.

Əbülfəz Bünyadov, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Babək Həsənov, Ruslan Nəsirli kimi məhbusları İşçi Qrupu siyasi məhbus kimi tanıyaraq siyahıya əlavə edib.

Bu şəxslərdən biri inanclı, qalanları isə əsasən siyasi fəallar sayılırlar.

İşçi Qrup onu da qeyd edir ki, siyahı reallığı tam ifadə etmir. Onlar siyahıya daha çox şəxsin düşməli olduğunu düşünürlər.

Qeyd edək ki, bu tipli siyahılar zaman-zaman açıqlanır və hər zaman da çoxsaylı müzakirələr açılır. Bu işçi qrupunun siyahısından əlavə Fransada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Leyla Yunusun rəhbərlik etdiyi Siyasi Məhbusların Müdafiə Mərkəzinin də siyahısı var ki, orada 160 məhbusun adı yer alır. Bundan başqa, İnsan Haqları üzrə Birgə İşçi Qrupunun da siyahısı var ki, orada 30-a yaxın siyasinin adı var. Siyahıların müxtəlifliyi daim narazılıq doğurub. Siyahı müəllifləri digərlərinin ünvanına müxtəlif ittihamlar səsləndirirlər.

Son siyahının müəlliflərindən olan hüquq müdafiəçisi Rəsul Cəfərov “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Mən və digər qruplarda olan həmkarlarımın yanaşması ondan ibarətdir ki, ölkədə bir nəfər siyasi məhbusun olması belə ciddi problemdir. Bu baxımdan siyahılar arasındakı fərqlər bizim üçün ciddi əhəmiyyət daşımır. Fakt ondan ibarətdir ki, hər iki siyahıda 100-dən artıq siyasi məhbus var. Siyahılar arasında əsas fərq ona görə yaranır ki, həmkarlarımızın siyahısında 90-cı illərdə həbs olunan, sonradan ilkin olaraq güllələnmə cəzasına məhkum edilən və sonradan da cəzaları ömürlük cəzalarla əvəz edilən şəxslərin adları o siyahılara daxil edilib. Bizdə isə cəmi 3 nəfər ömürlük məhbusun adı var. Bunlar Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovdur ki, onlar siyasi məhbus olmaq üçün bütün kriteriyalara cavab verirlər. Bizdən əvvəl bu şəxsləri hələ 90-cı illərin sonları, 2000-ci illərindən əvvəllərində Avropa Şurası siyasi məhbus kimi tanıyıb. Hələ o vaxt biz heç Avropa Şurasına üzv belə olmamışdıq. Sayda texniki fərq əsas buna görə yaranıb. Siyahımızdakı keçmiş iki dövlət məmuru Əli İnsanov və Rüfət Səfərovdur”.

Hüquq müdafiəçisi siyahılar arasındakı fərqlərin onların həqiqiliyinə kölgə salmadığını düşünür: “İstənilən məsələ ətrafında müzakirələr olanda bu məsələnin mahiyyətinə varmaq üçün daha optimal variantdır, nəinki bu məsələlər müzakirə edilməyəndə. Bildiyiniz kimi, bizlər və həmkarlarımız bu məsələyə əsas mahiyyət kimi deyil, texniki fərq kimi baxırlar. Bizim düşüncəmizə görə, bəzi ömürlük məhbuslar var ki, qanunsuzluqla həbs edilsələr də, qanunsuz cəza alsalar da, siyasi məhbus deyillər. Bizim həmkarların birləşdikləri qurumun nəzərə aldığı kriteriyalarla bizimkilər də eynidir. Bu, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi beş kriteriyadır. Bizim qrupun siyahısında monitorinq altında olan şəxslər də var. Belə məhbuslar da diqqətimizdə olan, işlərini araşdırdıqlarımızdır. Sadəcə, o şəxsləri tam siyasi məhbus kimi tanımaq imkanlarımız olmadığı üçün tanımırıq. Beş kriteriyanın heç olmasa bir neçəsi olanda şəxsləri siyasi məhbus kimi tanıya bilirik. Onu da deyim ki, bizim və həmkarlarımızın siyahısında olanların tam əksəriyyəti eyni şəxslərdir. Hesabatımızda xüsusi olaraq onu da vurğulayırıq ki, biz bunun son rəqəm olduğunu iddia etmirik. Ola bilər ki, siyahı çox olsun, amma əlimiz nələrə çatırsa, kimin barəsindəki informasiyaları biliriksə, onları siyahılara salırıq. Siyasi məhbus məsələsinin həlli bizim üçün daha vacibdir, nəinki siyahılarda olan fərqlər”.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı siyahı hazırlayanlara yönəlik sərt danışdı: “Son aylarda siyasi məhbusların bir qismi müxtəlif yollarla azadlığa çıxıblar. Amma hələ ki bu problem özü-özlüyündə qalmaqdadır. 128 nəfərlik siyahını görməmişəm. İstənilən halda, siyasi məhbus problemi həll olunmalıdır. Yaxşı bilirsiniz ki, bizim siyahı onlarınkından azdır. Hazırda bizim üçün əsas olan odur ki, siyahımız qapansın. Nə qədər düşünülməmiş geniş siyahılar ortaya çıxsa, bu problem başımız üzərində Domokl qılıncı kimi qalacaq. Hazırda məhkəmələri gedən şəxslərin işlərini çox ciddi şəkildə nəzarət altında saxlayırıq. Siyahımızda Seymur Həzi, İlkin Rüstəmzadə kimi məhbuslar var ki, uzun zamandır həbsdədirlər. Bu şəxslərin azadlığa çıxmaları labüd məsələdir. Biz belə məsələləri ortaya qoyuruq. Çalışırıq ki, dövlət qurumları ilə danışıqlar aparıb belə şəxslərin işini ölkə daxilində həll edək. Kim nə deyirsə desin, bu problem ölkəmiz daxilində həll olunmalıdır. Leyla Yunus xaricdə oturub, ən geniş siyahını haradan tərtib edir, bunu heç özü də bilmir. Lap 500 nəfərlik siyahı hazırlasınlar, nə olsun? Azadlığa çıxmaq imkanları olanların işlərini məngənəyə salırlar. Bizim siyahı ilə onlarınkılar arasında həm böyük bir fərq, həm də arzu var. Biz istəyirik ki, siyasi məhbuslar azad olunsun. Amma etiraf edək ki, elə insanlar var ki, öz maraqlarına uyğun siyahılar tərtib edirlər, beynəlxalq təşkilatlara işləyirlər. Biz bunu da yaxşı bilirik. Onunla da əzab-əziyyət çəkən, həbsxanalarda ömürlərini çürüdən insanların həyatlarının məngənə arasında qalmalarına bais olurlar”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Dünən, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Dünən, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Dünən, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Dünən, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru