“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

Müxalifət daha ABŞ-a inanmır?
Tarix: 8-09-2018, 09:17 | Çap et
Müxalifət daha ABŞ-a inanmır?
ABŞ prezidenti Donald Tramp Azərbaycana səfir postuna Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə Bürosunun baş müşaviri İrli Litsenberqenin namizədliyini irəli sürüb.

Əvvəlki illərdə ABŞ-ın səfir təyin etməsi, səfirin kimliyi Azərbaycan cəmiyyətində maraqla izlənər, uzun müddət müzakirə edilərdi.

Müxalifət düşərgəsində məsələyə xüsusi önəm verilirdi, səfir təyinatı, səfirin kimliyi müxalifətin marağında olan əsas məsələlərdən biri kimi gündəmi zəbt edirdi. Bəs bu dəfə ABŞ səfirinin kimliyi müxalifəti maraqlandırırmı?

VİP sədri Əli Əliyev bildirdi ki, onları ABŞ-ın Azərbaycana yönəlik siyasətinin prioritetləri maraqlandırır. Səfirlər həmin direktivləri, siyasi iradəni həyata keçirən şəxslərdir. Onlar qoyulan vəzifələrin icrası ilə məşğul olurlar: “Əlbəttə ki, səfirin peşəkarlıq səviyyəsi mühüm amildir. Son illərdə göndərilən diplomatlar daha çox neft və ticarət sahələrindən gəlmişdilər. Enn Dersi və Riçard Morninqstarı nəzərdə tuturam. ABŞ vacib və həlledici dövlətdir. Onun istənilən dövlət barədə siyasi prioritetləri həllini tapır. SSRİ kimi super dövlətin çöküşü, sosialist düşərgəsinin və Varşava hərbi blokunun dağılması, kommunizm mərəzindən dünyanın xilası rəsmi Vaşinqtonun işləridir. ABŞ Gürcüstanın və digər ölkələrin demokratikləşməsinin həlledici vəsiləsidir. Bu işdə səfirlərin fəaliyyəti yüksək qiymətləndirilməlidir. Ona görə də peşəkar diplomatın göndərilməsini alqışlamaq, hansı tapşırıqla gəldiyini isə gözləmək lazımdır”.

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, səfirin kimliyi onları maraqlandırmır: “Ümumiyyətlə, diqqət etsək görərik ki, bu günə qədər Azərbaycanda fəaliyyət göstərmiş demək olar ki, bütün Amerika səfirləri ya zamanında Amerika siyasətində önəmli vəzifələr tutub, ya da buradan getdikdən sonra daha önəmli postlara irəli çəkilib, məsələn, Metyu Brayza kimi və s. Düşünürəm ki, Amerika üçün Azərbaycan bir çox məsələlərə görə regionda önəmli rola malikdir. Təbii ki, bu amillərin başında İran məsələsi və Azərbaycanın Pentaqonun yükdaşımaları üçün istifadə etdiyi hava marşrutu öndə gəlir. Son zamanlar Qarabağ məsələsi fonunda Rusiyanın Azərbaycanda artan nüfuzu, hətta KTMT-yə qoşulmaq məsələlərinin geniş müzakirəsi, üstəlik, Türkiyə-Rusiya yaxınlaşması fonunda Azərbaycanın da bu birliklə isti münasibətləri Amerikanı regiona diqqətini artırmağa məcbur edən səbəblərdəndir.

Odur ki, Trampın səfir postuna yüksək çinli diplomatı təyin etməsində qeyri-adi bir hal görmürəm. Müxalifətin səfirlərin kimliyi ilə maraqlanmaq məsələsinə gəldikdə isə AĞ Partiya olaraq mən deyə bilərəm ki, bizim üçün səfirin kimliyi önəmli deyil. Çünki istər Amerika, istərsə də Avropa Azərbaycan müxalifətinə qarşı heç zaman səmimi olmayıb. Onların müxalifətlə istənilən əməkdaşlığı iqtidarla alver etmək üçün ləvazimat rolu oynayıb. Mən düşünmürəm ki, şəxsən biz AĞ Partiya olaraq Qərbin Azərbaycandakı korporativ maraqlarını hazırkı iqtidardan daha çox təmin edək.

Hətta Amerika səfirlərindən biri zamanında bizə etiraf etmişdi ki, hazırkı iqtidarla onların əlaqələri ən yüksək səviyyədədir və onlar bu münasibətləri nə müxalifətə, nə də xalqa görə təhlükəyə atmaq niyyətində deyillər. Bizi partiya olaraq xalqımızın istək, maraq və tələbləri daha çox maraqlandırır, nəinki hansısa ölkənin səfirinin kimliyi. Biz artıq Amerikadan və ya Avropadan ağ atlı qəhrəman gözləməyəcək qədər reallıqların fərqindəyik. Bilirik ki, Azərbaycana öz xalqından və öz siyasilərindən başqa heç kim heç bir xoş gələcək təmin edə bilməz”.

Yeni AXCP-nin sədri Razi Nurullayev isə bildirdi ki, yalnız ABŞ deyil, bütün ölkələrin təyin etdikləri səfirlərin keçmişi və bioqrafiyası onları maraqlandırır: “Səfiri tanımaq lazımdır ki, onunla hansı yöndə danışmaq lazım olduğunu bilək. ABŞ səfirinin zəngin təcrübəsi olduğu görünür. İnanıram ki, o Azərbaycanda yadda qalan səfirlərdən biri olacaq. Həm də inanmaq istərdim ki, yeni səfir siyasətçilər arasında fərq qoymayacaq və onların hamısı ilə görüşəcək. Əslində, səfirlə görüşmək elə bir həyati məsələ deyil, amma fikir mübadiləsi aparmaq, narahatedici suallara cavab tapmaq baxımından faydalıdır. Amerika böyük və qüdrətli dövlətdir. Buna görə də onların bu və ya digər məsələ ilə bağlı fikirlərini öyrənmək önəmlidir”.

ADP sədrinin müavini Taliyət Əliyev qeyd etdi ki, ABŞ kimi dövlətin Azərbaycandakı səfirinin kimliyi əhəmiyyət daşıyan məsələdir: “Verilən məlumatlardan aydın olur ki, İrli Litsenberqer daha çox hərbi-siyasi məsələlər üzrə ixtisaslaşan peşəkar diplomatdır. ABŞ-ın Azərbaycandakı maraqları sırasında həmişə regional təhlükəsizlik məsələlərinin birinci yerdə olmasını, son illər regiondakı hərbi-siyasi gərginliyi, xüsusilə Azərbaycan-Ermənistan arasındakı münasibətlərin hərbi ritorika müstəvisinə keçməsini və bu iki dövlət arasında müharibə riskinin böyük olmasını nəzərə alsaq, ABŞ-ın bu təyinatını başa düşmək mümkündür.

Bu təyinat onu deməyə əsas verir ki, növbəti mərhələdə də ABŞ regionda təhlükəsizlik məsələlərinə daha çox önəm verəcək. Belə olacağı təqdirdə demokratiya, insan hüquq və azadlıqları sahəsi yenə də kölgədə qalacaq. Əgər ABŞ-ın təhlükəsizlik maraqları Dağlıq Qarabağın hərbi və ya siyasi yolla işğaldan azad edilməsinə də mane olacaqsa, sözsüz ki, bu təyinatın Azərbaycan üçün əhəmiyyəti qalmayacaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Dünən, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Dünən, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Dünən, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Dünən, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru