“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

“Sülh uğrunda mübarizə aparan belə olar-müharibəni yatırdar, qırğınların qarşısını alar...” - Sərdar Cəlaloğlu
Tarix: 3-10-2018, 08:33 | Çap et
“Sülh uğrunda mübarizə aparan belə olar-müharibəni yatırdar, qırğınların qarşısını alar...”
Oktyabrın 1-dən İsveçin paytaxtı Stokholmda ilin ən gözlənilən hadisələrindən biri-Nobel həftəsi başlayır. Diqqət ənənəvi olaraq Norveçin paytaxtı Osloda təqdim ediləcək Nobel sülh mükafatına yönəlib. Bu il şort-listdə Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Donald Tramp, KXDR lideri Kim Çen In və məşhur aktyor Corc Kluninin hüquqşünas və insan hüquqları müdafiəçisi həyat yoldaşı Amal da yer alıb.

Xatırladaq ki, 2017-ci il Nobel sülh mükafatı Nüvə Silahının Qadağan Olunması üzrə Beynəlxalq Kampaniya olan “İCAN”a verilib. “İCAN” nüvə silahından istifadənin səbəb olduğu humanitar fəlakətlərə diqqət yönəldilməsi sahəsindəki xidmətlərinə görə mükafatlandırılmışdı.

Ötən il Nobel sülh mükafatına 215 şəxs və 103 təşkilat namizəd verilmişdi.

Nobel mükafatının təqdimetmə mərasimləri isə hər il dekabrın 10-da Stokholm və Oslo şəhərlərində keçirilir. 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anım gününə həsr edilir.

Məhz A. Nobelin vəsiyyətinə uyğun olaraq hər il Nobel sülh mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Nobel sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata təqdim olunur.

Bir neçə il öncə Nobel mükafatı almaq üçün elmi işini Nobel Komitəsinə təqdim edib bir sıra prosedurlardan keçən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, Nobel mükafatının verilməsi xeyli dərəcədə siyasiləşib. Bu mükafat bir çox hallarda konyukturaya məruz qalır. Məsələn, Nobel mükafatının təsis edilməsindən sonrakı tarixdə belə bir fakt var ki, bir alim bir nəzəriyyə təqdim edib və buna görə Nobel mükafatı alıb. Növbəti il həmin nəzəriyyəni inkar eləyən bir nəzəriyyəni təqdim edib və maraqlıdır ki, o nəzəriyyəyə də Nobel mükafatı veriblər.

Beləliklə, bir ilin içində bir-birinin əksi olan iki nəzəriyyəyə Nobel mükafatı verilib, həmin adam iki dəfə Nobel mükafatını alıb: “Nobel mükafatı verilənlər sırasında yəhudilər böyük üstünlük təşkil edir. Orada yəhudi ekspertlər üstünlük təşkil edir. Müqayisə ediləndə məlum olur ki, elə kəşflər, nəzəriyyələr var ki, onlar Nobel mükafatına layiq görülənlərdən qat-qat ciddi elmi nailiyyətdir. Bütün bunlar da onu göstərir ki, bu mükafat artıq konyukturaya məruz qalıb, mükafatın təyin edilməsində müəyyən təsirlər var. Mən şəxsən Nobel Komitəsinə iki dənə elmi iş göndərmişəm. O işin elmi mahiyyəti Nobel mükafatı verilən işlərin mahiyyətindən kifayət qədər yüksəkdir, daha qlobal əhəmiyyət daşıyır. Nobel sülh mükafatı sahəsində bu baxımdan daha biabırçı vəziyyət hökm sürür. Məsələn, bir vaxtlar Rabin və Ənvər Sədata Nobel sülh mükafatı vermişdilər. Halbuki bu iki şəxs BMT-nin qəbul etdiyi qərarlara zidd hərəkət etmişdilər. Sadəcə olaraq, ABŞ-ın təsiri ilə həmin şəxslərin ikisinə də Nobel sülh mükafatı verildi. Üstündən bir müddət keçdikdən sonra həm Ənvər Sədat, həm də Rabin öldürüldü. Baxmayaraq ki, Yaxın Şərq münaqişəsinin həlli ilə bağlı iki nəfər Nobel sülh mükafatı alıb, bu gün bütövlükdə Yaxın Şərq münaqişə içərisindədir. Bu da həmin mükafatın düzgün verilməməsinin daha bir ciddi praktiki səbəblərindən biridir”.

S.Cəlaloğlu hesab edir ki, ABŞ prezidenti və Şimali Koreya liderinə Nobel sülh mükafatı veriləcəyi inandırıcı deyil: “Vaxtılə Brejnevə, Eduard Şevardandzeyə Nobel sülh mükafatı verilməsi üçün təklif olunmuşdu. İndi də Şimali Koreya lideri Kim Çin Inın, Donald Trampın namizədliyini təklif edirlər. Bütün bunlar hansısa supergücün maraqlarına xidmət edir. Həm Trampın son zamanlar məlum fəaliyyətini qeyd etmək, həm də prosesdə iştirak edən Şimali Koreya liderini bir qədər də özlərinə yaxınlaşdırmaq üçün adları namizədlər sırasına daxil edilir. Məncə, sonda onların heç birinə mükafat verilməyəcək. Çünki bu, tamamilə ağını çıxarmaq olardı. Siyahı tam olaraq açıqlanmadığı üçün bu gün dəqiq söyləmək mümkün deyil ki, Nobel sülh mükafatı kimə veriləcək”.

S.Cəlaloğlu vurğuladı ki, əgər dünyada ədalət varsa və Nobel Komitəsi siyasi konyuktura ilə qərar vermirsə, Nobel sülh mükafatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana verilməlidir. Nobel sülh mükafatına layiq yeganə şəxs bu gün məhz odur: “Bu mükafatı hazırda ən çox haqq edən məhz Ərdoğandır. Ərdoğan istər Afrikada, istər Yaxın Şərqdə sülhün yaradılması, insanların qırğına məruz qalmaması üçün ən çox çaba göstərən, bir çox hallarda yüz minlərlə, milyonlarla insanın xilas olmasına nail olan siyasi liderdir. Vicdanları varsa, Nobel sülh mükafatını Ərdoğana verməlidirlər. Hətta BMT Baş Assambleyasında Ərdoğana təşəkkür etdilər ki, Suriyada kütləvi qırğının qarşısını alıb. Sülh uğrunda mübarizə aparan belə olar-müharibəni yatırdar, qırğınların qarşısını alar, on minlərlə qaçqının məhv olmasının qarşısını alar. Ərdoğan bütün bunları edib. Rəcəb Tayyib Ərdoğan terror təşkilatlarına qarşı mübarizə aparır, Donald Tramp isə terror təşkilatlarına dəstək verir. Ərdoğan Suriyada, bütün Yaxın Şərqdə müharibənin başa çatmasına çalışır, Tramp isə Yaxın Şərqdə münaqişələrin davam etməsi üçün maraqlı tərəf kimi görünür. Sizcə, sülh mükafatına daha çox kim layiqdir? Bu gün Ərdoğanın yox, Trampın Nobel sülh mükafatına namizədliyi verilirsə, bu mükafatın verilməsində hansı ədalətdən, düzgünlükdən danışmaq olar? Nobel sülh mükafatına namizədlərin təqdimatını müxtəlif beynəlxalq təşkilatlar, dünyada sülhlə məşğul olan təşkilatlar verir. Yaxşı olar ki, onlar Rəcəb Tayyib Ərdoğanın namizədliyini təqdim etsinlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Dünən, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Dünən, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Dünən, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Dünən, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru