Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                     Bakı Slavyan Universitetində binalarının təmirinə .....                     Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Bakıda klassik musiqi konserti .....                     Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: .....                     "Niyə insanların şikayətlərinə baxmırsınız?!" .....                     Türkiyənin vitse-prezidenti İrəvandadır .....                     Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" .....                     ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... .....                     FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı .....                     Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... .....                     ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir .....                     Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: .....                     11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN .....                     “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     Keçmiş nazir və universitet rəhbəri cərimələndi .....                     Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb .....                     “Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? .....                     İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq .....                     Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə .....                     Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... .....                     Su var, bəs ədalətli bölgü olacaqmı? .....                     Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir .....                     Anasına 13 bıçaq zərbəsi vuran şəxs: .....                     Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır .....                     Azərbaycanda maaşlar bu qayda ilə veriləcək .....                     "Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" .....                     ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək .....                     Putinin reytinqi düşür, Kreml narahatdır! .....                     Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda .....                     SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR .....                     Məzuniyyət bitsə də, ödəniş verilməyib .....                     Günün fotosu: .....                 

Milli Şura və AXCP-ni bitirən videolar - Müsavat niyə susur?
Tarix: 12-06-2020, 09:45 | Çap et
Milli Şura və AXCP-ni bitirən videolar
Milli Şura və AXCP rəhbərlərinin videokonfranslarından yayılan son kadrlar onların mənəvi-psixoloji durumunun növbəti göstəricisi kimi qiymətləndirilir.

Görüntülər eyni zamanda üzə çıxarıb ki, adları çəkilən qurumların rəhbərləri üçün dəyərlər itib, siyasi fəaliyyət əvəzinə “söyüş mübarizəsi” aparırlar.

Onların əsas işi müxalif düşərgədə yer alan müttəfiqlərini, dostlarını aşağılamaq, onları təhqir etməkdir.

Amerikada yaşayan MŞ sədri Cəmil Həsənlinin rəhbərlik etdiyi təşkilatın son yayılan videosunda hökumətlə dialoq tərəfdarı olan siyasi partiya rəhbərlərinə “tryapka” deməsi bu insanlar üçün qırmızı xətlərin olmadığını bir daha nümayiş etdirib. İş o yerə çatıb ki, hətta xalqı belə təhqir etməyə başlayıblar. Belə ki, MŞ-nin Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin son videoda iyrənc bir lətifə danışması, şəhərli-kəndçi söhbəti aparması və bu lətifəni də vaxtilə C.Həsənlinin ona danışdığını deməsi əks olunur. Sosial şəbəkələrdə gedən müzakirələrdə bu cür davranışlara ən yüngül cavab “səviyyələri budur” şəklindədir.

Bir müddət öncə MŞ-nin cinsi azlıqları müdafiə edən kadrları üzə çıxmış və həmin görüntülərdə qurumun Koordinasiya Mərkəzinin üzvü, VHP Ali Məclisinin sədri Rafiq Manaflı işlətdiyi ağır söyüşlə əlaqədar gündəm olmuşdu. O, bu səbəbdən qurumdan istefa verdiyini açıqlamışdı. Lakin son yayılan kadrlarda o da üzv kimi videokonfransda iştirak edir. Bütün bunlar da MŞ-də qeyri-səmimiliyin hansı həddə olduğunu bir daha sübut edib.

AXCP-nin videoiclası isə sözün həqiqi mənasında rəzalət, biabırçılıqdır. Əli Kərimlinin də iştirak etdiyi iclasda tanınmış jurnalist Aydın Canıyevin bir statusu müzakirəyə çıxarılır. Jurnalistin ünvanına ən ağır ifadələr səsləndirilir. Funksionerlərdən Məmməd İbrahim və Seymur Həzi daha fəal görünürlər. Birinci A.Canıyevin statusunun altında müsavatçıların ilk dəfə birlik nümayiş etdirdiklərini deyir, bu yerdə S.Həzi onun sözlərinə əlavə olaraq, müsavatçıları “ləyaqətsiz” adlandırır. Ardınca sözlərinə davam edən M.İbrahim A.Canıyev haqqında “şərəfsiz”, “çaqqal”, “alkaş” ifadələrindən tutmuş dilə gətirilməsi mümkün olmayan digər vulqar sözlərdən istifadə edir, ardınca müsavatçıları təhqir edir.

A.Canıyev təhqir olunmasına facebook profilində yazdığı geniş statusla çox ağır cavablar verib.

Müsavat düşərgəsindən də sərt təpkilər gəlməkdə davam edir. Doğrudur, rəhbərlik səviyyəsində ciddi bir reaksiyaya rast gəlinmir. Bununla bağlı Müsavat başqanı Arif Hacılı tərəfindən xüsusi bir göstəriş verildiyi iddia olunur. Onun qardaşı Mustafa Hacıbəyli də məlum videoda aşağılanır, lakin buna ciddi reaksiya verilmir. Yalnız bu statusu paylaşır: “Gündəmin dəyişməsini istəmirəm, yurddan gələn son təhqirlərin səbəbini sonra açacam”.

O, “yurd” ifadəsini böyük ehtimalla AXCP-ni nəzərdə tutaraq işlədir.

Amma partiya tərəfdarları durmadan AXCP-dən üzr tələb edirlər. Müsavat Məclisinin üzvü Valeh Hümbətoğlunun statusu xüsusi diqqət çəkir: “Mən MŞ-nin iclaslarında deyilənlərə təəccüblənməmişdim. Çünki onların hamısını mən şəxsən tanıyıram. Heç burada İlham Hüseynin Mustafa Hacıbəyli haqqında dediyi ”dabandaşı" ifadəsinə belə toxunmuram. Xislətdi bu, cəbhəçi xisləti. Amma Seymur Həzinin müsavatçılara aid “ləyaqətsizcəsinə” ifadəsi mənim üçün yenilik oldu. Kimdən nə gözləmək olar, mən təxmin edirəm. Amma mən Seymur Həzinin bizim haqqımızda belə ifadə işlədəcəyini təxmin etməzdim. Orada işlədilən ifadələrin biz müsavatçılara aid olduğunu nəzərə alaraq yəqin mən də münasibət bildirəcəm.

Mən izləmişdim, Aydın Canıyevin yazdıqlarına cavab verməyə heç birinizin cəsarəti çatmadı. Çünki Aydın bəyin arqumentləri həddən ardıq sanballı və dəqiq müşahidələr idi. Qaldı ki, müsavatçılar kollektiv şəkildə Cəmil Həsənlinin cavabını vermişdilər, AXCP-nin yox. Bunu hamı bilir, sizin də, hakimiyyətin də bir məqsədi var-Müsavatın tükəndiyini cəmiyyətə sırımaq. Bunu YAP da istəyir, sizin rəhbərlik də. Görünür, müsavatçıların mütəşəkkillik ortaya qoymağı sizi rəncidə edib".

Bu cür davranışlı adamlar isə ölkəni “uğurlu gələcəyə” aparmaqdan dəm vururlar. Təsəvvür edin, bunlar hakimiyyətə gəlmək istəyir! Kim inanar ki, belələri ölkəyə əxlaq, ləyaqət, demokratiya gətirəcəklər?

Siyasi şərhçi Yeganə Hacıyeva “Yeni Müsavat”da məsələyə bu cür şərh verdi: “Öncəliklə cəmiyyətlərin siyasi sistemləri və bu sistemlərdə rol alan ictimai-siyasi institutların rolu haqqında danışmaq istəyirəm. Siyasi sistemlər, cəmiyyətlərin siyasi həyatında rol alan siyasi-ictimai qurumları, bunların fəaliyyəti və qarşılıqlı münasibətləri yazılmamış qanunlarla idarə olunur. Hər cəmiyyətin siyasi sistemi onun inkişafının qanunauyğunluğu nəticəsi kimi formalaşır, siyasi sistem cəmiyyətin sosial-siyasi təbiətini, mövcud siyasi münasibətləri, təsisatları, etik və mental normaları ifadəsi ilə təşəkkül tapır. Siyasi-ictimai institutlar hakimiyyətlə cəmiyyət arasındakı münasibətlərin formalaşmasında rol alır və ictimai sistemin digər hissələri ilə sosial, iqtisadi, ideoloji, etik, hüquqi, mədəni sistemlərlə münasibətlərin tarazlığının qorunmasına xidmət edir. Bu amillər içərisində siyasi-ictimai institutlar cəmiyyətin sosial strukturunu, idarəçilik formasını, siyasi rejimin xarakterini, sosial-siyasi münasibətləri, dövlətin siyasi-hüquqi statusunun yaxşılaşdırılmasına xidmət edən, cəmiyyətdə siyasi-ideoloji və mədəni münasibətləri formalaşdıran, siyasi həyatın mədəniləşməsinə xidmət edən mental ənənələrini formalaşdırması kimi müqəddəs bir rol alır. İndi gəlin haqqında danışdığımız mövzular üzrə Azərbaycan cəmiyyətində özünü siyasi-ictimai institut olaraq sübut etməyə çalışan Milli Şuranı analiz edək:

- 100-lərlə savadlı, müasir, mütərəqqi gənclərin toplaşdığı bir partiyanı hakimiyyətlə dialoqa getməsi üzərindən “tryapka” adlandıran ahıl yaşlı, ağsaqqal professor;

- qadın üzvlərinin yanında hər cür ifadələri işlədən yaşlı siyasi ictimai xadim;

- zamanında özlərinin atdığı addımları indi atan siyasi qrupları hər cür ifadə ilə təhqir edən digər ictimai-siyasi simalar və s.

Maraqlı sual yaranır, zamanında, dialoqa gedib 2 seçim parlamentdə oturan qrup digər siyasi qrupu, üzvünün özü seçildiyi halda parlamentə getməsinə görə niyə qınayır? Bu doğru addım deyildisə, niyə özləri parlamentə getmişdilər? Ümumiyyətlə, siyasi sistemin son söz sahibi olan hakimiyyətlə uzlaşmadan nə etmək olar? Əgər məqsəd və məramları bu ölkədə siyasi institut olaraq fəaliyyət göstərməkdirsə, onda son söz sahibi hakimiyyətlə uzlaşmırlarsa, uzlaşdıqları ünvan haradır? Fəaliyyətlərinin nəticəsi özlərinə, siyasi-ictimai institutlarına, cəmiyyətə fayda vermirsə, bu fəaliyyətin davam etdirilməsi təşəbbüsü və ya iddiasının əsasında nə durur? Fayda verdiyi ünvanlar hansıdır və s".

Siyasi şərhçi hesab edir ki, hər bir siyasi-ictimai institut aid olduğu cəmiyyətlərdə siyasi mədəniyyətin, etiraz mədəniyyətinin formalaşmasında əsas rol oynayır: “Bir ictimai-siyasi institutun fəaliyyəti cəmiyyətdə siyasi mədəniyyətsizliyin formalaşmasına, etiraz mədəniyyətinin dağıdılmasında, cəmiyyət, siyasi institut və hakimiyyət arasında zəncirin, dialoq ortamının dağıdılması ilə ümumilikdə siyasi-ictimai mühitin və ən əsası siyasi sistemin sıradan çıxarılmasına xidmət edirsə, burada maraqlı bir sual yaranır: bu fəaliyyətin kimə faydası var?”
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54
Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13
Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53
Günün fotosu: - "Biri bu qapını açsaydı..."
Bu gün, 06:44
İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... - "İnşallah, 1-2 ilə biz də gedərik..."
Bu gün, 06:35
"Bu bankdan kredit götürərkən diqqətli olun" - NARAZILIQ VAR...
Bu gün, 06:31
"Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:19
Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04
Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02
Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46
Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44
“Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37
Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... - AKTUAL
Bu gün, 05:22
Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş
Bu gün, 05:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru