“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

“Onlar əsasən xaricdə Azərbaycanı istəməyən bir sıra dairələrin təsirləri altındadırlar” - deputat
Tarix: 13-09-2018, 09:34 | Çap et
“Onlar əsasən xaricdə Azərbaycanı istəməyən bir sıra dairələrin təsirləri altındadırlar”
Azərbaycan hakimiyyətinin son illərdə siyasi müxalifətdən daha çox dini müxalifətdən ehtiyat etdiyi göz önündədir. Bunu daha çox siyasi düşərgəyə nisbətən dini camiənin son illərdə fəallaşması, müəyyən dərəcədə güclənməsi ilə izah edirlər. Hakimiyyətin demokratik düşərgənin onun üçün təhlükəli olmamasından arxayınlaşdığı qeyd olunur. Dini müxalifətin siyasi müxalifətdən fərqli mübarizə üsullarına üstünlük verməsi sirr deyil. Gəncədəki son hadisələri misal çəkmək olar.

Bütün bunlardan əlavə, dini və siyasi müxalifətin bağlı olduqları xarici dairələrin də burada mühüm rol oynadığı qaçılmazdır. Belə ki, siyasi müxalifət ən çox Avropa ölkələri ilə əlaqələr qurur, maliyyə mənbələri də oradadır. Lakin radikal dini müxalifət Yaxın Şərqin bəzi dövlətlərindən pul vəsaitləri alır.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı iddialarla razılaşmır. O hesab edir ki, ölkə iqtidarı nə siyasi, nə də dini müxalifətdən çəkinmir: “Hakimiyyətin siyasi və radikal dini müxalifətdən çəkinəcək yeri yoxdur. Çünki Azərbaycan dövləti kifayət qədər güclüdür. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar üçün normal imkanlar yaradılıb. Siyasi müxalifət də öz imkanları daxilində Azərbaycanda fəaliyyətini qurmaqdadır. Bu gün ölkəmizin siyasi müxalifəti çoxqütblüdür. Partiyaların bir hissəsi parlamentdə təmsil olunur. Başqa bir hissəsi radikal mövqedə dayanaraq, Qərbdən maliyyə alaraq özünü ayaqda saxlamağa çalışır. Lakin onların çağırışları, tutmuş olduqları radikal mövqe xalqımız tərəfindən dəstəklənmədiyinə görə getdikcə Azərbaycanda sosial dayaqlarını itirirlər. Bu bir reallıqdır. Dindarlara gəlincə, bəllidir ki, Azərbaycan Konstitusiyasında din dövlətdən ayrıdır. Dini görüşlərlə dindar olan şəxslər siyasətlə məşğul ola bilməzlər. Bu, Azərbaycan qanunvericiliyi ilə yasaq edilib. Azərbaycan dünyəvi, hüquqi dövlətdir. Birmənalı şəkildə din dövlətdən ayrı olmalıdır. Milli-mənəvi dəyərlərə söykənərək, İslam dininin qoymuş olduğu ənənələrə, Qurani-Kərimin göstərmiş olduğu yola uyğun olaraq fəaliyyət qurulmalıdır. Bununla əlaqədar Azərbaycanda xüsusi bir dövlət qurumu var. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsi var ki, buna da çox hörmətli Şeyximiz Allahşükür Paşazadə rəhbərlik edir. Öz fəaliyyətini də kifayət qədər uğurla qura bilib. Azərbaycan dindarları, eləcə də Qafqazda, dünya müsəlmanları arasında böyük hörmətə malikdir, yüksək hörmətlə qəbul edilir. Azərbaycandakı iki dini qurum dini münasibətləri uyğun istiqamətlərə yönləndirə bilir. Amma təəssüf ki, ölkəmizdə radikal xarakterli dindarlar da var. Onlar əsasən xaricdə Azərbaycanı istəməyən bir sıra dairələrin təsirləri altındadırlar. Bunlar Azərbaycanda öz fəaliyyətlərini qururlar və daha çox radikal mövqedə dayanaraq dünyəvi, hüquqi dövlətin İslam dövləti ilə əvəz olunmasına çağırışlar edirlər. Dövlətimiz bu cür çağırışların qarşısını almalıdır. Radikal xarakterli dini qrupların zorakılığa söykənərək Azərbaycanda hakimiyyəti ələ almağa çalışan və bununla bağlı çağırışlar edənlərə qarşı qanunla sərt münasibət göstərilməlidir. Bu sərt münasibət çox normaldır. Lakin bu münasibət hakimiyyətin qeyd etdiyiniz dini müxalifətdən çəkinməsi anlamına gəlməməlidir. Bu Azərbaycan dövlətinin cəmiyyət, insanların təhlükəsizliyi üçün təhlükə yaradan hər bir hala qarşı mübarizəsinin bir elementidir. Bu mübarizə də qanunlarımıza söykənir. Hüquq-mühafizə orqanları Azərbaycan dövlətinin, xalqının təhlükəsizliyini təmin etməyə borcludur. Bu onun konstitusion borcudur. Ona görə də bunların atmış olduğu addımlar tamamilə düzgündür. Belə addımlar heç bir halda dövlətimizin həmin radikal qruplardan çəkinməsi kimi izah edilməli deyil”.

Deputat dini müxalifətin fərqli mübarizə üsulu olması barədə fikirlərlə razıdır: “Bu cür yanaşmalar doğrudur. Mənə elə gəlir ki, siyasi müxalifət daha sivil mövqe nümayiş etdirir. Hətta ən kəskin ifadələrində, qərəzli yanaşmalarında belə siyasi müxalifət zorakılığı inkar edir. Bu gün Azərbaycanda elə bir siyasi müxalifət tanımıram ki, o, hakimiyyətin zorakı yollarla ələ alınmasını açıq şəkildə ifadə etsin. Ola bilsin ki, bunu mitinqlər, əhalinin itaətsizliyi vasitəsilə həyata keçirməyə çalışsınlar. Deyərdim ki, bu da doğru yol deyil. Çünki hakimiyyətə gəlməyin yeganə və düzgün yolu seçkilərdən keçir. Mitinqlər, təzyiqlər vasitəsilə hakimiyyətə gəlməyin özü də müəyyən dərəcədə zorakılığa əsaslanır. Lakin burada zorakılıq nisbətən yumşaq xarakter daşıyır. Yəni silahlanma, ölüm çağırışları yoxdur. Sadəcə olaraq, hakimiyyətə gəlmək istəyirlər. Lakin dini qanad Azərbaycanın konstitusion quruluşunu dəyişməyə qədər olan çağırışlara gedir. Mənə elə gəlir ki, onların bu cür çağırışları daha çox qaragüruhçuluqdur. Sivil dünyagörüşə deyil, daha çox qapalı formada olan mübarizəyə üstünlük verirlər. İstənilən halda istər siyasi, istərsə də dini müxalifət olsun, radikal mövqe, çağırışlar heç bir dövlətə, xalqa heç zaman uğur gətirməyib. Biz bunun acı təcrübəsini qısa zaman kəsiyində müasir tariximizdə, dünyada gedən müxtəlif proseslərdə görmüşük. Bu baxımdan onların hərəkətə keçməsinə, bununla bağlı addımlar atmasına, Azərbaycanın xaotik bir ölkəyə çevrilməsinə imkan verilməli deyil”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Dünən, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Dünən, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Dünən, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Dünən, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru