Ukrayna Təhlükəsizlik Şurasının katibi və Prezident ofisinin rəhbəri ABŞ-yə səfər edəcək .....                     8 avqust razılaşmasından imtina .....                     “Muğam” müsabiqəsində qalmaqal: “Onlara yazığım gəlir!” .....                     Azərbaycanda bu şirkətin nizamnamə kapitalı 2 qat azaldı .....                     "Bütün universitetlər Qarabağa köçürülməlidir" .....                     Ermənistan ABŞ-a yeni səfir təyin edib .....                     FANTASTİK “ANALİZ QİYMƏTLƏRİ”, YERSİZ YOXLAMALAR... .....                     Ceyhun Məmmədovun “Gənclərin xaricdə təhsili əsgərlikdən yayınmaq üçündür” fikrinə .....                     Seyfəddin Hüseynlidən mərhum qardaşları ilə bağlı .....                     Həbsdəki jurnalistin yerini dəyişdilər .....                     "“Sədərək”də, hadisə baş verən ərazidə liman tikiləcəyi ilə bağlı fikirlər həqiqətəuyğun görünmür" .....                     “Oxuya bilməyənlərin bəxti onda gətirib ki, .....                     NƏ BAŞ VERİR: TƏBİB rəhbərliyi etimadı itirib? .....                     Dilarədən yayın son akkordları... .....                     Rusiyanı sevindirən dost həmləsi .....                     Əliyevin bəyanatı oxundu, Sərkisyan başını aşağı saldı .....                     “Əli Kərimlinin mövqeyi nə region reallıqlarını, nə də Azərbaycanın strateji maraqlarını əks etdirir” .....                     “Köhnə binaların sökülməsi evləri bahalaşdırır” .....                     "Seyidə Şəhla"nı “Hüseyniyyun”la nə bağlayır? .....                     Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu .....                     Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında TƏXRİBAT: Saxlanılanlar var .....                     Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı .....                     Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq .....                     “Qarabağ” oyunu öncəsi bilet QALMAQALI .....                     “Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” .....                     Nazirlikdən 1,6 milyonluq müəmmalı tender .....                     Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? .....                     Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." .....                     Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq .....                     Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib .....                     İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir .....                     Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi .....                     "Fədək Market"in kassirindən ƏDV dələduzluğu .....                     “Bu bazarı çoxdan sökmək lazım idi” .....                     “Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” .....                     Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır .....                     Məşhur vəkil avtoqəzaya düşüb .....                     RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu .....                     Bakı ilə razılaşdılar: .....                     Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? .....                 

"Xeyli adam istəyirdi ki, arxivlər açılsın" - Keçmiş nazir
Tarix: 9-06-2020, 08:42 | Çap et
"Xeyli adam istəyirdi ki, arxivlər açılsın"
1992-93-cü illərdə milli təhlükəsizlik nazirinin birinci müavini işləmiş Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin AzadlıqRadiosuna verdiyi son müsahibə ciddi rezonans yaradıb. O iddia edir ki, Rusiya xüsusi xidmət orqanları öz adamlarını o dövrdə Azərbaycan Xalq Cəbhəsi rəhbərliyinə yerləşdirib.

S.Əkbər bildirib ki, arxivlərin açılmasına Elçibəy iqtidarı imkan verməyib.

Sitat: “Bu gün bizim milli adlandırdığımız o dövrkü hakimiyyətdə əksinə milli olmayan, zamanında ”KQB" ilə əməkdaşlıq etmiş çoxlu sayda rəhbər vəzifələrdə olan şəxslər var. Onlar qanunverici və digər ən yüksək vəzifədə olan şəxslər idi. Mən onlar haqqında məlumatlar topladım, öz əlimlə siyahı tərtib etdim və birbaşa prezidentə məruzə etdim. Bu, çox məxfi məsələ idi. Ancaq prezident mənə həmin dəqiqə cavab vermədi. Mən onu aylarla gözlədim. Prezidentə konkret adlarla məruzə edirdim ki, bu şəxslərlə milli dövlət qurmaq mümkün deyil. Çünki bu adamlar müstəqil hərəkət edə bilməzlər, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. Bütün bunlardan sonra nə arxiv açıldı, nə də bu şəxslərlə bağlı tədbir görülmədi, əksinə, mənim ətrafımda iş başladı. Məndən xəbərsiz kadr təyinatları başladı, əvvəlki kimi mənə informasiya axını gəlmədi. Bütün bu işlər Moskvadan idarə olunurdu və Moskvanın Bakıdakı rezidenturası tərəfindən idarə olunurdu".

Partiya sədri Elçibəyin ünvanına daha ağır ittiham səsləndirərək, dolayısı ilə bildirib ki, mərhum prezident AXC hakimiyyətində yüksək vəzifələr tutan şəxslərin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmələrinə göz yumub: “Mənə dedilər ki, prezident səni çağırır. Qəbula getdim və gördüm ki, İmam Mustafayev də prezidentin yanındadır. Əbülfəz bəy İmam Mustafayevin yanında mənə dedi ki, ərəblər əsrlər əvvəl Qəbələnin Vəndam kəndində qızıl və zinət əşyaları qoyub gediblər. Əbülfəz bəy mənə təklif etdi ki, gedim o qızılı tapım. Yəni mən Bakıdan Qəbələyə qızıl axtarışı üçün ezam olundum. Təbii ki, orada heç nə yox idi və mən bunu bilirdim. Ora getdim, bir müddət orada qalmalı oldum. Həmin dövrdə mənə ən yaxın İsa Qəmbər idi. Baş verənləri İsa bəyə danışdım. Sonra isə mənim nazir kimi namizədliyim irəli sürüləndə, Əbülfəz Elçibəy bərk əsəbləşib və açıq şəkildə ”siz görün kimi müdafiə edirsiniz" deyib. Həmin şəxslərin bir neçəsi sonra gəlib mənimlə söhbət elədilər, bu gün də onlar həyatdadılar".

Elçibəy komandasında ən müxtəlif vəzifələrdə təmsil olunan şəxslər S.Əkbərin söylədiklərinə öz mövqelərini sərgiləməkdədirlər. Xalq Cəbhəsi iqtidarında dövlət katibi və baş nazir postlarını tutan Pənah Hüseyn, Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov Xural.TV-nin canlı yayımında milli təhlükəsizlik nazirinin sabiq müavininin söylədiklərini təkzib ediblər.

AXC hakimiyyətində dövlət müşaviri postunu tutan, Müsavat başqanı Arif Hacılı facebook səhifəsində bununla bağlı status yazıb. O, S.Əkbərin şəxsən özünün KQB arxivlərinin açılmasına qarşı olduğunu bildirib: “MTN arxivlərinin açılmasına guya Elçibəy hökumətinin, hətta şəxsən Elçibəyin özünün mane olması barədə deyilənlər də həqiqətə uyğun deyil. Çünki hər dəfə arxivlərin açılması məsələsi qaldırılanda buna ən çox mane olan o özü olub. Bildirirdi ki, əgər arxivlər açılsa, MTN iflic vəziyyətinə düşəcək. Yeni agentura seti yaratmaq mümkün olmayacaq. Bu məsələni qaldırmamağı bir çoxlarından şəxsən xahiş edib. Mənim heç olmasa yüksək dövlət vəzifələrində olanlar barədə məlumatların açıqlanması təklifimə də qarşı çıxıb. Bu müzakirələr publik olub. Yəqin ki, Milli Məclisin stenoqramlarında qalır. O dövrün mətbuatında da bu barədə yazıların qalmaması mümkün deyil.

Absurd iddialardan biri də arxivlə guya tanış olmaq imkanının olmadığı halda kimlərinsə dosyelərinin Elçibəyə təqdim etməsi, prezidentin isə bu barədə tədbir görməməsi iddiasıdır.

Əslində isə Elçibəyi narazı salan Sülhəddin Əkbərin güc nazirliklərini birləşdirib Təhlükəsizlik Şurası yaratmaq və onu həmin şuraya rəhbər, Təhlükəsizlik Şurası Katibi təyin etməsi barədə təklifi idi. Həmin təklifin, həm də Elçibəy komandasının əsas fiqurlarına yox, məhz ona etimad göstərilməsinin vacibliyi, hətta yerliçilik kontekstində deyilməsi prezidenti çox narazı salmışdı".

Elçibəy komandasında təhsil naziri işləyən Firudin Cəlilov “Yeni Müsavat”a açıqlamasında dedi ki, bu məsələ o zaman parlamentdə müzakirə olunub: “Orada milli təhlükəsizlik naziri çıxış etdi. Dedi ki, arxivləri açmaq olmaz. Fikirlərini bununla əsaslandırdı ki, idarəçilik institutu çökər. Rəhmətlik İsgəndər Həmidov çox dirəndi. Xeyli adam istəyirdi ki, arxivlər açılsın. Mən dedim ki, bütün agenturanın açılması düzgün olmaz. Çünki hər bir ölkənin agentura şəbəkəsi olmalıdır. Bildirdim ki, hakimiyyətdə olan 40-50 nəfərin adını çıxarın, parlamentdən bir komissiya təşkil olunsun və həmin komissiya tutulmuş siyahını yoxlasın ki, bunlar Rusiyanın agenti olublar, ya yox. Təxminən bununla bağlı bir razılaşma oldu. Orasını xatırlamıram ki, qərar qəbul olundu ya yox. Sülhəddin bəyin dedikləri bizim üçün yeni deyil. Sadəcə, indiki camiə üçün yenidir. Bizə o vaxtdan bu söhbətlər məlumdur. Sadəcə, elə şeylər var ki, onları açıqlamaq doğru deyil”.

Sabiq nazir də S.Əkbərin agenturanın açılmasının əleyhinə olduğunu açıqladı: “O, müəyyən şəxslərin adlarını arxivdən götürüb dövlət rəhbərinə təhvil verib ki, bunlar açıqlanmalıdır, bunlarla dövləti davam etdirmək olmazdı. Həmin şəxslərdən güc strukturlarında, Ali Sovetdə təmsil olunanlar var idi”.

F.Cəlilov qızıl axtarışı üçün S.Əkbərin Qəbələyə göndərildiyinin doğru olduğunu söylədi: “Sülhəddin bəy MTN-in nəzdində məktəb yaratmışdı. Həmin məktəbin məzunlarının buraxılış dövrü idi. İstəyirdi ki, gördüyü işi tamamlasın və sonra istefa verib çıxsın. Aramızda o zaman söhbət olmuşdu. Elçibəy barədə dediklərinə gəlincə, açığı, onun adının hallandırılmasının əleyhinəyəm. Həyatda yoxdur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna Təhlükəsizlik Şurasının katibi və Prezident ofisinin rəhbəri ABŞ-yə səfər edəcək - "Bloomberg"
Bu gün, 18:01
8 avqust razılaşmasından imtina Ermənistana yaxşı heç nə vəd etmir
Bu gün, 17:17
“Muğam” müsabiqəsində qalmaqal: “Onlara yazığım gəlir!” – Nə baş verir?
Bu gün, 17:13
Azərbaycanda bu şirkətin nizamnamə kapitalı 2 qat azaldı
Bu gün, 17:09
"Bütün universitetlər Qarabağa köçürülməlidir" - İLGİNC ÇAĞIRIŞ
Bu gün, 16:57
Ermənistan ABŞ-a yeni səfir təyin edib
Bu gün, 16:52
FANTASTİK “ANALİZ QİYMƏTLƏRİ”, YERSİZ YOXLAMALAR... – Özbəklər AQTA-dan nə öyrənəcək?
Bu gün, 16:46
Ceyhun Məmmədovun “Gənclərin xaricdə təhsili əsgərlikdən yayınmaq üçündür” fikrinə Razi Nurullayevdən CAVAB
Bu gün, 16:38
Seyfəddin Hüseynlidən mərhum qardaşları ilə bağlı yayılan xəbərə REAKSİYA
Bu gün, 16:35
Həbsdəki jurnalistin yerini dəyişdilər - "Oğlumun taleyindən narahatam"
Bu gün, 16:30
"“Sədərək”də, hadisə baş verən ərazidə liman tikiləcəyi ilə bağlı fikirlər həqiqətəuyğun görünmür" - deputat
Bu gün, 16:27
“Oxuya bilməyənlərin bəxti onda gətirib ki, dinləyicilərin 80-90 faizinin musiqi duyumu yoxdur”
Bu gün, 16:21
NƏ BAŞ VERİR: TƏBİB rəhbərliyi etimadı itirib? - Bir gündə 6 tender ləğv olundu
Bu gün, 16:18
Dilarədən yayın son akkordları... - Fotosessiya
Bu gün, 16:13
Rusiyanı sevindirən dost həmləsi – İkinci “cəbhə” açıldı
Bu gün, 16:05
Əliyevin bəyanatı oxundu, Sərkisyan başını aşağı saldı - KİV
Bu gün, 15:54
“Əli Kərimlinin mövqeyi nə region reallıqlarını, nə də Azərbaycanın strateji maraqlarını əks etdirir” - deputat
Bu gün, 15:41
“Köhnə binaların sökülməsi evləri bahalaşdırır” - AÇIQLAMA
Bu gün, 15:38
"Seyidə Şəhla"nı “Hüseyniyyun”la nə bağlayır? - ŞOK FAKT
Bu gün, 15:29
Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu - DETALLAR
Bu gün, 15:23
Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında TƏXRİBAT: Saxlanılanlar var - FOTOLAR
Bu gün, 15:16
Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı - DETALLAR
Bu gün, 15:12
Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq - Görünəni odur ki...
Bu gün, 15:10
“Qarabağ” oyunu öncəsi bilet QALMAQALI - Minlərlə azarkeşi biletsiz qoyan dələduzlar İŞ BAŞINDA
Bu gün, 15:07
“Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” - İran saytı
Bu gün, 14:48
Nazirlikdən 1,6 milyonluq müəmmalı tender - BU NƏDİ BELƏ?
Bu gün, 14:42
Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:37
Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." - TƏFƏRRÜAT
Bu gün, 14:31
Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - SİYAHI
Bu gün, 14:17
Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib - "İnterfaks"
Bu gün, 14:13
İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir - MƏQALƏ
Bu gün, 13:49
Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:35
"Fədək Market"in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi
Bu gün, 13:34
“Bu bazarı çoxdan sökmək lazım idi” – Vahid Əhmədov FHN-i ittiham etdi
Bu gün, 13:31
“Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” - Açıqlama
Bu gün, 13:23
Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır - Səfirlik
Bu gün, 13:18
Məşhur vəkil avtoqəzaya düşüb - qəza nəticəsində...
Bu gün, 13:03
RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 13:01
Bakı ilə razılaşdılar: - Zəngəzur dəhlizinə onlar da qoşulurlar
Bu gün, 13:00
Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:58
Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib - İsrafil Kərimovun yazısı...
Bu gün, 12:48
Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT - "Bizi dövlətdən soyutmayın..."
Bu gün, 12:46
“Daşnaksütyun” Köçəryanla yollarını ayırdı - “İravunk”
Bu gün, 12:30
Dövlət qurumunun 390 minlik tenderinin - LƏĞV SƏBƏBİ AÇIQLANDI
Bu gün, 12:27
Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 12:24
Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər - AKTUAL
Bu gün, 12:17
39 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:16
Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi - ƏMR
Bu gün, 12:14
Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb - KİV
Bu gün, 12:00
Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor – Elçin Babayevin həbsinə çağırış
Bu gün, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru