II Qaregin vəzifəsini tərk etməlidir .....                     Naxçıvan "canişin"liyinin yeni kirli oyunu .....                     İrəvanla Bakı arasında yeni səhifə açılır .....                     "Bu qurumlar birləşməlidir" .....                     Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər .....                     Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir .....                     “Rüstəm, niyə belə elədin, niyə belə tez?” .....                     Paşinyan Rusiyaya səfəri haqqında: .....                     "17 yaşlı uşağın 1 manatına qalmısan?" .....                     Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır .....                     Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin .....                     “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar .....                     Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi .....                     Bankın texniki nasazlığı sizi borca sala bilər .....                     Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub .....                     Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb .....                     Hökumətə satılmışam, ona görə də parkda kitab satmağıma icazə verdilər… .....                     Rusiya FTX azərbaycanlı qadını həbs etdi .....                     Mərkəzi Bank "Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını dayandırıb .....                     “Qarabağ” tarixi uğura görə nə qədər qazanc əldə etdi? .....                     Ruslar Avropa İttifaqı missiyasının binasını .....                     Ermənistanın TÜRK DÜNYASI GEDİŞİ... .....                     Müəllim-sahibkardan Prezidentə müraciət... .....                     CHP sədri barəsində istintaq başlanılıb .....                     Azərbaycan - Ermənistan sülhü rəsmiləşir .....                     Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar? .....                     Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktoru qərardan narazıdır .....                     “Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib .....                     Tanınmış alimi avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudovun məhkəməsində .....                     Məleykə Abbaszadənin “qadın və inək” dastanı .....                     Sonaxanım özünə dəbdəbəli yubiley gecəsi keçirtdi .....                     Həbsdə olan sabiq bələdiyyə sədri və bacısı yenidən məhkəmə qarşısında .....                     Qaxda 13 yaşlı qıza təcavüz olunub .....                     Samir Şərifovun kadrı BAKINI BELƏ QARIŞDIRIR... .....                     Paşinyan və xanımı o ölkədə etiraz yaratdı: Bura gəlməyin .....                     Türkiyə universitetində doktorant olmaq istədi, ziyana düşdü .....                     Bakıda 16 yaşlı oğul anasını hoteldə qətlə yetirib .....                     Elnur Bağırov vergi borcu olan şirkəti qalib etdi .....                     Ağdamın da öz TENDERYEYƏNİ VAR İMİŞ... .....                 

“Burada Əbülfəs Qarayevdən başqa məsuliyyət daşımalı ikinci bir şəxs yoxdur” - Partiya sədri
Tarix: 15-05-2020, 09:02 | Çap et
“Burada Əbülfəs Qarayevdən başqa məsuliyyət daşımalı ikinci bir şəxs yoxdur”
Ötən həftə Mədəniyyət Nazirliyində keçirilən əməliyyat zamanı üzə çıxanlar onu da təsdiq edir ki, digər nazirliklərdə də- hansılarda ki, böyük büdcə vəsaitləri ixtiyarlarına verilir- daha geniş oğurluqlar, “otkat”lar var.

Artıq mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs olunublar. Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir. DTX-nın yaydığı videogörüntülərdə Rafiq Bayramov “cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini” deyir.

Zakir Sultanov vəzifə səlahiyyətlərindən istifadə edərək “mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində razılıq verib”.

Rafiq Bayramov isə nazirliyin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlardakı musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarını rəsmiləşdirmək və onların əmək haqlarından tutulan vəsaitlərin ələ keçirilməsində şübhəli bilinir. Nazir müavini ölkə ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsini şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə müntəzəm olaraq nağdlaşdırıb və mənimsəyib. Rafiq Bayramov rayonlarda müəyyən cari təmir işləri üçün ayrılan 1 milyon 500 min puldan təxminən 150 minini mənimsədiklərini gizlətmir.

Maraqlıdır ki, Mədəniyyət Nazirliyindəki antikorrupsiya əməliyyatının videosu ortada ikən nazir Əbülfəs Qarayev vəzifəsində qalmaqda israr edir. Müavini və idarə rəisinin ifadələrindən isə belə aydın olur ki, onun inadkarlığı yersizdir, baş verənlər onun “xeyir-duası” olmadan gerçəkləşə bilməzdi. Belə iddialar da var ki, Əbülfəs Qarayev hazırki durumda çıxış yolu axtarır, onun MDB ölkələrindən birinə səfir təyinatı üçün yollar axtarır. Digər bir məlumatda isə qeyd olunur ki, Əbülfəs Qarayevin inadkarlığı müavini və idarə rəisinin onun əleyhinə verdikləri ifadələrdə daha kəskin mövqeyə yol açıb. Özlərini müdafiə etmək üçün tutulan nazirliyin rəsmiləri onun əleyhinə olan olduqca ciddi faktları açıqlayıblar. Hər ötən gün istintaqda Əbülfəs Qarayevin əleyhinə daha çox material toplanır. Belə bir halda Əbülfəs Qarayevin “fəxri sürgün”ə, Afrika ölkələrindən birinə belə səfir göndərilməsi də sual altına düşə bilər.

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a deyib ki, İlham Əliyevin başlatdığı antikorrupsiya əməliyyatlarına cəmiyyət, müxalifət ciddi şəkildə dəstək verməlidir: “Bu gün Azərbaycanda korrupsioner olmayan məmur demək olar ki, yoxdur. Korrupsiya şəraitini yaradan nədir? İcra başçısı oğlunu korrupsiya ilə mübarizə idarəsinə yerləşdirir, o biri oğlunu təhlükəsizlik sahəsinə saldıra bilir, məhkəməyə hakim keçirir. Belə olmaz. Beləliklə korrupsioner məmurlarla korrupsiya ilə mübarizə aparmalı olan vəzifə sahibləri ilə yaxın əlaqələr yaranır, qohumluq əlaqələrinə qədər gedib çıxır. Dövlət nəzarəti gücləndirilməli, prezident inspeksiyası bərpa olunmalıdır. Korrupsiya cinayətləri ilə bağlı cəzalar gücləndirilməlidir. Vəzifəyə təyinat alanlar mütləq şəkildə, qeyd-şərtsiz mül-mülkləri haqda hesabat verməlidirlər. Doğru məlumat verməyənlər dərhal cəzalandırılmalı, gizlətdikləri əmlakları dövlət nəfinə müsadirə edilməlidir. Ilham Əliyevin korrupsiyaya qarşı apardığı mübarizə cəmiyyət tərəfindən yüksək səviyyədə dəstəklənməli, bu tədbirlərin genişlənməsi və dərinləşməsi üçün addımlar atılmaldır. Mədəniyyət Nazirliyində nazirin müavininini, vaxtilə köməkçisi olmuş Rafiq Bayramovun əməlləri üzə çıxıb. O, çox nəhəng miqdarda korrupsiyada ittiham olunur. Bu adamlar nəhəng korrupsiyaya qurşanıb Azərbaycan mədəniyyətinə ziyan vurublarsa, burada Əbülfəs Qarayevdən başqa məsuliyyət daşımalı ikinci bir şəxs yoxdur. Sən nazirsən, sən həmin korrupsiyadan payını alıbsan. Bu boyda korrupsiya cinayəti ifşa olunub, nazirə isə cəza verilmir. Əvvəla, hər hansı bir nazirlikdə müavinlər, idarə rəisləri korrupsiyaya qurşanıbsa, demək, nazir bundan pay alıb. Sənədlərə Əbülfəs Qarayev imza atıb, şəxsən o pulların mənimsənilməsinə icazə verib, əvəzində pay alıb. Əgər pay almırsa, deməli, rəhbərlik edə bilmir, rəhbərlik etdiyi təşkilata nəzarət edə bilmir. Hər iki halda işdən çıxarılmalıdır. İcra başçılarının korrupsiya cinayətlərinə görə dövlət nəzarətini həyata keçirən orqanlar cavab verməlidir.

Bu cür əməliyyat digər nazirliklərdə, komitələrdə də keçirilməlidir. Milyardlarla yeyintilər var dövlət qurumlarında. Büdcədən oğurlanan pulların geri qaytarılması istiqamətində dövlət proqramı həyata keçirilməlidir. Bu gün məmurların oğurladığı pulların dövlət büdcəsinə qaytarılması, ölkədən qaçırdıqları, xaricdə saxladıqları pullar geri alınmalıdır. Tenderlərlə bağlı məsələlər çox cidd şəkildə yoxlanılmalı, ən sərt tədbirlər görülməlidir. Bu gün Azərbaycanda korrupsiyanın çiçəklənməsində parlamentin, parlamentdə az əvvələ qədər oturan deputatların fəaliyyəti araşdırılmaldır. Korrupsionerlərin əksəriyyəti, onların müdafiəçiləri uzun müddət parlamentdə oturublar. Deputatların böyük əksəriyyəti deputatlıq fəaliyyəti ilə bir araya sığmayan fəaliyyətlə məşğul olublar. Təkcə Elmira Axundova deputat olandan sonra 40-a yaxın müəssisəyə sahib olub, 100 milyonlarla vəsait ələ keçirib. Haradan alıb bu qədər pulu? Deputat maaşı ilə qazanıb? Təbii ki, bu varidat korrupsiya yolu ilə əldə olunub. Respublika Prokurorluğu Elmira Axundova ilə bağlı cinayət işi başlamalıdır. Mətbuatda onun cinayətləri ilə bağlı materiallar var, qaldırsınlar, araşdırsınlar. Bu adamlar mandatından sipər kimi, özünü qoruma vasitəsi kimi istifadə ediblər, tenderlərdə iştirak ediblər, əllərinə keçəni mal-mülklərinə qatıblar. Bu gün korrupsioner istehsal edən konsepsiyadan imtina olunub. Azərbaycan müxalifəti bu məsələdə İlham Əliyevin yanında olmalıdır. Əks halda, bu proses yarımçıq qalacaq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
II Qaregin vəzifəsini tərk etməlidir - Paşinyan
Bu gün, 13:20
Naxçıvan "canişin"liyinin yeni kirli oyunu - Məhəllə basqısı...
Bu gün, 13:16
İrəvanla Bakı arasında yeni səhifə açılır - “Chatham House”
Bu gün, 13:09
"Bu qurumlar birləşməlidir" - ÇAĞIRIŞ
Bu gün, 13:07
Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb - Paşinyan
Bu gün, 13:04
Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər - AÇIQLAMA
Bu gün, 13:02
Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir
Bu gün, 12:54
“Rüstəm, niyə belə elədin, niyə belə tez?” - ANIM
Bu gün, 12:53
Paşinyan Rusiyaya səfəri haqqında: - Moskvada məni gözlədiklərinə şadam
Bu gün, 12:49
"17 yaşlı uşağın 1 manatına qalmısan?" - ETİRAZ
Bu gün, 12:48
Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır
Bu gün, 12:00
Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif
Bu gün, 11:58
“Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar - ÇÜNKİ...
Bu gün, 11:56
Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi - AÇIQLAMA
Bu gün, 11:55
Bankın texniki nasazlığı sizi borca sala bilər - ABB müştərilərinin NƏZƏRİNƏ
Bu gün, 11:51
Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub - AÇIQLAMA
Bu gün, 11:43
Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb - Ata qətlinin təfərruatları
Bu gün, 11:41
Hökumətə satılmışam, ona görə də parkda kitab satmağıma icazə verdilər… - Kəramət Böyükçöl
Bu gün, 11:38
Rusiya FTX azərbaycanlı qadını həbs etdi - VİDEO
Bu gün, 11:31
Mərkəzi Bank "Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını dayandırıb
Bu gün, 11:26
“Qarabağ” tarixi uğura görə nə qədər qazanc əldə etdi? – ŞOK MƏBLƏĞ
Bu gün, 11:24
Ruslar Avropa İttifaqı missiyasının binasını VURDU
Bu gün, 11:15
Ermənistanın TÜRK DÜNYASI GEDİŞİ... - Görünəni odur ki...
Bu gün, 11:13
Müəllim-sahibkardan Prezidentə müraciət... - "Evim əlimdən alındı..."
Bu gün, 11:10
CHP sədri barəsində istintaq başlanılıb - "TRT Haber"
Bu gün, 11:00
Azərbaycan - Ermənistan sülhü rəsmiləşir - Paşinyanın açıqlamaları da göstərir ki...
Bu gün, 10:59
Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar? - ARAŞDIRMA
Bu gün, 10:54
Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktoru qərardan narazıdır
Bu gün, 10:32
“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:31
Tanınmış alimi avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudovun məhkəməsində barışıq üçün pul təklif edilib
Bu gün, 10:29
Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!
Bu gün, 10:28
Sonaxanım özünə dəbdəbəli yubiley gecəsi keçirtdi – VİDEO
Bu gün, 10:25
Həbsdə olan sabiq bələdiyyə sədri və bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:23
Qaxda 13 yaşlı qıza təcavüz olunub - Bir neçə nəfər saxlanıldı
Bu gün, 10:17
Samir Şərifovun kadrı BAKINI BELƏ QARIŞDIRIR... - TƏFƏRRÜAT
Bu gün, 10:13
Paşinyan və xanımı o ölkədə etiraz yaratdı: Bura gəlməyin - “Hraparak”
Bu gün, 09:52
Türkiyə universitetində doktorant olmaq istədi, ziyana düşdü - MƏHKƏMƏ
Bu gün, 09:48
Bakıda 16 yaşlı oğul anasını hoteldə qətlə yetirib - TƏFƏRRÜAT
Bu gün, 09:46
Elnur Bağırov vergi borcu olan şirkəti qalib etdi - FOTOFAKT
Bu gün, 09:43
Ağdamın da öz TENDERYEYƏNİ VAR İMİŞ... - AXI NİYƏ?
Bu gün, 09:41
Zəngəzur dəhlizinin dumanlı gələcəyi – Heç nə aydın deyil
Bu gün, 09:39
Burda müştəri məmnuniyyəti SIFIR! - GİLEY
Bu gün, 09:37
Prezidentin müsahibəsindəki şifrələr: müharibə bitdi, yeni mərhələdə gözlənilənlər - İNCƏLƏMƏ
Bu gün, 09:27
ƏƏSMN-nin KƏLLƏMAYALLAQ İŞLƏRİ... - BU NƏDİ BELƏ?
Bu gün, 09:23
Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir - NARAZILIQ VAR...
Bu gün, 09:10
"Qurban Qurbanov futbolumuzu bataqlığa gömən diletantlara göz dağı verir!" - deputat
Bu gün, 09:05
Bakıda kirayə ev tapılmayacaq: Qiymətlər isə... - AKTUAL
Bu gün, 09:01
Kremlin susqunluğu münasibətlərdə yeni gərginlik siqnalıdır - GƏLİŞMƏ
Bu gün, 09:00
"Şimal-Cənub dəhlizi ayrıca bir marşrut olsa da, yeni Zəngəzur dəhlizinə qoşula bilər" - ÇÜNKİ...
Bu gün, 08:58
Bir şagirdin məktəb alış-verişi GÖRÜN NEÇƏYƏ BAŞA GƏLİR... - Qiymətlər ƏL YANDIRIR
Bu gün, 08:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru